Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4499/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2006-cı il buraxılışlı, «Audi Q7» markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin ona satılması üçün aralarında şifahi şəkildə razılaşdırılmış dəyəri kimi 30.000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixdən mülkiyyətində 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı ** KR *** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuşdur. Cavabdeh bacısı Yeganə Quliyevanın həyat yoldaşı olmuşdur. 2020-ci ilin mart ayında cavabdeh cəzacəkmə müəssisəsindən çıxdıqdan sonra həmin nəqliyyat vasitəsini 2020-ci ilin may ayında yalnız müvəqqəti idarə etmək məqsədilə sonuncuya etibarnamə vermişdir. Cavabdeh 2020-ci ilin oktyabr ayınadək sözügedən avtomaşını yalnız sürmək hüququ üçün verilmiş etibarnamə əsasında idarə etmişdir. 2020-ci ilin oktyabr ayında cavabdeh ona bildirmişdir ki, avtomobili satırsa ondan almaq istəyir. Onlar aralarında 3 ay müddətinə ödəmək şərtilə 30.000 manata avtomobili sonuncuya satmaq barədə razılaşmışlar. Belə olduqda Cavabdeh ona avtomobil üçün baş etibarnamə verməsini xahiş etmişdir. Həmin zaman aralarında qohumluq münasibəti olduğu üçün sonuncuya inanaraq 11.10.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda Nazimə baş etibarnamə vermişdir. Cavabdehə baş etibarnamə verildikdən 3 ay keçdikdən sonra cavabdehin ona avtomobil üçün razılaşdıqları pulun ödənilməsini gözləmişdir. 2020-ci ilin fevral ayının sonuna yaxın ona məlum olmuşdur ki, Cavabdeh baş etibarnamə verdiyi gündən bir gün sonra həmin avtomobili bacısı oğlu X16 baş etibarnamə ilə etibar etmiş, bundan sonra 12.10.2020-ci il tarixdə cavabdeh avtomobili öz adına rəsmiləşdirmişdir. 21.10.2020-ci il tarixdə Cavabdeh həmin avtomobili X5 adlı şəxsə satmışdır. Bundan sonra Dəyanət Qurbanov da həmin avtomobili başqa şəxsə satmışdır. Avtomobillə əlaqədar cavabdehin ona olan etibarından sui-istifadə nəticəsində əmlakının ələ keçirilməsi ilə bağlı Abşeron və Nəsimi rayon polis idarələrinə şikayət ərizələri ilə müraciət etmişdir. Nəsimi rayon Polis idarəsinin istintaq şöbəsi işi aiddiyatı üzrə araşdırılması məqsədilə Abşeron rayon Polis idarəsinə göndərmişdir. Abşeron rayon polis idarəsinin 15.05.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, həmin qərarla hazırkı mübahisə üzrə mülki mübahisə qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qeyd etmək istəyir ki, avtomobilin qeydiyyat hərəkəti barədə etdikləri sorğuya 07.04.2021-ci il tarixli cavab məktubu ilə də yuxarıda bildirdiyi xüsusatlar təsdiq olunmaqdadır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və va müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh ona məxsus olmuş avtomobilin aralarında razılaşdırılmış 30.000 manat dəyərini əsassız yerə ödəməkdən imtina etməkdədir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh onun yeznəsidir və o, avtomobili DYP-də 2015-2016-cı illərdə alqı-satqı yolu ilə Mədətdən 20.000 manata almışdır. Avtomobili aldıqdan sonra avtomobilin təmiri üçün 10.000 manat pul xərcləmişdir. Daha sonra polisə müraciət etmişdir. Ona bildirmişlər ki, maşın bir neçə adama satılmışdır, ona görə də mülki qaydada iddia qaldırmaq lazımdır. Avtomobili alarkən avtomobil Mədətin qardaşı Əlinin adına qeydiyyatda olmuş və ona etibarnamə ilə satılmışdır. O, bacısı Yeganə xanıma da etibarnamə vermişdir. O, cavabdehə 2020-ci ilin mart aylarında əvvəlcə sürmək üçün, daha sonra isə 2020-ci ilin oktyabr ayında baş etibarnamə vermişdir. O, cavabdehə baş etibarnaməni avtomobili satmaq məqsədi ilə vermişdir. Cavabdeh ona avtomobil üçün ilkin ödəniş etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, absurd və blef iddia üzrə İddiaçı iddia edir ki, 2017-ci ildən onun göstərişi ilə əmisi oğlu X17 adına olan 2006-cı il buraxılışlı **-RV-*** dövlət qeydiyyat nömrə nişanlı «Audi-Q7» markalı avtomobil qaynı İddiaçı adına keçirilmişdir. O, həbsdə cəza çəkdiyi vaxt qanunsuz və saxta yollarla xəbəri və razılığı olmadan saxta etibarnamə əsasında mülkiyyətində olan əmlaklarını adına keçirən İddiaçı bacısı X4 əməlləri de-şifrə edilərkən belə bir iddiada olması gözləniləndir. Ədalət mühakiməsinin diqqətinə çatdırır ki, 2006-cı il buraxılışlı «Audi Q7» avtomobilini 2007-ci ildən etibarən idarə etmişdir. Müxtəlif vaxtlarda avtomobili özünün, qardaşının və əmisi oğlu X17 adına sənədləşdirmişdir. O, həbsdə olduğu dönəmdə qardaşı X13 ilə arasında yaşanan gərginliklər fonunda avtomobilini geri qaytarmaq qərarına gəlmişdi və buna görə də əvvəlcə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, Baş Dövlət Yol Polisi İdarəsinə və digər hüquq-hühafızə orqanlarına etdiyi müraciətlər fonunda hətta Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)- 2479/2012 saylı qərardad qəbul edilmişdir. Ardınca 13.03.2013-cu il tarixdə onun istəyi ilə qardaşı Bəhruz Quliyev həmin avtomobili əmisi oğlu X17 adına sənədləşdirmişdir. Bundan sonra övladlarının və həyat yoldaşının məktəbə gediş-gəlişinin rahatlığı üçün onun tapşırığı ilə həmin avtomobil qaynı İddiaçı adına rəsmiləşdirilmişdir. 2020-ci ilin 19 mart tarixində Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən azadlığa çıxdıqdan sonra Ramin avtomobilini həyətində saxlamış və adına sənədləşdirilməsi üçün notariusa gedərkən onun iradəsi ilə öz adına deyil, sürməkdən ötrü etibarnamə götürmək qərarına gəlmişdi. Aradan bir müddət keçdikdən sonra, yəni 12 oktyabr 2020-ci il tarixdə avtomobilini satmaq məqsədilə adına rəsmiləşdirmiş və 24 dekabr 2020-ci il tarixdə avtomobilini 12000 manata satıb pulunu X6 vermişdir. Həmin avtomobilin heç vaxt İddiaçı ilə bu və ya digər formada hər hansı bir bağlılığı olmamışdır və İddiaçı bir qayda olaraq onun göstərişlərini icra etdiyinə görə mülklərindən alınmış icarə haqqından ona da pay etmişdir. İddiaçının iddia etdiyi kimi, onunla hər hansı formada işbirliyi və yaxud da pul sövdələşməsi olmamış, ümumiyyətlə həmin insanı o, heç bir zaman ciddi şəxs kimi qəbul etməmişdir. Sadəcə olaraq onun mənzillərinin kirayə pulunu alıb ailə üzvlərinə verdiyinə, cəza çəkdiyi müəssisələrdə əşyalarını ünvanına çatdırdığına görə zəhmət haqqı ödəmişdir. Təqdim etdiyi sənədlərdən bilindiyi və göründüyü kimi, «Audi Q7» markalı avtomobil 2007-ci ildə **-RV-*** dövlət qeydiyyat nişanı ilə tərəfindən idarə edilmişdir və belə bir iddiada bulunmasının başlıca səbəbi, yəni İddiaçı bu sevdaya düşməsinin başlıca səbəbi bacısı X4 əməllərinin tərəfindən de-şifrə edilməsindən, yəni 20 noyabr 2020-ci il tarixdə övladı X8 adından Daxili İşlər Nazirliyinin «102» Çağrı Xidmətinə şikayət etdikdən sonra yaranmış situasiyadan sonra başını qatmaq üçün bu cür ucuz və qanunsuz hərəkətlər etməyə başlamışdır. Ədalət mühakiməsinin diqqətinə çatdırır ki, İddiaçı bu cür absurd iddialar üzrə Nəsimi və Abşeron polis şöbələrinə mənasız şikayətlər etmiş və onun iddiası əsassız olduğu üçün rədd edilmişdir. Hesab edir ki, İddiaçı barəsində verdiyi iddia ərizəsi böhtan xarakterlidir və ədalət mühakiməsi işə baxarkən absurd iftiralara istinadən yox, təqdim edilən sənədlər üzrə nəticə çıxarmalıdır. Bu səbəbdən, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X14 29 mart 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işini başlanması rədd edilmişdir. - Abşeron RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X9 15 may 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işini başlanması rədd edilmişdir. - 27.05.2015-ci il tarixli «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətinidən görünür ki, 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı ** RS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçıdur. - 02.02.2017-ci il tarixli «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətindən görünür ki, 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı ** KR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçıdur. - ƏN-Vİİ № 481302 saylı etibarnamənin surətindən görünür ki, 12.10.2020-ci il tarixdə İddiaçı 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı ** KR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair özündə müəyyən səlahiyyətləri əks etdirən X18 11 ay 29 gün müddətinə etibarnamə vermişdir. - 12.10.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı ** KR *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 15000 manata Cavabdeh satmışdır. Müqaviləni etibarnamə əsasən X21 imzalamışdır. - 12.10.2020-ci il tarixli «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətinidən görünür ki, 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı ** TY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Cavabdehdur. - ƏN-Vİİ № 407424 saylı etibarnamənin surətindən görünür ki, 21.10.2021-ci il tarixdə Cavabdeh 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı ** TY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair özündə müəyyən səlahiyyətləri əks etdirən X3 1 il müddətinə etibarnamə vermişdir - 09.11.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı ** TY *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 13500 manata X1. Müqaviləni etibarnamə əsasən X5 imzalamışdır. Məhkəmə baxışında ifadə vermiş şahid X19 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, «Audi Q7» markalı avtomobil Cavabdeh şəxsi maşını olmuşdur. Qardaşı Bəhruz idarə edirdi. Onun bank və vergi problemləri var idi, ona görə də avtomobili keçirmişdir Əlinin adına. Daha sonra Əlinin də maliyyə problemləri olduğuna görə avtomobil onun adına keçirilmişdir. Avtomobil qiyabi qətnamə ilə girovda idi. Sonra ona deyilmişdir ki, avtomobili Nazim müəllim cəzaçəkmə müəssisəsində olarkən əmisi oğlu Rafiqin adına keçirmişdir ki, usaqları məktəbə aparıb-gətirə bilsin. Bundan sonra olanlar barədə məlumatı yoxdur. Avtomobilin mülkiyyətçisi kimi Nazim müəllimi tanıyır. Ona nə etmək lazım olduğunu Yeganə xanım deyirdi. Əmlak onun deyildir, sahibi nə deyib onu etmişdir. Avtomobil satılarkən imzanı kimin çəkməsindən məlumatlı deyil. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisə edilən avtomobilin 2020-ci ilin oktyabr ayında cavabdehə onun xahişi ilə satılmasını və 3 ay müddətinə ödəmək şərtilə 30.000 manata avtomobili sonuncuya satmaq barədə razılığa gəlmələrinə, aralarında qohumluq münasibəti olduğu üçün sonuncuya inanaraq 11.10.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda Nazimə baş etibarnamə verməsinə, avtomobili başqa şəxsə də satmasına baxmayaraq cavabdehin ona məxsus olmuş avtomobilin aralarında razılaşdırılmış 30.000 manat dəyərini əsassız yerə ödəməkdən imtina etməsini göstərərək bu məbləğin ondan tutulmalı olmasını iddia edir. Cavabdeh isə mübahisə edilən avtomobilin onun mülkiyyətində olan avtomobil olmaqla həmin avtomobilin həmişə özünün faktiki sahibliyində olmasını, avtomobilə dair bütün rəsmiləşdirmə işlərinin də onun göstərişi ilə həyata keçirilməsini, iddiaçının bu və ya digər şəkildə qeyd olunan avtomobilə aidiyyəti olmamasını, onun tapşırıqlarını icra etməsini, aralarında avtomobilə dair hər hansı sövdələşmə olmamasını, beləliklə də, iddia tələbinin əsassız olmasını göstərmişdir. İş materiallarından görünür ki, tərəflər arasında qohumluq əlaqəsi mövcuddur. Yəni, cavabdeh iddiaçının bacısı Yeganə Quliyevanın həyat yoldaşıdır (qeyd: X15 Cavabdeh qarşı «nikahın pozulması və s.» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və hazırda 2(006)-2795/2021 saylı mülki iş məhkəmənin icraatındadır). İddiaçı mübahisəli nəqliyyat vasitəsini müvəqqəti idarə etmək məqsədilə 2020-ci ilin may ayında cavabdehin adına etibarnamə vermiş, 2020-ci ilin oktyabr ayının 11-də isə baş etibarnamə vermişdir. Daha sonra 12.10.2020-ci il tarixdə İddiaçı həmin avtomobilə dair X18 etibarnamə vermiş, həmin tarixdə də etibarnaməyə əsasən X21 avtomaşını İddiaçı adından 15000 manata Cavabdeh adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirmişdir. Daha sonra isə 09.11.2020-ci il tarixdə nəqliyyat vasitəsi Cavabdeh tərəfindən (etibarnamə əsasında X2 imzaladığı) alqı-satqı müqaviləsinə əsasən 13500 manata X7 adına rəsmiləşdirilmiş, avtomaşın hazırda sonuncunun mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı iddia tələbində mübahisəli avtomobilin satılması ilə əlaqədar cavabdehlə razılaşdırılmış 30000 manat pul tələbini irəli sürür. İş materiallarından görünür ki, iddiaçı avtomobillə əlaqədar cavabdehin ona olan etibarından sui-istifadə nəticəsində əmlakının ələ keçirilməsi, ona vəd verdiyi 30000 manatı verməməsi ilə bağlı Abşeron və Nəsimi Rayon Polis İdarələrinə şikayət ərizələri ilə müraciət etmiş, Abşeron RPİ tərəfindən qəbul edilmiş qərarlara əsasən isə aparılmış araşdırma zamanı X11 İddiaçı məxsus olmuş «AUDİ Q7» markalı ** KR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qeyri-qanuni yolla ələ keçirməsi xüsusatı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, hazırki işin araşdırması zamanı da həmçinin X11 mübahisəli avtomobilin qeyri-qanuni yolla ələ keçirməsi xüsusatı öz təsdiqini tapmamışdır. Belə ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Məhkəmə hesab edir ki, mübahisəli avtomaşının mülkiyyətçinin adından verilmiş etibarnamə əsasında özgəninkiləşdirilməsi faktı öz təsdiqini tapsa da, tərəflər arasında həmin avtomaşının satışı ilə bağlı 30000 manat verilməsinə dair razılaşmanın olması təsdiq edilməmişdir. Belə ki, iddiaçı bu faktı təsdiq edən heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tələbinin əsaslı olmasna dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli avtomaşınla bağlı əqdlər təmsilçi vasitəsilə bağlanmış və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də məhkəmənin qənaətinə görə X12 avtomaşının Cavabdeh şəxsi maşını olmasına dair ifadəsində göstərilənlər hazırki iş üzrə heç bir hüquqi əhəmiyyət kəsb etmir. Həmçinin şahid ifadəsində tərəflər arasında mübahisəli avtomobilin satılması üçün şifahi şəkildə 30.000 manatın razılaşdırılması ilə bağlı heç nə göstərməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd edilən əqd əsasında cavabdehin ona 30000 manat ödəməsinə dair razılıqlarının olmasını sübut edə bilmədiyi üçün iddia tələbi əsaslı sayıla bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «Cavabdeh 2006-cı il buraxılışlı, «Audi Q7» markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin ona satılması üçün aralarında şifahi şəkildə razılaşdırılmış dəyəri kimi 30.000 manatın alınaraq ona verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «Cavabdeh 2006-cı il buraxılışlı, «Audi Q7» markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin ona satılması üçün aralarında şifahi şəkildə razılaşdırılmış dəyəri kimi 30.000 manatın alınaraq ona verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4499/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4499/2021
02.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver