Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4357/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı cavabdehlər “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlyi” PHŞ-yə qarşı «aktın etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlyi” PHŞ-yə qarşı «aktın etibarsız hesab edilməsi və s.» tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" X1 20 nömrəli Şəhər poliklinikasının iddiaçına əlilliyin qiyməndəndirilməsi üçün göndərişlərin verilməsindən imtinaya dair xx.xx.2023-cü il tarixli 150 saylı aktı etibarsız hesab edilməsi, Lipid mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklər yəni mübadilənin pozulması nəticəsində yaranan məhsulların hüceyrə daxilində və ya qanda toplanması ilə yaranan xəstəliklər əvvəlki və ya yeni qüvvəyə minmiş qanuna əsasən irsi və ya genetik xəstəliklərdən olan qanda bəd xassəli trigliseridlərin normadan 1000 dəfə dən çox olmasının əlilliyin müəyyən olunması meyarlarında olan XBT-10 kodu ilə düzgün müəyyən olunaraq tibbi göndəriş (Forma 88) verilməsi vəzifəsi cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" X1 20 nömrəli Şəhər poliklinikasının üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sisteminin portalındakı çıxarışa əsasən cavabdeh qismində göstərilən “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq, ev 1 M ünvanı (VÖEN **********), digər cavabdeh qismində göstərilən “Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Agentliyi” PHŞ-nin rəsmi qeydə alındığı yer ünvan 3 ünvanıdır (VÖEN **********). Belə olan halda hazırkı iddia tələbi üzrə mülki işə aidiyyət normaları tətbiq edilməli və işə ərazi aidiyyəti üzrə müvafiq məhkəmədə (Bakı şəhəri Yasamal Rayon Məhkəməsi və ya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi) baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinin əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ və “Dövlət Tibbi-Sosial Eksperizası və Reabilitasiya Agentliyi” PHŞ-nə qarşı «aktın etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ vardır. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4357/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4357/2023
22.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver