Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-442/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Prezident Adminstirasiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Prezident Adminstirasiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən 1994-cü ildən indiyədək ödənilməmiş 336.000 (üç yüz otuz altı min) manat təkcə aylıq zərərin ödənilmə məbləğinin kompensasiya şəklində ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.1, 9.1.3, 9.1.8, 9.1.12, 9.1.19, 9.1.20-ci maddələrinə əsasən o, məhkəmə rüsumundan azaddır. Məskunlaşdırılmamış ermənistanlı qaçqındır, dövlət himayəsində olmalı 2-ci qrup əmək əlilidir. Çoxsaylı hüquqlarının pozulması ilə əlaqədar həm dövlətdən, həm də müəssisə "xxxx" ASC-dən külli məbləğdə alacağı olsa da müavinətlərinin ödənilməməsi, sığınacaq yerinin olmaması və sair səbəblərdən yaşamaq hüququndan məhrum edilmə vəziyyətindədir. Bildirir ki, məhkəmələrdə iddia ərizələri ilə müraciətlərinə baxılarkən dövlət rüsumundan azad edilsə də, qərəzli qərardadlar verildiyindən qüvvəyə minməmiş iddia ərizələrini geri götürməyə məcbur olmuşdur. İndi iddia ərizələrinin İnsan Hüquqları üzrə Beynəlxalq Avropa Məhkəməsinə göndərilməsi üçün sponsor tapmışdır. 1991-ci ildən “Bakı Aspest - Şifer və X1”nda peşə xəstəliyinə görə o, 2-ci qrup əmək əlili olmuşdur. Sonradan müəssisə "xxxx" ASC adlandırılmışdır. 1991-ci ildə aylıq zərərin ödənilmə məbləğinin təyin olunması üçün iddiaçının orta aylıq əmək haqqı düzgün hesablanmamışdır. Qanuna müvafiq olaraq son 12 ayın əmək haqqından natamam iş günləri olan aylar (xəstəlik arayışları, məzuniyyət, ali məktəbdə semestr ayları) çıxarılaraq əvvəlki ilin tam iş günləri olan ayları ilə əvəz edilməklə tam iş günləri olan 12 ayın orta aylıq əmək haqqına və əmək qabiliyyətini itirmə faizinə görə aylıq zərərin ödənilmə məbləği təyin olunur. İddiaçının orta aylıq əmək haqqı 432,93 sovet rublu götürülməliydi (son ilin 13-cü əmək haqqı da hesablanır), əmək qabiliyyətini 80 faiz itirdiyinə görə 1991-ci ildə 346,34 sovet rublu aylıq zərərin ödənilmə məbləği təyin olunmalıydı. Halbuki, 286,24 sovet rublu təyin edilmişdir. Əmək əlilləri müəssisələrin əlil olmuş işçiləridir, onların öz orta aylıq əmək haqlarına və əmək qabiliyyətlərini itirmə faizinə görə aylıq zərərin ödənilmə məbləğləri hesablanır, ödənilməsi təmin edilir. Qanunvericiliklə bütün əmək haqları, eləcə də əmək əlillərinin orta aylıq əmək haqları hər il respublika üzrə minimum əmək haqqı artımlarına görə indeksasiya olunmaqla artırılmalı olsa da, buna əməl olunmamışdır. Müəssisədən 2012-ci ilin sonuna kimi 48 manat aylıq zərərin ödənilmə məbləği ödənilmişdir. 1 yanvar 2013-cü ildən indiyədək ümumiyyətlə aylıq zərərin ödənilmə məbləği ödənilməmişdir. 1992-ci ildən indiyədək hər il dəfələrlə müəssisə "xxxx" ASC rəhbərliyinə, bütün yuxarı dövlət instansiyalarına və məhkəmələrə aylıq zərərin ödənilmə məbləğinin düzgün təyin olunması, ödənilməmiş məbləğin ödənilməsi üçün iddiaçının çoxsaylı müraciətləri nəticəsiz olmuşdur. Vaxt itkisinə, nəqliyyat xərclərinə, minlərlə ərizənin kompüterdə yazılması, on minlərlə arayışların surətlərinin çıxarılması xərclərinə, fiziki və mənəvi ziyana görə 15.000 manat əlavə kompensasiya ödənilməlidir. İndiyədək ödənilməmiş 336.000 manat aylıq zərərin ödənilmə məbləği də əlavə olunmaqla, cəmi vurulmuş 351.000 manat ziyan AR Konstitusiyasının 68-ci maddəsinə görə müəssisə tərəfindən, yaxud dövlət büdcəsindən ödənilməlidir. ƏƏSM Nazirliyi nəzarətedici dövlət orqanı olsa da, aylıq zərərin ödənilmə məbləğinin düzgün təyin olunması və ödənilməsinin təmin olunmasını həyata keçirməmişdir. Baş nazirin iddiaçıya ödənilməli “Aylıq zərərin ödənilmə məbləğinin düzgün təyin edilməsi və yenidən hesablanmasına dair” xx.xx.2013cü il tarixli, 033313 nömrəli “Göstərişi”nə müəssisə rəhbəri, nə ƏƏSM Nazirliyi, nə də Nazirlər Kabineti əməl etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişdir: 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. 2.2. Əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 3.3. Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir. 3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Əmək əlillərinin orta aylıq əmək haqları da daxil bütün əmək haqları respublika üzrə minimum əmək haqqı artımlarına görə illər üzrə indeksasiya olunaraq ödənilir. İnsan səhhəti üçün zərərli işlərdə ödənilmiş 13-cü əmək haqqının bir aya düşən hissəsi orta əmək haqqına nəzərə alınan ödəncdir. 3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. 3.11. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Bu halda zərərin əvəzi ƏƏSM Nazirliyi vasitəsilə dövlət büdcəsindən ödənilir. İddiaçı müəssisədə 2000-ci ildən avtomobil növbəsinə dayanmışdır. İstismar müddəti 10 il götürüldüyündən indiyədək 3 ədəd avtomobil verilməli idi, yaxud 100 faiz dəyərləri ödənilməli idi, azı 60.000 manat da buna görə müəssisənin iddiaçıya borcu vardır. Nəqliyyat pulu da ödənilməlidir. İddiaçıya dair bütün mühasibatlıq məlumatları, orta aylıq əmək haqqını hesablamaq üçün son 2 ilin əmək haqqı, 2012-ci ilin sonuna kimi ayda 48 manat ödəniş edilməsi, 1 yanvar 2013-cü ildən indiyədək heç bir ödəniş olmaması barədə müəssisənin, 5 saylı region üzrə X2 arayışları ərizəyə əlavə olunmuşdur. 2014-cü ilin mart ayından 2025-ci ilin mart ayına qədər müəssisənin fəaliyyətinin müvəqqəti dayanması barədə Vergilər Nazirliyinin məktubları, eləcə də bütün təsdiqləyici arayışlar iddia ərizəsinə əlavə olunmuşdur. Müəssisədən əlavə mühasibatlıq məlumatlarına lüzum yoxdur, müəssisənin ona aid ola biləcək əlavə mühasibatlıq məlumatları ümumiyyətlə yoxdur. Ödənilməli məbləğ iddiaçının öz orta əmək haqqının respublika üzrə minimum əmək haqqı artımlarına uyğun indeksasiya olunması ilə hesablanmışdır. Yəni müəssisə "xxxx" ASC-nin də aid olduğu “Tikinti materialları istehsalı” sahəsində əmək haqlarının illər üzrə respublika üzrə minimum əmək haqqı artımlarına görə indeksasiya olunması qaydasında iddiaçının orta aylıq əmək haqqı illər üzrə minimum əmək haqqı artımlarına görə indeksasiya olunmuş və ödənilməmiş aylıq zərərin ödənilmə məbləği hesablanmışdır. Hesablamanı ali təhsilli, iqtisadçı mühasib mütəxəssis olaraq iddiaçının özü aparmışdır. Hesablama sadə və düzgündür, dəqiqliyini hakim yoxlaya bilər, işin məhkəmə ekspertizasına göndərilməsinə iddiaçı lüzum görmür. Qeyd edir ki, mütəxəssis, X4 Xidmətinin sədr müavininin məktubu və lazım olan Qanunların özü işə əlavə olunmuşdur. Onun acınacaqlı maddi vəziyyəti nəzərə alınmalı, ona ödənilməli kompensasiya müəssisənin hesabına olmaqla dövlət büdcəsindən – ƏƏSM Nazirliyi tərəfindən təcili olaraq ödənilməlidir, həmin məbləğdə vəsait müəssisənin satılmasından əldə olunan vəsaitdən dövlət büdcəsinə köçürülməlidir və s. Sonradan İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən 330.000 (üç yüz otuz min) manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yenidən, yəni xx.xx.2024-cü il tarixində İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən 300.000 (üç yüz min) manat ödənilməmiş aylıq zərərin ödəbilmə məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə etirazı müdafiə etdi, iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh və digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının, iddiaçının vəkilinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-242/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə və "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC-yə qarşı "2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi'' tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-5354/2021 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) İddiaçı cavabdeh "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC-yə qarşı "avtomobil və yaxud pulun ödənilməsi'' tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-405/2022 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) İddiaçı cavabdehlər "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC, "Sosial Xidmətlər Agentliyi'' X5rşı "maddi və mənəvi zərərin ödənilməsi'' tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1792/2021 saylı qərardadı ilə (hakim Cəmilə Musayeva) mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspert qarşısında 1. 1992-ci ilin sentyabrın 1-dən 2012ci ilin dekabrın 31-dək İddiaçı əmək qabiliyyətinin itirməsi ilə əlaqədar dəymiş zərərin "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC tərəfindən ödənilməmiş hissəsi nə qədər təşkil edir (illər və aylar üzrə)? və 2. 2012-ci ilin dekabrın 31-dən indiyə kimi İddiaçı "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC tərəfindən ödənilməli olan aylıq zərərin məbləği nə qədər təşkil edir (illər və aylar üzrə)? suallarının qoyulması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/7315 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən X4 Xidmətinin Bakı şəhər İdarəsi üzrə Heydər Bünyətov tərəfindən tərtib olunmuş arayışda göstərilənlər nəzərə alınmaqla aşağıdakılar müəyyən edilir. O cümlədən "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC tərəfindən zəruri olan sənədlər təqdim edilmədiyindən "özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi'' haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarın bu hala şamil olunmasını müəyyən etmək mümkün olmamışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-154/2022 saylı qərardadı ilə (hakim Cəmilə Musayeva) mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspert qarşısında 1. 1992-ci ilin sentyabrın 1-dən 2012ci ilin dekabrın 31-dək İddiaçı əmək qabiliyyətinin itirməsi ilə əlaqədar dəymiş zərərin "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC tərəfindən ödənilməmiş hissəsi nə qədər təşkil edir (illər və aylar üzrə)? və 2. 2012-ci ilin dekabrın 31-dən indiyə kimi İddiaçı "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC tərəfindən ödənilməli olan aylıq zərərin məbləği nə qədər təşkil edir (illər və aylar üzrə)? suallarının qoyulması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 9/3990 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən X4 Xidmətinin Bakı şəhər İdarəsi üzrə Heydər Bünyətov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli arayışda göstərilənlər nəzərə alınmaqla aşağıdakılar müəyyən edilir. O cümlədən "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC tərəfindən zəruri olan sənədlər təqdim edilmədiyindən "özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi'' haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarın bu hala şamil olunmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı 1991-ci ildən “Bakı Aspest - Şifer və X1”nda peşə xəstəliyinə görə o, 2-ci qrup əmək əlili olduğunu, aylıq zərərin ödənilmə məbləğinin təyin olunması üçün iddiaçının orta aylıq əmək haqqının düzgün hesablanmadığını, əmək əlillərinin orta aylıq əmək haqları hər il respublika üzrə minimum əmək haqqı artımlarına görə indeksasiya olunmaqla artırılmalı olsa da, buna əməl olunmadığını, 1 yanvar 2013-cü ildən indiyədək ümumiyyətlə aylıq zərərin ödənilmə məbləğinin ödənilmədiyini və cavabdeh tərəfindən 300.000 (üç yüz min) manat kompensasiya şəklində ödənilməsini iddia etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmasına, iddiaçının iddia ərizəsində qeyd etdiyi aylıq zərərin ödənilmə məbləğinin düzgün hesablanmadığına və s.) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq hazırki işin xüsusiyyətlərini, iddiaçı tərəfin bütün dəlillərinin tam və hərtərəfli şəkildə araşdırılmasını təmin etmək məqsədi ilə, eləcə də mübahisənin obyektiv və ədalətli baxımından əvvəlki məhkəmə icraatı zamanı məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və alınmış rəylər tərəflərin iştirakı ilə məhkəmə baxışında tədqiq edilmişdir. Rəylərin nəticə hissəsinin məzmununa əsasən iddiaçı və cavabdeh tərəfindən zəruri olan sənədlər təqdim edilmədiyindən "özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi'' haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarın bu hala şamil olunmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Prezident Adminstirasiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Baki Şı̇ fer və Keramı̇ ka'' ASC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Prezident Adminstirasiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-442/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-442/2024
07.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver