Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4349/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı cavabdeh X2 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı cavabdeh X2 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh X1 ona məxsus 17.660 manat dəyərində əmlaklarının və ya onların pul dəyərinin özünə qaytarılması, mənəvi zərərə görə isə 1.000 manat məbləğində pulun, dövlət rüsumu qismində ödədiyi 150 manat, müdafiəçiyə xərclənmiş 300 manat məbləğində pulun caavbdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işin düzgün həll etmək üçün əhəmiyyəti olan başqa qanunlarda müyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 149.2.3, 152.1.1, 152.2 -152.4-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı cavabdeh X2 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş üzrə ödənilmiş 151 (yüz əlli bir) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4349/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4349/2022
01.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver