Məhkəmə qərarları › İş №2(006)-4354/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4354/2024

31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4354/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1*3,99 manat məbləğində əsas, 5,51 manat dəbbə pulu, 3* manat dövlət rüsumu olmaqla, cəmi 139,5 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (kirayəyə verən) ilə cavabdeh (istifadəçi) arasında 13.*5.2*24-cü il tarixində “Citycar” mobil tətbiqi vasitəsilə avtomobilin kirayə müqaviləsi bağlanmışdır. Müqavilə bağlanmazdan əvvəl kirayə verənin müqavilə bağlamasına dair ümumi ofertası təqdim edilmiş və istifadəçi tərəfindən təsdiqlənmişdir. Müqavilə mətni də istifadəçi tərəfindən təsdiq edildikdən sonra standart şərtlər barədə əyani qeyd də istifadəçinin iradəsini dürüst müəyyən müəyyən etməyə imkan verən şəraitdə onun tərəfindən aksept edilmişdir. Bunun nəticəsində mülkiyyəti İddiaçı MMC-yə məxsus olan “Toyota Corolla” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil *5.*6.2*24-cü il tarixdə, saat 2*:*2-də Cavabdeh təhvil verilmiş və cavabdeh tərəfindən *5.*6.2*24-cü il tarixdə saat 21:25-də qaytarılmışdır. İstifadəçi tərəfindən təsdiq edilən müqaviləyə əsasən kirayə ödənişi mobil tətbiqdə göstərilən tariflər əsasında hesablanır və həmin müqaviləyə əsasən istifadəçi müqavilə bağlandıqdan etibarən 5 gün ərzində müəyyən edilmiş tarifə uyğun olaraq 1*3,99 manat məbləğində kirayə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək avtomobili cavabdehə təhvil versə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi 1*.*6.2*24-cü il tarixinədək ödəməli olsa da, indiyə qədər heç bir ödəniş həyata keçirməmiş və 11.*6.2*24-cü il tarixindən etibarən cavabdeh öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etmişdir. Müqavilə öhdəliyin icrası üçün vaxt müəyyən etdiyinə görə cavabdehin öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etməsi üçün hər hansı xatırlatmaya ehtiyac qalmamışdır. Məhkəmə xərcləri olaraq iddia ərizəsi iddianın dəyərinə uyğun olaraq ödənilməli olan 3* (otuz) manat dəyərində dövlət rüsumu məbləği ödənilməklə məhkəməyə göndərilir.

3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh *5.*6.2*24-cü il tarixdə, saat 2*:*2də İddiaçı MMC-yə məxsus olan “Toyota corolla” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili olmaqla 1 (bir) saatlıq icarəyə götürmüş, icarə məbləği 25 manat və icarə məbləğini “ABB” bank kartı vasitəsilə onlayn şəkildə ödəmiş, həmin tarixdə saat 21:25-də qeyd edilən avtomobili təhvil vermişdir. Cavabdeh avtomobilin icarəsinə görə ümumilikdə 153.25 manat ödəmişdir. Lakin Cavabdeh İddiaçı MMC tərəfindən tələb edilən 1*3,99 manat məbləğində olan borc məbləği ilə razı deyil. Belə ki, Cavabdeh İddiaçı MMC-yə heç bir borcu yoxdur. a) Proses iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının nümayəndələrinin izahatını dinləyib, iddia tələbinin dəlillərini, cavabdehin etiraz ərizəsini, işdə olan sübutları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Müqavilə bağlanmasına dair İddiaçı MMC-nin ümumi ofertasından (təklifindən) görünür ki, istifadəçi bu müqavilə mətninin sonunda aksept (qəbul) düyməsini sıxmaqla hazırki şərtləri qəbul etmiş və müqavilə bağlanmış hesab olunur. Hazırkı şərtlərin qəbul edilməsinə dair elektronpoçt adresi, mobil telefon, elektron yazışma vasitələri (votsap, teleqram və s.) ilə göndərilmiş bildirişin İddiaçıə çatması və aksept düyməsinin sıxılması (qeydiyyatın başa çatması) müqavilənin bağlanması hesab olunur. 1*. İddiaçı MMC (kirayəyə verən) (VÖEN: 15*6577891) ilə istifadəçi (kirayəçi) arasında bağlanmış avtomobilin elektron kirayə müqaviləsində qeyd edilmişdir ki: - 2.4.6. bu Müqavilənin şərtlərinə uyğun olaraq, bu Müqavilədə və ona Əlavədə nəzərdə tutulmuş ödənişləri vaxtında təmin etmək, bu Müqavilədə və ona Əlavədə nəzərdə tutulmuş bütün ödənişləri həyata keçirmək üçün kifayət qədər məbləğdə bank kartındakı vəsait qalığını təmin etmək istifadəçinin öhdəliklərindəndir. - 3.2.3. istifadəçinin bu Müqaviləyə və ona Əlavələrə uyğun olaraq Kirayəyə verən qarşısında pul öhdəliklərinin ödənilməsi üçün İstifadəçinin bank kartından debet vəsaiti, o cümlədən bu müqavilədə nəzərdə tutulmuş hallarda (istifadəçinin əlavə razılığı olmadan) tutmaq. - 3.4.26. istifadəçi yaranan borcunu ödəmədikdə (məsələn bank kartında kifayət qədər vəsait olmadığına görə və s.) borcun tam ödənildiyi tarixə qədər ödənişin gecikdirildiyi hər gün üçün kirayə verənə borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir. - 3.4.27.2. Sürət həddi 13* km/s təyin olunub. Müştəri hər sürət aşdığı təqdirdə 11 (on bir) manat məbləğində cərimə olunur.

11. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış *2.*8.2*24-cü il tarixli ***125 nömrəli bildirişdən görünür ki, 13.*5.2*24-cü il tarixli avtomobilin kirayə müqaviləsinə əsasən ödəməli olduğu 1*3.99 manat məbləğində kirayə ödənişi, 5.51 manat məbləğində cərimə/dəbbə pulu, * manat məbləğində gecikdirmə faizi olmaqla, cəmi 1*9.5* manat məbləğin qeyd edilən hesaba köçürülməsi tələb edilmiş, əks halda müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbardarlıq edilmişdir.

12. 16.*8.2*24-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 3* (otuz) manat dövlət rüsumu ödənilmişdir.

13. *8.1*.2*24-cü il tarixli ***136 nömrəli arayışdan görünür ki, İddiaçı MMC-nin istifadəçisi olan Cavabdeh *5 iyun 2*24-cü il tarixində şirkətə məxsus olan “Toyota corolla” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürülmüşdür. Qeyd olunan icarə üzrə müştərinin borcu yaranmışdır. Sürdüyü müddətə əsasən 4,99 (dörd manat doxsan doqquz qəpik) manat, əlavə olaraq sürət həddini 9 dəfə aşdığı üçün müqavilə üzrə 99 (doxsan doqquz) manat məbləğində müqaviləyə əsasən cərimə olunmuşdur. İstifadəçinin ümumi borcu 1*3,99 (bir yüz üç manat doxsan doqquz qəpik) manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 13.*5.2*24-cü il tarixdə “Citycar” mobil tətbiqi vasitəsilə avtomobilin elektron kirayə müqaviləsi bağlanmışdır. Müqavilə iddiaçının ofertasını (təklifini) cavabdehin aksept etməsi (təklifi qəbul etməsi) ilə elektron formada bağlanmışdır. Müqavilə bağlanarkən cavabdeh öz şəxsiyyətini eyniləşdirən məlumatları iddiaçıya təqdim etmiş, bununla da iradəsini ifadə edən şəxs iddiaçı tərəfindən dürüst müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilə və ona əlavələrdə avtomobil kirayəsinin tarifləri üzrə qiymətlər, eyni zamanda istifadəçi tərəfindən müqavilə şərtlərinin pozulmasına görə cərimələr və dəbbə pulu müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin icrası məqsədilə *5.*6.2*24-cü il tarixdə, saat 2*:*2-də Cavabdeh İddiaçı MMC-yə məxsus olan “Toyota corolla” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almış (kirayəyə götürmüş) və *5.*6.2*24-cü il tarixdə, saat 21:25-də iddiaçıya təhvil vermişdir.

15. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsinin “xahiş edirik” hissəsində Cavabdeh 1*3,99 manat məbləğində əsas, 5,51 manat cərimə borcunun tutulmasını qeyd etsə də, iddiaçı tərəfindən təqdim edilmiş arayışda cavabdehin iddiaçıya sürdüyü müddətə əsasən 4,99 (dörd manat doxsan doqquz qəpik) manat, əlavə olaraq surət həddini 9 dəfə aşdığı üçün 99 (doxsan doqquz) manat məbləğində cərimə borcunun olması qeyd edilmişdir. Müqavilədə göstərilmiş şərtləri nəzərə alan məhkəmə arayışda qeyd edilən əsas və cərimə borclarının məbləğlərini əsas götürmüşdür.

c) Məhkəmənin mövqeyi:

16. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin yaranmasının əsası tərəflər arasında bağlanmış elektron kirayə müqaviləsi, iddia tələbinin yaranmasının səbəbi isə həmin müqavilə üzrə istifadəçi (kirayəyə götürən) qismində çıxış edən Cavabdeh müqavilə öhdəliklərinə əməl etməməsi olmuşdur.

17. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə görə kirayə götürülmüş avtomobildən istifadə müqabilində istifadəçi kirayəyə verənə müvafiq tariflərə uyğun olaraq ödəniş edir. Həmin ödənişlərdən əlavə istifadəçi müqavilə şərtlərinə əməl etmədikdə müqavilədə göstərilən məbləğlərdə cərimə edilir (Müqavilənin 3.4.27.2-ci maddəsi). İstifadəçi yaranan borcunu ödəmədikdə borcun tam ödənildiyi tarixə qədər ödənişin gecikdirildiyi hər gün üçün kirayə verənə borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürür (Müqavilənin 3.4.26-cı maddəsi).

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, Cavabdeh *5.*6.2*24-cü il tarixdə, saat 2*:*2-də təhvil aldığı (kirayəyə götürdüyü), *5.*6.2*24-cü il tarixdə, saat 21:25-də təhvil verdiyi avtomobili kirayəyə götürməsinə görə, yəni avtomobildən istifadə etməsinə görə 4.99 (dörd manat doxsan doqquz qəpik) manat borcu yaranmış və ödənilməmişdir.

19. Məhkəmə hesab edir ki, iş üzrə məhkəməyə təqdim olunmuş sübutlardan sürüşə görə *5.*6.2*24-cü il tarixdə, saat 21:25:27-də 4.99 manat borc məbləğinin yarandığı və ödənilmədiyi görünür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan da həmin borc məbləğinin ödənildiyi sübut olunmur. 2*. Belə olan halda məhkəmə hesab edir ki, 4,99 manat məbləğində əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

21. Cavabdeh *5.*6.2*24-cü il tarixdə avtomobili idarə edərkən - 12* km/s surəti 9 dəfə aşdığı üçün hər dəfə 11 manat məbləğində cərimə edilmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilədən görünür ki, sürət həddi 13* km/s təyin olunmuşdur və İstifadəçi hər sürət həddini aşdığı təqdirdə 11 (on bir) manat məbləğində cərimə olunur (Müqavilənin 3.4.27.2-ci maddəsi). Buna görə də məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərə müvafiq olaraq cavabdehin 6 dəfə 13* km/s surət həddini aşdığına görə 66 (6x11=66) manat cərimə edilməsi qanuni və müqaviləyə uyğundur. Lakin, cavabdeh tərəfindən təqdim edilmiş saat 2*:28, *5.*6.2*24cü il tarixli qəbzdən görünür ki, 11 manat iddiaçının hesabına ödəniş edilmişdir (iddiaçı tərəfindən mübahisələndirilmir). Belə olan halda məhkəmə hesab edir ki, cərimələrdən biri ödənildiyi üçün cavabdehin cəriməyə görə ödənilməmiş borcu 55 (5x11=55) manat təşkil edir.

22. Məhkəmə tərəflər arasında bağlanmış elektron kirayə müqaviləsinin 3.4.26-cı maddəsinə əsasən cavabdeh tərəfindən ödənilməmiş borcun gecikdirilməsinə görə 5.51 (beş manat əlli bir qəpik) manat məbləğində cərimənin (dəbbə pulu) cavabdeh tərəfindən iddiaçıya ödənilməsini ağlabatan məbləğ hesab edir və ümumilikdə cərimə məbləğinə münasibətdə hesab edir ki, 61.5 (55+5.51=6*.51) manat məbləğində cərimə Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir.

23. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

24. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Maddə 4*6.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 4*5.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 4*7.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 4*8.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Maddə 4*8.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. Maddə 4*9.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.2 və 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər; Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 8*. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4,99 manat əsas, 6*,51 manat cərimə borcu olmaqla, cəmi 65,5* (altmış beş manat əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməlidir.

29. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun 2* (iyirmi) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməli, qalan hissəsi İddiaçı MMC-yə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə: 3*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 4,99 manat əsas, 6*,51 manat cərimə borcu olmaqla, cəmi 65,5* (altmış beş manat əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 2* (iyirmi) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar