Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4100/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-də satış meneceri kimi tanımışdır. İddiaçı həmin vaxt MMC-dən mesent alıb, satdıqdan sonra pulunu MMC-yə verirdi. İddiaçı işlədiyi müddətdə MMC-nin nümayəndəsi kimi cavabdehə pul verirdi. İddiaçı verdiyi pulların bəzilərini kitaba qol çəkdirməklə və bəzilərini isə «xxxxxxxxxx» hesabına vururdu. MMC ilə işlədiyi müddətdə ona heç bir borcu qalmamışdır. Bir müddətdən sonra «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC iddiaçıya qarşı məhkəmədə iddia qaldıraraq ondan 4007 manat pul tələb etdiyini gördü və şirkətlə əlaqə saxlayıb ona bu pulları MMCnin işçisi olan Elçinə verdiyini deyəndə onlar Elçinin şirkətə pul köçürmədiyini bildirdilər. İşə Masallı rayon Məhkəməsində baxılaraq iddiaçıdan 4007 manat pulun, 117 manat məbləğində faiz böorcunun və 31 manat dövlət rüsumunun, cəmi 4155 manat pulun alınıb MMC-yə verilməsi barədə xx.xx.2018-ci ildə 2(050)-1029/2018 saylı qətnamə çıxarıldı. Halbuki həmin məbləğləri iddiaçı Elçinin bank hesabına göndərmişdi ki, onlar iddiaçıdan yenidən tutulmuşdur. İddiaçı cavabdeh Elçinə xx.xx.2017-ci ildə 500 manat «xxxxxxxxx» ASC-də, xx.xx.2017-ci ildə 1040 manat «xxxxxxxxx» ASC-də, xx.xx.2017-ci ildə 500 manat «xxxxxxxxx» ASC-də, xx.xx.2017-ci ildə 1500 manat post terminalı ilə «xxxxxx» MMC-yə 500 manat «xxxxxxxxx» ASC-də, cəmi 4040 manat pul göndərmişdir. Sonradan pulu Elçindən tələb etməsinə baxmayaraq o, pulu verməmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 4040 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış teleqramda yol uzaq olduğuna və səhhətində narahatçılıq olduğuna görə iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, öz izahatında göstərmişdir ki, bundan bir neçə ay əvvəl Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-1268/2020 saylı iş üzrə iddiaçı X4 tərəfindən Cavabdeh qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə «Cavabdeh 4.040 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi» haqqında iddia qaldırılmışdır. İşə əlavə edilmiş iddiaçı Kərim Məmmədhəsənli tərəfindən Cavabdeh qarşı iddia ərizəsinin surətindən göründüyü kimi, həmin iddia ərizəsi ilə hazırki iş üzrə İddiaçı tərəfindən Cavabdeh qarşı iddia ərizəsinin mətni, hətta iddiaçıların ünvanları da eynidir, yəni Masallı rayonu Seybətin kəndi. İşə əlavə edilmiş Nəsimi rayon Məhkəməsinin 2(006)- 1269/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən göründüyü kimi həmin iddia rədd edilmiş və məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmişdir. Göründüyü kimi Kərim Məmmədhəsənli tərəfindən Cavabdeh qarşı iddia ərizəsinin yalnız iddiaçı tərəfin adı dəyişdirilərək həmin iddia yenidən qaldırılmışdır. Hər iki iddiaçının adı, ata adı və soyadlarında «Məmmədhəsən» adlarının olması, həmin şəxslərin yaxın qohum olması ehtimalını yaradır. Cavabdeh hazırki iddia ərizəsində göstərilənləri heç bir aidiyyəti yoxdur. Belə ki, Cavabdeh heç vaxt həmin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin işçisi olmamışdır. Əgər İddiaçı əlində bu barədə hər hansı sübut varsa, məhkəməyə təqdim edə bilər. Bundan başqa, İddiaçı qeyd edir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMCdən götürdüyü sementə görə ödənilməli olan məbləği ödənilməsi məqsədilə həmin MMCnin işçisi, nümayəndəsi kimi Cavabdeh vermiş, pulların bezilərini onun hesabına bank vasitəsilə köçürüb, bəzilərini isə kitaba qol çəkdirməklə verib. Bu hal da tamamilə yalandır. Belə ki, əvvəla, əgər İddiaçı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC arasında hər hansı müqavilə münasibətləri olmuşdursa, bu barədə sübutları məhkəməyə təqdim edə bilər. Dəgir tərəflər bir daha qeyd edir ki, Cavabdeh heç vaxt MMC-nin işçisi olmamışdır və təbii ki, MMC-nin işçisi kimi də İddiaçı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC arasında olan müqavilə münasibətlərinə görə iddiaçıdan heç vaxt pul almamışdır. Əgər İddiaçı həmin köçürülən pulun Cavabdeh tərəfindən MMC-yə ödənilməli olması, yəni təyinatı ilə bağlı hər hansı sübutları varsa, həmin sübutları məhkəməyə təqdim edə bilər. Bundan başqa, iddiaçı qeyd edir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin ona qarşı Masallı rayon Məhkəməsində iddia qaldırdığını biləndən sonra həmin şirkətlə əlaqə saxlayıb pulları MMC-nin işçisi Cavabdeh verdiyini deyəndə, onlar Cavabdeh MMC-nin hesabına pul köçürmədiklərini bildirmişlər. Bu hal da tamamilə yalandır. Belə ki, əvvəla İddiaçı qeyd edir ki, 1500 manat pulu poçt terminalı vasitəsilə birbaşa «xxxxxx» MMC-yə göndərib. Göründüyü kimi, əvvəla iddiaçı özü etiraf edir ki, 1500 manat pulu poçt terminalı vasitəsilə Cavabdeh deyil, məhz birbaşa «xxxxxx» MMC-yə göndərib. Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin işçisi olmamış, həmçinin «xxxxxx» MMC-nin də işçisi olmamış və həmin hüquqi şəxslər ilə heç bir rəsmi əlaqələri və münasibətləri olmamışdır. İkincisi, iddia ərizəsindən göründüyü kimi, «xxxxxx» MMC tərəfindən İddiaçı qarşı heç bir iddia qaldırmayıb, həmin iddia «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən qaldırılıb. Başqa sözlə, poçt terminalı vasitəsilə birbaşa «xxxxxx» MMC-yə göndərilmiş 1500 manat pul vəsaiti mübahisə predmet ila bilməz. Göründüyü kimi, Cavabdeh həmin 1500 manat məbləği ilə bağlı münasibətlərdə tərəf deyildir və heç bir bağlılığı yoxdur. Belə olan halda iddiaçının həmin pulu Cavabdeh tələb edilməsi tamamilə əsassız və məntiqsizdir. Bu hal da iddianın formal mülahizələrə əsaslanmasına əyanı sübutdur. Üçüncüsü, iddiaçı qeyd edir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən ona qarşı iddia qaldırılıb. Eyni zamanda Kərim Məmmədhəsənli də qeyd edir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən eyni tələblə ona qarşı iddia qaldırılıb. Ona görə də həmin məbləğ ilə bağlı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən hər iki şəxsdən kimə qarşı iddia qaldırılması qeyri-müəyyən olaraq qalır. Göstərilən ziddiyyət də yəni guya «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən hər iki şəxsə qarşı eyni tələblə və əsasla iddia qaldırılması hazırki və həmin iddianın əsassız, formal olduğuna dəlalət edir. Nəhayət, əgər Cavabdeh həmin pul vəsaitinə görə cavab verməli olan şəxs idisə, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin İddiaçı qarşı Masallı rayon Məhkəməsində pul tələbinə dair iş üzrə iddiaya baxılarkən, İddiaçı kim və nə mane olurdu ki, işin obyektiv və hərtərəfli araşdırılması üçün həmin prosesdə Cavabdeh ən azı şahid və ya üçüncü şəxs, yaxud cavabdeh qismində iştirakının təmin edilməsi barədə vəsatət versin. Ən əsası odur ki, əgər iddiaçı özü etiraf edirsə ki, 1500 manat pulu poçt terminalı vasitəsilə birbaşa «xxxxxx» MMC-yə göndərilmişdir, onda qalan digər məbləğlərin də Cavabdeh deyil, «xxxxxx» MMC-yə və ya «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMCyə birbaşa göndərilməsinə kim və nə mane olurdu. Bundan başqa, işdən göründüyü kimi, İddiaçı iddianın əsas dəlil kimi Masallı rayon Məhkəməsinin 2(050)-1029/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə istinad etsə də, həmin qətnamənin surətini də iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, əvvəla o halda həmin qətnamə ilə İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödədiyi pulların məhz MMC-nin işçisi Cavabdeh verməsi, eyni zamanda Cavabdeh həmin MMC-nin işçisi olub-olmaması müəyyən olunmalı idi. Digər tərəfdən, Masallı rayon Məhkəməsinin 2(050)-1029/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi hazırki iş üzrə iddia qaldırıldığından 2 il 2 ay əvvəl qəbul olunmuşdur. Əgər həmin iş üzrə cavabdeh İddiaçı həmin qətnamə ilə razı deyildirsə, məntiqə görə ilk növbədə həmin qətnamədən apellyasiya və kassasiya şikayəti verməli idi. Əgər həqiqətən həmin pullar Cavabdeh verilmişdirsə, onda həmin qətnamənin qəbul edilməsindən dərhal sonra hazırki predmet üzrə iddia qaldırılmasına İddiaçı kim və nə mane olmuşdur. Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-7432/2019 saylı iş üzrə iddiaçı Kərim Məmmədhəsənli tərəfindən verilmiş iddia ərizəsindən göründüyü kimi, həmin iddia ərizəsinə 5 ədəd köçürmə bildirişi əlavə edilmişdir.Elə həmin iş üzrə Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən göründüyü kimi, həmin qətnamədə də Cavabdeh göndərilmiş 5 ədəd «köçürmənin göndərilməsi barədə bildiriş»ə, yəni xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 1040 manat və xx.xx.2017-ci il tarixdə 500 manat, cəmi 3.040 manat istinad edilmişdir. Həmin 3040 manat məbləğində «xxxxxx» MMC-yə göndərilmiş 1.500 manat də əlavə edilsə də, o halda ümumi məbləğ 4540 manat təşkil edərdi. Nəzərə alınsa ki, həmin iş üzrə iddia tələbi 4040 manat təşkil edirdi, o halda Kərim Məmmədhəsənli tərəfindən verilmiş iddianın əsassız olması bir daha təsdiq olunardı. Hazırki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsindən isə göründüyü kimi, bu iddia ərizəsində iddiaçı Cavabdeh göndərilmiş 4 ədəd köçürmə bildirişinə istinad edir (cəmi 2.540 manat). Beləliklə, həmin iddia ərizələrinə diqqətlə fikir verdikdə hazırki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsində xx.xx.2017-ci il tarixli (500 manat) köçürmə bildirişinə istinad edilməmişdir. Başqa sözlə, İddiaçı öz iddia ərizəsində Kərim Məmmədhəsənli tərəfindən verilmiş iddia ərizəsində olan yanlışlığı aradan qaldırmağa cəhd etmişdir. Bu hal da İddiaçı tərəfindən verilmiş iddianın əsassız olmasını bir daha təsdiq edir. Bundan başqa, iddia ərizəsində göndərilənlərə inanılsa, onda Masallı rayon Məhkəməsinin 2(050)-1029/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı 4.007 manat əsas borc olmaq, cəmi 4155 manat pul vəsaitinin və 31 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Hazırki iş üzrə İddiaçı isə Cavabdeh 4.040 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb edir. Beləliklə, göründüyü kimi, iddianın dəlilləri formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassız və qanunsuzdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İşin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1268/2020 saylı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı X6 Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-də satış meneceri kimi tanımışdır. İddiaçı həmin vaxt MMC-dən sement alıb, satdıqdan sonra pulunu MMC-yə verirdi. İddiaçı işlədiyi müddətdə MMC-in nümayəndəsi kimi cavabdehə pul verirdi. İddiaçı verdiyi pulların bəzilərini kitaba qol çəkdirməklə və bəzilərini isə “xxxxxxxxxx” ASC-də olan bank hesabına vururdu. MMC ilə işlədiyi müddətdə ona heç bir borcu qalmamışdır. Bir müddətdən sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC iddiaçıya qarşı məhkəmədə iddia qaldıraraq ondan 4007 manat pul tələb etdiyini gördü və şirkətlə əlaqə saxlayıb ona bu pulları MMCin işçisi olan Elçinə verdiyini deyəndə onlar Elçinin şirkətə pul köçürmədiyini bildirdilər. İşə Masallı Rayon Məhkəməsində baxılaraq iddiaçıdan 4007 manat pulun, 117 manat məbləğində faiz borcunun və 31 manat dövlət rüsumunun, cəmi 4155 manat pulun alınıb MMC-yə verilməsi barədə xx.xx.2018-ci ildə 2(050)-1029/2018 saylı qətnamə çıxarıldı. Halbuki, həmin məbləğləri iddiaçı Elçinin bank hesabına göndərmişdi ki, onlar iddiaçıdan yenidən tutulmuşdur. İddiaçı cavabdeh Elçinə xx.xx.2017-ci ildə 500 manat “xxxxxxxxx” ASC-də, xx.xx.2017-ci ildə 1040 manat “xxxxxxxxx” ASC-də, xx.xx.2017-ci ildə 500 manat “xxxxxxxxx” ASC-də, xx.xx.2017-ci ildə 1500 manat post terminal ilə “xxxxxx” MMC-yə, xx.xx.2017-ci ildə 500 manat “xxxxxxxxx” ASC-də 4040 manat pul göndərmişdir. Qeyd edilən pulları iddiaçı cavabdeh Elçinə “xxxxxxxxx” ASC vasitəsi ilə verməyinə baxmayaraq, MMC həmin məbləği iddiaçıdan yenidən tələb edir. Cavabdeh əsassız olaraq iddiaçıdan aldığı pulu özündə saxlamaqla şirkətə vermədiyindən əsassız varlanmaq niyyəti güdmüşdür.Ona görə də Cavabdeh 4040 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmin qətnamə ilə həmçinin “köçürmənin göndərilməsi barədə bildiriş”lərdən görünür ki, X3 tərəfindən Cavabdeh “xxxxxxxxx” ASC-də olan hesabına xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 1040 manat, xx.xx.2017-ci il tarixdə 500 manat pul köçürülmüşdür. Məhkəmə iddiaçının iddia tələbinin irəli sürməyə subyektiv hüququ olmadığına görə iddia ərizəsini təmin edilməmişdir. İş materiallarında olan köçürmənin göndərilməsi barədə bildirişlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh “xxxxxxxxx” ASC-də olan hesabına xx.xx.2017-ci il tarixdə 1040 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat maddi yardım köçürülmüşdür. Beləliklə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə yalnız iddiaçının adı dəyişdirilərək eyni tərəflər arasında pul tələbi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Məhkəmə tələblərin oxşar olmasını, eyni məsələdən qaynaqlandığını, habelə onunla əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğunu, iddia edilən məbləğin maddi yardım ilə könüllü şəkildə verildiyini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər X1 Cavabdeh qarşı tərəflər arasında hazırda mübahisələndirilən məsələ ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiadan isə görünür ki, tərəflər arsında nə zərər vurulması, nə əsassız varlanma, nədəki müqavilə münasibətləri mövcud olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4100/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4100/2020
23.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver