Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4386/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "borc pul" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borc pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh iddiaçı xx.xx.1978-ci il təvəllüdlü İddiaçı xeyrinə 68.000 (altmış səkkiz min) AZN əsas borc məbləğinin, 136.00 (bir yüz altı) AZN bank komissiyası xidməti haqqının, 92 (doxsan iki manat) notariat xərcinin, 3966 (üç min doqquz yüz altmış altı) AZN faiz borcu və 306,58 (üç yüz altı manat 58 qəpik) AZN məhkəmə xərcinin, ümumilikdə isə 72500.58 (yetmiş iki min beş yüz manat 58 qəpik) AZN pul məbləğinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında notarial qaydada Bakı şəhəri 12 saylı notariat ofisində xüsusi notariusu H.Z.Hüseynov tərəfindən bağlanmış xx.xx.2021-ci il tarixli (3M-297 nömrə ilə qeydə alınan) Kredit (Borc) müqaviləsinə əsasən, tərəfindən sonuncuya xx.xx.2021-ci il tarixinədək 40.000 (qırx min) ABŞ dolları ekvivalentində olan 68.000 (altmış səkkiz min) manat məbləğində borc pul verilmişdir. Tərəfindən həmin gün "xxxx" ASC-nin 4 saylı filialında bu vəsait Cavabdeh rəsmi qaydada ödənilmişdir. Bu məqsədlə banka əlavə 136 (bir yüz otuz altı) manat bank komissiyası və 92 (doxsan iki) manat notariat xərci də ödəmişdir. Lakin əfsuslar olsun ki, cavabdeh öz öhdəliklərini qərəzli şəkildə pozaraq, borc müqaviləsi əsasında ona ödənilən vəsaiti geri qaytarmaqdan qərəzli şəkildə yayınır. Tərəfindən dəfələrlə bu vəsaitin geri qaytarılması sonuncuya bildirilsə də, o, xx.xx.2021-ci il tarixdən bu günə kimi, 14 (on dörd) ay müddətində ona olan borcunu könüllü şəkildə qaytarmamış və bununla da tərəfindən ondan illik 5% faiz borcu olaraq əlavə 3966 manat (68000 x 5% (12ay))=3400 AZN, 3400 – (12 ay)=283.3 AZN x (2 ay)=566 AZN tələb edilməsini qanuna müvafiq hesab edir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdeh üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun ifadə verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş və məhkəmədən məhkəmə baxışının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri 12 saylı notariat ofisində xüsusi notariusu H.Z.Hüseynov tərəfindən bağlanmış xx.xx.2021-ci il tarixli (3M-297 nömrə ilə qeydə alınan) Kredit (Borc) müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixinədək 40.000 (qırx min) ABŞ dolları ekvivalentində olan 68.000 (altmış səkkiz min) manat məbləğində borc pul verilmişdir. Gunay Bank ASC 4 saylı filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Xəzinə mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən 68000 manat məbləğ notarius Bakı şəhəri 12 saylı Notariat ofisinin hesabına köçürülmüşdür. Gunay Bank ASC 4 saylı filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Xəzinə mədaxil orderindən görünür ki, banka 136 (bir yüz otuz altı) manat bank komissiyası ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməyərək 68000 manat olaraq nəzərdə tutulmuş borcu ödəməmişdir. 136.00 (bir yüz altı) AZN bank komissiyası xidməti haqqı iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, cəmi 3400 manat tələb etməyə haqlıdır. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Məhkəmənin qənaətinə görə, ilkin iddiaçıların tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləğin tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin məbləğ 3966 manat (68000 x 5% (12ay))=3400 AZN, 3400 – (12 ay)=283.3 AZN x (2 ay)=566 AZN) təşkil edir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixdən iddia verilən günə kimi, 14 (on dörd) ay müddətində iddiaçıya olan borcunu könüllü şəkildə qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 306,58 manat məbləğində dövlət rüsumu ödəmişdir. 92 (doxsan iki manat) notariat xərcinin ödənilməsi ilə bağlı məhkəmə bildiririr ki, iddiaçı tərəfindən bu barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən 92 manat notariat xərcinin ödənilməsi sübut edilməmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 306,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 68.000 (altmış səkkiz min) AZN əsas borc, 136.00 (bir yüz altı) AZN bank komissiyası xidməti haqqı, 3966 (üç min doqquz yüz altmış altı) AZN faiz borcu və 306,58 (üç yüz altı manat 58 qəpik) AZN məhkəmə xərci, ümumilikdə isə 72408.58 (yetmiş iki min dörd yüz səkkiz manat 58 qəpik) AZN pul məbləği tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi notariat xərci hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 68.000 (altmış səkkiz min) AZN əsas borc, 136.00 (bir yüz altı) AZN bank komissiyası xidməti haqqı, 3966 (üç min doqquz yüz altmış altı) AZN faiz borcu və 306,58 (üç yüz altı manat 58 qəpik) AZN məhkəmə xərci, ümumilikdə isə 72408.58 (yetmiş iki min dörd yüz səkkiz manat 58 qəpik) AZN pul məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4386/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4386/2022
20.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver