Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4072/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xəzər Gənclərin X1 qarşı “əmək haqqının ödənişinin gecikdirilməsinə görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xəzər Gənclərin X1 qarşı “əmək haqqının ödənişinin gecikdirilməsinə görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə verilmiş iddia ərizəsini geri qaytarmaq vəzifəsi qoyur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçılar bir-biri ilə əlaqədar olmayan tələblə məhkəməyə müraciət etmişlər. Belə ki, İddiaçı1 iddia tələbinin əsasını Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli, 2(**6)-137/2*22 saylı qətnaməsi, digər İddiaçı2 iddia tələbinin əsasını isə Bakı Apelyasiya Məhkəməsinin 3*.*6.2*21-ci il tarixli, 2(1*3)-5212/2*21 saylı qətnaməsi təşkil etməkdədir. Hər iki tələbin eyni cavabdehlə bağlı olması isə özlüyündə tələblərin bir-biri ilə əlaqədar olması kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılara hazırki iddia tələbləri ilə bağlı ayrı-ayrılıqda məhkəməyə müraciət etmək hüquqları izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər, habelə iddiaçılar (qəbzə əsasən İddiaçı1) tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xəzər Gənclərin X1 qarşı “əmək haqqının ödənişinin gecikdirilməsinə görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, onlar, hazırki iddia tələbləri ilə bağlı ayrı-ayrılıqda məhkəməyə müraciət edə bilərlər. İddiaçılar tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 1** manat məbləğində pul onlara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4072/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4072/2023
06.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver