Məhkəmə qərarları › İş №2(006)-4129/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4129/2022

19.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4129/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən çəkilmiş əməliyyat xərcləri – 13328 (on üç min üç yüz iyirmi səkkiz) manat, iddiaçının əmək qabiliyyətini itirməsi və ömürlük əlil olması ilə bağlı 56970 (əlli altı min doqquz yüz yetmiş) manat, vurulmuş mənəvi zərərə görə - 10000 (on min) manat, hüquqi yardım xidməti ilə bağlı – 850 manat, vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat olmaqla, ümumilikdə 81348 (səksən bir min üç yüz qırx səkkiz) manat və dövlət rüsumu üçün ödənilmiş – 335 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə verərək, Bakı şəhərindən kənarda olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, qeyd olunanları nəzərə alaraq, məhkəmə hazırlıq iclasında iştirak edə bilməməsinin üzrlü hesab edilməsini və hazırlıq iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ünvanlanmış yazılı vəsatəti müdafiə edərək bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Eyni zamanda iddiaçının sağlamlığına dəymiş zərər ödənilmişdir. Bununla bağlı cinayət işinin materiallarında onun ərizəsi də mövcuddur. Hazırkı iddia tələbi çəkilmiş əlavə xərclərlə bağlı pul tələbi olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiinin 36.6-cı maddəsinə uyğun iddiaçının seçim hüququ yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı Xətai rayonunun ərazisinə aid olduğundan mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə vəsatətə etiraz ünvanlanaraq bildirilmişdir ki, cavabdehin nümayəndəsi və vəkili onlar tərəfindən verilmiş iddia ərizəsində qara şriftlə və altından xətt çəkilərək yazılmış Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiinin 36.6-cı maddəsinə - xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. – nəzər yetirməmiş olması mümkün deyildir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatət yalnız işin uzanması və məhkəmə prosesinə əngəl törətmək məqsədi daşımaqdadır. Sonda o, qeyd olunanları nəzərə alaraq. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixdə mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı elektron kabinet vasitəsilə yüklənmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonunun inzibati ərazisinə aid olduğundan, habelə iddianın çəkilmiş xərclərlə bağlı pul tələbi ilə əlaqədar olduğunu nəzərə alaraq mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar