Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4421/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X5 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə cavabdeh X4 ona məxsus iddia ərizəsində göstərdiyi 17.660 manat dəyərində əmlaklarının və ya onların pul dəyərinin özünə qaytarılması, mənəvi zərərə görə isə 1.000 manat məbləğində pulun, dövlət rüsumu qismində ödədiyi 150 manat, müdafiəçiyə xərclənmiş 300 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh X7 İddiaçı qızı X8 ilə xx.xx.2020-ci ildə ailə münasibətlərinə daxil olduqdan sonra Azərbaycan Respublikasına müvəqqəti yaşamaq üçün gəlmiş və mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən üçotaqlı mənzildə yaşamışdır. Dövlət Miqrasiya Xidmətində də bu barədə müvafiq qeydiyyat aparılmışdır. Mənzil iddiaçının əşyaları ilə dolu olmuş, qızı ilə qurmazdan əvvəl öz cehizlərini də oraya yığmışdır. Cavabdeh heç bir əşya və əmlaka malik olmamış, sadəcə müvəqqəti ona məxsus mənzildə yaşamaq üçün 2020-ci ilin oktyabr ayından sonra yerləşmişdir. Çox az bir müddətdə birlikdə yaşayan iddiaçının qızı ilə cavabdehin münasibətləri pozulmuş və ona göstərdiyi şiddıtlə əlaqədar qızı köçüb iddiaçının ünvan 2 ünvanındakı mənzilində yaşamağa başlamışdır. Bu ilin avqust ayının 11-də Quba rayonundan qayıtdıqdan sonra müəyyən olunmuşdur ki, cavabdeh mənzilində olan bütün əşyalarını daşıyaraq aparmış, sataraq Azərbaycanı tərk etmişdir. Polis orqanlarına müraciəti heç bir nəticə verməmişdir. Ona görə də məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Həmin əşyalar aşağıdakılardır: Yataq otağı:
1. Dəyəri 1450 manat olan 1 ədəd “Elegant” yataq dəsti
2. 460 manat-Yataq döşəyi ortopedik 1 ədəd
3. 160 manat-Xalça 1 ədəd Qonaq otağı:
1. Dəyəri 1160 manat olan 1 ədəd “Elegant” qonaq dəsti
2. 860 manat-“Madonna” servis dəsti
3. 1400 manat-Xalça ipək 1 ədəd
4. 880 manat-Künclü divan dəsti
5. 390 manat-Masa 6 stulla
6. 1290 manat-Tv Lg 1 ədəd Mətbəx otağı:
1. Dəyəri 2080 manat divara yığılmış bar stoykalı mətbəx dəsti 3.2 poqon m.
2. 45 manat -Moyka 65 smistitel
3. 60 manat-Suşilka
4. 780 manat-Qabyuyan
5. 90 manat-Asperator
6. 2850 manat-Soyuducu “Arçelik”
7. 480 manat-Künclü mətbəx divan (masa 2 tabletka)
8. 510 manat-Duxovka “Arçelik”
9. 980 manat-Paltaryuyan “Arçelik” 7 kq.
10. 340 manat-Tozsoran “Samsung”
11. 850 manat-Yun xalça
12. 480 manat-Kompyuter “Notbook”. Qeyd olunan əşyaları cavabdeh tərəfindən talanmış və oğurluq yolu ilə götürülmüşdür. İddiaçının cavabdeh tərəfindən törədilən bu qanunsuz əməllərdən sonra psixi durumu korlanmış və stres keçirmişdir. Qızının bu hala salınması və oğurluq edərək cavabdehin qaçması tanışları arasında, ailəsində yaranmış bu narazılıqlar onun şəxsiyyətinə hörmətsizlik gətirməklə yanaşı mənəvi zərbə də vurmuşdur. Onlarla qohum olmaq, qızı ilə ailə qurmaq istəyinin olmaması, cavabdehin yaramaz məkirli niyyəti üzə çıxmış və mənəvi zərbə almışlar. Baş vermiş hadisələr zamanı iddiaçıya dəymiş maddi, mənəvi ziyanı ümumilikdə 1.000 manat məbləğində dəyərləndirmişdir. Əlavə olaraq, dövlət rüsumu qismində iddiaçının ödədiyi 150 manat, müdafiəçiyə xərclənmiş 300 manat məbləğində pul cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən Babaşov Əfan Səməd oğlu ifadəsində bildirmişdir ki, 20 Yanvar ərazisində mühafizə kimi çalışır. İş yeri Alı Mustafayev küçəsində yerləşir. Namiq bəyi bir sakin kimi tanıyır. 2 ildi orada işləyir. İlk vaxtlar ailəvi yaşayırdılar. Avqust ayında çöldə oturmuşdu, gördü ki, bir maşın gəlib dayandı. İçindən 3- 4 nəfər düşdü. Evə girdilər. O, cavabdehdən soruşduqda o dedi ki, qayınatası evi ona bağışlayıb, əşyaları da götürüb gedir. O, əşyaların daşındığını gördü. Fəhlələr əşyaları götürüb maşına yığırdılar. Əşyalar divan, kravat və s. əşyalar idi. Mülki iş üzrə cavabdeh X9 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2016-cı il tarixdən ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Mülki işin materiallarında olan 29 avqust 2022-ci il tarixli “istintaq aidiyyəti üzrə göndərilməsi barədə” Qərardan görünür ki, ünvan 4 ünvanında yaşayan X8 xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində yaşadıqları mənzildə olarkən, ailə məişət zəmnində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı X10 onu döyərək bədən xəsarəti yetirmişdir. X1 həyat yoldaşı X10 barəsində qanuni tədbir görülməsini və onu cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Nəsimi RPİ 19-cu PŞ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, keçmiş kürəkəni Türk Cumhuriyyəti vətəndaşı X6 müvəqqəti yaşaması məqsədilə verdiyi özünə məxsus ünvan 7 ünvanına baxarkən orada olan bütün əşyaların satılmasını aşkar etməyi ilə bağlı PŞ-yə ünvanladığı müraciətə baxılmış və bildirilmişdir ki, qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün dəymiş ziyanın ödənilməsi məqsədilə qanuna müvafiq qaydada rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə göndərilmiş 02 dekabr 2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, cavabdeh X2 olaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası hüdudlarından kənara çıxmışdır. Mülki işin materiallarında olan vəkilə ödəniş çıxarışından görünür ki, hüquqi yardım göstərilməsi üçün vəkil Nümayəndə 100 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki işin materiallarında olan mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün İddiaçı tərəfindən 150 manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının qızı ilə cavabdeh X9 2020-ci ilin oktyabr ayında ailə həyatı qurmuş və onlar iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən üçotaqlı mənzildə yaşamışdırlar. Sonradan onların münasibətləri pozulmuş, iddiaçının qızı evi tərk edərək, atasına məxsus başqa evdə yaşamağa başlamışdır. İddiaçı bu ilin avqust ayında rayondan qayıtdıqdan sonra özünə məxsus evdən əşyaların oğurlandığını görmüş, sonradan məlum olmuşdur ki, cavabdeh həmin əşyaları sataraq ölkəni tərk etmişdir. İddiaçı məsələ ilə bağlı polisə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən oğurlanan əşyaların ona geri qaytarılması və ya onların dəyərinin, həmçinin hadisə ilə bağlı ona dəymiş mənəvi ziyanın əvəzinin, eyni zamanda məhkəmə xərclərinin cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin əmlakların və ya onların pul dəyərinin geri qaytarılması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı sübut olundu ki, cavabdeh tərəfindən iddiaçıya məxsus evdə iddiaçıya məxsus əşyalar evdən çıxarılmış və satılmışdır. Məhkəmə hesab edir ki, hazırda iddiaçı ona dəymiş maddi ziyanla bağlı iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə iddia tələbinin “mənəvi zərərə görə 1.000 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ona 1.000 manat məbləğində mənəvi ziyan vurulduğunu bildirsə də, iddianın bu hissədə əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X9 tərəfindən ona 1000 (min) manat mənəvi ziyanın vurulması barədə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə həmçinin, iddia tələbinin dövlət rüsumu və müdafiəçiyə xərclənmiş pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi bağlı qeyd edir ki, iddia tələbi dövlət rüsumunun ödənilməsi hissəsində təmin, müdafiəçiyə xərclənmiş pul vəsaiti hissəsində isə qismən təmin edilməlidir, belə ki, iddiaçı iddia tələbinə 300 manat məbləğində vəkilə ödədiyi pul vəsaitinin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, iş materialları əsasında müəyyən edilmişdir ki, mülki işlə bağlı iddiaçı tərəfindən müdafiəçiyə 100 manat məbləğində vəkil xərci ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu, həmçinin vəkilə müdafiə üçün ödənilmiş 100 manat məbləğində pul vəsaiti cavabdeh X3 alınaraq İddiaçı ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus: Yataq otağı:
1. Dəyəri 1450 manat olan 1 ədəd “Elegant” yataq dəsti
2. 460 manat-Yataq döşəyi ortopedik 1 ədəd
3. 160 manat-Xalça 1 ədəd Qonaq otağı:
4. Dəyəri 1160 manat olan 1 ədəd “Elegant” qonaq dəsti
5. 860 manat-“Madonna” servis dəsti
6. 1400 manat-Xalça ipək 1 ədəd
7. 880 manat-Künclü divan dəsti
8. 390 manat-Masa 6 stulla
9. 1290 manat-Tv Lg 1 ədəd Mətbəx otağı:
10. Dəyəri 2080 manat divara yığılmış bar stoykalı mətbəx dəsti 3.2 poqon m.
11. 45 manat -Moyka 65 smistitel,
12. 60 manat-Suşilka
13. 780 manat-Qabyuyan
14. 90 manat-Asperator
15. 2850 manat-Soyuducu “Arçelik”
16. 480 manat-Künclü mətbəx divan (masa 2 tabletka)
17. 510 manat-Duxovka “Arçelik”
18. 980 manat-Paltaryuyan “Arçelik” 7 kq.
19. 340 manat-Tozsoran “Samsung”
20. 850 manat-Yun xalça
21. 480 manat-Kompyuter “Notbook” əmlaklar və ya onların dəyəri, yəni 17.660 (on yeddi min altı yüz altmış) manat məbləğində pul vəsaiti, dövlət rüsumu qismində ödənilən 150 (yüz əlli) manat, həmçinin müdafiəçiyə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh X3 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Natavan Tağıyeva