Məhkəmə qərarları › İş №2(006)-4050/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4050/2020

12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4050/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı "dövlət hakimiyyəti orqanının hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuş maddi və mənəvi ziyan" tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı "dövlət hakimiyyəti orqanının hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuş maddi və mənəvi ziyan" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh olan Azərbaycan Respublikası X3 regional əməkdaşları tərəfindən əsassız olaraq müsadirə edilmiş ət məhsullarına görə 1700 (min yeddi yüz) manatın, nəqliyyat xərclərinə görə 500 (beş yüz) manatın, dörd ay ərzində məcburən fəaliyyətində yaranmış məhdudiyyətə görə 5000 (beş min) manat maddi ziyanın, onu iradəsinin əleyhinə, qanuna zidd olaraq gecə saat 1-ə qədər soyuq bir yerdə saxlayaraq azadlığının məhdudlaşdırlması nəticəsində çəkdiyi mənəvi psixoloji iztirablara və əziyyətə görə 20.000 (iyirmi min) manat mənəvi ziyanın alınıb ona ödənilməsinə dair qətanamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Bərdə rayonu Mollalı kənd sakini Yusif adlı şəxsdən 1110 manata camış və 300 manata inək almışdır ki, onları əvvəllər olduğu kimi Ağcabədi rayonunda yerləşən “SAB” firmasına satsın. Aldığı heyvanların qanunauyğun şəkildə kəsilməsini və ət satışını təmin etmək üçün “xxxxxxxxxxxx" ASC-nin Bərdə rayon filialında AQTA-nın büdcə hesabına 5.40 manat dövlət rüsumu ödəmişdir. Daha sonra cavabdeh qurumun Bərdə regional şöbəsindən baytar həkim forma 1 vermişdir. Həmin sənədi əldə etdikdən sonra heyvanları maşına yükləyərək Ağcabədi rayonunda yerləşən kəsim məntəqəsinə apramışdır. Ağcabədi rayonunda SAB firmasının ərazisindəki kəsim məntəqəsində baytar həkim Fariz adlı şəxs tərəfindən ətlər baxışdan keçirilərək möhürlənmiş və ətin yararlı olduğu təsdiqlənmişdir. Onlar ətləri kombinata təhvil vermək istədiyi zaman AQTA-nın Bərdə Regional şöbəsinin əməkdaşları X4 rəhbərliyi ilə ərazi adiyyətini pozaraq ət kəsimi məntəqəsinə daxil olaraq, ətlərə baxış keçirmişlər. Vüqar Zeynalov ərazi adiyyətini pozaraq Ağcabədi rayon ət kəsim mənətəqəsinə daxil olmuşdur. O, onları orda qoyub geri qayıtdıqdan sonra səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə ət kəsimi mənətəqəsində işləyən tanışı Cəfərə zəng vuraraq ətlərin necə olduğunu soruşmuşdur. O da demişdir ki, Bərdədən gələn işçilər ətləri hissələrə bölərək harasa götürüb maşınla getmişlər. Ağcabədidə hətta onu Vüqar Zeynalov gecə saat birə qədər soyuq otaqda saxladaraq faktiki sərbəst hərəkət etmək azadlığından da məhrum etmişdir. Dəfələrlə cavabdeh qurumun əməkdşalarına bildirmişdir ki, evdə xəstə atası vardır, ona dərman almışdır, dərmanı çatdırmalıdır, özünün də səhhəti yaxşı deyil, onu burada saxlamaq ixtiyarı yoxdur, ancaq Vüqar Zeynalov başda olmaqla AQTA-nın əməkdaşları öz qanunsuz hərkət və hərkətsizliklərini davam etdirərək onun stress, əsəb keçiiməyinə, mənəvi sarsıntı yaşamağına səbəb olmuşlar. Ona qarşı törədilən bu hüquqa zidd əməllərlə bağlı död ay Bərdə rayon prokurorluğu və Ağcabədi rayon prokuroluğu arasında yol gedib gəlmişdir. Həmçinin dörd ay ərzində heç bir fəaliyyətlə məşğul olmadığından əldə edə biləcəyi fayda da itirilmişdir. Ağcabədi rayon prokurorluğunda müstəntiq Elşad Abbasov tərəfindən onun şikayəti əsasında başlanmış istintaq zamanı qəbul edilmiş xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardada cavabdeh qurumun əməkdaşlarının hüquqa zidd əməlləri şahid ifadələri ilə öz təsdiqini tapmış və ona dəymiş maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməyi də həmin qərarda öz əskini tapmışdır. Cavabdeh qurumun hərkət və hərəkətsizliyi nəticəsində 1700 manat heyvanlara görə, eyni zamanda 5000 manat dörd ay ərzində əldən çıxmış faydaya, habelə, dörd ay ərzində yollarda nəqliyyata sərf etdiyi 500 manat, 20000 manat isə mənəvi zərər görmüşdür. Qeyd edir ki, AQTA-nın regional bölməsinin əməkdaşları onu təqib edərək Bərdə rayonunda “Raypo” deyilən yerdə işləyən maşın ustasının yanında gəlib tapmış, orada onun sürdüyü Ford markalı maşına baxış keçirdərək onu sorğu sual edib, daha sonra ona AQTA-nın bank hesabına 5.40 manat pul ödətdirərək buraxmışlar, sonra isə ardınca düşərək ərazi aidiyyətini pozaraq Ağcabədi rayon ərazisinə gələrək gətirdiyi mallara SAB firmasının kəsim məntəqəsində yenidən baxış keçirdərək, kəsilən ətlərdə heç bir xəstəlik aşkar edilmədiyi halda, ətləri müsadirə edərək aparmışlar. Bundan əvvəl isə onu yuxarıda göstərdiyi kimi gecə saat 1-dək onu fakitki sərbəst hərkət edə bilmək azadlığından məhrum etməklə soyuq yerdə saxlamaqla konstitusion hüquqlarını pozmuşlar. Vüqar Zeynalovun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İdarəetmə qaydası əleyhinə olan fəslində nəzərdə tutulan cinayətlərin tərkibi vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh olan Azərbaycan Respublikası X3 regional əməkdaşları tərəfindən əsassız olaraq müsadirə edilmiş ət məhsullarına görə 1700 (min yeddi yüz) manatın, nəqliyyat xərclərinə görə 500 (beş yüz) manatın, dörd ay ərzində məcburən fəaliyyətində yaranmış məhdudiyyətə görə 5000 (beş min) manat maddi ziyanın, onu iradəsinin əleyhinə, qanuna zidd olaraq gecə saat 1-ə qədər soyuq bir yerdə saxlayaraq azadlığının məhdudlaşdırlması nəticəsində çəkdiyi mənəvi psixoloji iztirablara və əziyyətə görə 20.000 (iyirmi min) manat mənəvi ziyanın alınıb ona ödənilməsinə dair qətanamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı "dövlət hakimiyyəti orqanının hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuş maddi və mənəvi ziyan" tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı məhkəməyə müraciət etməklə QTA-nın Bərdə Regional şöbəsinin əməkdaşlarının ərazi aidiyyətini pozaraq ət kəsimi məntəqəsinə daxil olduqları, ətlərə baxış keçirtdikdən sonra müsadirə etdikləri ət məhsullarına görə 1700 (min yeddi yüz) manat, nəqliyyat xərclərinə görə 500 (beş yüz) manat, dörd ay ərzində məcburən fəaliyyətində yaranmış məhdudiyyətə görə 5000 (beş min) manat, iddiaçını soyuq otaqda saxladıqları və bu kimi digər qanunsuz hərəkətləri nəticəsində çəkdiyi mənəvi psixoloji iztirablara və əziyyətə görə 20.000 (iyirmi min) manat mənəvi ziyan vurduqlarını iddia edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan sayılır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur Azərbaycan Respublikasının Qida X1 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 43-cü bəndinə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və onun regional bölmələri inzibati orqanların təsnifatına daxildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, iddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Bunun üçün də ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi müvafiq icra hakimiyyəti orqanı olmaqla, qanunvericilikdə inzibati orqan kimi təsnif edilmişdir. Belə olan halda məhkəmə X3 inzibati orqan statusu daşıdığını, mübahisə predmetinin isə həmin inzibati orqanın əməkdaşlarının qanunsuz olduğu ehtimal edilən hərəkətlərin (hərəkətsizliyinin) nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələblərindən ibarət olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı iddiada qaldırılan məsələ inzibati mübahisə kateqoriyasına aiddir və beləliklə də bu cür tələbə ümumi məhkəmədə baxıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı "dövlət hakimiyyəti orqanının hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuş maddi və mənəvi ziyan" tələbinə dair mülki iş üzrə icraata xitam verilməli olduğu qənaətinə gəlir və hesab edir ki, belə olan halda iddiaçıya həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262, 263, 264, 267 və 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı "dövlət hakimiyyəti orqanının hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuş maddi və mənəvi ziyan" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, hazırki iddia tələbi ilə bağlı ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar