Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-443/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı2 Bayram qızının, onun nümayəndəsi və vəkili Nümayəndə Oqtay oğlunun iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bəbış oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bəbış oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışlar ki, 2003-cü il tarixdə kirvəsi olan Cavabdeh iddiaçılara 12 sot torpaq sahəsi alması üçün 1000 ABŞ dolları məbləğində pul ödəmişlər. Cavabdeh onun qarşılığında fərdi yaşayış evi tikib məskunlaşdırmaq üçün iddiaçılara torpaq sahəsi almalı idi. Cavabdehə pul verməsinə baxmayaraq o, bunun qarşılığında iddiaçılara torpaq sahəsi verməmişdir. Lakin, iddiaçılara məskunlaşmaq üçün Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X6 yerləşən uçuq daxma olan özbaşına tikilidə məskunlaşmalarına razılıq vermişdir. İddiaçılar həmin daxmada ailə üzvləri ilə birgə 2003cü il tarixdən məskunlaşmışlar. Lakin sonradan cavabdeh iddiaçıları həmin daxmadan da çıxartmışdır. İddiaçılar məcbur qalıb həmin daxmanın hasarına bitişik torpaq sahəsində öz şəxsi vəsaitləri hesabına 4 otaqlı, təxminən 120 kv.m.-dən ibarət yaşayış sahəsi inşa etdirmişlər. Sözügedən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X11 ünvanında yerləşən özbaşına tikilinin inşası və təmiri üçün təxminən 25.000 manat pul vəsaiti xərclənmişdir. Hətta işıq, qaz və məişət tullantılarının toplanması, daşınması xidmətlərinin göstərilməsi barədə müqavilələrdə istehlakçı qismində İddiaçı1 çıxış etmişdir. İddiaçıların mübahisəli özbaşına tikilini öz vəsaitləri hesabına inşa etdirib, təmirinə xərc qoyduqlarına bütün qonşular şahiddilər. 2017-ci il tarixdə Cavabdeh «torpaq sahəsindən və evdən çıxarılma» tələbi ilə məhkəməyə müraciət edərək onların sözügedən özbaşına tikilidən çıxarılmalarına nail olmuşdur. Halbuki, həmin fərdi yaşayış evi özbaşına tikili statusundadır. Cavabdehin özünün belə həmin özbaşına tikiliyə, həmçinin onun yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə qətnaməsi ilə öz vəsaitləri hesabına inşa və təmir etdikləri yaşayış evindən çıxarıldıqları üçün hesab edirlər ki, həmin evin tikinti və təmirinə çəkdikləri pul vəsaiti cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X12 ünvanında inşa etdikləri özbaşına tikilinin inşası və təmirinə çəkilmiş 25.000 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, ekspert rəyi ilə razıdır və həyat yoldaşı ilə birgə həmin evdə yaşamış, birgə vəsait hesabına evi təmir etmişlər.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Oqtay oğlu iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, ekspert rəyi ilə razıdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Republikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavbadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həmin ev onundur. O, cavabdehlərə evinin konstruksiyasını dəyişməyə icazə verməmişdir. Bu evlə bağlı daha öncə məhkəmə mübahisələri də olub və onlarda da evin cavabdehlərə məxsus olması təsbit olunmayıb. O, Ziyafətə və yoldaşına deməmişdir ki, onları evsiz çöldə qoyacaq. Amma həmin ev onundur. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, iddiaçı ilə arasında heç bir qohumluq, cavabdehlə isə arasında heç düşmənçilik yoxdur. İddiaçıların evində usta kimi işləmişdir və zəhmət haqqı olaraq ona pul veriblər. Pulu ona Ziyafət xanım verib. Uzun müddətdir ki, orda yaşayırdılar. Təmir üçün mallarına alınmasına da özü getmişdir.
9. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, iddiaçı ilə arasında heç bir qohumluq, cavabdehlə isə arasında heç düşmənçilik yoxdur. İddiaçıların qonşusu olmuşdur. Sözügedən evdə alçıpanların quraşdırılması ilə məşğul olmuşdur. Onu usta kimi Fazil müəllim və oğlanları çağırıb, pulu isə Ziyafət xanımdan almışdır. Pulun miqdarı dəqiq yadında deyil, təxmini 300 manat civarı zəhməthaqqı almışdır. Materialları iddiaçıların özləri almışdılar. O vaxtı alçıpanların qiyməti 1 kv.m. üçün 12 manat olardı. Beləliklə alçıpanlar üçün təxmini 1400-1500 manat pul xərcləmiş olardı.
10. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, iddiaçı ilə arasında heç bir qohumluq, cavabdehlə isə arasında heç düşmənçilik yoxdur. İddiaçıların qonşusudur. Sözügedən evin suvaq işləri ilə məşğul olmuşdur. İddiaçılar o evə köçəndə üstlərində heç dam belə yox idi, sadəcə çadır var idi. Ev iddiaçıların olub. Onu usta kimi iddiaçıların oğlanları çağırıblar. 400-500 manat zəhmət haqqı veriblər. İş üçün materialları özləri alırdılar, təxmini pulu deyə bilmir. O, suvaq işləri başlayanda ev bərbad vəziyyətdə idi, ona heç ev belə demək olmazdı.
11. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
12. İş materiallarında olan "xxxx" (indiki "xxxx" ASC) ASC tərəfindən verilmiş NDS 002592 nömrəli, xx.xx.2009-cu il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı1 yaşadığı Bakı şəhəri, Qala qəsəbəsi, Dəmir yolu küçəsində yerləşən evdə baxış keçirilmiş, abonentin qeydiyyata alınması və sayğacın quraşdırılması qeyd edilmişdir.
13. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 443577 nömrəli protokolun surətindən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent İddiaçı1 yaşadığı Bakı şəhəri, Qala qəsəbəsi, Dəmir yolu küçəsində yerləşən evdə elekrik sayğacı quraşdırılmışdır.
14. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2012-ci il tarixli 298386 nömrəli aktın surətindən görünür ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı1 yaşadığı evdə qaz sayğacı quraşdırılmışdır.
15. İş materiallarında olan «İcraçı» qismində "xxxx" ASC ilə «Sifarişi» qismində İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 102723 nömrəli bərk məişət tullantılarının toplanılması, daşınması xidmətlərinin göstərilməsinə dair müqavilənin surətindən görünür ki, icraçı sifarişçiyə sonuncunun fəaliyyəti nəticəsində yaranan məişət tullantılarının toplanılması, daşıması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsi öhdəsinə götürmüş, tullantıların toplanılması tullantı konteynerləri üçün ayrılmış xüsusi meydançalarda həyata keçirilmişdir.
16. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 659/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, cavabdehlər İddiaçı2 Bəhrma qızı, İddiaçı1, X5 və Xamayev Tahir Fazil oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-7615/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır.
17. Həmin qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-3290/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı2, İddiaçı1, X5 və Xamayev Tahir Fazil oğluna qarşı «torpaq sahəsindən, evdən çıxarılma, tikilinin sökülməsi, torpaq sahəsi və evin təhvil verilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-10336/2017 nömrəli, qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-3125/2018 nömrəli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7615/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3290/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı2, İddiaçı1, X5 və Xamayev Tahir Fazil oğlu iddiaçı tərəfindən 2006-cı ildən yaşamaq üçün onların sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X6 yerləşən 81 kv.m. sahəsi olan birmərtəbəli özbaşına tikilidən çıxarılmaları və tikilinin iddiaçı Cavabdeh təhvil verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə dövlət büdcəsinə ödənilmiş 40 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
18. İş materiallarında olan İddiaçı2 sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli fərdi yaşayış evinin təmir dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən həyatyanı sahədə inşa edilmiş fərdi tikiliyə çəkilən xərc xx.xx.2021-ci il tarixə olan məlumata əsasən 30.500 manat təşkil etmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1419 saylı, 21 iyul 202212-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ünvan 3 ünvanda yerləşən həyətyanı sahəsində inşa edilmiş fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikintitəmir işlərinin ümumi dəyəri təqribən 23740 manat məbləğində müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
20. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar 2003-cü ildə ünvan 4 ünvanında yerləşən həyətyanı sahəsində öz şəxsi vəsaiti hesabına fərdi tikili ev inşa etmişlər. Həmin tikilinin inşası və təmiri üçün 25000 manat pul vəsaiti xərcləmişlər. Qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmiş, iddiaçılar Cavabdeh tərəfindən 2006-cı ildən yaşamaq üçün iddiaçıların sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X6 yerləşən 81 kv.m. sahəsi olan birmərtəbəli özbaşına tikilidən çıxarılmışlar. Hazırda iddiaçılar fərdi tikilinin inşası və təmirinə çəkilmiş 25000 manat pul vəsaitinin cavabdehdən tutulmasını tələb edirlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
25. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensassiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
27. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
30. Məhkəmə qeyd edir ki, hər iki iddiaçı həmin evi şəxsi vəsaiti heabına əsaslı təmir etmiş, güman etmişlər ki, ev onların xüsusi mülkiyyətidir. Daha sonradan cavabdeh iddiaçıları aldadaraq məhkəmə müraciət edərək evdən çıxarmış və hazırda cavabdeh əsassız varlanaraq onlara dəymiş ziyanı ödəməmişdir. Bu halda iddiaçılar çəkilmiş xərcləri tələb etməkdə haqlı olmuşlar.
31. Məhkəmə həmçinin iddia tələbinin maddi ziyan hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar maddi ziyanın məbləğini 25.000 manat göstərsələrdə, bunu tam sübuta yetirə bilməmiş, bu halda isə məhkəmə ekspertin rəyi ilə razılşaraq tələbi qismən təmin etməkdə əsaslı hesab edir.
32. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, şahid ifadələrini, habelə ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh iddiaçılar İddiaçı1 və X1 xeyrinə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X12 Dəmir yolu küçəsi ev 3-68 ünvanında yerləşən həyətyanı sahədə inşa edilmiş fərdi tikilinin inşası və təmirinə çəkilmiş xərcin əvəzi 23, 740 (iyirmi üç min yeddi yüz qırx) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
33. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və X1 xeyrinə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X12 Dəmir yolu küçəsi ev 3-68 ünvanında yerləşən həyətyanı sahədə inşa edilmiş fərdi tikilinin inşası və təmirinə çəkilmiş xərcin əvəzi 23, 740 (iyirmi üç min yeddi yüz qırx) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov