Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4169/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «icra sənədi üzrə icraatın məcbur dayandırılması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «icra sənədi üzrə icraatın məcbur dayandırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-4177/2*24 nömrəli, 15.*7.2*24-cü il tarixli (14.*2.2*25-ci il tarixdə imzalanmışdır) icra vərəqəsi üzrə icraatın dayandırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin mahiyyətindən göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-4177/2*24 nömrəli, 15.*7.2*24-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı X1 cehiz əşyalarının cavabdeh İddiaçı alınaraq iddiaçıya verilməsi, əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83522,69 manatın cavabdeh İddiaçı alınaraq iddiaçıya ödənilməsi nəzərdə tutulmuşdur. Hazırda iddiaçı, mülkiyyətində olan mənzilin üçüncü şəxsə satıldığını və icra vərəqəsi üzrə iddiaçıya qaytarılması tələb edilən cehiz əşyalarının həmin mənzildə qaldığından, lakin mənzilin hazırki mülkiyyətçisi tərəfindən əşyaların qaytarılmadığını bildirərək Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-4177/2*24 nömrəli, 15.*7.2*24-cü il tarixli icra vərəqəsinin icra edilməsinin mümkünsüz olduğunu iddia edir. Həmçinin, iddia ərizəsindən göründüyü kimi iddiaçı mənzilin mülkiyyətçisinə qarşı mənzildə qalan əşyaların qaytarılması tələbinə dair Pirallahı Rayon Məhkəməsində iddia qaldırmışdır və bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-4177/2*24 nömrəli, 15.*7.2*24-cü il tarixli icra vərəqəsi üzrə icraatın dayandırılmasını tələb edir. Göründüyü kimi iddiaçının hazırki tələbi yekun məhkəmə aktının icrası ilə əlaqədar olaraq yaranmış məsələdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi yekun məhkəmə aktı qəbul edilərək icraya yönədilmişdir. Hal-hazırda sözügedən icra sənədi icra şöbəsinin icraatındadır. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisə ilə bağlı artıq icra sənədi mövcud olduğundan, qeyd olunan tələb məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı icra məmurunun hərəkətləri ilə bağlı məhkəmə nəzarəti qaydasında verilmiş şikayət əsasında (8 indeksi ilə) baxılmalıdır. Məhkəmə hesab edir ki, onun bu tələbinə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, hazırki tələb ayrıca məhkəmə icraatının predmeti ola bilməz. İddiaçının diqqətinə çatdırılır ki, hazırki ərizədə mübahisələndirdiyi məsələlərlə əlaqədar ilk öncə icra vərəqəsinin verildiyi Bakı Apellyasiya Məhkəməsinə müraciət etməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-ci maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmə qeyd edir ki, “mülki məhkəmə icraatı qaydasında” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki işlər üzrə icraat qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi üzrə icraatın məcbur dayandırılmasına dair ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «icra sənədi üzrə icraatın məcbur dayandırılması» tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya icra vərəqəsinin verildiyi Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4169/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4169/2025
16.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver