Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4407/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 354 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 20,40 manat dövlət rüsumu, ümumilikdə 374,40 manat vəsaitin tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mercedes Benz S320” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobillə maddi zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhəri DYPŞ-nin İnzibati tənbeh vermə haqqında Qərar və Protokolunda öz əksini tapmışdır. “xxxxxxxxxxxxxxx” MMC təqdim etdiyi AA036815 saylı Akta əsasən “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 354 manat ziyan dəymişdir. “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalandığından, baş vermiş nəqliyyat hadisəsi üzrə dəymiş zərərin əvəzi olaraq PAT**********526 saylı sığorta Müqaviləsinin 043898 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 354 manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1 maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki-prossesual qanunvericiliyə uyğun olaraq cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizəyə məhkəməyə daxil olduğu gündən 20 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AB seriyalı 573296 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz S320” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İş materiallarında olan xx xxxx 2016-cı il tarixdə verilmiş ƏN-İİİ seriyalı 80720 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X2 ona məxsus olan “Mercedes Benz S320” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2018-ci il tarixədək Cavabdeh etibar etmişdir (reyestr 7E-7967). İş materiallarında olan AC seriyalı 664994 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxx” MMC ona məxsus “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Quliyev Rövşən Miri oğluna 1 (bir) il müddətinə etibar edir. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi idarəsi tərəfindən tərtib edilmiş № TYP 132408 saylı, xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Mercedes Benz S320” markalı, ** BL *** qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, M.Müşfiq küçəsində dayanma və durma qaydasını pozmuş, avtomaşının arxa qapısını açarkən təhlükəsizliyi təmin etməmiş və sağda dayanmış “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinmiş, 20 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli zərər aktından görünür ki, “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 354 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan sığorta aktından surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə 20 nömrəli məktəbin yanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "İddiaçı" Sığorta Şirkəti ASC-də sığortalanmış “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, xx.xx.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz S320” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 354 manat, ödənilmiş sığorta ödənişinin məbləği 354 manat təşkil edir. İş materiallarında olan "İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2018-ci il tarixli, P4126/18 saylı məktubdan görünür ki, cavabdeh "İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödənilmiş məbləğin qaytarılması barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün ümumilikdə 354 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 20,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 936.1-cimaddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-cimaddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-cimaddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114-cü maddəsinəəsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz S320” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, M.Müşfiq küçəsində dayanma və durma qaydasını pozmuş, avtomaşının arxa qapısını açarkən təhlükəsizliyi təmin etməmiş, sağda dayanmış “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş və bununla da “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus “Hyundai Genesis” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinmiş, 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Genesis” markalı ** AZ ***qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 354 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin Cavabdeh tutularaq ona ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh “Mercedes Benz S320” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşınla törətdiyi yol nəqliyyat hadisəsində təqsirli hesab olunduğundan sığorta şirkətinin hadisə nəticəsində zərər çəkmiş nəqliyyat vasitəsinə dəyən ziyanın əvəzi kimi ödənilmiş məbləğ həddində Cavabdeh qarşı reqress hüququ yaranmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 20 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 354 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 20,40 manat dövlət rüsumu və bank xidmət haqqı alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 354 (üç yüz əlli dörd) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-4407/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4407/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver