Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-440/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 497 manat məbləğin cavabdehlər Cavabdeh1-dən və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3780/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 497 (dörd yüz doxsan yeddi) manat məbləğində pulun cavabdehlər Cavabdeh1-dən və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə prosesi barədə lazımi qaydada məlumat ala bilməməsi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyinin nəzərə alınaraq qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə onun nümayəndəsinin iştirakı ilə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3780/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3780/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, 497 manat məbləğin cavabdehlər Cavabdeh1dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, vəkildir və 5-saylı Hüquq məsləhətxanasında vəkillik fəaliyyəti ilə məşğul olur. Özünə məxsus Toyota Prado markalı, ** KM *** dövlət nömrə nişanlı maşınla xx xxxx 2020-ci il tarixində H.Əliyev prostpekti tərəfindən gələrək Xətai prospekti ilə hərəkətdə olarkən təxminən Təhsil Nazirliyinin qarşısında Nissian markalı avtomobilin qarşısında maneə olduğu üçün durduğunu görmüşdür. O da həmin Nissan-nın arxasında avtomobilini saxlamışdır. Bu zaman arxadan gələn, Cavabdeh1-yə məxsus, Ravon Neksiya markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobil onun maşınını arxadan vurmuşdur. Onun maşını aldığı zərbədən qarşıdakı Nissan markalı maşına tərəf atılaraq həmin Nissan maşınına da arxadan yüngül toxunmuşdur. O, Nissan maşının sürücüsü və Cavabdeh1-yə məxsus, Ravon Neksiya-nın sürüçüsü maşınlardan düşmüşlər. O maşınının arxadan ağır, ön hissədən yüngül zədə aldığını gömüşdür. Cavabdeh1-yə məxsus, Ravon Neksiyanın sürücüsü, cavabdeh E.İsrəfılova təqsirin onda olduğunu, maşınına dəyən ziyanın ona ödənməli olduğunu bildirmişdir. Cavabdeh şirkət tərəfindən maşının yeni aldığını, ona heç nə ödənilməyəcəyini söyləmişdir. O, 102 xidmətinə zəng etmiş və qəza haqqında məlumat vermişdir. Digər maşın, Nissan markalı maşının sürücüsü hadisə yerində düşüb avtomobilinə baxmış, ona dəyən zərər demək olar ki çox cüzi idi. Bundan sonra Nissanın sürücüsü ona məlum olmayan səbəbdən sürüb getmişdir. Onun zəngindən bir müddət keçdikdən sonra hadisə yerinə Bakı şəhər DYPİ YNH inspektoru gəlmiş, qəza araşdırılmişdır. Qəzada təqsirli olduğu üçün cavabdeh haqqında inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edildi. TP ******* saylı, xx xxxxx 2020-ci il tarixli X6 Haqqında Qərara əsasən 2-ci Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Qəza nəticəsində onun maşınının arxa baqaj, arxa buferinə, ön buferinə ziyan dəymişdir. Bu DYP tərəfindən verilən 028293 saylı arayışla da təsdiq edilmişdir. Maşınının təmiri üçün 450 manat xərci çıxmışdır. Eyni zamanda, maşınının təmirdə olduğu 10 gün müddətində maşınsız olduğu üçün 47 manat taksiyə xərcləmək məcburiyyətində qalmışdır. Bidirdiyi kimi ona dəyən ziyanın ödənilməsindən imtina edilmişdir. Habelə, xx xxxxx 2020-ci il tarixli X6 Haqqında Qərardan da göründüyü kimi, qanunvericiliyə zidd olaraq “Ravon Nexia”nın sürücüsünün mülki məsuliyyəti də icbari qaydada sığortalanmamışdır. Bu səbəbdən də ona dəymiş ziyan hər hansı şığorta təşkilatı tərəfindən də ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 ilə xx xxxx 2020-ci il tarixdə ALY-47 saylı lizinq müqaviləsi imzalamış Cavabdeh3 da müqavilə üzrə lizinq götürən kimi ona vurulmuş zərərə görə məsuliyyət daşıdığından dəymiş ziyan hər üç cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1 ilə Cavabdeh3 arasında xx xxxx 2020-ci il tarixdə ALY-47 saylı “Daxili Lizinq” müqaviləsi bağlanmış və Cavabdeh1-nin mülkiyyətində olan 2020-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan Cavabdeh3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh3 Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixli etibarnamə verilmiş və həmin etibarnamə xx.xx.2020-ci il tarixə qədər etibarlı olmuşdur. Həmçinin lizinq alan Cavabdeh3 xahişi əsasında Cavabdeh1 “Daxili Lizinq” müqaviləsinin 4.1.3, 4.1.5 və 4.1.6-cı bəndlərinə əsasən Cavabdeh2 avtomobilin idarə olunmasına dair xx xxxx 2020-ci il tarixdə etibarnamə vermiş və həmin etibarnamə xx.xx.2020-ci il tarixə qədər etibarlı olmuşdur. Həmin etibarnamədən göründüyü kimi hadisə zamanı Cavabdeh2 avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Bundan başqa, “Daxili Lizinq” müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunana kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. İş materiallarından da göründüyü kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2 avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Həmçinin qəzada təqsirli olduğu üçün Cavabdeh2 inzibati məsuliyyətə cəlb olunmuşdur. Odur ki, iddiaçıya dəymiş maddi ziyan qanunvericiliyin tələbinə uyğun olaraq lizinq alan Cavabdeh3 və avtomobili etibarnamə ilə idarə edən Cavabdeh2 tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddianın onlara aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ravon Nexia R3” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə edilmişdir. O, dəymiş ziyanla bağlı hər hansı öhdəlik daşımır. Göstərilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia R3” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı təqsir onda olmuşdur. Pulu ödəməyə hazırdır. Lakin maddi imkanı yaxşı olmadığından birdəfəlik ödəyə bilməz. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AB seriyalı 517227 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X8 Prado” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan AD seriyalı 779435 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1-yə məxsusdur. İş materiallarında olan “xxxx” MMC (Lizinq verən) ilə Cavabdeh3 (Lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY-47 saylı daxili lizinq müqaviləsinin surətindən müəyyən olunur ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin 1 saylı əlavəsində göstərilən əmlakı - bir ədəd “Ravon Nexia R3” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA040130 ban nömrəli, ağ rəngli avtomobili lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə 14000 manat məbləğində borcu illik 20% hesablanmaqla 48 ay müddətində lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləsinin 4.1.3-cü bəndində Lizinq alanın lizinq müqaviləsi üzrə hüquq və vəzifələrini üçüncü şəxslərə vermək, 4.1.5-ci bəndində lizinq obyektini sublizinqə və ya kirayəyə vermək, 4.1.6-cı bəndində lizinq obyektini əvəzsiz istifadəyə vermək hüquqları təsbit olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, “xxxx” MMC onunla Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY-47 saylı daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş bir ədəd “Ravon Nexia R3” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA040130 ban nömrəli, ağ rəngli avtomobili xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası ərazisində idarə etməyi Cavabdeh3 etibar etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, “xxxx” MMC onunla Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY-47 saylı daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş bir ədəd “Ravon Nexia R3” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA040130 ban nömrəli, ağ rəngli avtomobili xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası ərazisində idarə etməyi Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokolun və inzibati təhbeh vermə haqqında TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 17:00-da Xətai prospekti ərazisində Cavabdeh2 idarə etdiyi “Ravon Nexia R3” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozmuş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin zədələnməsi barədə 028293 №-li arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai prospektində “Ravon Nexia R3” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi, “Toyota Prado” markalı ** KM *** dövlət qeydiyyat nəqliyyat vasitəsinin isə arxa və qabaq hissəsinə zərər dəymişdir. İş materiallarında olan X4 (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, “X8 Prado” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği dəyişdirilməli hissələr və görülən işlər daxil olmaqla 450 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə saat 17:00-da Xətai prospekti ərazisində etibarnamə əsasında idarə etdiyi Cavabdeh1-yə məxsus “Ravon Nexia R3” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozmuş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “X8 Prado” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması üçün 3 şərtin birlikdə olması vacibdir: a) hərəkət (hərəkətsizlik) nəticəsində maddi ziyanın vurulması b) əməlin (hərəkətin və ya hərəkətsizliyin) qanunazidd olması c) vurulmuş maddi ziyanla əməlin (hərəkətin və ya hərəkətsizliyin) səbəbli əlaqəsi. Göründüyü kimi, hazırda iddiaçıya Cavabdeh2 tərəfindən maddi ziyanın vurulduğu, habelə ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərə görə 450 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Ravon Nexia R3” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 ona məxsus avtomobili idarə etməyi etibarnamə əsasında cavabdeh X3 etibar etdiyindən və hadisə törədilərkən Cavabdeh2 avtomobili idarə etmək hüququ olduğundan iddia tələbi Cavabdeh1-yə aid hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıya dəymiş ziyanla bağlı digər Cavabdeh3 Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq heç bir məsuliyyət daşımadığından iddia tələbi ona aid hissədə də təmin edilməməlidir. Məhkəmə iddiaçının maşınının təmirdə olduğu müddət ərzində əlavə nəqliyyat xərci kimi çəkdiyi 47 manatın cavabdehlərdən onun xeyrinə tutulmasına dair tələbini isə əsassız hesab edir. Belə ki, iddiaçı həmin hissədə tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 450 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, iddia digər hissələrdə təmin edilməmədir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 450 (dörd yüz əlli) manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-440/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-440/2021
29.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver