Məhkəmə qərarları › İş №2(006)-4099/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4099/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4099/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 9035 (doqquz min oluz beş) manat, mənəvi zərərə görə 2000 (iki rnin) manatın, iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Toyota Prado" markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomaşın xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. 28 fevral 2021-ci il tarixdə saat 16:00 radələrində Cavabdeh idarə etdiyi "Mazda-3" markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomaşınla yolayrıcını keçmə qaydalarını pozaraq, ona məxsus "Toyota Prado" markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində avtomaşınlara maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh 60 manat məbləğində cərimə olunmuşdur. Avtomaşınına dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə “Bəylərli" firması tərəfindən həmin məbləğ 14035 (on dörd min otuz beş) manat müəyyən edilmişdir. Cavabdehin avtomaşını icbari sığorta olunduğundan, sığorta şirkəti tərəfindən ona cəmi 5000 manat pul ödənilmişdir. O, sığorta şirkətindən avtomaşınını təmir edib, qaytarmalarını tələb etdikdə ona bildirmişlər ki, avtomaşının təmiri 5000 manat həddində olacaq. Yerdə qalan məbləği özü ödəməlidir ki, tam təmir yekunlaşsın. Ona göro də o, sığorta şirkətindən verdikləri pul məbləğini götürmüşdür. Lakin hazırda avtomaşınını təmir etdirmək üçün ödənilmiş yerdə qalan məbləğ cavabdeh tərəfindən ödənilmir. Avtomaşınından istifadə edə bilmədiyinə görə taksi xidmətindən və digər ictimai nəqliyyat növlərindən istifadə etmişdir və bu ona baha başa gəlib. Onun üçün cavabdehin laqeyd münasibəti onun əsəb sarsıntıları keçirməyinə də səbəb olur. O, dəfələrlə X3 müraciət edərək avtomaşına dəymiş maddi ziyanının qalan hissəsinin pona ödənilməsini bildirsə də o buna razı olmamışdır. Bu səbəbdən məcburiyyət qarşısında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. AD serialı 753307 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-UN-*** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruiser-Prado minik” markalı avtomobilin sahibi İddiaçıdur. 02.03.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 28.02.2021-ci il tarixində, saat 16:00-da Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesində “Mazda 3 minik” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində İXM-nin 327.2.-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bunun nəticəsində 60 manat məbləğində cərimə edilmişdir. İC AA 0414/21 saylı işə aid Sığorta Aktının təstiq olunmuş surətindən görünür ki, “Mazda 3 minik” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh 18.04.2020-ci il tarixindən 18.04.2021-ci il tarixinə kimi mülki məsuliyyət sığortası növü üzrə sığortalanmış, İddiaçı məxsus “Toyota Prado” markalı, 10- UN- 229 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği, sığorta məbləğini aşması səbəbi ilə sığorta məbləğinin həcmi 5.000 manat təşkil etmişdir. 06.04.2021-ci il tarixli qəbzin surətindən görünür ki, İcbari Sığorta Bürosu HŞ İttifaqı tərəfindən İddiaçı məxsus bank hesabına 5.000 manat məbləğində pul köçürülmüşdür. 208003 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək məqsədilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.09.2021-ci il tarixli 9/5686 nömrəli məhkəmə-mtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan “Bəyləri” firması tərəfindən tərtib edilmiş arayış məlumatlarına əsasən 2008-ci il buraxılışlı “Toyota Prado” markalı, 10-UN- 229 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 11645 manat, o cümlədən dəyişilməli hisslərin qiyməti-8475 manat; təmir-bərpa işlərinin qiyməti 3170 manat məbləğində müəyyən edilmiş, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8155 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 4985 manat; təmir-bərpa işlərinin qiyməti 3170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh 28.02.2021-ci il tarixdə “Mazda 3 minik” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Səbail rayonu, Salyan Şosesində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota Prado” markalı, 10-UN- 229 dövlət qeydiyvat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün ASC "Standard İnsuarance" SŞ tərəfindən İddiaçı xeyrinə 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı 28.02.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş maddi zərər olaraq 9035 manat, mənəvi zərər olaraq isə 2000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; MM-nin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. 02.03.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən 2008-ci il buraxılışlı “Toyota Prado” markalı, 10- UN- 229 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 11645 manat, o cümlədən dəyişilməli hisslərin qiyməti 8475 manat; təmir-bərpa işlərinin qiyməti 3170 manat məbləğində müəyyən edilmiş, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8155 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 4985 manat; təmir-bərpa işlərinin qiyməti 3170 manat məbləğində müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 28.02.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı “Toyota Prado” markalı, 10-UN- 229 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prado” markalı, 10-UN- 229 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 5000 manat pulun ASC "Standard İnsuarance" SŞ tərəfindən ödənildiyi müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.09.2021-ci il tarixli 9/5686 saylı ekspert rəyinə əsasən müəyyən edilmiş zərərin məbləği 11645 manat azaldılmalı, 6.645 manat məbləğində pul Cavabdeh Samir oğlundan tutularaq İddiaçı verilməlidir. Məhkəmə 11.645 manat məbləğində hesablanmış təmir-bərpa xərcini iddianın təmin edilməsi üçün əsas götürərək qeyd etməyi zəruri sayır ki, iddiaçının özünə məxsus avtomobili təmir edərkən zərər dəymiş ehtiyyat hissələrini təzə hissələri ilə əvəz etməsi ehtimalı daha ağlabatandır. İddiaçının mənəvi ziyana görə 2000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İddiaçının yol-nəqliyyat hadisəsi nəticəsində mənəvi zərər çəkməsi şübhəsizdir və məhkəmə, iddiaçıya dəymiş mənəvi zərəri 100 manat məbləğində qiymətləndirir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 50 manat təşkil edir. İddiaçının tələbinin 61%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərərə görə 6645 manat, mənəvi zərərə görə 100 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 18 manatı, cəmi 6763 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 19 manatı İddiaçı, 31 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 6.645 manat, mənəvi zərərə görə 100 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 18 manatı, cəmi 6763 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 19 manatı İddiaçı, 31 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar