Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4356/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qanunsuz olaraq cinayət təqibi aparıldığından, qanunsuz həbsə alınmağına görə, ona dəymiş maddi ziyan qismində 60.000 manat, fiziki zərər 50.000 manat, sağlamlığına dəymiş ziyana görə 10.000 manat, mənəvi ziyanına görə isə 48.000 manat, cəmi 168.000 manat (biı yüz altmış səkkiz min) kompensasiyanın Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, o, hər bir sıravi vətəndaş kimi ömrünün ilk illərdən uşaq bağçasına, daha sonra isə orda məktəbə gedərək təhsil almışdır. O, demək olar ki, hər bir zaman nümunəvi vətəndaş olmuşdur. Lakin bütün bunlara baxmayaraq xx.xx.2020-ci il tarixində saat 14:00-da telefonuna yaşadığı qəsəbənin sahə inspektoru tərəfindən zəng gələrək, polis şöbəsinə dəvət olunmuşdur. Oraya gələndə sahə inspektoru onu otağına aparmış, lakin bir bəhanə ilə özü otağı tərk etmişdir. Bu zaman otağa Baş Narkotika qarşı Mübarizə idarəsinin əməkdaşları daxil olmuş və ona heç bir xəbərdalıq etmədən, hər hansı bir sual vermədən onu döyməyə başlamışlar. Döyməyin səbəbi isə o idi, guya o, narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olur və buna dair bildiklərini onlara deməyini tələb edirdilər. Bir neçə vaxt sonra isə ona ittiham irəli sürülmüş və AR CM-nin 234.2-ci maddəsi üzrə ona ittiham irəli sürülmşdür. Beləliklə, barəsində qanunsuz olaraq cinayət işi başlanılmış, uydurma əsaslarla ona ittiham irəli sürülmüşdür. İbtidai istintaqın yekunun ittiham tərtib olunmuş orada tutulmağının təfərrüatları, işin halları kəskin surətdə təhrif olunaraq saxtalaşdırılmışdır. Akta əsasən müəyyən olunmuşdur ki, yaşadığı ərazinin yaxınlığında, (halbuki o, polis şöbəsinə zəng vasitəsilə çağırılmışdı) yəni ünvan 1 ünvanın qarşısında Xəzər RPİ-nin əməkdaşları tərəfindən guya saxlanılaraq 1-ci Polis Şöbəsinə gətirilmişdir. Orada onu şübhəli şəxs qismində saxladılar və hətta fiziki zorakılığa məruz qalmışdır. Ondan tələb edirdilər ki, törətmədiyi cinayəti boynuna alsın. Guya o, yaşadığı ərazidə narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğuldur. Bu məqsədlə yaşadığı evdə qanunsuz olaraq axtarış aparılmış və guya orada 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, xalis çəkisi 0,180 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin otaqda olan divanın saxlanc yerindən üzərində narkotik vasitə izləri olan 1 ədəd “inject' markalı şpris aşkar edilmişdir. Daha sonra ona törədilmiş fiziki zorakıqla müşayiət olunan dindirilmə aparıldı. Nəticədə, barəsində cinayət işi açılmış və ona ittiham irəli sürülmüşdür. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə ittiham irəli sürülmüş və guya o, iş üzrə keçən digər təqsirlndirilən şəxs X3 15 manata 0.237 qram çəkisi olan narkotik vasitəsini satmışdır. X4 Azərbaycan Respublikası CM-nin 177.2.2. 177.2.3 və 234.l-ci maddələri ilə təqsdiləndirilirdir. Beləliklə, o, saxlanılan andan qanunsuz saxlanılmağına baxmayaraq, saxlanıldıqdan sonra ona işgəncə verilərək, müxtəlif fiziki iztirab və zorakılığa məruz qalmışdır. O, saxlanıldıqdan sonra, dərhal həbsə alınmış və daha sonra isə barəsində həbs qətimkan tədbirinin görülməsi üçün Xəzər Rayon Məhkəməsinə verilmişdir. Məhkəmənin qərarı ilə isə qanunsuz və uydurma ittiham əsasında ona 3 aylıq həbs qətimkan verilmişdir. Bütün ibtidai istintaq dövründə isə onun həbsdə qalmağı müddəti isə ibtidai istintaq aparan orqanın vəsatəti əsasında uzadılmışdır. Beləliklə, uydurma ittiham əsasında o, normal həyat tərzindən məhrum olunaraq uzun-uzadı davam edən cinayət təqibə məruz qalmışdır. Bu müddət ərzində o, normal həyat tərzindən, işindən, qazancından, ailəsindən, onu tanıyan dost, qohum və qonşularından uzaq düşərək məhrum olunmuşdur. Onun nüfuzu, insanların ona olan inamı, hörməti və ən əsası etibarı ani olaraq yox olaraq puç olmuşdur. Ailə üzvlərində yaxınlıqda və uzaqlıqda olan qonşular demək olar ki, salam belə vermək istəmirdi. Onun hansı maddə üzrə tutulmağı yaşadığı qəsəbə daxilində ən qısa müddət ərzində surətlə yayılmışdır. Hətta onları tanıyanların bəziləri anasının üzünə demişdir ki, «sizi ailəliklə qəsəbədən sürgün etmək lazımdır ki, oğlun (yəni o) narkotik vasitəsinin satışı ilə məşğuldu, bizim uşaqlarımızı var. Sabah onları da bu bəlaya cəlb edəcəkdir». Beləliklə, qanun həm onu, həm də ailəni böyük çətinlikliyə salmışdırlar. Beləliklə, o, xx.xx.2020-ci ildən etibarən, ibtidai istintaqın aparıldığı dövr ərzində, eləcə də cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirtmiş məhkəmə prosesinin qurtardığı günə qədər (yəni hökm çıxarılana qədər) o, həbs altında qalmışdır. Yalnız xx.xx.2021-ci il tarixində, Xəzər Rayon Məhkəməsinin 1(003)-69/2021 saylı hökm çıxarılanda o, iclas zalından dərhal azad olunaraq, azadlığa qovuşaraq həbsdən azad olunmuşdur. Həmin hökmün nəticə hissəsində göstərilmişdir ki, AR CPMnin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. O, tutulana qədər fərdi əməklə məşğul olurdu və qanunsuz olaraq cinayət təqibinə məruz qaldığına görə bütün qazana biləcəyi qazancılarından qanunsuz olaraq məhrum olunmuşdur. İbtidai istintaq orqanın kobud və ciddi səhvlərə görə o, həyatının demək olar ki, 1 il 8 ayını həbsdə keçirtmişdir. Bu müddət ərzində ona hər gün həm mənəvi. həm də maddi ziyan vurulurdu. Onun barəsində yaşadığı qəsəbədə, qohum-əqrabada, qonşularında, dosttanışlarında dayanaqlı mənfi fikir formalaşmdışdır. Yuxarıda qeyd etdiyi kimi, həbsə alana qədər o, fərdi əməklə məşğul idi. Müxtəlif işlər üzrə xidmət göstərək, ailənin, eləcə də özünün ehtiyaclarının ödənilməsi üçün kifayət qədər pul vəsaiti qazanırdı. Belə ki, yaşayış və qeyri-yaşayış sahələrdə kombi sistemlərinin qurulması, eləcə də santexnika sahəsi üzrə və sair müxtəlif işlərin görülməsi ilə məşğul olurdu. Lakin qanunsuz həbsə alınmağı səbəbindən o, bütün qazancından uzun müddətə məhrum olunmuşdur. Orta hesabla o, hər bir işə görə həftə ərzində ***-**** manat gəlir əldə edirdi. Ailəsi də maddi təminatından məhrum olunmuşdur. O, ailəlidir və onun yetkinlik yaşına çatmayan 3 övladı var. Onlar da barəsində qanunsuz cinayət işi aparıldığından ata həsrəti ilə yaşayaraq 1 il 8 ay onu ümumiyyətlə görməkdən məhrum olunmuşdurlar. Bu da onun üçün çox böyük zərbə idi. Həmçnin Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, azadlığa çıxana qədər istintaq təcridxanasında qaldığı müddətdə vərəm xəstəliyinə düçar olmuşdur. Vərəm onun səhhətini ciddi şəkildə məhv etmişdir. Tam müalicəsi isə o, azadlığa çıxandan sonra aparmağa nail ola bilmişdir. Müalicəsi də uzun müddət çəkərəq, aylarla davam edirdi. İşin maddi tərəfindən başqa ona ciddi, əvəz olunmaz mənəvi ziyan da vurulmuşdur. Qanunsuz həbsə alınmağında, eləcə də qanunsuz, təqsirsiz olaraq cinayət təqibinə məruz qalmaqla ona ciddi mənəvi ziyan vurulmuşdur. Demək olaı ki, həbsdə qaldığı müddət ərzində elə bir gün olmayıb ki, ona mənəvi cəhətdən sarsıntı hissi, depressiya keçirtmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkil və nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilmələrini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə İddiaçı və onun vəkil və nümayəndəsi Nümayəndə iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Cavabdeh1na və Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər nümayəndələrinin iştirakını məhkəmə iclasında təşkil etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Cavabdeh1 və Cavabdeh2 nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 231/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 1(003)-69/2021 saylı hökmünün surətindən görünür ki, İddiaçı cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal azad edilməsi, İddiaçı Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-96/2022 saylı, xx.xx.2022-çi il tarixli Qərardan görünür ki, İddiaçı barəsində çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 1(003)-69/2021 saylı hökmü dəyişdirlədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-çi il tarixli Hökmdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayt Kollegiyasının 1(103)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. İşin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı barəsində cinayət işi açılmış və ona ittiham irəli sürülmüşdür. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə ittiham irəli sürülmüş və o, iş üzrə keçən digər təqsirlndirilən şəxs X3 15 manata 0.237 qram çəkisi olan narkotik vasitəsini satmışdır. Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə İddiaçı barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilsiş və həbsin əvvəli xx.xx.2020-çi il tarix müəyyən edilmişdir. Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə İddiaçı cinayətin törədilməsində təqsirliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-si maddəsi ilə ona bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə içlas zalından dərhal azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin Qərarları ilə dəyişdirilmədən saxlanılmış və hökm qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, İddiaçı 1 il 2 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının nümayəndəsinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 12.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin vurulmuş 60000 manat maddi zərərin, fiziki zərərə görə 50000 manat, sağlamlığına dəymiş ziyana görə 10000 manat ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 12.000 (on iki min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 12.000 (on iki min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4356/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4356/2023
30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver