Məhkəmə qərarları › İş №2(006)-420/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-420/2022

07.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-420/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-ni cəlb etməklə cavabdeh X8rşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-ni cəlb etməklə cavabdeh X8rşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə biznes münasibətlərində olmuşdur. Həmin biznes münasibətlərindən irəli gələn pul öhdəliklərinin icrasını qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikasının vətəndaşı X4 verərək onun vasitəçiliyi ilə Türkiyyə vətəndaşı X10 çatdırmalı və X12 isə həmin pulları sonunda "xxxx" MMC-yə çatdırmasını təmin etməli idi. Beləliklə, iddiaçı bu formada qurulmuş vasitəçiliklə "xxxx" MMC-yə 80 000 ABŞ Dolları göndərmişdir. Sonuncu dəfə X5 iddiaçıdan 31175 ABŞ Dolları alaraq onu Türkiyə vətəndaşı X10 verməli, sonuncu isə onu "xxxx" MMC-yə ödəməli idi. Müəyyən müddətdən sonra iddiaçıya məlum olmuşdur ki, sözügedən məbləğ 31175 ABŞ dolları X5 tərəfindən Türkiyə vətəndaşı X10 verilməmişdir və bunun nəticəsi olaraq sonuncu həmin məbləği “Ekiphan Az" MMC-yə çatdırmamışdır. Bununla bağlı iddiaçı Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X1 həmin məbləği tələb elmişdir. İlkin proseslərdə cavabdeh X5 pulu aldığı qəbul etməsə də, ekspertiza aparılması nəticəsinə imzaların ona məxsus olması təsdiqlənmişdir. Uzun sürən məhkəmə çəkişməsindən sonra Sumqayıt məhkəməsi iddianı təmin etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməni dəyişdirilmədən saxlamış, cavabdeh tərəfindən Ali Məhkəməyə verilmiş kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi işi araşdıraraq müəyyən etmişdir ki, X12 İddiaçı tərəfindən ona göndərilmiş 31175 ABŞ dollarında pul məbləğini almışdır. Hal-hazırda bu işlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsinin almış 2(105)-2434/2020 saylı 04.11.2020-ci il tarixli qətnaməsi var. Belə ki, Türkiyə vətəndaşı X12 Ali Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsinə izahat verərək bildirmişdir ki, o, X2 31175 ABŞ dolları məbləğində pul vəsaitini almış və lazım olan yerə vermişdir, eyni zamanda həmin pulun 80000 ABŞ dolları ilə bağlılığının olmamasını qeyd elmişdir. Qeyd etməliyəm ki, iddiaçı X10 başqa niyyətlə pul verməmişdir. Onun X10 31175 ABŞ Dollarını verməkdə niyyəti həmin pulu “Ekipan AZ" MMC-yə çatdırması olmuşdur. Göstərilənlərə əsasən, cavabdeh X9 31175 ABŞ dolları icra gününə olan mərkəzi bankın məzənnəsi ilə, 30 AZN dövlət rüsumu, etibarnaməyə sərf edilmiş 11,5 AZN məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 31175 ABŞ dolları əsas məbləğ və ona dair faiz qisminə hesablanmış 15648 ABŞ dolları icra gününə olan mərkəzi bankın məzənnəsi ilə, 30 AZN dövlət rüsumunu, etibarnaməyə sərf edilmiş 11,50 AZN məbləğlərini cavabdeh X9 alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X6 müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarındakı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.11.2020-ci il tarixli, 2(105)-2434/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh X3 apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi, iddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 138 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, X13 izahatında bildirmişdir ki, o, nəqliyyat, gömrük, daşıma işi ilə məşğuldur. İddiaçını da oradan tanıyır. O, X1 31175 ABŞ dolları civarında pulu almış, lazım olan yerə vermişdir. Beləliklə məhkəmə iclasında işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı biznes münasibətlərindən irəli gələn pul öhdəliklərinin icrasını qarşılıqlı razılıq əsasında X4 verərək onun vasitəçiliyi ilə X11 çatdırılamlı və X13 isə həmin pulları sonunda "xxxx" MMC-yə çatdırmasını təmin etməli imiş, lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmiş, izahatında qeyd olunan məbləğin 31175 ABŞ dolları olduğunu etiraf etmişdir. Hazırda iddiaçı həmin pulun və ona hesablanmış faiz borcunu tələb edir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırki işdə tərəfin izahatından və iş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh bir-biri ilə tapşırıq müqaviləsi münasibətində olmuşlar. Mülki Məcəllənin 777.1-ci və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Göründüyü kimi, tapşırıq müqaviləsində vəkalət alan, konkret müddətə bağlı olmadan və nəticə əldə edilməməsi riskini daşımadan vəkalət verənin mənfəətinə və iradəsinə uyğun bir nəticəyə yönələn iş görməyi öhdəsinə götürür. Bu razılaşma ilə vəkalət alanın vəkalət verən qarşısında maddi və ya hüquqi hərkətlərə dair iş görmə borcu yaranır. Bununla belə, vəkalət alanın işi görülən şəxs qarşısında mənfəətinin olması və çəkdiyi xərclərin əvəzini tələb etməsi istisna edilmir (Mülki Məcəllə, maddə 783.1, 783.2.). Yuxarıda qeyd olunanlardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin iclasında dindirilən cavabdeh X13 iddiaçıya 31175 ABŞ dolları məbləğində pul borclu olduğunu etiraf etmişdir. Məhkəmə həmçinin faiz məbləği ilə bağlı hissəsi üzrə qeyd edir ki, cavabdehdən 15648 ABŞ dollarının tutulmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, münasibətlər kredit müqaviləsi münasibəti olmasada faiz hissəsində uyğunluq təşkil etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün həmin günə bank uçot dərəcəsi ilə müəyyən edilmiş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 15648 ABŞ dolları borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmçinin, məhkəmə etibarnaməyə sərf edilmiş 11,50 AZN məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçının iddia tələbi təmin edildiyindən həmin məbləğ X9 İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X9 31175 ABŞ dolları məbləğində əsas, 15648 ABŞ dolları məbləğində faiz borc, ümumilikdə 46823 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 30 AZN ödənilmiş dövlət rüsumu və etibarnaməyə sərf edilmiş 11,50 AZN İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X9 31.175 (otuz bir min bir yüz yetmiş beş) ABŞ dolları məbləğində əsas, 15.648 (on beş min altı yüz qırx səkkiz) ABŞ dolları məbləğində faiz borc, ümumilikdə 46.823 (qırx altı min səkkiz yüz iyirmi üç) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu və etibarnaməyə sərf edilmiş 11,50 AZN (on bir manat, əlli qəpik) İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar