Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4454/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Abbaslı.T.T məhkəməyə müraciət edərək, hazırkı iş üzrə Cavabdeh 2581,61 (iki min beş yüz səksən bir) manat 61 qəpik əsas borc, faiz borcu 795,27 manat, cərimə borcu 3930,56 manat olmaqla cəmi 7307.44 manat məbləğində pulun və iddia ərizəsi verilərkən ödənilmiş 94 (doğsan dörd) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi və tutmanın Cavabdeh məxsus olan 750 əyar çəkisi 2,2 qram olan kulon yönəldilərək satılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq iddiaçı “ALFACredit'' MMC-yə hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İş materiallında olan xx.xx.2023-cü il tarixli N ACLMB00-00954 saylı kredit və girov müqaviləsinin 3.2. bəndinə əsasən, borclu-girov qoyan yuklülüyün təmin etdiyi öhdəliyin yüklülük predmetini kreditor-girov saxlayanın sahibliyinə götürülməsini razılıq verir. Borclugirov qoyan öhdəliyini bu müqavilənin tərkıb hissəsi olan ödəniş qrafiki üzrə müəyyən edilmiş ödənişləri yeddi gündən artıq gecikdirdikdə, girov predmetinə məhkəmədənkənar Azərbaycan Respublikasının mövcud qanunvericiyinə, xüsusilə "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununa və kreditor-girov saxlayanın daxili qaydalarına əsasən tutma yönədilməsinə, yəni satılmasına hüququna malikdir. İş materiallarında olan Cavabdehun “ALFACredit'' MMC-in direktoru X1 ünvanladığı xx.xx.2025- ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh qiymətləndirilmiş qızıl-zinət əşyalarının məhkəməyə müraciət edilmədən satılaraq borcun əvəzinə yönəldilməsinə və yenidən qiymətləndirmə zamanı girov predmetinin satışından əldə edilən məbləğ təşkilata olan kredit öhdəliyinin tam ödəmədikdə, qalıq borcunu ödəməyə təminat verdiyinə razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.7-ci maddəsinə əsasən, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının cavabdehlə aralarında olan müqaviləyə əsasən iddiaçıya dəymiş olan maddi ziyanı cavabdehin girovu satmaqla əvəzləşdirmə imkanı var. Beləki, tərəflər öz aralarında öhdəlik icra olunmayacağı halda tutmanın girov qoyulmuş əşya hesabına ödənilməsinə razılığa gəlmişlər. İddia ərizəsində və məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında girovun lombardda girovu olduğu aydın olur. Bunun üçün iddiaçı tutmanın girov qoyulmuş əşyaya yönəldilməsi ilə bağlı cavabdehə xəbərdarlıq etməklə tutmanı məhkəmədənkənar qaydada həyata keçirə bilərdi. Hazırkı halda, tutmanın girov qoyulmuş əşyaya yönəldilməsinin məhkəmə qaydasında tələb edilməsinin heç bir əsası yoxdur. Həmcinin, iddiaçı belə bir tələbin nə üçün məhkəmə qaydasında edilməsini əsaslandırmamış və bunun məhkəmədənkənar həllinin mümkünsüzlüyünün səbəbini göstərməmişdir. Hazırkı vəziyyətdə, həm mövcud qanunvericiliklə(lombardda girovla bağlı), həm də tərəflər arasında razılaşma ilə girova məhkəmədənkənar qaydada tutmanın yönəldilməsi mümkündür.Digər bir tərəfdən, AR Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Göründüyü kimi, notarial razılaşma tələbi əşyanın lombardda girovu ilə bağlı deyil. Çünki, yuxarıda məzmunu qeyd olunmuş, Mülki Məcəllənin 302-ci maddəsində belə bir tələb yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin mövcud iddia ərizəsinə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddia ərizəsinin verilməsinə görə İddiaçı MMC tərəfindən ödənilmiş 94 (doxsan) manat (qəbz № 6613537) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı MMC –yə qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(006)-4454/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4454/2025
01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver