Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4223/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Hava Yollan" Qapalı Səhmdar Cəmiyyətindən 279.47 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 9 dekabr 2019-cu il tarixində oğlu X2 tərəfindən onun adına 22 aprel 2020-ci il tarixinə Bakı-Kiyev marşrutu üzrə reysə Buta Airways aviaşirkətindən bilet (bilet nömrəsi: **********776) əldə olunmuşdur. Bron edilən gün biletin dəyəri tam ödənilmişdir (aviabilet əlavə edilir). Uçuş biletinin dəyəri 279.47 manat təşkil edirdi. Ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində yuxarıda adıçəkilən uçuş reysi təxirə salınmışdır. Şirkətin internet səhifəsində pandemiya səbəbindən təxirə salınmış uçuşlara dair qeyd olunan məlumatlara əsaslanaraq biletə görə edilmiş ödənişin geri qaytarılması üçün onlayn qaydada şirkətə müraciət edilsə də (müraciət nömrəsi: #853291), şirkət cavab olaraq bildirmişdir ki, yeni daxili qaydalarına görə “Aviaşirkət normal fəaliyyətini bərpa etdiyi andan” müraciətə baxacaq. Qeyd edilməlidir ki, biletin əldə olunmasıyla vətəndaşla Aviaşirkət arasında müqavilə münasibətləri yaranmışdır. Vətəndaş istehlakçı qismində ödəniş üzrə Öhdəliyini yerinə yetirmiş, cavabdeh isə aviadaşımayla bağlı xidmətin göstərilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və sözügedən reysi ləğv etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı pul vəsaitinin tutulmasına dair 21.05.2021-ci il tarixli iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən 280 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən 280 manat məbləğində pul vəsaitinin, 18 manat notariat haqqının və vəkilə ödənilən 200 manat haqqın, cəmi 498 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat vermiş iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" QSC-dən 498 manat vəsaitin tutulması haqqında iddiasının 280 manat məbləğində, yəni daşımanın (biletin) dəyərində təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Elektron biletdən görünür ki, “Buta Airways”in rəsmi internet saytından (Elektron ünvan ) iddiaçı Bakı – KİEV, KİEV – BAKİ reysinə 22.04.2021-ci il və 01.05.2021-ci il tarixinə 279,47 AZN dəyərində bilet almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azər Hüseynova (İddiaçı oğlu) ünvanlanmış cavab məktubundan görünür ki, aparılmış araşdırma zamanı "xxxx" QSC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış 5/591 nömrəli 25.02.2021-ci il tarixli məktubda pandemiya səbəbindən 2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş tarixi olan bütün aviabiletlərin ilkin aviabiletin uçuş tarixindən 12 ay ərzində istənilən tarixə yenidən təsis edilməsinin mümkün olduğu, həmçinin, sərnişinlərin geri qaytarmalı olduğu aviabiletin dəyəri əvəzinə ilkin uçuş tarixindən etibarən iki il ərzində uçuşlar üçün istifdə edə biləcəyi vauçerin təqdim edilməsinin təklif olunduğu və həmin vauçerlərin “AZAL" və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətlərində etibarlı olduğu, eyni zamanda aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərinin ardıcıllıqla geri qaytarılacağı bildirilmişdir. Məlumat üçün bildirirlər ki, “AZAL" QSC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. "xxxx" QSC-nin nümayəndəsi Sabir İlyasov tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əsasən cavabdeh tərəfindən İddiaçı cavabdeh "xxxx" QSC-dən 498 manat vəsaitin tutulması haqqında iddiasının 280 manat məbləğində, yəni daşımanın (biletin) dəyərində qəbul edildiyi müəyyən edilmişdir. 21.06.2021-ci il tarixli mədaxil qəbzindən və hüquqi yardım göstərilməsi haqqında 0806/2021-01 saylı, 08.06.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən fərdi qaydada fəaliyyət göstərən Vəkil ona hüquqi yardım göstərməsi üçün 200 (iki yüz) manat məbləğində pul köçürülmüşdür. 07.06.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, 4 saylı notariat ofisinin bank hesabına notariat haqqı olaraq İddiaçı tərəfindən ümumilikdə 18 (12+6) manat ödəniş edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz və əsasız əməlləri nəticəsində vurulmuş 280 manat məbləğində pul vəsaitinin, 18 manat notariat haqqının və vəkilə ödənilən 200 manat, cəmi 498 manat məbləğində pulun cavabdeh - "xxxx" QSC-dən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf isə iddianı qismən etiraf edərək, maraqlarını təmsil etdiyi hüquqi şəxsin işçiləri tərəfindən yol verilmiş əsassız hərəkətləri nəticəsində iddiaçıya dəymiş 280 manat məbləğində maddi zərərin ödənilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin etirafının qəbul edilməməsinə əsas ola biləcək hal müəyyən edilmədiyindən, həmin etiraf təsdiq edilməli, iddia müvafiq hissədə təmin olunaraq dəymiş maddi zərərə görə İddiaçı tərəfindən 280 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 52.2-ci və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.1-ci və 191.3-cü maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.3-cü və 115.0.6-cı maddələrinə əsasən tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən notariat xidmət haqqı olaraq ödənilmiş 18 manat və hüquqi xidmət xərcinə görə 50 manat, cəmi 68 manat məbləğində pul cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməlidir. Gəldiyi qənaəti məhkəmə onunla əsaslandırır ki, vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində pul vəsaitinin tutulması daha ağlabatandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 348 manat məbləğində pul cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4223/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4223/2021
22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver