Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4394/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kompensasiyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kompensasiyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə verilmiş iddia ərizəsini geri qaytarmaq vəzifəsi qoyur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı “ona ödənilməli kompensasiyanın müəssisənin hesabına olmaqla, dövlət büdcəsindən ƏƏSMN tərəfindən təcili olaraq ödənilməli olmasını, digər tərəfdən bu məbləğdə vəsaitin müəssisənin satılmasından əldə olunan vəsaitdən dövlət büdcəsinə köçürülməli olmasını, indiyədək ödənilməmiş 351.000 manat aylıq zərərin ödənilmə məbləğinin kompensasiya şəklində ödənilməsini” xahiş etmişdir. Göründüyü kimi, irəli sürülmüş tələblərin bir-biri ilə əlaqəli olmaması səbəbindən onlara birlikdə baxılması da yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya iddia ərizəsində qeyd edilənlərlə bağlı ayrı-ayrılıqda iddia tələbi irəli sürməklə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kompensasiyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, iddia ərizəsində qeyd edilənlərlə bağlı ayrı-ayrılıqda iddia tələbi irəli sürməklə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4394/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4394/2023
29.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver