Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4325/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız ittiham olunmağı, qanunsuz həbsə alınmağı və məhkəməyə verilməyinə görə dəymiş 25.000 (iyirmi beş min) manat məbləğində maddi ziyanın və 100.000 (bir yüz min) manat məbləğində mənəvi ziyanın kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2ma qarşı 1994-cü il təvəllüdlü X3 yaşayış yerinin müəyyən edilməsinə dair iddiası rədd edilmiş, X1 X4 qarşı azyaşlı uşaqları olan X3 İddiaçı alınması və anası ilə yaşamasının müəyyən edilməsi barədə qarşılıqlı iddiası təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və onun məlumatı olmadan icraya yönəlmişdir. O, Rusiya Federasiyası vətəndaşı olduğundan və Moskva şəhərindən yaşadığından həmin qətnamədən məlumatı olmamışdır. Bundan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o, xx.xx.2005-ci il tarixdə tutularaq istintaqa təhvil verilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti xx.xx.2005-ci il tarixdən hesablanmağa başlanılmışdır. Məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2005- ci il tarixədək uzadılmışdır. xx.xx.2005-ci il tarixdə ittiham aktı tərtib edilərək baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2005-ci il tarixli hazırlıq iclasında müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Göründüyü kimi o, 2 (iki) ay 2 (iki) gün qanunsuz və əsassız olaraq həbsdə saxlanılmışdır. Səbail Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qərarı ilə (sədrlik edən Y.İddiaçı) barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.2, 40.2.3, 43.3-cü maddələrinə əsasən (şəraitin dəyişməsilə bağlı) xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qərarından onun müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv olunması və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1 (cinayət hadisəsi olmadıqda) və 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddələri əsasında xitam verməklə, cinayət məsuliyyətindən azad olunmağı xahiş edilmişdir. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarı ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarından təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda kasasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının ləğv olunaraq işin yenidən Apelyasiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2006-cı il tarixli qərarı ilə kasasiya şikayətləri təmin edilmiş, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının ləğv olunaraq işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Bundan sonra onun barəsində aparılan cinayət işinə 15 il ərzində dəfələrlə apelyasiya və kasasiya instansiyalarında baxılmış və nəhayətki 15 il gedən məhkəmə mübahisələrindən sonra Bakı Apelyasiya Məhkəməsinin 1(103)-615/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində bəraət hökmü çıxarılmışdır. Hökm qəbul edildiyi andan qüvvəyə minmişdir. Göründüyü kimi əsassız və qanunsuz cinayət təqibinə görə o, 2 (iki) ay 2 (iki) gün qanunsuz olaraq həbsdə saxlanılmış, həmçinin 15 il ərzində həm maddi, həmdə mənəvi itkilərə məruz qalmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və aylıq qazancı 2000 manatdan çox olmuşdur. Qeyd etdiyi kimi həbs olunduğu günə qədər onun aylıq gəliri 2.000 manat təşkil etmişdir. Nəticədə o, cavabdeh orqanların səhvi nəticəsində ümumilikdə (11 ay x 2000 manat=22.000 manat) 22.000 (iyirmi iki) manat məbləğində qazancından məhrum olmuşdur. Belə ki, xx.xx.2005-ci il tarixdə tutulmuş, xx.xx.2005-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib, xx.xx.2005-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən Rusiya Federasiyasına geri qayıdaraq işinə davam edə bilməmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə bəraətverici əsasla cinayət təqibinə xitam verildiyi üçün barəsindəki qətimkan tədbiri aradan qalxmışdır. Belə ki, yuxarıda qeyd olunan bütün zərərlər məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Bundan əlavə xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılmaqla azaddığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkilin Bakı İstintaq Təcrİdxanasına aparılıb gətirilməsinə ümumilikdə 3.000 (üç min) manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də o, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə o, günahsız olduğu halda 2 (iki) ay 2 (iki) gün müddətə haqsız yerə azadığından məhrum olduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və 15 il ibtidai istintaq orqanında və məhkəmələrdə vaxtını və əsəbini sərf etməyə məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçirmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə görə qanunsuz olaraq həbsdə saxlanılma və azadlıqdan məhrum etmə ilə bağlı kifayət qədər yüksək məbləğdə mənəvi zərər ödənilir. Bu şəbədən hesab edir ki, cavabdehlər vurduqları maddi ziyanla yanaşı, həmçinin onun 2 ay 2 gün qanunsuz olaraq həbsdə saxlanılmağı və 14 il məhkəmədə cinayət təqibinə məruz qaldığı üçün 100.000 (bir yüz min) manat məbləğində mənəvi ziyanı da ona ödəməyə borcludurlar. Bu səbəbdən də iddia tələbi məhkəmə tərəfindən təmin edildiyi təqdirdə qətnamənin icrası dövlət büdcəsi hesabına olacağı üçün hesab edirlər ki, hazırkı iddia tələbinin yönələcəyi cavabdehlərdən biri də məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyidir. Yuxarıda göstərilən qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Baş prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunmağı, qanunsuz həbsə alınmağı və məhkəməyə verilməyi nəticəsində dəymiş maddi ziyana görə 25.000 (iyirini beş min) manat məbləğdə pul və mənəvi ziyana görə 100.000 (bir yüz min) manat məbləğində pul kompensasiya olaraq ona ödənilməlidir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, əsassız ittiham olunmağı, qanunsuz həbsə alınmağı və məhkəməyə verilməyinə görə dəymiş 25.000 (iyirmi beş min) manat məbləğində maddi ziyanın və 100.000 (bir yüz min) manat məbləğində mənəvi ziyanın kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Cinayət təqibinə xitam verilməsinə dair xx.xx.2006cı il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 74-cü, Azərbaycan Respublikası CPM-nin 40. 2. , 40. 2. 3, 43. 3.-cü maddələrinə əsasən xitam verilməklə, o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin İddiaçı haqqında xx xxxxx 2006-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət işləri üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə məlikəmə kollegiyasının İddiaçı haqqındakı x xxxx 2006-cı il tarixli qərarının ləğv edilməsi və işə apellyasiya instansiyası məhkəmsində yenidən baxılmasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin İddiaçı barəsində olan xx xxxxx 2006-cı il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin olunmadan saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı Quiu oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin X5 barəsində olan 24 apre1 2006-cı il tarixli qərarı ləğv edilmiş, cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə İddiaçı barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin İddiaçı barəsindəki xx xxxxx 2006-cı ii tarixli qərarı dəyişdirilmiş, cinayət işi üzrə icraata xitam verilməsi barədəki həmin qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tətbiqi xaric edilmiş, mübahisələndirilən qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəllesmr 316-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2 və 40.2.3-cü maddələrinə əsasən xitam verilməsinə dair işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-615/2020 saylı hökmünün surətindən görünür ki, İddiaçı müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək iş üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.3, 43.3-cü maddələrinə əsasən xitam verilməsi və İddiaçı cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qərarının ləğv edilməsi və yeni hökmün çıxarılması, cinayət hadisəsi olmadığından İddiaçı Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə bəraət verilməsi hökm edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsini icra etmədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o, xx.xx.2005-ci il tarixdə tutularaq istintaqa təhvil verilməklə xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək həbsdə saxlanılmışdır. Səbail Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət Məcəlləsinin 40.2, 40.2.3 və 43.3-cü maddələrinə əsasən (şəraitin dəyişməsilə bağlı) xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bir neçə dəfə apelyasiya və kassasiya instansiyası məhkəmələrinin araşdırma predmeti olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qərarı Bakı Apelyasiya Məhkəməsinin 1(103)-615/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, yeni hökm çıxarılmışdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin həmin qərarına əsasən İddiaçı verilmiş ittiham üzrə təqsirinin sübuta yetməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından, əksinə məhkəmə baxışı zamanı cinayət hadisəsinin baş verməməsi sübut olunduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsi olmadığı əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə İddiaçı bəraət verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız ittiham olunmağı, qanunsuz həbsə alınmağı və məhkəməyə verilməyinə görə dəymiş 25.000 (iyirmi beş min) manat məbləğində maddi ziyanın və 100.000 (bir yüz min) manat məbləğində mənəvi ziyanın kompensasiyası kimi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, həbsdə saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz məhkum olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 1.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki,iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının bu tələbini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə təmin edərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi ziyаnın əvəzi оlаn 1.000 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 1.000 manat pul cavabdehdən alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 1.000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4325/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4325/2020
13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver