Məhkəmə qərarları › İş №2(006)-4378/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4378/2023

15.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4378/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 Mirzağa qızına, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 Mirzağa qızına, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh9 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 Mirzağa qızının, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh9 ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 111 saylı evin 32 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 111 saylı evin 32 saylı mənzili əvvəllər Cavabdeh8 mülkiyyətində olmuş, həmin mənzili Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə bağladıqları AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi əsasında dəyərini ödəməklə, iddia ərizəsində istinad edilmiş cavabdehlərin hər birinin rəsmi razılıqları ilə almışdır. Həmin alğı-satqı müqaviləsi əsasında mənzilə dair mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə dövlət reyestrində qeydə alınmaqla adına ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İddia ərizəsinə əlavə edilmiş alğı-satqı müqaviləsinin 11 və 13-cü bəndlərinin və cavabdehlərin hər birinin notariat qaydasında verdikləri razılıq ərizələrindən göründüyü kimi, Cavabdeh8 ona satdığı mənzildən xx.xx.2023-cü il tarixədək mənzili boşaldıb ona təhvil verməyi və digər cavabdehlərlə birlikdə qeydiyyatdan çıxacaqlarına dair üzərlərinə öhdəlik götürmüşlər, mənzilə dair alğı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdehlər mənzili boşaldaraq ona təhvil vermiş, lakin həmin vaxtdan nə özü, nə də ailə üzvləri üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyərək ona məxsus mənzildən qeydiyyatdan çıxmamışlar. Bununla əlaqədar onlara müraciət etdiyində qeydiyyata düşməyə yaşayış sahələri olmadığını, aldıqları yaşayış sahəsinin ancaq bələdiyyə sənədi olduğunu bildirərək ona məxsus mənzildən qeydiyyatdan çıxmaqdan imtina edirlər. Hesab edir ki, cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İlk növbədə hesab edir ki, Cavabdeh8 və onun digər ailə üzvləri olduğu cavabdehlərin mübahisə edilən mənzili ona satdıqdan sonra üzərinə götürdüyü bir ay müddətində qeydiyyatdan çıxmamaları, hazırda ona məxsus mənzildə qeydiyyatda qalmaları onun Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və Mülki Məcəllənin 152.1-ci maddələri ilə dövlət tərəfindən qorunan mülkiyyət və sərəncam vermək hüquqlarını pozur. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması onun qanunla qorunan əmlaka sərbəst və maneəsiz sərəncam vermək və sahiblik etmək hüququnu pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlərin ona məxsus olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh6 məhkəmə iclasında iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh6 izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh8 özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 111 saylı evin 32 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDX-nın yanında DƏDK və Reyestri PHŞ-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 111 saylı evin 32 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, alğı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq cavabdehlər iddiaçıya satılmış, hazırda iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Halbuki, keçmiş mülkiyyətçi Cavabdeh8 mənzili satarkən onun yetkinlik yaşına çatmış ailə üzvləri olan cavabdehlər mənzilin satılmasına razı olduqlarını notariat orqanına rəsmi şəkildə ərizə təqdim etməklə bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edildi ki, Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 111 saylı evin 32 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh8 arasında xx.xx.2023-cü il tarixdə göstərilən mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Lakin cavabdehlər göstərilən qanunun tələblərini pozaraq, daimi yaşadıqları yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehlərin və onların yetkinlik yaşına çatmamış ailə üzvünün mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 Mirzağa qızının, Cavabdeh3, Cavabdeh2, Cavabdeh9 və Cavabdeh5 Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 111 saylı evin 32 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qətnamə cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 Mirzağa qızından, Cavabdeh3, Cavabdeh2, Cavabdeh9 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 Mirzağa qızının, Cavabdeh3, Cavabdeh2, Cavabdeh9 və Cavabdeh5 Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 111 saylı evin 32 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 Mirzağa qızından, Cavabdeh3, Cavabdeh2, Cavabdeh9 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar