Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4086/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «borc tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, o 2019-cu ilin əvvəllərində tanışı Cavabdeh ilə Bakı şəhəri, S.Vurğun heykəlinin qarşısında olan çayxanada oturub çay içirmişlər. Cavabdeh onu bayıra çağırıb bildirib ki, maşını xarabdır, buna görə ondan xahiş etdi ki, beş günə qaytarmaq şərti ilə 200 manat məbləğində ona borc pul verim. O cavabdehə 200 manat məbləğində borc pul vermiş və cavabdeh beş gündən sonra həmin pulu ona qaytardı. Bundan üç gün keçəndən isə cavabdeh ondan maşını üçün yenə də bir həftəyə qaytarmaq şərti ilə 400 manat məbləğində pulu cavabdehə vermişdir. Bir həftə ərzində cavabdeh yenə də həmin 400 manat məbləğində verdiyi borc pulu ona qaytarmışdır. Bir müddət keçəndən sonra cavabdeh ona demişdir ki, mənim ona etdiyim yaxşılığa görə cavabdeh onu qohumunun yanında işə düzəldəcək. xx.xx.2019-cu ildə o cavabdehlə yuxarıda qeyd etdiyi ünvandakı çayxanada çay içirmişlər. Cavabdeh onu bayıra çağırıb Koka-Kola şirkətində işləyən dayısının yanında aylıq əmək haqqı 700 manat olan işə düzəltməyi bildirdi və bunun müqabilində müdirə vermək üçün ondan 3000 manat məbləğində pul istədi. O cavabdehlə razılaşmış, xx.xx.2019-cu ildə yaşadığı ərazidə yerləşən çayxanada cavabdehlə görüşmüş və ona 3000 manat məbləğində pul vermişdir. Cavabdehə bildirmişdir ki, qeyd etdiyi məbləğdə verdiyi pulun alınmasına dair iltizam yazsın. Cavabdeh bu barədə iltizam yazıb imzalamışdır. Bundan bir həftə keçəndən sonra cavabdeh ondan siqaret alveri etmək üçün 1000 manat məbləğində borc pul istəmişdir. O cavabdehlə birlikdə Beynəlxalq Bankdan kartı vasitəsi ilə 1000 manat məbləğində pul çəkib cavabdehə vermişdir. 2019-cu ilin martın 18-də cavabdeh onu yenə həmin çayxanadan çölə çağırıb bildirmişdir ki, alveri alınmadı və sonuncu almış olduğu 1000 manat borc puldan 800 manatını qaytarmış və bildirmişdir ki, ona bir sirr açmaq istəyir. Cavabdeh onu işə düzəltməsi hamsı yalandır, onun borcları var idi, ona görə də o məcbur olub işə düzəltmək adı ilə 3000 manat məbləğində pul almış, bütün qalan borclarını ayın axırında ona qaytaracaqdır. Amma xahiş edir ki, indi onun kiçik qardaşı Sabit yanlarına gələcək, ona desin ki, Elxana ümumi 300 manat pul vermişdir, yoxsa onu döyüb evdən qovarlar. Buna görə o cavabdehin qardaşı Sabit onun yanına gələndə ona bildirmişdir ki, Elxanın ona 300 manat məbləğində borcu var. 2019-cu il martın sonunda isə cavabdeh ondan almış olduğu 3200 manat məbləğində pulu ona qaytarmaq əvəzinə iki qardaşını da götürüb Nəsimi rayonu, Draqani küçəsindəki çayxananın ətrafında ona hücum edib onu hədələdilər. xx.xx.2019-cu il tarixdə o Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, Cavabdeh isə onun polis bölməsinə ərizə ilə müraciət etdiyini görüb 22 gün sonra Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə o da ərizə ilə müraaciət etdi. Lakin onun ərizəsi əsassız olduğundan təmin edilmədi. Səbail rayon X2 Şöbəsinin xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və iş mülki xarakterli olduğundan ona məhkəmədə Cavabdeh qarşı mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. Araşdırma zamanı cavabdehin ondan almış olduğu 3000 manat pulla bağlı iltizamla əlaqədar material üzrə keçirilmiş MEM-nin məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 13912 saylı rəyinə əsasən Ekspertizaya təqdim olunmuş materialın 14-cü vərəqəsində olan xx.xx.2019-cu il tarixli iltizamdakı yazılar “yazmışam” və “Cavabdeh” yazıları önündəki imzalar Cavabdeh tərəfindən imza olunması təsdiq edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 3200 manat məbləğində borc pulun, 30 manat hüquqi xidmətə və 30 manat dövlət rüsumuna görə 3260 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdehə işə düzəlmək üçün pul verdiyini, lakin hələdə qaytarılmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının Cavabdeh iddia tələbini qəbul etmədiyini, borcun etrafı barədə qəbzə zorla qol çəkdiyini bildirərək məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, Cavabdeh öz izahatında İddiaçı Mövlud oğlunu 3 ilə yaxındır ki, tanıdıcını, İddiaçıla Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında mövcud olan çayxanada tanış olduğunu bildirmidir. 2019-cu ilin yanvar ayında o, İddiaçı ilk öncə 400 manat pulu faizlə borca almışdır. Bundan sonra iki ay ərzində hər ayına görə Zaura 120 manat pul ödəmişdir. Həmin ilin mart ayının əvvəllində əsas borcunun, yəni 400 manat pulu İddiaçı ödəmişdir. Bir neçə gün keçdikdən sonra ona təcili pul lazım olduğundan məcbur olub təzədən İddiaçı müraciət edib. Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında mövcud olan çayxanada sonuncudan 300 manat pulu 30 faizlə borca almışdır. Bunu bildirmişdir ki, 2019-cu ilin mart ayının əvvəlində İddiaçı ona zəng vurub yaşadığı ünvanın qarşısına onu dəvət edib işi olması barədə bildirmişdir. O, Zaurun çağırışına əsasən onun yaşadığı ünvan 1 saylı ünvanda yerləşən 18 №-li mənzilə getmişdir. Həmin ünvanda olarkən İddiaçı onu öldürəcəyi ilə hədələyərək bir parça kağız və qələm verib sadə əl yazma formada qəbz yazmağa məcbur etmişdir. Həin qəbzdə “Coca-Cola” şirkətində işləyən böyük vəzifəli qohumunun vasitəsi ilə bir ay ərzində İddiaçı həmin şirkətə işə düzəldəcəyi və buna görə ondan 3000 manat məbləğində pul aldığı barədə öz xətti ilə sadə formada iltizam yazmışdır. O, bunun səbəbini İddiaçı soruşduqda sonuncu bununla özünü və ona verdiyi məbləği sığortaladığını bildirmişdir. Qəbzi yazdıqdan sonra o, İddiaçı yaşadığı ünvandan çıxıb getmişdir. Təxminən 10 gün keçdikdən sonra o, İddiaçı borc aldığı əsas məbləği və 900 manat faizini Zaura ödəmişdir. Bir neçə gün keçdikdən sonra İddiaçı 3000 manat borcu olduğunu sonuncu bildirib qaytarmadığı halda onu tutduracağı ilə hədələməyə başlamışdır. Bundan sonra o, məcbur olub bu barədə ortancıl qardaşı Sabit Səfərova baş vermiş hadisə barədə məlumat vermişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı Bakı şəhəri, Nəsimi rayonunda mövcud olan S.Vurğun heykəlinin yaxınlığında yerləşən çayxanada olarkən onun ortancıl qardaşı X4 Yusifova yaxınlaşıb sonuncunun çölə çıxmağını istəmişdir. İddiaçı qardaşı Sabit Səfərovla birlikdə çölə çıxıb bayırda duran onun böyük qardaşı Asəf Səfərova yaxınlaşaraq onunla söhbət etməyə başlamışdır. Söhbət zamanı qardaşı Asəf ilə Zaurun arasında söz mübahisə baş vermişdir. Onlar arasında baş vermiş söz mübahisəsi bir neçə dəqiqə davam etdikdən sonra onlar sakitləşib hərə öz işi arxasınca getmişdir. Bu hadisədən bir gün sonra İddiaçı onun daimi olaraq hədələdiyinə görə sonuncunun barəsində Nəsimi rayonu Polis İdarəsinin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Bir daha bildirmişdir ki, o İddiaçı onu “Coca-Cola” şirkətində yüksək vəzifədə işləyən qohumunun vasitəsi ilə həmin şirkətə fəhlə işinə düzəltmək məqsədi ilə 3000 manat pulu xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi 20-ci sahə dairəsi küçəsində yerləşən çayxanada almadığını bildirmişdir. Bunu əlavə etmişdir ki, o, İddiaçıborcunu qaytardıqda orada Etibar Hacıyev olmuşdur. Bir daha verdiyi izahatı təsdiq edərək bildirmişdir ki, İddiaçı onun barəsində ərizəsində və izahatında göstərdikləri yalan və böhtandır. O, İddiaçı əlavə olaraq 1000 manat borc almadığını bildirmişdir. Bunu da əlavə etmişdir ki, İddiaçı qorxduğu üçün sadə əl yazma formada olan qəbzi yazıb sonuncunun yaşadığı ünvandan çıxıb getdikdən sonra bu barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış iltizamdan müəyyən olunur ki, o, İddiaçı “Coca-Cola” şirkətinə işə düzəltmək məqsədi ilə 3000 manat pul almış və bir ay müddətinə onu işə düzəldəcəyi barədə söz vermişdir. İş materillarında olan xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, araşdırılması aparılan material üzrə keçirilmiş MEM-nin məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 13912 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş materialın 14-cü vərəqində olan xx.xx.2019-cu il tarixli iltizamdakı yazılar “yazmışam” və “Cavabdeh” yazıları önündəki imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 30 manat məbləğində pulu 16 saylı vəkil bürosuna hüquqi yardım üçün ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh iddiaçı X1 3000 manat borc pul almışdır. Həmin borc məbləğinin alınması iş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla və cavabdeh tərəfindən yazılmış iltizamla sübut olunur. Hazırki halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 3000 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 30 manat hüquqi xidmətə görə ödənilmiş hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 3000 manat əsas borc, 30 manat hüquqi xidmətə görə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3060 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia 200 manat borcun tutulması hissəsində isə təmin edilməməlidir. Belə ki, həmin tələbə dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçının ödədiyi 30 manat məbləğində rüsum da cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat əsas borc, 30 (otuz) manat hüquqi xidmətə görə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3060 ( üç min altmış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədənrəsmiqaydadaverildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4086/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4086/2020
03.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver