Məhkəmə qərarları › İş №2(006)-4288/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4288/2023

04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4288/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Esmiadzin şəhərində sadə azərbaycanlı ailəsində anadan olmuşdur. 1988-ci ildə Qarabağ hadisələri ilə bağlı öz yurdundan məcburi qovulmuşdur. Əmlakını bütünlüklə itirməklə qaçqın kimi Azərbaycana gəlmişdir. X31 Əliyevin siyasətini bəyənir, həmişə də dəstəkləmişdir. Əmlakımı Onun qaçqınlarla bağlı verdiyi qərarlar danılmazdır. X31 Əliyev demişdir: “Məmur özbaşınalığına son qoyulmalıdır. Dövlət məmuru xalqın xidmətində durmalıdır.” Ali Baş Komandanımız, İlham Əliyev çıxışlarında tez-tez dövlət məmurlarına bu sözləri demişdir: “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm və hər zaman onların yanındayam. Əgər vətəndaş nahaqdan məmur tərəfindən incidilərsə, kimliyindən asılı olmayaraq cəzalandırılacaq. Görünür korrupsiya idarəsinin müstəntiqi, X8 Öndərimiz Heydər Əliyev və prezidentimiz İlham Əliyevin dediklərini qulaq ardına vurmuşdur. Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi X20 tərəfindən bilə-bilə şərlənərək 12 ay 09 gün ********* nömrəli cinayət işi üzrə heç bir günahı olmadan qapalı kamera şəraitində saxlanılmışdır. Müstəntiq bu saxta əməli ilə onun şərəf və ləyaqətini tapdalamışdır. Camaat arasında nüfuzdan salmış və etibarını əlindən almışdır. Onun bu hərəkəti övladlarının ondan üz döndərməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılmış ********* saylı cinayət işini araşdıran İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X11 qeyri peşəkarlığı, saxtakarlığı nəticəsində onun barəsində 11 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət işi qaldırmış və bu cinayət işi ilə qətiyyən heç bir bağlılığı olmadığı halda barəsində axtarış elan etmişdir. Bu barədə ümumiyyətlə rəsmi heç bir çağırış və qərar almamışdır. Axtarışın nəticəsi olaraq 17 iyul 2021-ci il tarixdə saxlanılmış və müstəntiqin qeyri obyektiv, bilə-bilə saxta ittihamlarla araşdırması nəticəsində onun təqdimatı əsasında xx.xx.2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin 4(001)-730/2021 saylı hökmü ilə barəsində 2 ay həbs qəti imkan tədbiri seçilmişdir. Müstəntiq, kiçik ədliyyə müşaviri X11 qeyri obyektiv araşdırması sona çatdıqdan sonra iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, X20 tərəfindən heç bir əsaslı sübut olmadan saxta ittihamlarla xx.xx.2021-ci il tarixdə şərlənərək həbs olunmuşdur. Heç bir günahı olmadan 12 ay 09 gün qapalı kamera şəraitində saxlanmışdır. Bu ərəfədə külli miqdarda maddi ziyana məruz qalmışdır. Meyvə-tərəvəzin alqı-satqısı ilə məşğul olurdu. Qəfildən həbs olunmağı, aldığı 31.000 manatlıq məhsulun xarab olmasına səbəb olmuşdur. Ailəni dolandıran tək o idi. Ailəsi 6 nəfərdən ibarət idi. Korrupsiya İdarəsinin müstəntiqi, əgər ona müstəntiq demək olarsa, X20 tərəfindən şərlənib həbs olunduqdan sonra ailəsi maddi cəhətdən çox əziyyət çəkməyə başlamış və məcbur olub həm bankdan həm də şəxsi adamlardan borc pul almağa. X4 xx.xx.2022-ci il tarixdə Bank of Baku bankından 2200 (iki min iki yüz) manat, xx.xx.2022-ci il tarixdə Kapital Bankdan 500 (büş yüz) manat, xx.xx.2022-ci il tarixdə Unibankdan 1500 (bir min beş yüz) manat, xx.xx.2022ci il tarixdə LEO Bankdan 1700 (bir min yeddi yüz) manat pul götürmüşdür. Sonra isə yoldaşı X1 Bankdan xx.xx.2022-ci il tarixdə 3000 (üç min) manat pul götürmüşdür. X7 noyabr 2021-ci il tarixdə Unibankdan 5000 (beş min) manat pul götürmüşdür. 25 sentyabr 2021-ci il tarixdə yoldaşı X18 çoxdan tanıdığı X15 20.000 (iyirmi min) manat borc pul götürmüşdür. Götürülən pulun bir qismi xarab olmuş mal yiyələrinə, qalan hissəsini isə təcridxanada olduğu vaxt sərfiyyat etmişdir. Korrupsiya İdarəsinin müstəntiqi, X2, əsassız, sübutsuz faktlarla onu şərləyib həbs etdirməsi, onun 63 illik həyatını alt-üst etdi. O, ********* (sonradan 2********) nömrəli cinayət işi ilə bağlı təqsirləndirilsə də, bu cinayət işində heç bir günahı, iştirakı, bağlılığı olmadığı halda, korrupsiya idarəsinin müstəntiqi, X20 ona qarşı qaldırdığı ittihamlar əsassız, qərəzli və saxta olmuşdur. Heç bir əsaslı sübutlar olmadan, vəzifəsindən sui istifadə edərək, əsl cinayətkarları bilə-bilə bu cinayət işindən uzaqlaşdırmış, öz törətdiyi cinayət əməlini ört-basdır etmək üçün onu şərləyərək həbs etdirmişdir. Onu həbs etməklə, güya ********* nömrəli cinayət işini bitmiş hesab etmişdir. Müstəntiq, X20 ona qarşı bu saxta əməli ilə onun gələcək həyatına ağır zərbə vurdu: 2 övladı hər ikisi onu tərk etdi, qohum, dost, tanış yanında nüfuzuna toxundu, küllü miqdarda ona maddi ziyan vurdu və onu borc altına saldı. Oğlu, X12 ondan imtina etdi və ailəsini götürüb ondan uzaqlaşdı. Eyni ilə qızı, X17 da onun həbs olunmağı onu da ondan ayırdı. Ata kimi onun toyunda iştirak edə bilməmişdir. Çünki korrupsiya idarəsinin müstəntiqi tərəfindən şərlənərək həbs olunmuşdu. Müstəntiq, X11 ona vurduğu maddi və mənəvi ziyanın məbləğini təyin etmək çox çətindir. 28 iyul 2022-ci il tarixdə barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxartdığı bəraət hökmünü, xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi təsdiq etdi. Hər iki məhkəmənin qərarını xx.xx.2023-cü ildə Ali Məhkəmə təsdiq etdi. Həbsdən çıxandan sonra işini itirdi. Hal-hazırda heç bir yerdə iş tapa bilmir. Övladları ondan imtina etdilər. Hər ikisi də ondan üz döndərdilər. Alınan borcların heç birini qaytara bilməmişdir. Borc yiyələri verdikləri pulları ondan tələb edirlər. Dost-tanışlar da ondan üz döndəriblər. 28 iyul 2022-ci il tarixli Sumqyıt Ağır Cinayətlər Məhkəməsinin 1 (124)- 55/2022-saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1 maddələri törədilmiş cinayətdə aidiyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi ilə bəraət hökmü verilmişdir. Hökümdən Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokuroruluğunun Dövlot ittihamının müdafiəsi üzrə şöbənin prokuroru apellyasiya protesti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilməsini, İddiaçı 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib təklifi nəzərə alınmaqla cinayət qanunvericiliyin nomalarına uyğun olaraq cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-453/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, və 320.1,-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetilməməsi əsasları ilə bəraət verilməsi Azərbaycan Respublikasının CM-nin 32.5, 320.2ci maddələri ilə təqsirli bilinməməsi və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 55/2022 nömrəli 28 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməsin. Hökmdən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokuroruluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru kassasiya instansiya məhkəməsinə protesti verərək hökmün ləğv edilməsini və apellyasiya baxışına təyin edilməsini Məhkəmə Kollegiyasından tələb etmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən kassasiya protesti təmin edilməmiş, İddiaçı barəsində xx.xx.2022-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin Qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X11 bilə-bilə böhtan atdığı saxta əsassız faktları nəticəsində onun başı bəlalar çəkmiş 12 ay 09 gün heç bir günahı olmadan həbsdə saxlanılmışdır. Bunun nəticəsi olaraq iki ali təhsilli övladları bu ədalətsizliyə və ailənin şərəfinə ləkə gətirən hərəkətlərə dözməyərk ölkəni tərk etmişlər. Onun işgüzar nüfüzu ləkələnmiş, və onunla əlaqəsi olan hər bir kəs ondan uzaqlaşmışdır. Qazanc yerini itirmiş, bu sarsıntını o və onun ailəsi ömür boyu daşımalıdır. X3 toy mərasimini, “Banu çiçək” Şadlıq Sarayında 30 iyul 2021-ci il tarixə danışmış və Şadlıq Sarayına beh vermişdir. Ancaq, qızının toyunda iştirak etmək ona qismət olmadı. Korrupsiyanın müstəntiqi, X5 ittihamlarla onu şərləyərək, 17 iyul 2021ci il tarixdə heç bir əsaslı sübut olmadan həbs etdirdi. Müstəntiq, X11 bu insana yaraşmayan hərəkəti ona külli miqdarda toyda ziyan vurdu. Həbs olunduğu üçün toya gələnlərin demək olar ki, yarısı toyda iştirak etmədi. Həbs olunan zaman meyvə tərəvəz işi ilə məşğul idi. Həbs olunduqda 2 ton 400 kq müxtəlif çeşidli məhsullar xarab olmuş, bununla da ailə büccəsinə xeyli ziyan dəymişdir. İndi isə iş tapa bilmir. Ailəni həyat yoldaşı ara işləri ilə məşğul olmaqla dolandırır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində açılmış ********* saylı cinayət işi araşdıran İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X11 qeyri peşakarlığı nəticəsində onun və ailəsinin şərəf və layaqəti ləkələnmiş xeyli miqdarda ziyan dəymiş, özü isə 12 ay 09 gün əsassız olaraq həbsdə qalmışdır.

3. Göstərilənlərə əsasən ona və ailəsi maddi və mənəvi zərərə ümumilikdə 250.000 manat təzminatın ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, maddi zərər olaraq yararsız hala düşmüş malların ümumi dəyəri 28,356 manat pulun, əldən çıxmış fayda kimi 40.832,64 manat pulun, həbsdə olduğu dövrdə ailənin dolanması üçün alınan ümumi borcların əvəzi olaraq 33,900 manat pulun və azadlıq hüququnun əsassız və qanunsuz olaraq əlindən alınması nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 150.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı prokurorluq orqanları tərəfindən cinayət təqibinə məruz qalması ilə bağlı dəymiş ziyana görə 250.000 manat məbləğində təzminatın cavabdehdən tutulması barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu məhkəmə işi üzrə cavabdeh qismində iştirak edir. İş materiallarından göründüyü kimi iddiaçı onun barəsində istintaq hərəkətlərinin aparılması ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərkən Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır, Eyni zamanda burada onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. iddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Bundan əlavə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Hesab edirik ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdan qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə —yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda iddiaçı tələb etdiyi təzminat hər hansı sübutlara əsaslanmır, onun şəxsi mülahizələrinə dayanır, həmçinin tələb olunan kompensasiyanın maddi yaxud mənəvi zərərlə əlaqədar olduğu aşkar deyildir. İddia ərizəsində maddi zərərin mövcudluğu ilə bağlı fikirlər qeyd olunsa da, bununla bağlı maddi sübutlar təqdim edilməmişdir. İddiaçının tələbi ağlabatan hesab edilmir və onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılmış ********* saylı cinayət işini araşdıran müstəntiq X11 əsassız ittihamları və qanunsuz əməlləri nəticəsində onun barəsində 11 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məclləsinin 178.3.2, 320.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət işi qaldırmış və bu cinayət işi ilə qətiyyən heç bir bağlılığı olmadığı halda barəsində axtarış elan edilmişdir. Bu barədə ümumiyyətlə rəsmi heç bir çağnş və qərar almamışdır. Axtarışın nəticəsi olaraq 17 iyul 2021-ci il tarixdə saxlanılmış və heç bir günahı olmadan 12 ay 9 gün qapalı kamera şəraitində saxlanmışdır. Bu ərəfədə külli miqdarda maddi ziyana məruz qalmışdır. Belə ki, o həmin vaxt meyvə-tərəvəzin alqı-satqısı ilə məşğul olurdu. Qəfildən həbsə alınmağı, aldığı 31.000 manatlıq məhsulun xarab olmasına səbəb olmuşdur. O həbs olunduqdan sonra ailəsi maddi cəhətdən çox əziyyət çəkməyə başlamış və həm bankdan, həm də şəxsi adamlardan borc pul almağa məcbur olmuşlar. Götürülən pulun bir qismi xarab olmuş mal yiyələrinə, qalan hissəsini isə təcridxanada olduğu vaxt ona sərf edilmişdir. O, ********* nömrəli cinayət işi ilə bağlı təqsiriəndirilsə də, bu cinayət işində heç bir günahı, iştirakı, bağlılığı olmamışdır. Belə ki, 28 iyul 2022-ci il tarixli Sumqayıt Ağır Cinayətlər Məhkəməsini 1(124)-55/2022-saylı hökmü ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1 maddələri ilə törədilmiş cinayətdə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi ilə bəraət hökmü verilmişdir. xx.xx.2022-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-453/2022 saylı hökmü və xx.xx.2023ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, o, 12 ay 09 gün heç bir günahı olmadan həbsdə saxlanılmış, bununla da, ona ağır maddi və mənəvi ziyan vurulmuşdur. O həbsdə olmağı səbəbindən qızının toy mərasimində belə iştirak edə bilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(124)-55/2022 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyuyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 320.2-ci maddəsi ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-55/2022 nömrəli 28 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması; Apellyasiya şikayətləri və apellyasiya protestinin təmin edilməməsi hökm edilmişdir.

10. İş materiallarında olan AB seriyalı 006826 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə qaçqınlıq vəsiqəsi verilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli, 1(102)-1148/2023 saylı qərarının surətindən görünür ki, kassasiya protesti təmin edilməmiş, İddiaçı barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. İddiaçı barəsində AR CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət işi açılmış, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, X20 tərəfindən heç bir əsaslı sübut olmadan saxta ittihamlarla xx.xx.2021-ci il tarixdə həbs olunmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(124)-55/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 320.2-ci maddəsi ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-55/2022 nömrəli 28 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması; Apellyasiya şikayətləri və apellyasiya protestinin təmin edilməməsi hökm edilmişdir. İddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 320.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən cinayət məsuliyyətinə bəraət verilmişdir. Hökümdən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokuroruluğunun Dövlot ittihamının müdafiəsi üzrə şöbənin prokuroru apellyasiya protesti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilməsini, İddiaçı 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib təklifi nəzərə alınmaqla cinayət qanunvericiliyin nomalarına uyğun olaraq cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Hökümdən Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokuroruluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru apellyasiya protesti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilməsini, İddiaçı 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib təklifi nəzərə alınmaqla cinayət qanunvericiliyin nomalarına uyğun olaraq cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-453/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, və 320.1,-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetilməməsi əsasları ilə bəraət verilməsi Azərbaycan Respublikasının CM-nin 32.5, 320.2-ci maddələri ilə təqsirli bilinməməsi və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-55/2022 nömrəli 28 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmişdir. Hökmdən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokuroruluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru kassasiya instansiya məhkəməsinə protesti verərək hökmün ləğv edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya protesti təmin edilməmiş, İddiaçı barəsində xx.xx.2022-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin Qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində açılmış cinayət işi araşdıran İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X11 qeyri peşakarlığı nəticəsində 12 ay 09 gün əsassız olaraq həbsdə qalmışdır. Hazırda iddiaçı ona vurulmuş 250.000 manat maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ vardır.

14. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

15. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.

16. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

17. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

18. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

19. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

20. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

21. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

22. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

23. «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

25. Məhkəmə qeyd edir ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən AR CPM-nin 42.1.4-cü maddəsinə bəraət verildiyindən, bununla da onun əsassız barəsində cinayət təqibinə məruz qaldığından iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə haqlı olmuşdur.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

27. Qeyd edilən Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 28.Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

29. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi özünün «Reybok Sloveniyaya qarşı» işində qeyd etmişdir ki, daxili qanunvericilik kompensasiya hüququnu yalnız azadlıqdan məhrum edilmənin qanunsuz olduğu və ya səhvən baş vermiş hallarla məhdudlaşdırmışdır. Çünki həmin işdə məhkəmə İnsan Hüquqlarının və X13 X6 5-ci maddəsinin 5-ci bəndinin pozulduğunu müəyyən etdi, çünki Konvensiyanın 5-ci madəsinin 4-cü bəndi (həmin bəndə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliynə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir) pozulması nəticəsində yaranmış ərizəçinin konpensasiya hüququ kifayət qədər dəqiq şəkildə təmin edilməmişdir.

30. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikir formalaşmasına ona əhatə edən şəxslərə münasibətin pisləşməsinə gətirib çıxaran və digər mənfi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab olunur.

31. Həmin Qanunun 12-ci maddəsinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyəyn edilir.

32. Həmin Qanunun 4-cü maddəsinə görə vurulmuş ziyan bu qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəratəverici hökm çıxarıldıqdan sonra yaranır.

33. Həmin Qanunun 5-ci maddəsinə görə isə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər gəlirlər məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş mənəvi ziyan ödənilməlidir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “...xüsusi ilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi tozunulmazlıqla bağlı pozuntuların nəticəsində dəymiş ziyanın ödənilməsi nəzərdə tutulsa da digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi müəyyən olunmamışdır”.

35. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

36. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir. (təhqiqat, ibtidai istintaq, prokurorlu və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş ziyana görə).

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququni bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı barəsində əsassız olaraq olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqibə məruz qaldığından və bu hal qanuni qüvvəyə minmiş cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir.

40. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyətini, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hislərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn Avropa məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi anrazatlıq yetirilməsinə”, “Arçiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hislərinə”, “Younq, Cames və X10rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zirər ödənilməsi qərarına gəlmişdir.

41. Azərbaycan Dövlətinin hüquqi dövlət olması, Azərbaycan Respublikası Konstitusiyasında insan hüquq və azadlıqlarının təmininin dövlətin ali məqsədi kimi bəyan edilməsi, insan hüquq və azadlıqlarının bərpa olunmasının məhkəmələrin vəzifəsi kimi müəyyənləşdirilməsi, həmçinin Konvensiyanın 41-ci maddəsi və Avropa Məhkəməsinin təcrübəsini insan hüquq və azadlıqlarının pozulduğu hallarda ədalətli satisfaksiyası yolu ilə əvvəlki vəziyyətin bərpa edilməsi ona dəlalət edir ki, milli məhkəmələr mənəvi ziyanın ödənilməsi barədə tələblərə baxarkən qeyd olunanları əsas götürməli və pozulmuş hüququn tam bərpasına nail olunması üçün ədalətli kompensasiya ödənilməsini təmin etməlidirlər.

42. Məhkəmə hazırki mübahisə üzrə qeyd edir ki, vurulmuş mənəvi ziyana görə zərərin miqdarı müəyyən edərkən ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, yaranmış iqtisadi durum, məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınmalıdır.

43. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

44. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

45. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

46. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

47. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı ona dəymiş maddi ziyanın onun həbsdə qaldığı müddətdə məşğul olduğu meyvə-tərəvəz alqı-satqısı işini itirməsi, qazancının əldən çıxması ilə əlaqələndirsə də onun bu işlə məşğul olduğunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və həmçinin onun bu işlə məşğul olmasını göstərən VÖEN-nin olması da məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir. Bu səbəbdən iddia tələbi maddi zərər hissəsində rədd edilməlidir.

48. Məhkəmə həmçinin iddiaçınn ailə üzvlərinin müxtəlif banklardan pul götürməsini, tanışlarından pul almasını əsas gətirsədə bu hazırki iddia üzrə iddiaçının dövlət tərəfindən müvafiq kompensasiya alınması üçün əsas hesab edilə bilməz. Belə ki, götürülən pulların meyvə tərəvəzə verilməsi qeyd edilsədə bununla bağlı sübutlar məhkəməyə təqdim edilə bilməmişdir.

49. Məhkəmə hesab edir ki, iddiaçının törətmədiyi cinayətə (yalnız Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri) görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması və ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə, ailəsi ilə münasibətlərinin pozulmasına səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 12,300 (on iki min üç yüz) manat (12 ay 09 gün x 1000 = 12,300 manat ) məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi ziyanın 12,300 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir.

50. Məhkəmə hesab edir ki, mənəvi ziyana görə tutulacaq pul məbləği dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə ödənilməldir.

51. Belə ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

52. Göstərilən Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

53. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarəedilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

54. Göründüyü kimi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi də öz növbəsində dövlət borcunun və maliyyə öhdəliklərinin idarəedilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

55. Belə olan halda, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi Dövlət büdcəsinin vəsaiti hesabına (Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə) həyata keçirilməlidir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

58. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

59. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına vurulmuş mənəvi zərərə görə İddiaçı xeyrinə 12,300 (on iki min üç yüz) manat pul tutularaq ona verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar