Məhkəmə qərarları › İş №2(006)-4456/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4456/2024

26.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4456/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər X18, X15, X19, Cavabdeh1 və X5 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 2 də yerləşən 31,9 kv.m (ümumi sahəsi 52.60 kv.m) sahəsi olan 2 otaqlı 3 saylı mənzil 1973-cü ildə atam X12 verilib və mənzilin icarədarı atam olmuş,sonra mənzil özəlləşdirilmiş və atamın vəfatından sonra isə həmin mənzil 2018-ci ildən etibarən 08 yanvar 2022-ci il tarixinə kimi iddiaçının anası X2 mülkiyyətində olmuşdur. xx.xx.2022ci il tarixdə 1 saylı «Asan» xidmət mərkəzində bağlanmış Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin mənzil hədiyyə verən şəxs-anası Minayə Xudayeva tərəfindən hədiyyə alana-iddiaçıya İddiaçı hədiyyə kimi verilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əsmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəsi ilə qeydiyyatdan keçmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən yuxarıda göstərilən mənzil onun mülkiyyətinə verilmiş və hal-hazırda iddiaçı həmin mənzil sahəsinin tam hüquqlu qanuni mülkiyyətçisidir. Qeyd edilən mənzil hədiyyə kimi bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə iddiaçıya verilərkən həmin vaxt mənzildə qeydiyyatda olmuş şəxslər: 1) 1970-ci il təvəllüdlü bacısı X15, 2) 1974-cü il təvəllüdlü qardaşı-X18 3) 1977-ci il təvəllüdlü bacısı X13-yaxın qohumları hesab edilən həmin şəxslərin hər biri Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 2 də yerləşən 31,9 kv.m sahəsi olan 2 otaqlı 3 saylı mənzilin mülkiyyətçisi anaları Minayə Xudayeva tərəfindən iddiaçıya hədiyyə kimi bağışlanmasına tam razı olmaları, gələcəkdə də ona qarsı iddia və şikayətlərinin olmayacaqları barədə 1 saylı «Asan xidmət» mərkəzinə müvafiq ərizə təqdim etmişlər. Həmçinin, bağışlama müqaviləsi bağlanarkən qardaşı və bacılarından başqa həmin mənzildə X31nın qızları-1997-ci il təvəllüdlü X16 və 1999-cu il təvəllüdlü X22 da doğulduqları tarixdən, müvafiq olaraq: 1997 və 1999-cu illərdə qeydiyyata alınmışlar. 1997-ci ilə kimi onların ailə üzləri-hamısı həmin ünvanda yaşamış,1998-ci ildə isə yenicə aldıqları Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki digər evlərində yaşamış, daha sonra isə həmin mənzili də sataraq, 2003-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi bina 24-də 15 saylı mənzili alaraq bütün ailə ilə həmin mənzilə köçərək orada yaşamışlar və ailə üzvlərinin - anasının, iddiaçının, qardaşı və bacılarının qeydiyyatlarının Kövkəb Səfərəliyeva küçəsi, ev 2 də yerləşən 3 saylı mənzildə olmasına baxmayaraq, qeydiyyatda olduqları həmin mənzil maddi vəziyyət ilə əlaqədar ailə üzvlərinin ümumi razılığı ilə1998-ci ildən-2006-cı ilə kimi kirayəyə verilmişdir, odur ki, bütün ailə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən anası Minayə Xudayevanın mülkiyyətində olan 24 saylı 3 otaqlı evdə yaşamışlar. Bacısı-Həsənova Dürdanə 2014-cü ildə ailə həyatı qurmuş və həmin ildə də yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən mənzildən başqa ünvana köçərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində olan mənzildə (dəqiq ünvanı məlum deyil) ailəsi ilə birlikdə yaşayır, qardaşı Etibar Xudayev 2019-cu ailə həyatı quraraq həmin ildə də yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən məzildən başqa ünvana köçərək-Bakı şəhəri, Xətai raoynu, H.Aslanov metrosunun yaxınlığındakı 3 otaqlı (dəqiq ünvanı məlum deyil) evdə həmin vaxtdan orada ailəsi ilə yaşayır. X31 isə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən anası Minayə Xudayevanın mülkiyyətində olan 24 saylı 3 otaqlı evdə hal-hazırki vaxta kimi qızı Aydan Nağıyeva ilə birlikdə daimi olaraq yaşayır, həmin mənzildə həmçinin anası yaşayır, Yeganə Xudayeva ilə birlikdə yaşayan onun digər qızı Nəzifə Nağıyeva isə 2019-cu ildə Türkiyə Respublikası vətəndaşı ilə ailə quraraq həmin vaxtdan etibarən Türkiyəyə köçmüş və orada İstanbul şəhərində daimi yaşayır. İddiaçı 2006-cı ildə Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 2 də yerləşən 31,9 kv.m sahəsi olan 2 otaqlı 3 saylı mənzili təmir etdirmiş, 2007-ci ildə X23 ilə ailə həyatı quraraq, həmin mənzilə köçmüşdür və hal-hazırda qeyd edilən 2 otaqlı mənzildə o, arvadı Əsli Xudayeva, uşaqları-2009-cu il təvəllüdlü oğlu Murad Xudayev, 2017-ci il təvəllüdlü qızı-Aliza Xudazadə həmin ünvanda pasport qeydiyyatında olmaqla orada daimi olaraq yaşayırlar. Beləliklə, cavabdehlərin son 25 ildən çox müddət ərzində hal-hazırda iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 2 də yerləşən 31,9 kv.m sahəsi olan 2 otaqlı 3 saylı mənzildə bircə gün də olsa yaşamadıqlarına və daimi olaraq başqa ünvanlarda yaşamalarına baxmayaraq qeydiyyata düşdükləri vaxtdan hal-hazırki vaxta kimi Kövkəb Səfərəliyeva küçəsi, ev 2 də 3 saylı mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Dəfələrlə hər birinə həmin ünvandan qeydiyyatdan çıxaraq daimi yaşadıqları ünvanlarda qeydiyyata düşmələrini bildirib, tələb etsə də, qeydiyyatdan çıxmamışlar, mənzil iddiaçıya bağışlandığından onların ümumi mülkiyyətləri də deyildir və həmin şəxslər iddiaçının ailə üzvləri də sayılmırlar. Beləliklə, cavabdehlərin son 25 ildən çox müddət ərzində hal-hazırda mülkiyyətində olan Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 2 də yerləşən 31,9 kv.m sahəsi olan 2 otaqlı 3 saylı mənzildə bircə gün də olsa yaşamadıqlarını ailə üzvləri-həyat yoldaşı, oğlu, anası da təsdiq edə bilərlər, bundan başqa uzun illər ərzində iddiaçı ilə həmin binada qonşu olmaqla yaşayan bir çox yaxın qonşuları da bu faktı həmçinin təsdiq edə bilərlər. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 2 saylı evin 19, 8 və 11 saylı mənzillərində yaşayan: müvafiq olaraq Rafiq Kərimov,Vyaçeslav Fabriçnıy və Oqtay Hacıyevin imzaladıqları aktdan göründüyü kimi cavabdehlər Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 2 saylı evin 3 saylı mənzilində son 25 ildən çox müddət ərzində yaşamamışlar. Cavabdehlərin iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalmaları AR MM-nin 152.1-ci maddəsində nəzərdə tutulan hüquqlarını pozur, iddiaçı üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində müstəqil şəkildə sahiblik, sərəncam və istifadə hüquqlarından istifadə etməyinə mane olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Göstərilənlərə əsasən cavabdehlər X9, X6, X10, X7 və X3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 2-də yerləşən 31,9 kv.m sahəsi olan 2 otaqlı 3 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi, həmçinin yekun məhkəmə aktında qətnamənin cavabdehlərin qeyd edilən ünvandan pasport qeydiyyatdan çıxarılması üçün əsas olması məzmununda qeydin göstərilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda Cavabdeh1 xaricində digər cavabdehlər iddiaçıya məxsus əmlakdan qeydiyyatdan çıxmışlar. Ona görə də iddia tələbinə bu hissədə azaltma edərək, iddianın sadəcə Cavabdeh1 aid hissədə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Daha sonra İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb etməklə onun və cavabdeh Kıvanç (Nağıyeva) Nəzifə Vüqar qızının, həmçinin sonuncunun azyaşlı qızı X20 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 2-də yerləşən 31,9 kv.m sahəsi olan 2 otaqlı 3 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin yekun məhkəmə aktında qətnamənin cavabdehlərin qeyd edilən ünvandan pasport qeydiyyatdan çıxarılması üçün əsas olması məzmunda qeydin göstərilməsini xahiş etmişdir. 5.Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının qanuni mülkiyyətçisi olduğu ünvanda yerləşən ev 2, mənzil 3-də əsassız olaraq qeydiyyatda olan qohumları-cavabdehlər X18, X15, X19, X16 və X4 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatının gedişində cavabdehlərdən X18, X15, X19 və X1 Səfərəliyeva küçəsi, ev 2, mənzil 3-də qeydiyyatdan çıxdıqlarına görə iddiaçının həmin hissədə iddia tələbinin təmin edilməsinə ehtiyac qalmamışdır. Bununla belə, “Asan-2” xidmətinə etdiyi sorğuya növbəti məhkəmə baxışanadək verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Kövkəb Səfərəliyeva küçəsi, ev 2, mənzil 3-də cavabdeh Türkiyə Respublikasında ailə qurub orada yaşayan bacısı Kıvanç (Nağıyeva) Nəzifə Vüqar qızı hal-hazıradək qeydiyyatda qalmış, bundan başqa, həmin ünvanda qızı azyaşlı X26 xx.xx.2021-ci il tarixdə qeydiyyata salınmışdır, halbuki iddia ərizəsi hazırlanarkən topladığı sənədlərdə və Nəsimi KTB-nin 49 saylı MKİSdən verilmiş 158 saylı xx.xx.2024-cü il tarixli Arayışda da X37 də qeydiyyatda olması qeyd edilməmişdir, bu xüsusat isə iddiaçıya mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən məlum olmamışdır. Bundan başqa, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcibli küçəsində yerləşən 24 saylı 3 otaqlı evin mülkiyyətçisi olan anası Cavabdeh2 da iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışdır, ona görə də iddia tələbi artırılaraq həmin şəxslərin də mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. 6.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 7.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 7 xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh2 tərəfindən oğlu İddiaçı bağışlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə sözügedən mənzil sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdehlər Kıvanç (Nağıyeva) Nəzifə Vüqar qızı və Cavabdeh2 indiki vaxta qədər iddiaçıya məxsus mənzildə yaşamamalarına baxmayaraq, cavabdehlər iddiaçıya məxsus mənzildə pasport qeydiyyatındadır. Hazırda iddiaçı cavabdehlərin ünvan 6 ünvanına istifadə hüquqlarına kompensassiya verilmədən xitam verilməsini tələb edir. b) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən ******* nömrəli, RX seriyalı Çıxarışdan görünür ki, ünvan 7 Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 996 nömrəli reyestr kitabının 89449 nömrəli vərəqində qeydiyyata alınmışdır. 12.Mülki işin materiallarında olan 08 yanvar 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh2 hədiyyə alan İddiaçı ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 52.6 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəni hədiyyə alan İddiaçı bağışlamışdır. 13.Mülki işin materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, ünvan 7 İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 14.Mülki işin materiallarında olan AR Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 49 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 158 nömrəli Arayışdan görünür ki, İddiaçı K.Səfərəliyeva küçəsindəki 2 nömrəli evin 14 mərtəbəli evin 2-ci mərtəbəsində 31,9 kv.m sahəsi olan 2 otaqlı 3 nömrəli mənzilində yaşayır. Mənzildə İddiaçı, X8, X18, X15, X16, X19, X23, X27 və X24 qeydiyyatdadırlar. 15.Mülki işin materiallarında olan AR Daxili İşlər Nazirliyi tərəfindən verilən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səfərəliyeva küçəsi, ev 2, mənzil 3-də 14 fevral 2002-ci il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X19, Cavabdeh2, Süleyman qızı, X27, X16, X23, X14, X28, X18 və X11r. 16.Mülki işin materiallarında olan AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 2, mənzil 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Odur ki, yaşadığı ünvanda qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə baxılmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyə edilmişdir. 17.Mülki işin materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 2 saylı evin sakinləri tərəfindən tərtib edilən 22 avqust 2024-cü il tarixli Aktdan görünür ki, Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində yerləşən 2 saylı evin 2-ci mərtəbəsində olan 3 saylı mənzilində 2007-ci ildən hal-hazırki vaxtadək İddiaçı həyat yoldaşı X23 və 2 uşağı ilə birlikdə daimi olaraq yaşayırlar və göstərilən müddət ərzində həmin mənzildə onlardan başqa digər şəxs (şəxslər) yaşamamışdır. Hazırki aktla həmçinin təsdiq edilir ki, 1997-ci ildən hal-hazırki vaxta kimi Kövkəb Səfərəliyeva küçəsində yerləşən 2 saylı evin 2-ci mərtəbəsində olan 3 saylı mənzilində qonşuları İddiaçı qardaşı Etibar Xudayev, bacıları Dürdanə Həsənova və Yeganə Xudayeva, eləcə də sonuncunun ailə üzvləri-qızları Nəzifə və Aydan Nağıyevalar yaşamamışlar. 18.Mülki işin materiallarında olan Notariat ofisinə X16 tərəfindən ünvanlanan **********567 nömrəli, xx.xx.2022-ci il tarixli Ərizədən görünür ki, o, qeydiyyatda olduğu Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 2 ünvanında yerləşən 3 saylı mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. 19.Mülki işin materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-T seriyalı, 192095 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X25, anası Cavabdeh2dır. 20.Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə İddiaçı tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli, **********598 nömrəli Ərizədən görünür ki, İddiaçı bağışlama yolu ilə əldə etdiyi ünvan 7 ünvanına dair mülkiyyətçi hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmasını xahiş etmişdir. 21.Mülki işin materiallarında olan AR Daxili İşlər Nazirliyi tərəfindən verilən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səfərəliyeva küçəsi, ev 2, mənzil 3-də 14 fevral 2002-ci il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh1, X27, X28, X23, X26, və Cavabdeh2dır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 22.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 23.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 25.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” 26.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 27.Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 28.Həmin Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 29.Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 30.Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 31.Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. 32."Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. 33.Hazırki iş üzrə iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 7 Cavabdeh2 tərəfindən 08 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı bağışlanaraq, sonuncunun xüsusi mülkiyyətinə keçmiş və hazırda da onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzildə qeydiyyatda olan cavabdehlərdən Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 24 saylı evin mülkiyyətçisi olmaqla həmin mənzildə yaşayır, digər cavabdeh Kıvanç (Nağıyeva) Nəzifə Vüqar qızı isə yuxarıda qeyd edilən bağışlanma müqaviləsi bağlandığı zaman notariat ofisinə ərizə ilə müraciət edərək, sözügedən mənzilin iddiaçıya bağışlanmasına etiraz etmədiyini bildirmişdir, bundan əlavə cavabdeh Kıvanç (Nağıyeva) Nəzifə Vüqar qızı faktiki olaraq da iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxıb getməklə (ailə həyatı quraraq Türkiyə Respublikasına köçmüş və orada yaşayır) həmin mənzildə yaşamır. Göründüyü kimi cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır ki, bu da yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin müvafiq qərarına uyğun olaraq kompensasiya verilməməsi anlayışına uyğun olmuşdur. Odur ki, məhkəmə cavabdehlər Kıvanç (Nağıyeva) Nəzifə Vüqar qızı və Cavabdeh2 mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (həmin yaşayış sahəsinə ehtiyacının) mövcudluğunu göstərən hər hansı hərəkətinin olmamasını, o cümlədən istifadə hüququnun həyata keçirilməsinə iddiaçı tərəfindən maneələrin törədilməsinin müəyyən edilməməsini, həmçinin cavabdehlərin mübahisəli mənzilə dair mülkiyyət hüquqlarının iddiaçıya keçməsinə razı olmasını nəzərə alaraq hesab edir ki, bu hallar məhz cavabdehlərin həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və cavabdehlərin mübahisəli mənzildən kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməlidir.

34. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 isə həmçinin Mülki Məcəllənin 228.4-cü maddəsindəki əsasa görədə ( yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir) hüquqlarına xitam verilməlidir. 35.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Kıvanç (Nağıyeva) Nəzifə Vüqar qızı və Cavabdeh2 ünvan 7də olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. 36.Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 37.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 38.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Kıvanç (Nağıyeva) Nəzifə Vüqar qızı və Cavabdeh2 ünvan 7-də olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilsin. Bu qətnamə cavabdehlər Kıvanç (Nağıyeva) Nəzifə Vüqar qızı və Cavabdeh2 ünvan 7dən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar