Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4118/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Həziyev Emin Eldəniz oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 51,*4 manat əsas, 1,58 manat dəbbə pulu, 3* manat rüsum olmaqla cəmi 82,62 (səksən iki manat, altmış iki qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə (bundan sonra “kirayəyə verən) ilə Cavabdeh (bundan sonra “istifadəçi”) arasında 23.*4.24-cü il tarixində “Citycar” mobil tətbiqi vasitəsilə avtomobilin kirayə müqaviləsi bağlanmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331-ci maddəsinə əsasən "əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir". Müqavilə bağlanmazdan əvvəl kirayəyə verənin müqavilə bağlanmasına dair ümumi ofertası təqdim edilmiş və istifadəçi tərəfindən təsdiqlənmişdir. Müqavilə mətni də istifadəçi tərəfindən təsdiq edildikdən sonra standart şərtlər barədə əyani qeyd də istifadəçinin iradəsini dürüst müəyyən etməyə imkan verən şəraitdə onun tərəfindən aksept edilmişdir. Bunun nəticəsində mülkiyyəti iddiaçıya məxsus olan “Geely Geometry” markalı, **-YJ-*** qeydiyyat nişanlı avtomobil *7.*5.2*24-cü il tarixdə, saat 19:53-də cavabdehə təhvil verilmiş və onun tərəfindən həmin tarixdə saat 22:58-də qaytarılmışdır. 3 saat, *5 dəqiqə olmaqla *7.*5.2*24-cü il tarixdə cavabdehin istifadəsində olmuşdur. İstifadəçi tərəfindən təsdiq edilən müqaviləyə əsasən kirayə ödənişi mobil tətbiqdə göstərilən tariflər əsasında hesablanır və həmin müqaviləyə əsasən istifadəçi müqavilə bağlandıqdan etibarən 5 gün ərzində müəyyən edilmiş tarifə uyğun olaraq 51,*4 manat məbləğində kirayə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək avtomobili cavabdehə təvhil versə də, cavabdeh öhdəliyini yerinə yetiməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi 12.*5.2*24-cü il tarixinədək ödəməli olsa da, indiyə qədər heç bir ödəniş həyata keçirməmiş və 13.*5.2*24-cü il tarixindən etibarən istifadəçi öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etmişdir. Belə ki, Mülki Məcəllənin 445.4-cü maddəsinə əsasən "icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır". Müqavilə öhdəliyin icrası üçün vaxt müəyyən etdiyinə görə cavabdehin öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etməsi üçün hər hansı xatırlatmaya ehtiyac qalmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı borc məbləği barədə kompüter məlumat bazasından elektron çıxarışın surətindən görünür ki, Cavabdeh *7.*5.2*24-cü il tarixində 51,*4 manat borcu yaranmışdır. İddiaçı nəqliyyat vasitəsindən istifadə edilməsi barədə kompüter məlumat bazasından elektron çıxarışın surətindən görünür ki, Cavabdeh *7.*5.2*24-cü il tarixdə nəqliyyat vasitəsi kirayələyərək 33 km idarə etmiş və buna görə 51,81 manat məbləğində borcu yaranmışdır. İddiaçı nəqliyyat vasitəsi barədə kompüter məlumat bazasından elektron çıxarışın surətindən görünür ki, Cavabdeh *7.*5.2*24-cü il tarixdə saat 19:53:49-da “BYD-E2” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobili kirayələyərək istifadə etməyə başlamış və həmin tarixdə saat 22:58:3*-da istifadəni sonlandırmışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən (pretenziya məktubundan) görünür ki, iddiaçı cavabdehdən 23.*4.2*24-cü il tarixli avtomobilin kirayə müqaviləsinə əsasən ödəməli olduğu 51,*4 manat məbləğində kirayə ödənişi, 1,58 manat məbləğində cərimə/dəbbə pulu, * manat məbləğində gecikdirmə faizi olmaqla, cəmi 52,62 manat məbləğin ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Cavabdeh şəxsiyyət və sürücülük vəsiqəsinin fotoşəkillərini cavabdehə göndərməklə İddiaçı ilə fiziki iştirak olmadan xidmətin uzaqdan göstərilməsinə yönümlü olaraq qurulmuş sistem çərçivəsində uzaqdan əlaqə vasitələrindən istifadə edilməklə avtomobilin kirayə müqaviləsini bağlamışdır. *1.*8.2*24-cü il tarixli, ********** saylı nömrəli qəbzindən görünür ki, iddiaçı tərəfindən 3* (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Müqavilə bağlanmasına dair İddiaçı ümumi ofertası (təklif), avtomobilin elektron kirayəsi müqaviləsi, İddiaçı ilə istifadəçi arasında bağlanmış müqavilənin standart şərtlərinin müqavilənin tərkib hissəsinə çevrilməsi barədə əyani qeyd, İddiaçı qoşulma müqaviləsinə Əlavə №1, İddiaçı qoşulma müqaviləsinə əlavə 2 iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh bağladığı müqaviləyə əsasən nəqliyyat vasitəsindən istifadə etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 51,*4 manat əsas, 1,58 manat dəbbə pulu, 3* manat dövlət rüsumu olmaqla, cəmi 82,62 manat tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 51,*4 (əlli min manat dörd qəpik) manat əsas, 1,58 (bir manat əlli səkkiz qəpik) manat dəbbə pulu, 3* (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 82,62 (səksən iki manat altmış iki qəpik) manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4118/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4118/2024
22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver