Məhkəmə qərarları › İş №2(006)-4151/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4151/2020

28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4151/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq (3938+1430+65) 5433 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 400 manat, ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 5863 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə etdi və izahatında göstərdi ki,Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34, mənzil 18 iddiaçının xüsusi mülkiyyətindədir. Mənzil alındıqdan sonra tam təmir edilmiş və təmirdən sonra mənzildə yaşayış olmamışdı. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında iddiaçıya polis sahə rəisi və qonşusu zəng edərək mənzilə su axıldığı barədə məlumat vermişdir. Məlumatdan sonra dərhal mənzilə getmişdir. Sahə müvəkkilinin və Nəsimi rayon MKTB-nin 33 saylı MKİS-nin əməkdaşlarının iştirakı ilə mənzilin qapısı açılmışdır. Mənzilə daxil olarkən su axması nəticəsində mənzilinə ciddi ziyan dəydiyi, ev suyun içində olduğu, hətta döşəmənin və qapıların şişməsi səbəbindən içəri qapıların çətinliklə açıldığı müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 34 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus 21 saylı mənzilin daxilində yerləşən istilik radiatorundan bir neçə saat davamlı suyun aşağıya axması 1-ci mərtəbədə yerləşən iddiaçının 18 saylıə mənzilinə, eyni zamanda yan 31 saylı mənzilə ciddi ziyan dəyməsinə səbəb olmuşdur. Sahə müvəkkilinin və Nəsimi rayon MKTB-nin 33cü MKİS-nin əməkdaşlarının iştirakı ilə, mənzilinə baxış keçirilərkən su axma nəticəsində mənzilin hər iki otağına o, cümlədən mətbəx, dəhliz, mebellər və s. ciddi ziyan dəydiyi məlum olmuşdur. Mənzilinin döşəməsi su ilə dolmuş, yerdə olan xalçalar islanmış, laminat şişmiş, divarların şpaklyovka və emulsiyası qopmuş, o cümlədən divar kağızları islanaraq yararsız hala düşmüş, otaqların, həmçinin hamam, mətbəx, dəhliz və s. tavanlarında su axıntısından çatlar əmələ gəlmiş, şpaklyovkalar atmış, içəri qapılar sudan ziyan çəkmiş, mənzildə olan mebellər suyun dəyməsi səbəbindən şişmiş, işıq sistemi sıradan çıxmış, evdə olan divan və kreslo və s. islanaraq yararsız vəziyyətə düşmüşdür. Bakı şəhəri Nəsimi rayonu MKTB-nin 33 saylı MKİS mütəxəssisləri suyun axma səbəbi və mənzilinə və mənzildə olan əşyalara ziyan dəyməsi barədə akt tərtib etmişlər. İddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34, mənzil 18 və mənzildə olan əşyalara dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün ekspertiza mərkəzinə müraciət edilmiş və ekspertiza tərəfindən həm tikinti-texniki və əmtəəşünaslıq ekspertizası keçirilərək müvafiq rəy verilmişdir. Rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 34 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus 21 saylı mənzildən suyun axması nəticəsində mənzilinə dəymiş ziyanın aradan qaldırılması üçün 3938 manat məbləğində pul vəsaitinin tələb olunduğu, mənzildəki mebel və əşyalara dəymiş ziyanın ümumi dəyəri isə 1430 manat olduğu, ümumilikdə 5368 manat ziyan dəydiyi müəyyən edilmişdi. Bundan əlavə mənzildə olan islanmış xalçaların yuyulması üçün xalça yuma şirkətinə iddiaçı tərəfindən 65 manat ödənilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili X2 iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 34, 18 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2562 nömrəli reyestr kitabının 238592 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan, 33 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx xxxxx 2020-ci il tarixli aktdan görünür ki, Cavadxan küçəsi 34 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus 21 saylı mənzildən su axması nəticəsində həmin mənzilin alt mərtəbəsində, yəni 1-ci mərtəbəsində yerləşən 17 saylı mənzilə, eyni zamanda yan 1-ci mərtəbədə yerləşən 31 saylı mənzilə ciddi ziyan dəymişdir. Belə ki, Cavabdeh məxsus 21 saylı mənzilin daxilində yerləşən istilik radiatorundan bir neçə saat davamlı suyun aşağı axması 1-ci mərtəbədə yerləşən 18 saylı mənzilə, eyni zamanda yan 31 saylı mənzilə ciddi ziyan dəyməsinə səbəb olmuşdur. Ziyan dəymiş 18 saylı mənzilə daxil olarkən mənzilin su axmadan əvvəl tam təmirli olması, təmirdən sonra yaşayış olmaması, lakin su axma nəticəsində mənzilin hər iki otağına, o cümlədən mətbəx, dəhliz, mebellər və s. ciddi ziyan səydiyi məlum olmuşdur. 18 saylı mənzilin döşəməsi su ilə dolmuş, yerdə olan xalçalar islanmış, laminat şişmiş, divarların şpaklyovkası və emulsiyası qopmuş, divar kağızları islanaraq yararsız hala düşmüşdür. Otaqların, həmçinin hamam, mətbəx, dəhliz və ayaqyolunun tavanlarında su axıntısından çatlar əmələ gəlmiş, şpaklyovkalar atmış, içəri qapılar ssudan ziyan çəkmiş, mənzildə olan mebellər suyun dəyməsi səbəbindən şişmiş, işıq sistemi sıradan çıxmışdır. Evdə olan divan, kreslo islanaraq yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Azərbaycan Respublikası MM-nın 1111.2-ci maddəsinə əsasən “əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir”. Bundan başqa, Azərbaycan Respublikası MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 34, binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus 21 saylı mənzildən su axması nəticəsində həmin mənzilin alt mərtəbəsində, yəni 1-ci mərtəbəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 34, iddiaçıya məxsus 17 saylı mənzilə ziyan dəymişdir. Belə ki, X3 tərəfindən təyin edilmiş “məhkəmə-əmtəəşünaslıq və tikinti-texniki ekspertizasının” xx xxxx 2020-ci il tarixli 242 saylı rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyət və təqdim olunmuş sənədlərə (sübutlara) əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 34 saylı evin 21 saylı mənzilində suyun sızması nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 34 saylı evin 18 saylı mənzilinə dəymiş ziyanın aradan qaldırılması üçün, mövcud bazar qiymətlərinə uyğun olaraq 3938 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 34 saylı evin 21 saylı mənzilindən suyun sızması nəticəsində, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (GƏncə xanı) küçəsində yerləşən 34 saylı evin 18 saylı mənzilindəki mebel əşyalarına dəymiş ziyanın ümumi dəyəri, mövcud bazar qiymətlərinə uyğun olaraq 1430 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Bundan başqa iş materiallarında olan “İmperator” xalça yuma şirkəti tərəfindən verilmiş qəbzdən görünür ki, müştəri (İddiaçı) xalçalara görə şirkətin xeyrinə 65 manat məbləğində ödəniş etmişdir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 5433 (beş min dörd yüz otuz üç) manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 400 (dörd yüz) manat və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 5863 (beş min səkkiz yüz altmış üç) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 5433 (beş min dörd yüz otuz üç) manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 400 (dörd yüz) manat və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 5863 (beş min səkkiz yüz altmış üç) manat məbləğində məbləğində pul əsaiti alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar