Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-410/2022 05.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 nümayəndəsi və vəkili Nümayəndə4 və X6 nümayəndəsi və vəkili Nümayəndə5 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Kontoruna, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə və "xxxx" MTK-ya qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi X10 və X11 cəlb etməklə «məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Kontoruna, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə və "xxxx" MTK-ya qarşı «məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 1045/2012 nömrəli, 14.06.2021-ci il tarixli qətnaməsi ilə Şahbazov Ariflə iddiaçı arasında olan rəsmi nikah pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən qızı X15 və X7 iddiaçının yanında saxlanması və onların yetkinlik yaşına çatanadək ümumi olaraq 350 manat aliment məbləğinin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Keçmiş həyat yoldaşı Şahbazov Arif məsuliyyətsiz adam olduğundan ailənin saxlanması üçün demək olar ki, heç bir maddi yardım etmədiyindən iddia ailə qurduqları ilk vaxtlardan kiçik biznes fəaliyyəti (qadın geyimlərini alışı və satışı) ilə məşğul olmuşdur. Övladlarının gələcəyi üçün istirahət etmədən çalışmışdır. Ailədə həm kimi, həm qadın üzərinə düşən vəzifələri yerinə yetirmişdir. İlk illər özünün yığdığı pul və qardaşı Dünyamalıyev Şahinin göstərdiyi maddi kömək (35000 manat) əsasına Yeni Bakı Yaşayı Massivində iki otaqlı mənzil almışdır, sonra bu mənzili satıb nisbətən böyük sahəsi olan mənzil almışdır. Bu dövr ərzində Arifin iddiaçıya heç bir maddi yardım olmamışdır. Arif bu günlər ərzində yenə də məsuliyyətsiz davranıb ailəyə heç bir maddi yardım etmirdi. Bu səbəbdən ailələrində daimi söz-söhbət narazıçılıq olurdu. Eyni zamanda Arif iddiaçının kiçik biznes fəaliyyətinə gördüyü işlərə qarışmırdı. İddiaçı Yeni Bakı yaşayış massivində olan mənzilini satıb kreditlə 28.01.2020-ci il tarixdə "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 106 nömrəli binada ümumi sahəsi 60 kv.m. olan yaşayış sahəsi almışdır. Məqsədi öz biznes fəaliyyətini burada davam etdirmək idi. Ailə münasibətlərinin gələcəyi olmadığını iddiaçı əvvəlcədən görürdü və öz qazancı ilə əldə etdiyi qeyri-yaşayış sahəsini başına bir iş gələrsə keçmiş yoldaşı Arifə deyil, övladlarına çatması barədə daim fikirləşirdi. Arif də öz növbəsində iddiaçının işlərinə qarışmır, biznes fəaliyyəti nəticəsində əldə etdiyi pulla etdiyi hərəkətlərə heç bir etiraz etmirdi və gələcəkdə də etməyəcəyini bildirirdi. Bu səbəbdən Arif 22.09.2020-ci il tarixdə iddiaçıya onun adından bütün hərəkətləri yerinə yetirməyi barədə 50 il müddətinə baş etibarnamə vermişdir. Pandemiya ilə əlaqədar vəziyyətin gərginliyindən, bir çox tanıdığı insanların xəstəliyə dücar olub vaxtsız vəfatından qorxaraq və Arifin iddiaçıya verdiyi baş etibarnamədən istifadə edərək ona məxsus "xxxx" MTK-ya məxsus 106 nömrəli binanın birinci mərtəbəsində yerləşən 106 kv.m.olan yaşayış sahəsini 12.11.2020-ci il maliyyə arayışı əsasında qızı X8 adına sənədləşdirmişdir. Abşeron rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli qətnaməsi ilə Arif aralarında olan rəsmi nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Məlum qətnamədən Arif cavabdeh olaraq apellyasiya şikayəti verib və mülki iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Bu ərəfədə ailə üzvlərindən bacısı Kərimova Aysel və anası Cavabdeh1 və yaxın tanışlarının təkidli tələblərinin təsiri altına düşmüşdür. Belə ki, onlar iddiaçıya demişlər ki, hələki Ariflə ailə münasibətləri tam pozulub başa çatmamış, Arif hər an ona vermiş olduğu etibarnaməni ləğv edə bilər və birgə nikah münasibətində əldə olunmuş əmlak olduğu üçün hər an obyektə şərik çıxa bilər və belə olan halda qeyri-yaşayış sahəsi qızı Canselə və digər övladına çatmaya bilər. Bacısı və anası ona təklif etmişlər ki, müvəqqəti olaraq yaranmış vəziyyətdən (nə qədər ki etibarnamə qüvvədədi) istifadə edib Şahbazlı Canselin adına olan bu qeyri-yaşayış sahəsini müvəqqəti olaraq anası Dünyamalıyev Təyyarənin adına keçirmiş və vəziyyət sabitləşəndən sonra anası yenidən bu obyekti onlara geri qaytaracaq. İddiaçı biznes fəaliyyətini bacısına məxsus obyektə həyata keçirmişdir və aralarında olan notarial icarə müqaviləsinə əsasən ona aylıq icarə haqqı vermişdir. Nəhayət iddiaçı yaxınları, anası və bacısının təklifi ilə razılaşmışdır. İddiaçı qızının adına olan qeyriyaşayış sahəsini aralarında olan şifahi razılaşmaya əsasən anası Cavabdeh1 adına keçirtmək istəmişdi. İddiaçı əvvəlcə "xxxx" MTK-ya müraciət etmiş və onlara mövcud vəziyyəti izah etmiş və tam şəkildə niyyətini bildirmişdir. Onlar da öz növbəsində ünvanlayacağı razılıq ərizəsini notarial qaydada təsdiq etməyi tələb etmişlər. Sonra iddiaçı Bakı şəhəri 43 saylı notariat ofisinin notariusu Elşən Qurbanova müraciət etmiş və vəziyyəti ona da izah etmişdir. O da öz növbəsində iddiaçını Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməsi və onların razılığını almasını tələb etmişdir. İddiaçı da Qəyyumluq və Himayə orqanına yollanmışdır. Başına gələnləri orda danışmış və rəsmi ərizə ilə onlara müraciət etmişdir. Nəticədə Abşeron rayonu İHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası 02.12.2020-ci il tarixli, 2344 saylı məktubla qızı X12 məxsus qeyri-yaşayış sahəsinin qızının adından satılmasına, bağışlanmasına anası kimi iddiaçının etiraz etməsinə etiraz olunmadığın bildirmişlər. İddiaçı bu məktubu 43 saylı Notariat Ofisinə təqdim etmiş, o, da iddiaçının "xxxx" MTK-ya ünvanlandığı razılıq ərizəsini təsdiq etmişdir. Bu notarial ərizəni "xxxx" MTK-ya təqdim edərək, onlara məxsus 106 nömrəli binada yerləşən 60 kv.m. olan qeyriyaşayış sahəsini qızı Şahbazlı Canselin adından anası Cavabdeh1 Abbaqulu qızının adına keçməsinə və ona 07.08.2021-ci il maliyyə arayışının verilməsinə nail olmuşdur. 07.08.2021-ci il tarixdən ddiaçı bu obyekti anası Cavabdeh1 adına keçirtdikdən təxminən 10 gün sonra anası bu əmlakı gələcəkdə tam şəkildə iddiaçıya geri qaytarmayacağını bildirmiş və ilkin olaraq təklif etmişdir ki, o halda bu obyekti geri gaytarar ki, obyektin yarı pay hüququ bacısı Kərimova Ayselin adına keçsin. İddiaçı bu təklifin qaynağını yaxınlarından və digər ailə üzvlərindən araşdırdıqda məlum olmuşdur ki, bacısı anasına deyib ki, Vüsalə abşsız qadındır, gələcəkdə olan bilsin ki, başqa bir lüzumsuz şəxslə yaxın münasibətlərdə olar və qeyri-yaşayış sahəsi digər əllərə keçər. Digər səbəb kimi anası təklif edib ki, bu qeyri-yaşayış sahəsini onun adına keçirsə, bu daha ağla batan və məntiqli olar. Belə ki, anası bu qeyri-yaşayı sahəsini gələcəkdə ticarət şəbəkəsi kimi icarəyə verər və özü işin başında durar, əldə olunmuş gəlirdən guya iddiaçının balalarını da saxlanmasını təmin edər. İddiaçı bu səbəblə bacısı və anası ilə aralarında ciddi sözsöhbət yaranmış və bacısı Kərimova Aysel aralarında olan notarial icarə müqaviləsi olmağına məhəl qoymayaraq onu 17.08.2021-ci ildə özünə məxmum obyektdən kobud şəkildə qovub çıxartmışdır. İddiaçıya vurduğu ziyanla bağlı iddiaçı tərəfindən Səbail rayon Məhkəməsində ona qarşı «dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia qaldırılmışdır. Aşağıda göstərilən səbəblərdən iddiaçı hesab edir ki, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının iddiaçıya ünvanladığı 02.12.2020-ci il tarixli məktubu, ünvan 2anladığı **********851 saylı, 07.08.2021-ci il tarixli ərizənin təsdiq olunması etibarsız hesab edilməli və "xxxx" MTK-nın Cavabdeh1 adına verdiyi 07.08.2021-ci il tarixli maliyyə arayışı əsassız olduğundan ləğv olunmalıdır. Abşeron rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası 02.12.2020-ci il tarixli məktubu ilə iddiaçının X12 məxsus 60 kv.m.-lik qeyri-yaşayış sahəsi üzrə alqı-satqı, bağışlama və s. hərəkətlər barədə imza etməsinə etiraz etmədiklərini bildirmişlər. Bu məktub birtərəfli qaydada verilmiş, Qəyyumluq və Himayəçilik Komissiyası Şahbazlı Canselin atası Şahbazov Arifin bu işə razılığını almamış, Canselin ikinci qəyyumu kimi çıxış edəcək atası Arifi qəyyum kimi kənarlaşdırmışdır. İkinci, iddiaçı Gəncə şəhəri Kəpəz rayonu, 4 m/r pasport qeydiyyatındadır, Masazır kəndi, Qurtuluş y/m-də onun Abşeron rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının münasibət göstərməsinə əsas yox idi. İddiaçıya rəsmi qeydiyyatda olduğu ərazi üzrə Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası münasibət bildirməli və azyaşlı övladı Şahbazlı Canselin adına olan əmlak üzrə sərəncam verilməsi ilə bağlı müvafiq rəy verməli idi. Bu hallar qeyd olunan məktubun əsassızlığını Mülki qanunvericiliyin bütün normalarının tələbi ilə əsassız olduğunu sübut edir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin təsdiq etdiyi 07.08.2021-ci il tarixli **********851 saylı ərizəni düzgün tərtib etməmişdir. Belə ki, ərizədə qeyd olunmuşdur ki, iddiaçı "xxxx" MTK-da yerləşən 60 kv.m-lik ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair onun adına olan müqavilədən və pay hüququndan imtina etmiş və həmin pay hüququnun Cavabdeh1 adına keçməsinə etiraz etməmişdir. Həmin vaxtda iddiaçının adına heç bir mənzil və qeyri-yaşayış sahəsi olmayıb. Ərizədə qeyd olunmalı idi ki: «Mən qəyyumu olduğum qızım X8 adına olan pay hüququndan imtina edirəm və bu hüququn Cavabdeh1 adına keçməsinə etiraz etmirəm. Ərizənin məzmunu bu ərizənin əsassız olduğunu sübut edir». İkincisi, notarius ərizənin aşağı hissəsində iddiaçının belə bir ərizəni X15 əvəzinə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 02.12.2020-ci il tarixdə verilmiş 2344 nömrəli sənəd əsasında imzalanmasını əsas götürmüşdür. Notariusun ərizəsinin sonunda bu sənəd deyil iddiaçıya şəxsən İcra Hakimiyyətinin ünvanladığı məktubdu. Eyni zamanda iddiaçıya ünvanlanan bu tarixlə (02.12.2020-ci il) notariusun təsdtqləmə tarixi (07.08.2021-ci il) arasında 9 aydan artıq vaxt keçirmişdir. Deyəsən bu müddət notariusun marağın çəkməmişdir. Notarius da eyni zamanda Qəyyumluq və Himayə Orqanın iddiaçıya ünvanlanmış olduğu məktubu deyil, pasport qeydiyyatında olduğu Kəpəz rayon Qəyyumluq və Himayəçilik Komissiyasının sənədini əsas götürə bilərdi və eyni zamanda X8 atası Şahbazov Arif da iddiaçı ilə birlikdə ərizə ilə müraciət etməli idi. İddiaçı hesab edir ki, "xxxx" MTK-da notarial təsdiqli ərizənin məzmununa diqqət yetirməli və orada iddiaçıya məxsus heç bir əmlak olmadığını əsas gətirib ərizənin məzmunu dəyişdirməsini tələb etməli idi. İddiaçı özünə məxsus olmayan əmlakdan anası Cavabdeh1 adına keçirilməsinə necə razılıq verir. Şahbazlı Canselin digər valideyni Şahbazov Arifin münasibəti örgənilməli idi. İddiaçı qızı Şahbazlı Canselin adına olan məlum qeyri-yaşayış sahəsini keçmiş yoldaşı Şahbazov Arifin tələbindən yayındırmaq üçün bacısı və anasının təklifi ilə müvəqqəti olaraq anasının adına keçməsinə razılıq vermişdir ki, sonradan uyğun vəziyyətdə və zamanda bu yaşayış sahəsini yenidən onlara geri qaytarsın. Beləliklə qeyd olunan yaşayış sahəsini anası X2 adna keçməsinə dair əqd uydurma əqd olduğundan etibarsız hesab olunmalıdır. Bu əqd, yəni obyektin anasının adına keçməsi, keçmiş əri Şahbazov Arifin ola biləcək tələblərindən yayındırmaq üçün görünüş məqsədilə bağlanıb. Digər tərəfdən belə bir əqdin bağlanmasına səbəb olmuş Abşeron rayon İcra Hakimiyyətinin 02.12.2020-ci il tarixli məktubu, 43 saylı notariat ofisin **********851 saylı, 07.08.2021-ci il tarixli razılıq ərizəsi əsassız olduğundan etibarsız hesab edilməli və onların əsasında "xxxx" MTK tərəfindən tərtib edilmiş 07.08.2021-ci il tarixli maliyyə arayışı ləğv edilməlidir. Göstərilənlərə əsasən Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 02.12.2020ci il tarixli məktubunun, Bakı şəhəri 43 saylı notariat ofisinin **********851 saylı, 07.08.2021-ci il tarixli təsdiqli ərizəsinin əsassız hesab edilməsi və onlar əsasında "xxxx" MTK tərəfindən Cavabdeh1 adına verilmiş 07.08.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, sənədləşmə aparılarkən indiki iddia predmetini istisna edən heç bir şərt və ya başqa əqdin yerinə belə bir əqdin bağlanması barədə göstəriş qoyulmamışdır. İddiaçı yoldaşı A.Şahbazova 50 illik etibarnamə vermişdir və ola bilməzdi ki, hadisələrin gedişatından Arifin xəbəri olmasın. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X5 nümayəndəsi və vəkili Nümayəndə4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ev hal-hazırda Gülər xanımın mülkiyyətində və istifadəsindədir. G.Cavadova əmlakı alarkən tamamilə vicdanlı alıcı olmuşdur və hələ də bu cürdur. İddiaçı özü də etiraf etmişdir ki, o vaxt yoldaşı ilə əmlak bölünməsinə deyə öz niyyətini pərdələmək üçün formal əqd bağlayıb və özü qanun pozuntusuna yol verib. G.Cavadova ilə aralarında heç bir qohumluq əlaqələri olmayıb, sadəcə adi alqı-satqı münasibətləri olub. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürənməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X6 nümayəndəsi və vəkili Nümayəndə5 iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, əvvəla onlar bu iş üzrə mütləq şəkildə müstəqil tələb irəli sürən şəxs qismində cəlb olunmalı idi, çünki sözügedən məsələ birbaşa olaraq təmsil etdiyi şəxsin maraqlarına toxunur. İddiaçı Şahbazov Arifə verdiyi etibarnamədən istifadə edərkən o, artıq ləğv olunmuşdur. Bu da Şahbazov Arifin sözügedən əmlakla bağlı pay hüququnu tələb etməyə ona əsas verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhər 43 saylı notariat ofislərinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktublarda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin və "xxxx" MTK-nın nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş payçılıq vəziyyəti barədə 12.11.2020-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, payçı X15 ilə "xxxx" MTK arasında 12.11.2020-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 106 saylı binada, sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsi almışdır. İş materiallarında olan İddiaçı tərəfindən notarial qaydada yazılmış 04.11.2020-ci il tarixli **********643 saylı ərizənin surətindən görünür ki, "xxxx" MTK-nın Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş yaşayış kompleksində, bina 106, 1-ci blok, mərtəbə 1, sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsində olan pay hüquqlarından imtina edir, həmin pay hüquqlarının və həmin qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin qızı X8 adına sənədləşməsinə heç bir etirazı yoxdur. Gələcəkdə, "xxxx" MTK-ya qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. Onu paydan azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər 13 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 22.09.2020-ci il tarixli etibarnamənin surətinə əsasən X16 tərəfindən İddiaçı bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamə 50 il müddətinə verilmiş və etibarnamənin müddəti 22.09.2070-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında «Elektron notariat» X1 çıxarışın surətindən görünür ki, X16 tərəfindən İddiaçı verilmiş 22.09.2020-ci il tarixli etibarnamə 16.10.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 02.12.2020-ci il tarixli 2344 nömrəli məktubun surətindən görünür ki, İddiaçı Abşeron rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlanmış 13.11.2020-ci il tarixli ərizəsində Masazır kəndində yerləşən Bağçalı evlər yaşayış massivində övladı X12 məxsus 106 saylı binada sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsinin satılması, bağlanması, banka girov qoyulması məqsədilə anası kimi İddiaçı onun əvəzindən müvafiq sənədlərə imza etməyinə icazə verilməsinə dair müraciətinə baxılmışdır. Qəyyumluq və Himayəçilik Komissiyası övladı 30.07.2012-ci il təvəllüdlü X12 məxsus Masazır kəndində yerləşən bağçalı evlər yaşayış kompleksində 106 saylı binada sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsinin sahəsi 60 kv.m. olan qeyriyaşayış sahəsinin satılmasına, bağışlanmasına və onun əvəzindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, bank müəssisələrində müvafiq sənədlərə və Notariat Kontorunda alqı-satqı və bağışlanma müqaviləsinə anası kimi İddiaçı imza etməyinə etiraz etmir. İş materiallarında olan "xxxx" MTK tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş payçılıq vəziyyəti barədə 12.11.2020-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, payçı İddiaçı ilə "xxxx" MTK arasında 28.01.2020-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 106 saylı binada, sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsi almışdır. İş üzrə X15 əvəzinə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 02.12.2020-ci il tarixdə verilmiş 2344 nömrəli sənəd əsasında anası İddiaçı tərəfindən notarial qaydada "xxxx" MTK-yə ünvanlanmış 07.07.2021-ci il tarixli, **********851 nömrəli ərizənin surətindən görünür ki, "xxxx" MTK-nın Abşeron ryonu, Masazır qəsəbəsi, 106 nömrəli yaşayış binasında, 1-ci blok, 1-ci mərtəbədə yerləşən 60 kv.m. ümumi sahədən ibarət mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina edir və həmin pay hüquqlarının Cavabdeh1 adına keçirilməsinə etiraz etmir. Gələcəkdə "xxxx" MTK-nə qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. İş materiallarında olan "xxxx" MTK tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş payçılıq vəziyyəti barədə 07.08.2021-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, payçı Cavabdeh1 ilə "xxxx" MTK arasında 07.08.2021-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 106 saylı binada, sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsi almışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən ünvan 6 ünvanlanmış 07.09.2021-ci il tarixli sorğuya cavabdan görünür ki, "xxxx" MTK-ya məxsus Yaşayış Kompleksində 106 saydı binada sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsi hər kv.m. 2200 manat ödəməklə 28.01.2020-ci il tarixdə İddiaçı tərəfindən alınmışdır. Beləliklə, 60 kv.m. olan qeyri-yaşayış sahəsinə 132.000 manat ödənilmişdir. Sonradan İddiaçı həmin yaşayış sahəsini 12.11.2020-ci ildə qəyyumluğa götürdüyü qızı X8 adına (notariusdan razılıq ərizsi əsasında) keçirmişdir. 07.08.2021-ci il tarixdə isə qeyri-yaşayış sahəsi X8 adından (notariusdan razılıq ərizəsi əsasında) Cavabdeh1 adına dəyişdirilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-1045/2021 saylı, 14.06.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X16 arasında 25.10.2011-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 802 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 30.07.2012-ci il təvəllüdlü X8 və 25.04.2019-cu il təvəllüdlü X7 boşanmadan sonra İddiaçı (ananın) yanında qalması, X4 İddiaçı xeyrinə 30.07.2012-ci il təvəllüdlü X4 İddiaçı xeyrinə 30.07.2012-ci il təvəllüdlü X8 və 25.04.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəli 17.11.2020-ci il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, X4 dövlət nəfinə 30 manat dövlət rüsumuna görə pulun tutulması qət edilmişdir. İş üzrə "xxxx" MTK tərəfindən Saatlı rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış 24.09.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MTK-ya məxsus yaşayış kompleksdə 106 saylı binada sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsi, hər kv.mnə 2200 manat ödəməklə 28.01.2020-ci il tarixdə İddiaçı tərəfindən alınmışdır. Beləliklə 60 kv.m. olan qeyri-yaşayış sahəsinə 132000 manat ödənilmişdir. Sonradan İddiaçı həmin yaşayış sahəsini 12.11.2020-ci ildə qəyyumluğa götürdüyü qızı X8 adına (notariusdan razılıq ərizəsi əsasında) keçirmişdir. 07.08.2021-ci il tarixdə isə qeyri-yaşayış sahəsi X8 adından (notariusdan razılıq ərizəsi əsasında) Cavabdeh1 adına dəyişdirilmişdir. X13 isə anası Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında özünün və həyat yoldaşının X13 isə anası Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında özünün və həyat yoldaşının notariusdan razılıq ərizələri ilə 16.09.2021-ci il tarixdə qeyri-yaşayış sahəsini X5 adına sənədləşdirmişdir. Hazırda həmin 60 kv.m.-lıq qeyri-yaşayış sahəsi X5 adınadır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.2-cı maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Eyni Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Qeyd olunan hüquq normalarının məzmunundan aydın olduğu kimi, hazırki halda tərəflər arasında bağlanmış əqd o zaman etibarsız sayıla bilər ki, iddiaçının ağır vəziyyətə düşməsi və digər tərəfin, yəni cavabdehin bundan istifadə etməsi nəticəsində iddiaçının özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur olduğu və yaxud da əqdi məcburetmə (zorakılıq və ya hədələmə) təsiri altında bağladığı sübuta yetirilsin. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının istinad etdiyi etibarsızlıq şərtlərinin faktiki hallarını sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Bununla belə, istinad olunan etibarsızlıq halının hər hansı bir zəruri şərtinin aşkar edilməməsi bu xarakterli iddia tələbinin rədd edilməsi üçün əsasdır. Hazırkı mülki işdə isə iddiaçı yuxarıda sadalanan etibarsızlıq şərtlərinə istinad etsə də, təktərəfli əqdlərin bağlanılması ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə cavabdehin məcburetmə hərəkətlərinin mövcud olduğunu, onunla cavabdeh arasında özünün zəifliyindən qaynaqlanan tənasübsüzlük olmasını, cavabdehin bu zəiflikdən istifadə edərək onu qəsdən istismar etməsini və müqavilənin də bunun nəticəsində bağlanıldığını (ağır şərtli əqd) bildirən, habelə sözügedən əqdlər (ərizə) bağlanarkən tərəflərin hüquqi nəticə əmələ gətirməmək barədə razılığa gəldiklərini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 347.1-ci və 347.2-ci maddələrinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Hazırkı mülki işdə isə iddiaçı notariat orqanına verilmiş ərizə ilə bağlı açıqladığı iradə bəyanının onun düşündüyünə uyğun olmamasını, yaxud müqavilə ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə yanılmasını göstərən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 mart 2020-ci il tarixli qərarında qeyd olunmmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Məhkəmə xüsusilə vurğulayır ki, hətta mübahisə predmeti olan ərizə iddiaçının qeyd etdiyi əsaslarla səbəbilə etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti (kəsici müddət) ötürüldüyündən, tələb rədd edilməlidir. Çünki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı, həm əqdin əhəmiyyətsiz əqd olduğuna, həm də MM-in 340.1-ci və 340.2-ci maddələrinə istinad etdiyindən, həmin tələbə MM-nin 354.1-ci və 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət şamil edilir. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Hazırki işin hallarından və tərəfin izahatından belə məlum olur ki, iddiaçı mübahisə predmeti olan ərizənin verildiyi anda öz hüquqlarının pozulduğunu bilməli idi. (07 avqust 2020-ci il ) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Məhkəmə qeyd edir ki, İddiaçı Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin məktubunu, Bakı şəhəri 43 saylı Notariat Kontorunda verilmiş təsdiqli ərizənin və "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddiasını onunla əsaslandırmışdır ki, həyat yoldaşı Ariflə nikahlarının pozulmasından ehtiyat edərək adına rəsmiləşdirilmiş 60 kv.m sahəsi olan qeyri yaşayış sahəsini qızı Şahbazlı Canselin adına rəsmiləşdirmişdir. Daha sonradan yenidən ehtiyat edərək qeyd olunan qeyri yaşayış sahəsini anası hazırki Cavabdeh1 adına rəsmiləşdirmişdir. Bu rəsmiləşdirilmənin həyata keçirilməsi üçün iddiaçıdan müvafiq razılıq sənədlərinin toplanması tələb olunmuş və həmin müddət ərzində İddiaçı sənədləri toplamışdır. Məhkəmə qeyd olunanları iş materiallarına ilə birlikdə nəzərə alaraq hesab edir ki, İddiaçı mübahisəli qeyri yaşayış sahəsini ilk öncə qızının, daha sonradan anasının adına rəsmiləşdirilməsində könüllü hərəkət etmiş (bunu həm iddia ərizəsində qeyd etmişdir), müvafiq sənədləri şəxsən özü toplamışdır. Ərizə, məktub və maliyyə arayışının etibarsız hesab edilməsində isə həyat yoldaşı Arifin razılığının alınmamasını əsas gətirsədə bu hissələrdə tələb irəli sürmək və aldanıldığını bildirmək subyektiv cəhətdən X14 məxsus hüquqdur ki, hal-hazırda sonuncunun bununla bağlı iddia tələbi mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının iddiasında istinad etdiyi digər halldan biridə 43 saylı Notariat orqanı onun ərizəsini təsdiq edərkən İddiaçı adında hər hansı mülkiyyətinin olub –olmamasını araşdırılmamasıdır. Qeyd olunmalıdır ki, sözügedən ərizədə İddiaçı öz adından deyil, qızı yetkinlik yaşına çatmayan Şahbazlı Canselin adından ərizə təqdim etmiş və ərizənin verildiyi gün isə Şahbazlı Canselin mülkiyyətində mübahisələndirilən əmlak mövcud olmuşdur. (iş.m. 16 saylı vərəq) Məhkəmə həmçinin “Bağçalı Evlər MTK”-nın vermiş olduğu maliyyə arayışına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Bağçalı Evlər MTK” tərəfindən maliyyə arayışı verilərkən heç bir hüquq pozuntusu halı baş verməmiş, əksinə iddiaçıdan (ilkin mülkiyyətçidən) müvafiq rəsmi qaydada təsdiqlənməli sənədlər tələb edildikdən sonra sözügedən arayışlar verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Kontoruna, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə və "xxxx" MTK-ya qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi X10 və X11 cəlb etməklə «məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Kontoruna, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə və "xxxx" MTK-ya qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi X10 və X11 cəlb etməklə «məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-410/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-410/2022
05.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver