Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-43/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı2, onun vəkili və digər İddiaçı1 vəkili-nümayəndəsi Vəkil2, iddiaçıların vəkilinümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə vurulmuş zərərin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə vurulmuş zərərin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsindəki 162 saylı evin 6-cı mənzilinə vurduğu zərərin aradan qaldırılması öhdəliyinin qoyulması, dəymiş zərərin aradan qaldırılması üçün isə 5368 (beş min üç yüz altmış səkkiz) manat, mənəvi ziyana görə 2500 (iki min beş yüz) manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,68 (doxsan səkkiz manat altmış səkkiz qəpik) manat, cəmi 8.166,68 (səkkiz min yüz altmış altı manat altmış səkkiz qəpik) manat məbləğində pulun cavabdehdən alınıb iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsindəki 162 saylı evin 6 nömrəli mənzili Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 133269 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı1 mülkiyyətindədir və iddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. 2022ci ilin sentyabr ayının əvvəllərində, təxminən həmin ayın 4-5-də Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsindəki 162 saylı evin 11 nömrəli mənzilində qanunsuz olaraq, iddiaçıların və dövlət orqanlarının razılığı olmadan yaşadığı 1-ci mərtəbəni söküb dağıtmağa başladığına görə iddiaçılar dərhal bununla bağlı müxtəlif dövlət və hüquq-mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmişlər. Çünki söküntü nəticəsində iddiaçıların yaşadığı mənzilin yan divarları aralanmış, mənzilin tavanı və dam örtüyü sıradan çıxmış, mənzil tamamilə yararsız və qəzalı vəziyyətə düşmüşdür. Hətta binanın bünövrəsini təşkil edən sütunlar belə cavabdeh tərəfindən götürülmüşdür. Sonda cavabdeh insafa gələrək xx.xx.2022-ci il tarixdə öhdəlik götürüb yararsız vəziyyətə saldığı iddiaçıların mənzilini təmir etdirəcəyinə dair söz vermiş və öhdəlik götürdyü gündən sonrakı 10 gün ərzində damın üstündəki daman yerləri düzəltdirəcəyini, yerdə qalan iki otağı isə 2023-cü ilin aprel ayının 15-dən 30-na kimi təmir etdirəcəyinə dair söz vermiş, ilkin təmir üçün də 1000 manat məbləğində pul vermişdir. Göstərilən tarixə kimi iddiaçılar gözləsələr də, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş, söz verdiyi kimi nə damın üstündəki daman yerləri, nə də ki mənzildə təmir işlərini həyata keçirməmişdir. Hal-hazırda mənzil hən an dağıla, iddiaçı isə ailə üzvləri ilə birlikdə onun altında qala bilərlər. Bu gün iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsindəki 162 saylı evin 6-cı mənzilində təmir-tikinti işlərinin görülməsi üçün ən aşağı 6.000 (altı min) manat məbləğində pul tələb olunur. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar böyük mənəvi sarsıntılar keçirmiş və bu gün də onların mənəvi sarsıntıları davam edir. İddiaçıların yaşadığı mənzilin hər an onların üstlərinə aşmaq təhlükəsi var, evin yanından hər dəfə böyük bir maşın keçəndə evdəki əşyalar az qalır ki, dağılıb iddiaçıların üstlərinə tökülsün. İddiaçılar yaşadıqları stres və qorxu səbəbindən dəfələrlə 103 xidmətinə müraciət etmişlər. Cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçılar əsəb, stres və mənəvi sarsıntılar keçirdiklərinə görə cavabdeh iddiaçılara mənəvi ziyana görə 2500 (iki min beş yüz) manat məbləğində pul ödəməlidir. Bundan başqa, iddiaçılar məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə bağladıqları xx.xx.2023-cü il tarixli 658 saylı hüquqi yardım haqqında müqaviləyə əsasən 200 (iki yüz) manat ödəniş etdiklərinə görə həmin məbləğ cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir.
3. Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək, iddianın əsassız və qanunsuz olduğundan icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh iddianı qətiyyən qəbul etmir, iddia tam əsassız olduğuna görə rədd olunmalıdır. Belə ki, cavabdeh qanuni əsaslarla Nəsimi rayonu, S.Əsgərova küçəsi, 162 saylı binanın 11 nömrəli mənzilini qanuni əsaslarla alqı-satqı yolu ilə almışdır. Qeyd olunan bina 1923-cü ildə inşa olunmaqla yaşayış üçün tam yararsız vəziyyətdə olduğuna görə cavabdeh mənzili əsaslı təmir etdirmək qərarına gəlmişdir. Mənzili təmir etməyə başlamamışdan əvvəl, cavabdehə məxsus mənzilin üstündə yerləşən 6 nömrəli mənzildə yaşayan İddiaçı2 cavabdehin mənzili təmir etdirmək istədiyini eşidib əvvəlcədən onun işinə mane olmağa, müxtəlif şərtlər qoymağa, ona problemlər yaradacağını bildirməyə başlamışdır. Cavabdeh İddiaçı2 yaşlı xanım olduğunu və sairəni nəzərə alaraq ümumi binanın aşınmış, qəzalı vəziyyətdə olan hissələrini də imkan daxilində təmir etdirəcəyini bildirmişdir. Cavabdeh qonşularla ünsiyyət saxlayarkən, iddiaçıların bina sakinlərinin işlərinə əsassız müdaxilə etdiklərini, əsassız olaraq müxtəlif dövlət orqanlarına çoxsaylı ərizə və şikayətlər ünvanladıqlarını bildirdilər. Ona görə də bina sakinlərinin əksəriyyəti iddiaçılarla ünsiyyətdən qaçaraq, onlarla danışmırlar. Mənzilində təmir işlərinə başladıqdan sonra İddiaçı2 cavabdehdən də əsassız olaraq müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət etməyə başlamış, müxtəlif dövlət orqanları iddiaçının ərizəsi əsasında gələrək aparılan tikinti işlərini yerində yoxlayıb, şikayətçiyə müvafiq cavablar ünvanlamışlar. Cavabdeh binanın yararsız vəziyyətdə olduğunu, qonşu olduğunu, iddiaçıların imkansız, yaşlı adamlar olduğunu nəzərə alaraq, onların yaşadığı mənzilin damını təmir etdirərək qırlatdırmışdır. Bundan sonra iddiaçılar daha çox tələblər irəli sürməyə başlamış, evlərinin işini də görməyi, belə ki, divarlara kağız çəkilməsini, tavana lambir vurulmasını tələb etməyə başladıqlarına görə cavabdeh söz-söhbətin bitməsi üçün buna da razılaşmışdır. Ancaq iddiaçılar onların göstərdikləri, xoşlarına gələn materiallarla təmir işlərini tələb etməyə başladıqlarından cavabdehin onların tələbinə maddi gücü olmadığı üçün o, artıq kömək etməkdən imtina etmişdir. İddiaçılar cavabdehdən 5368 (beş min üç yüz altmış səkkiz) manat məbləğində pulun tutulmasını tələb edərkən əsassız olaraq, “X4” MMC-nin təmir-tikinti işləri üçün sərf olunan vəsaitin ümumi miqdarının müəyyən edilməsinə dair 013/2023 saylı qiymətləndirmə hesabatına əsaslanmışlar. Həmin hesabat iddiaçılara məxsus mənzilin ümumi təmir xərclərini əks etdirir. Həmin hesabatda qeyd olunmuş mənzilə zərər vurulması, kim tərəfindən zərər vurulması aydınlaşdırılmamışdır. Mülkiyyətçiyə başqa kənar təsirlərdən yaranan zərərin müəyyənləşdirilməsi, müvafiq ekspertizanın, tikinti-texniki ekspertizanın aparılması ilə müəyyənləşdirilir ki, bu, iddiaçılar tərəfindən aparılmamış, əsassız olaraq 013/2023 saylı Qiymətləndirmə hesabatı əsas götürülməklə cavabdehə qarşı əsassız iddia verilmişdir. İddiaçıların iddia etdiyi, mənzilə dəyən zərərin konkret olaraq cavabdeh tərəfindən yetirildiyi barədə heç bir sübut göstərilməmişdir. İddiaçıların cavabdehə qarşı irəli sürdüyü iddia əsassızdır, ona görə də iş üzrə icraata xitam verilməlidir.
5. İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət etsə də, sonradan həmin ərizənin geri qaytarılması barədə ərizə vermiş və cavabdehin vəkili-nümayəndəsi öz növbəsində, artırma barədə ərizənin geri götürülməsinə etiraz etməməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair” ərizə baxılmamış saxlanılmışdır.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasında İddiaçı2, onun vəkili və digər İddiaçı1 vəkili-nümayəndəsi Vəkil2, iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, cavabdehin barışıq üçün təklif etdiyi 2.500 manat məbləğində pul mənzilə vurulmuş zərərin aradan qaldırılmasına kifayət etməyəcəyindən, mübahisənin sülh yolu ilə həllinə razı deyillər. İddiaçıların vəkili-nümayəndəsi Nümayəndə iş üzrə xüsusi qərardadın qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddianı qəbul etməyib bildirdi ki, cavabdeh barışıq üçün 2.500 manat məbləğində pul təklif etsə də, iddiaçılar bu məbləği qəbul etməmişlər. İddianın əsassız olduğunu əlavə edib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. Nikah haqqında İİ-ЖГ seriyalı 421921 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 nikahı Qazax rayon VVAQ şöbəsində xx.xx.1981-ci il tarixdə 158 nömrə ilə qeydə alınmışdır.
10. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı 133269 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, S.Əsgərova küçəsindəki 162 nömrəli evin 6 nömrəli mənzili İddiaçı1 mülkiyyətindədir (qeydiyyat tarixi: xx.xx.1998).
11. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, yerində baxış zamanı Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 162 ünvanında yerləşən ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində sahəsi 35 m2 olan mövcud qeyri-yaşayış obyektinin zirzəmi hissəsinə qapı oyuğunun açılması müşahidə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.
12. Cavabdeh və İddiaçı2 tərəfindən Məmmədov Rəhim adlı şəxsin (İddiaçı2 oğlu) şahidliyi ilə tərtib edilmiş sənəddən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə mənzilində apardığı təmir zamanı qonşusu İddiaçı2 mənzilinə vurduğu ziyana görə mənzilin ploşadkasına lambirin vurduğunu, 10 gün müddətində damın üstünün daman yerlərini düzəltdirəcəyini, yerdə qalan iki otağı aprel ayının 15-dən 30-na kimi təmir etdirəcəyini, bunun müqabilində İddiaçı2 1000 manat beh saxlayacağını, İddiaçı2 isə yazılanları oxuyub, təyin olunan vaxta kimi iki otağın təmir olunması şərtilə hələlik 1000 manat behi qəbul etdiyini qeyd etmişlər.
13. “X4” MMC-nin xx.xx.2023-cü il tarixli, 013/23 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 evin 6 nömrəli mənzilində görüləcək təmir-tikinti işlərinə sərf olunan vəsaitin ümumi miqdarı 5368 (beş min üç yüz altmış səkkiz) manat təşkil edir.
14. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı2 və İddiaçı1 arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli 658 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılacaq “mənzilə vurulmuş zərərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsi” işi üzrə hüquqi yardıma görə İddiaçı2 və İddiaçı1 199 manat məbləğində haqq ödəməyi öhdələrinə götürmüşlər.
15. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, hüquqi yardımın göstərilməsinə görə 199 manat məbləğində xidmət haqqı, 1 manat komissiya ödənilmişdir.
16. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 98,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 162, 11 saylı mənzil 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 4Ə-1495 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 329 nömrəli Sərəncamına, xx.xx.2022-ci il tarixli 143 nömrəli qəbul aktına əsasən sözügedən mənzilin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir. ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 41,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsi hazırda Cavabdeh mülkiyyətindədir (sözügedən sərəncam və müvafiq çıxarışlar iş materiallarında mövcuddur).
18. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 162 ünvanında yerləşən yaşayış evinin 11 saylı mənzilinə keçirilən vizual baxış zamanı mənzildə yenidənqurma işlərinin aparılması müşahidə edildi. Belə ki, mənzilin 3 saylı otağındakı yalnız pəncərəaltı hissəsi sökülmüş və 3 saylı otaqdan 2 saylı otağa keçid üçün istifadə edilən qapı boşluğu genişləndirilərək eni 3,0 metr edilmişdir. Yükdaşıyıcı sütunlara və mərtəbəarası örtüklərə müdaxilə edilməmişdir. 11 saylı mənzildə aparılan yenidənqurma işləri ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli 329 nömrəli Sərəncam verilmiş və görülən işlər ilə bağlı "xxxx" MMC-də (Lisenziya nömrəsi: 088769; qeydiyyat nömrəsi: in-İ-874/2016, tarixi: xx.xx.2016) metal konstruksiyadan olmaqla mənzildə gücləndirmə layihəsi (2023-cü il tarixli) tərtib edilmişdir. Lakin 11 saylı mənzil təmir olunduğundan, yenidənqurma işləri (gücləndirmə işləri) aparılan sahələrin üzəri bağlandığından aparılmış işlərin tikinti norma və qaydaların tələblərinə uyğun olub-olmadığını (tərtib edilmiş gücləndirmə layihəsi uyğunluğu) müəyyən etmək mümkün olmadı. Salatın Əsgərova küçəsi, ev 162 ünvanında yerləşən yaşayış evinin 6 saylı mənzilinin əsas yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yaşayış evinin XX əsrin əvvəllərində inşa edildiyini, evin fiziki cəhətdən köhnəlməsini, evin digər sahələrində də çat və aşınmaların olmasını və müxtəlif illər ərzində yaşayış evinin digər mənzillərində yenidənqurma işlərinin aparıldığı nəzərə alınsa, 6 saylı mənzildə yaranmış çat və deformasiyaların yaranma səbəbini müəyyən etmək üçün yaşayış evində ümumilikdə instrumental müayinə-tədqiqat işlərinin aparılması məqsədəuyğun hesab edilir.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/3664 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. ünvan 4 ünvanda yerləşən yaşayış evinin 11 saylı mənzilinə keçirilən vizual baxış zamanı mənzildə yenidənqurma işlərinin aparılması müşahidə edildi. Belə ki, mənzilin 3 saylı otağındakı yalnız pəncərəaltı hissəsi sökülmüş və 3 saylı otaqdan 2 saylı otağa keçid üçün istifadə edilən qapı boşluğu genişləndirilərək eni 3,0 metr edilmişdir. Yükdaşıyıcı sütunlara və mərtəbəarası örtüklərə müdaxilə edilməmişdir. 11 saylı mənzildə aparılan yenidənqurma işləri ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli 329 nömrəli Sərəncam verilmiş və görülən işlər ilə bağlı "xxxx" MMC-də (Lisenziya nömrəsi: 088769; qeydiyyat nömrəsi: in-İ-874/2016, tarixi: xx.xx.2016) metal konstruksiyadan olmaqla mənzildə gücləndirmə layihəsi (2023-cü il tarixli) tərtib edilmişdir. Lakin 11 saylı mənzil təmir olunduğundan, yenidənqurma işləri (gücləndirmə işləri) aparılan sahələrin üzəri bağlandığından aparılmış işlərin tikinti norma və qaydaların tələblərinə uyğun olub-olmadığını (tərtib edilmiş gücləndirmə layihəsi uyğunluğu) müəyyən etmək mümkün olmadı. Salatın Əsgərova küçəsi, ev 162 ünvanında yerləşən yaşayış evinin 6 saylı mənzilinin əsas yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yaşayış evinin XX əsrin əvvəllərində inşa edildiyini, evin fiziki cəhətdən köhnəlməsini, evin digər sahələrində də çat və aşınmaların olmasını və müxtəlif illər ərzində yaşayış evinin digər mənzillərində yenidənqurma işlərinin aparıldığı nəzərə alınsa 6 saylı mənzildə yaranmış çat və deformasiyaların yaranma səbəbini müəyyən etmək üçün yaşayış evində ümumilikdə instrumental müayinə-tədqiqat işlərinin aparılması məqsədəuyğun hesab edilir. İddiaçı1 məxsus ünvan 4 ünvanda yerləşən yaşayış evinin 6 saylı mənzildə müəyyən edilmiş qüsurların yaranma səbəbi instrumental müayinə-tədqiqat işlərinin aparıldıqdan sonra həmin mənzildə müəyyən edilmiş qüsurların aradan qaldırılması üçün təmir-bərpa xərcinin nə qədər təşkil etməsi müəyyən oluna bilər.
20. Ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
21. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı2 tərəfindən 100 manat məbləğində ekspertiza xərci Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmişdir.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Cavabdeh mülkiyyətindən olan ünvan 6 saylı qeyri-yaşayış sahəsinin (ünvan 6, 11 saylı mənzilin təyinatı dəyişdirilib) yerləşdiyi binaya dair texniki pasport, binanın plan sxemi İdarənin arxivində aşkar edilməmişdir.
23. “X2” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 204 nömrəli mütəxəssis rəyindən görünür ki, bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının instrumental müayinəsinin aparılmasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin səlahiyyətləri dairəsində olduğunu nəzərə alaraq, ünvan 6 ünvanında yerləşən yaşayış binası və onun tərkibində olan 6 və 11 saylı mənzillər üzrə instrumental müayinə yolu ilə tədqiqatın “X2” MMC tərəfindən aparılması mümkün deyildir. Tədqiq olunan 11 saylı mənzildə söküntü- tikinti, qazıntı və yenidənqurma işlərinə dair icra hakimiyyəti orqanlarının aidiyyəti qurumlarının müvafiq razılıq (icazə) layihə-smeta sənədlərinin olmadığını nəzərə alaraq, ünvan 4 ünvanda yerləşən 11 saylı mənzildə söküntü-tikinti işlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli, 160 saylı Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun aparılmaması müəyyən edilir. İddiaçı1 məxsus ünvan 4 ünvanda yerləşən 6 saylı mənzilin ayrı-ayrı konstruktiv elementləri, o cümlədən divar, tavan və döşəmə üzərində müxtəlif ölçü və sayda qüsurlar (çat, çökmə, deformasiya və s.) müşahidə olunmuşdur. Sözügedən mənzildə mövcud qüsurlar müxtəlif səbəblərdən, o cümlədən silkələmədən, vibrasiyadan, zəlzələdən yarana bilər. Belə ki, mənzilin yerləşdiyi binanın 20-ci əsrin əvvəllərində inşa olunmaqla köhnə tikili olduğu, binanın uzun müddət ərzində istismar nəticəsində fiziki aşınmaya məruz qalması, eləcə də binanın digər sahələrində eyni qüsurların mövcudluğu nəzərə alınmalıdır. İddiaçı1 məxsus 6 saylı mənzilin ayrı-ayrı konstruktiv elementləri üzərində mövcud qüsurların yaranma səbəbinin, yəni həmin qüsurların Cavabdeh mənzilində (faktiki olaraq qeyri-yaşayış sahəsidir) aparılmış söküntü-tikinti işləri və ya mənzillərin yerləşdiyi binanın fiziki aşınmaya məruz qalması nəticəsində əmələ gəlib-gəlməməsini, eləcə də iddiaçının mənzilinə dəymiş zərərin həcmini yalnız binanın yükdaşıyan inşaat konstruksiyalarının instrumental müayinəsi yolu ilə müəyyən etmək mümkündür. Bu da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin səlahiyyətləri dairəsindədir.
24. “X2” MMC-nin xx.xx.2025-ci il tarixli, 204 nömrəli məktubundan görünür ki, aparılmış ekspertiza xidmətinin xərci 400 (dörd yüz) manat təşkil edir.
25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/9831 nömrəli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış evinin 11 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Memarlıq planlaşdırma hissəsi (işçi layihəsi) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən layihə razılaşdırılmadığını nəzərə alaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.1-ci, 69.7.2-ci və 69.7.3-cü maddələrinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilir. ünvan 6 ünvanında yerləşən 11 saylı mənzildə aparılan söküntü-tikinti işləri nəticəsində İddiaçı1 məxsus ünvan 6 ünvanında yerləşən 6 saylı mənzilə zərər dəydiyi istisna olunmur.
26. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
27. İş materiallarına, həmçinin, fotoşəkillər və Nəsimi rayon MKTB 17 saylı MKİS tərəfindən verilmiş arayışlar əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
28. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 162 ünvanında yerləşən ikimərtəbəli binanın 2-ci mərtəbəsindəki 6 nömrəli mənzil İddiaçı1 məxsusdur. Digər İddiaçı2 onun həyat yoldaşıdır. İddiaçılar uzun illərdir ki, həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar.
29. Binanın 1-ci mərtəbəsində, həmin mənzilin altında yerləşən 11 nömrəli mənzil isə xx.xx.2022-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə keçmiş, xx.xx.2022-ci il tarixli qəbul aktına və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamına əsasən sözügedən mənzilin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilmişdir.
30. İşin mübahisələndirilməyən halıdır ki, cavabdeh həmin sahəni əldə etdikdən sonra orada təmir-tikinti, söküntü, qazıntı və yenidənqurma işləri apararaq sahənin plan-sxemində dəyişikliklər etmişdir. Cavabdehlə İddiaçı2 tərəfindən (iddiaçının oğlunun şahidliyi ilə) əlyazma ilə tərtib edilməsi və imzalanması mübahisəsiz olan sənədlə müəyyən edilir ki, cavabdeh xx.xx.2022ci il tarixdə özünə məxsus sahədə apardığı təmir zamanı iddiaçının mənzilinə ziyan vurduğunu qəbul etmiş, bu səbəbdən mənzilin ploşadkasına lambirin vurduğunu bildirmiş, 10 gün müddətində damın üstünün daman yerlərini düzəltdirməyi, digər 2 otağı isə aprel ayının 15-dən 30-na kimi təmir etdirməyi öhdəsinə götürmüş, bunun müqabilində iddiaçıda 1.000 manat beh saxlamış, iddiaçı da təyin olunan vaxta kimi 2 otağın təmir olunması şərtilə hələlik 1.000 manat behi qəbul etmişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş, buna görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına istinadən, mənzilə vurulmuş 5.368 manat məbləğində maddi ziyanın, özlərinə vurulmuş 2.500 manat məbləğində mənəvi zərərin, o cümlədən məhkəmə xərclərinin əvəzinin cavabdehdən tutularaq onlara ödənilməsini, həmçinin, cavabdehin üzərinə mənzilə vurulan zərərin aradan qaldırılması öhdəliyinin qoyulmasını xahiş etmişlər. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçıların təqdim etdiyi hesabatı mübahisələndirmiş, belə ki, hesabatda mənzilin ümumi təmir xərclərinin əks olunduğunu, lakin bütün bu zərərin cavabdeh tərəfindən vurulub-vurulmamasının müəyyən edilmədiyini, bu barədə heç bir sübutun iddiaçılar tərəfindən təqdim edilmədiyini, binanın köhnə, iddiaçıların yaşlı olması səbəbindən, cavabdehin özünə məxsus sahədə təmir işləri apararkən imkan daxilində binanın təmirə ehtiyacı olan hissələrini və iddiaçıların mənzilini də təmir etmək niyyətində olduğunu, lakin iddiaçıların artan tələblərinə görə bunu etmədiyini bildirmişdir.
31. Cavabdehə məxsus sahədə yenidənqurma işlərinin aparılması halı mübahisə ilə əlaqədar aparılan araşdırmalar zamanı məhkəmənin müvafiq qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, rəydə cavabdehə məxsus sahənin 3 saylı otağındakı pəncərəaltı hissəsinin sökülməsi, 3 saylı otaqdan 2 saylı otağa keçid üçün istifadə edilən qapı boşluğunun genişləndirilərək eninin 3 metr edilməsi, yükdaşıyıcı sütunlara və mərtəbəarası örtüklərə isə müdaxilə edilməməsi qeyd edilmişdir. Görülən işlərlə bağlı lisenziyaya malik olan müvafiq şirkət tərəfindən sonrakı tarixlərdə gücləndirmə layihəsi tərtib edilsə də, yenidənqurma işləri aparılan sahələrin üzəri bağlandığından, aparılmış işlərin tikinti norma və qaydalarının tələblərinə uyğun olub-olmadığını müəyyən etməyin mümkün olmaması rəydə əlavə olaraq göstərilmişdir. İddiaçıların mənzilinin əsas yükdaşıyan konstruksiyalarının texniki cəhətdən yolverilməz vəziyyətdə olması müəyyən edilmiş, lakin yaranmış çat və deformasiyaların səbəbinin konkret olaraq cavabdehə məxsus sahədə aparılan işlərin nəticəsi olub-olmaması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi də həmin mütəxəssis rəyi əsasında, eyni məzmunda tərtib edilmişdir.
32. “X2” MMC tərəfindən hazırkı iş üzrə verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində isə qeyd edilmişdir ki, cavabdehə məxsus sahədə söküntü-tikinti, qazıntı və yenidənqurma işlərinə dair icra hakimiyyəti orqanlarının aidiyyəti qurumlarının müvafiq razılıq (icazə) layihə-smeta sənədləri olmadığından, həmin işlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun aparılmamışdır. İddiaçı1 məxsus mənzilin ayrı-ayrı konstruktiv elementləri, o cümlədən divar, tavan və döşəmə üzərində müxtəlif ölçü və sayda qüsurlar (çat, çökmə, deformasiya və s.) müşahidə olunsa da, həmin qüsurların müxtəlif səbəblərdən, o cümlədən silkələmədən, vibrasiyadan, zəlzələdən yarana bilməsi əlavə edilmişdir. Binanın 20-ci əsrin əvvəllərində inşa olunmaqla köhnə tikili olması, uzun müddət ərzində istismar nəticəsində fiziki aşınmaya məruz qalması, eləcə də binanın digər sahələrində eyni qüsurların mövcudluğunun nəzərə alınmalı olması qeyd edilmişdir.
33. Məhkəmə araşdırmaları zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə isə cavabdehə məxsus qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş memarlıq planlaşdırma hissəsinin (işçi layihəsinin) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmaması nəzərə alınaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.1-ci, 69.7.2-ci və 69.7.3-cü maddələrinin tələblərinə uyğun inşa edilməməsi müəyyən edilmişdir. Cavabdehə məxsus sahədə aparılan söküntü-tikinti işləri nəticəsində İddiaçı1 məxsus mənzilə zərər dəyməsinin istisna olunmadığı qeyd edilmişdir.
34. Məhkəmə araşdırmaları zamanı, həmçinin, məhkəmə tərəfindən mübahisə predmeti olan binaya yerli baxış keçirilmiş və sadə müşahidə yolu ilə müəyyən edilmişdir ki, sözügedən bina, həqiqətən də, qeyd edildiyi kimi uzun müddət istismarda olan köhnə binadır, iddiaçıya məxsus mənzildə iddia edilən çatlar və digər qüsurlar (çökmə, deformasiya və s.) vardır, onlar tavanda, döşəmədə, divarlarda mövcuddur. Xüsusən cavabdehə məxsus sahədə qapı boşluğunun genişləndirildiyi bildirilən hissənin üstündə döşəmədə və divarın döşəməyə yaxın hissələrində çatlar və digər qüsurlar (çökmə, deformasiya və s.) müşahidə olunmuşdur.
35. Xüsusilə qeyd edilməsi zəruridir ki, cavabdeh iddianın əsassızlığını, iddiaçıların sübut təqdim etmədiyini mübahisələndirsə də, onun istər məhkəməyədək (öhdəliklə bağlı yazılı sənəd), istərsə də məhkəmə araşdırmaları zamanı etirafedici hərəkətlər etməsi müəyyən edilmişdir. Belə ki, cavabdeh son olaraq hazırkı məhkəmə iclasında iddiaçılara 2.500 manat məbləğində pul verməyi təklif etmişdir (lakin iddiaçılar bu məbləğin mənzilə vurulmuş zərərin aradan qaldırılması üçün kifayət etmədiyini bildirərək barışıq təklifini qəbul etməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etmişlər).
c) Məhkəmənin mövqeyi:
36. Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur.
37. Belə ki, iddia tələbinin “mənzilə vurulmuş 5.368 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, mənzilin tam mülkiyyət hüququ əsasında İddiaçı1 mülkiyyətində olması müəyyən edildiyindən, mənzilə vurulmuş maddi ziyanın ödənilməsini tələb etmək hüququ da məhz ona məxsusdur. İddiaçı1 məxsus mənzilin altında yerləşən, cavabdehə məxsus qeyri-yaşayış sahəsində təmir-tikinti, söküntü, qazıntı, yenidənqurma işləri aparılan zaman özünə məxsus mənzilə zərər dəydiyini iddia edən iddiaçı bununla bağlı məhkəməyə digər iddiaçı (həyat yoldaşı) İddiaçı2 ilə cavabdeh tərəfindən əlyazma ilə sadə yazılı formada tərtib edilmiş sənədi təqdim etmişdir. Həmin sənəddə cavabdeh özünə məxsus sahədə apardığı təmir işləri zamanı iddiaçılara məxsus mənzilə zərər vurması faktını öz imzası ilə təsdiq etmiş, bunu aradan qaldırmaq üçün onların mənzilində bəzi təmir işləri gördüyünü qeyd etsə də, qalan işləri müəyyən müddətdə görəcəyinə dair öhdəliklər götürərək, 1.000 manat məbləğində pulu götürdüyü öhdəliklərinin təminatı kimi İddiaçı2 saxlamış, lakin sonradan üzərinə götürdüyü həmin öhdəlikləri yerinə yetirməmişdir. Sənəddəki imzanın cavabdehə məxsusluğu onun tərəfindən mübahisələndirilməmiş, 1.000 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçılara verilməsi faktı isə iddiaçı tərəfin izahatları ilə bir daha öz təsdiqini taparaq işin mübahisəsiz halına çevrilmişdir. Beləliklə, həmin sənədin mötəbər sayılmaması üçün məhkəmə tərəfindən heç bir əsas müəyyən edilməmişdir. İddiaçı mənzilə vurulmuş zərərin aradan qaldırılması üçün tələb edilən məbləğin 5.368 manat olmasına dair qiymətləndirmə hesabatı təqdim edərək, bu məbləğin cavabdehdən tutulmasını tələb etmiş, cavabdeh isə əvvəlcə zərərin onun tərəfindən törədilməsinə dair sübutun olmadığını, habelə tələb edilən məbləğin mənzilin bütün təmir xərclərini əks etdirdiyini, halbuki, bütün bu zərərin onun tərəfindən vurulmadığını, binanın onsuz da qəzalı vəziyyətdə olduğunu bildirmişdir. “Cavabdehin özünə aid sahədə təmir işləri aparan zaman İddiaçı1 məxsus mənzilə zərər vurduğunu qəbul edərək, bunu aradan qaldırmaq üçün mənzilə lambirin vurması və müəyyən müddətə mənzili təmir etməyi öhdəsinə götürməsi, bu məqsədlə 1.000 manat məbləğində pulu təmirlə bağlı öhdəliklərinin təminatı kimi digər iddiaçıya verməsinə dair” mötəbər sübutun iş materiallarında olmasını, istər dövlət, istərsə də özəl ekspertiza təşkilatları, o cümlədən tikintidə təhlükəsizliyə nəzarəti həyata keçirən dövlət agentliyi tərəfindən hazırkı iş üzrə verilmiş rəylərdə iddiaçının mənzilindəki mövcud qüsurların cavabdehə məxsus qeyri-yaşayış sahəsində həyata keçirilmiş işlər nəticəsində yaranmasını təkzib edən hər hansı məlumat olmamasını, rəylərdə də, cavabdehin etirazında da vurğulanan binanın köhnə, qəzalı vəziyyətdə olmasının məhkəmə tərəfindən keçirilmiş yerli baxışla da öz təsdiqini tapmasını və rəylərdən birində qüsurların silkələmə, vibrasiyadan əmələ gələ bilməsinin mümkünlüyünün qeyd edilməsini, mənzilin altında yerləşən qeyri-yaşayış sahəsində pəncərəaltı sökülməsi, qapı boşluğunun genişləndirilməsi kimi işlərin isə silkələmə olmadan həyata keçirilməsinin mümkünsüzlüyünü, habelə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sonuncu rəydə iddiaçının mənzilində qüsurlar yaranmasının cavabdehə məxsus sahədəki işlərlə əlaqəli olma halının istisna edilməməsinin göstərilməsini nəzərə alan məhkəmə cavabdehin qeyd edilən dəlillərini əsassız sayır. Cavabdehin binanın istismar müddəti bitməklə qəzalı vəziyyətdə olması barədə gətirdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, binanın iddia edildiyi kimi köhnə, uzunmüddətli istismarda və qəzalı vəziyyətdə olması məhkəmə tərəfindən yerli baxış zamanı da müəyyən edilmişdir, məhz buna görə belə bir binada müvafiq qurumların icazəsi olmadan, müvafiq qanunvericiliyin tələblərini pozmaqla həyata keçirilmiş işlərin (qapı boşluğunun genişləndirilməsi və s.) iddiaçıların mənzilinə zərər vurması ilə nəticələnməsi ağlabatan sayılır. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh tərəf son olaraq hazırkı məhkəmə iclasında iddiaçılara 2.500 manat məbləğində pul verməyi təklif etmişdir. Beləliklə, istər məhkəmədən əvvəl, istərsə də məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfin etiraf xarakterli hərəkətlər etməsi, iş materiallarındakı rəylərdə iddiaçının iddia etdiklərini təkzib edən hər hansı halın müəyyən edilməməsi nəzərə alındıqda məhkəmə hesab edir ki, iddiaçının mənzilinə vurulmuş zərərin əvəzini ödəməyə borclu olan şəxs məhz cavabdehdir. Cavabdehin apardığı yenidənqurma işlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olmaması, yəni cavabdehin delikt törətməsi (törətdiyi əməlin hüquqazidd olması) iş materiallarında olan rəylərlə öz təsdiqini tapır. Tələb edilən məbləğlə bağlı isə qeyd edilməlidir ki, cavabdeh tərəfindən bu zərərin daha az məbləğdə olmasına dair sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə araşdırmaları zamanı nə dövlət, nə də özəl ekspertiza mərkəzləri tərəfindən verilmiş rəylərdə zərərin məbləği ilə bağlı tədqiqat aparılmasının mümkün olmaması qeyd edildiyindən, o cümlədən iddiaçının təqdim etdiyi qiymətləndirmə hesabatının mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilmədiyindən, həmin hesabatda göstərilən məbləğ əsas götürülməli, sözügedən məbləğdən (5.368 manat) isə cavabdehin beh kimi ödədiyi məbləğ (1.000 manat) çıxılmaqla, qalan məbləğ (4.368 manat) cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Cavabdeh 4.368 (dörd min üç yüz altmış səkkiz) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı1 verilməlidir.
38. Cavabdehin 2.500 manat məbləğində pulu təklif etməsi məhkəmə tərəfindən tələbin qismən etirafı kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, tələb həmin həcmdə həm də cavabdehin qismən etirafına əsaslanaraq təmin edilir.
39. Digər İddiaçı2 maddi ziyanla bağlı tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, mənzilə vurulmuş zərərlə bağlı tələb hüququ mənzilin mülkiyyətçisinə məxsus olduğundan və İddiaçı2 mənzilin mülkiyyətçisi olmadığından, onun bu tələbi təmin edilməməlidir. Qeyd olunmalıdır ki, mənzilin birgə mülkiyyət olub-olmamasını müəyyən etmək isə hazırkı məhkəmə araşdırmasının predmeti deyildir.
40. İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, cavabdehə məxsus sahədə aparılan yenidənqurma və s. işlər nəticəsində iddiaçıların yaşadığı mənzilə zərər vurulması, o cümlədən cavabdeh tərəfindən vəd edilən müddətdə bütün zərərin aradan qaldırılmaması səbəbindən iddiaçıların mənəvi zərərə məruz qalması ağlabatandır. İddiaçılar vurulmuş mənəvi zərəri 2.500 manat məbləğində qiymətləndirsələr də, məhkəmə qiymətləndirmə sərbəstliyinə əsaslanaraq və diqqətəlayiq halları (iddiaçıların yaşını, mübahisə predmeti olan binanın uzun müddət istismarda olmasını, cavabdehin törətdiyi delikti aradan qaldırmaq üçün bəzi təmir işləri görüb qalan işlər üçün beh verməsi və məhkəmə araşdırmaları zamanı da qismən etiraf xarakterli hərəkətlər etməsini və s.) nəzərə alaraq hesab edir ki, onlara dəymiş mənəvi zərərin 500 manat məbləğində müəyyən edilməsi daha ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə də qismən təmin edilməli, Cavabdeh 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. İddiaçı2 sözügedən mənzildə qeydiyyatda olmaqla yaşadığından məhkəmə hesab edir ki, onun mənəvi zərərlə bağlı tələbə subyektiv hüququnun olması mübahisəsizdir və baş verənlərlə bağlı mülkiyyətçi ilə yanaşı, onun da stres keçirməsi və iztirab çəkməsi tamamilə ağlabatandır.
41. İddia tələbinin “mənzilə vurulmuş zərərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, bu tələbin təmin edilməsi iddiaçıların əsassız varlanması ilə nəticələnəcəkdir. Belə ki, hazırkı qətnamə ilə mənzilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi məhkəmə tərəfindən qismən təmin edildiyindən, yəni cavabdeh tərəfindən mənzilə vurulmuş zərər onun əvəzini pul ilə ödəmək yolu ilə aradan qaldırılacağından, yenidən belə bir öhdəliyin cavabdehin üzərinə qoyulması düzgün deyildir. Mülki qanunvericiliyin tələbinə görə məhkəmə işin hallarına uyğun olaraq ya cavabdehin üzərinə zərərin əvəzini naturada ödəmək (zədələnmiş əmlakı düzəltmək), ya da əvəz olaraq pul ödəmək öhdəliyi qoya bilər. Hazırkı işin faktiki hallarını nəzərə alan məhkəmə (cavabdeh iddiaçıların təmir üçün zəruri olan materiallarla bağlı ondan əlavə tələblər etdiyini, buna görə də təmiri davam etdirmədiyini bildirmişdir) gələcəkdə qətnamənin səmərəli icrasının təmin edilməsi məqsədilə maddi zərərin ödənilməsi ilə bağlı tələbin qismən təmin edilərək, iddia tələbinin bu hissəsinin təmin edilməməsinin məqsədə müvafiq olduğu qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir.
42. İddiaçıların vəkili-nümayəndəsi Nümayəndə “iş üzrə xüsusi qərardad çıxarılması barədə” tələbi MPM-in 265.4-cü maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən vəsatət kimi qəbul edilir, lakin həmin maddədə göstərilmiş hal müəyyən edilmədiyindən, bu vəsatətin təmin edilməməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab olunur.
43. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?
45. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
46. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
47. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
48. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: 8-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
49. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
50. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.
54. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
55. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
56. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
57. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4.368 (dörd min üç yüz altmış səkkiz) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı1, 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
58. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 80 manat, hüquqi xidmət xərcinin 150 manat hissəsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat ekspertiza xərci cavabdehdən alınaraq iddiaçılara verilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçılara aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 50 manat hissəsi cavabdehdən, qalan 50 manat hissəsi isə iddiaçılardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına; mütəxəssis rəyi üçün tələb edilən 400 manat məbləğində pulun 350 manat hissəsi cavabdehdən, qalan 50 manat hissəsi isə iddiaçılardan müştərək qaydada alınaraq “X2” MMC-nin hesabına köçürülməlidir.
Nəticə:
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 4.368 (dörd min üç yüz altmış səkkiz) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı1, 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat, hüquqi xidmət xərcinin 150 (bir yüz əlli) manat hissəsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin, məhkəmə xərclərinin qalan hissəsi iddiaçılara aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 50 (əlli) manat hissəsi Cavabdeh, qalan 50 (əlli) manat hissəsi isə iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22); mütəxəssis rəyi üçün tələb edilən 400 (dörd yüz) manat məbləğində pulun 350 (üç yüz əlli) manat hissəsi Cavabdeh, qalan 50 (əlli) manat hissəsi isə iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq “X2” MMC-nin hesabına (X3 MMC, VÖEN: **********, İBAN: AZ94BRES********************, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ80NABZ********************, Kod: 513489, SWİFT: BRESAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova