Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4537/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə az müddətdə saxlanılması üçün iddiaçıya məxsus olan qızıl zinət əşyalarını doğma xalası, Cavabdeh etibar edərək vermişdir. Yaşadığı həyət evinin təmirsiz, pəncərələri açıq olması səbəbindən xalası öz evinin güvənli, etibarlı olduğunu bildirib, iddiaçıya məxsus qızıllarını onun evində qalmasına onu təkidlə məcbur etmişdir. Cavabdeh digər xalası, öz doğma bacısı X1 məxsus qızıl zinət əşyalarını və pulunu da mənimsəmişdir. Nəsimi rayon Məhkəməsinin ədalətli qərarı ilə xalasının iddiası təmin olunmuşdur. Uzun illərdir cavabdeh iddiaçının etibarından sui-istifadə edib, dəfələrlə cavabdehdən özünə məxsus olan qızıl zinət əşyalarının qaytarılmasını tələb etmişdir. Əvvəllər cavabdehlə münasibətləri normal olmuşdur. Hər dəfə söz verib iddiaçını aldatdığı üçün münasibətləri pozulmuşdur. Cavabdeh onun şəkər xəstəsi olduğunu bilir, özünə çox güvənərək özünü qanundan üstün, güclü olduğunu bildirir. İddiaçının həyat yoldaşı işləmir. İddiaçının yeganə qızı əlildir (serebral iflic), qızına təcili əməliyyat lazımdır. İddiaçı Nəsimi rayon 22-ci PB-nə şikayət etmiş, cavabdeh bildirmişdir ki, qızıl zinət əşyalarını guya lombarda girov qoymuş, iddiaçı həqiqəti bilmək üçün cavabdehlə birlikdə lombarda getmələrini təklif etmişdir. Cavabdeh hər dəfə iddiaçının təkliflərindən dəfələrlə boyun qaçırmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh iddiaçıya məxsus qızıl zinət əşyalarını satıb öz ehtiyacları öz ehtiyacları üçün xərcləmişdir (evini təmir etdirib, evinə yeni əşyalar alıb, qızına və oğluna toy edib). Qızıl zinət əşyaları iddiaçının və rəhmətlik anasının fotoşəkillərdə sübut olaraq kifayət qədər öz əksini tapmışdır. İddiaçıya məxsus qızıl zinət əşyalarının siyahısı:
1. Kişi qolbağı – çəkisi 50 qr, qiyməti – 3500 manat
2. Saatlı qobaq – çəkisi 25 qr., qiyməti – 1750 manat
3. Yoluçnu qolbaq – çəkisi 20 qr., qiyməti – 1400 manat
4. Yoluçnu boyun sepi – çəkisi 25 qr., qiyməti – 1750 manat
5. Klon Niferdite başı – çəkisi 10 qr., qiyməti - 700 manat
6. Klon ay, ulduz ikiüzlü – çəkisi 4 qr., qiyməti – 280 manat
7. 10 ədəd qızıldan xırda arpa düzülüşlü boyun sepi – çəkisi 15 qr, qiyməti – 1050 manat
8. Qaşlı kişi üzüyü – çəkisi 14 qr., qiyməti – 980 manat
9. Göy yaşlı cüt safir sırğa – çəkisi 9 qr., qiyməti 630 manat
10. Uşaq qolbağı – çəkisi 2 qr., qiyməti – 140 manat
11. Halqa cüt sırğa – çəkisi 10 qr., qiyməti 700 manat
12. Yaxaya vurulan qızıl broşka – çəkisi 10 qr., qiyməti – 700 manat. Cavabdeh hər dəfə iddiaçını aldadaraq özünə məxsus avtomobilini və qarajını satıb tezliklə onunla hesablaşacağına söz verirdi. Cavabdeh etibarından sui-istifadə edib, iddiaçıya məxsus qızıl zinət əşyalarının ümumi dəyəri 13580 manat pulunu mənimsəmişdir. Göstərilənlərə əsasən yuxarıda qeyd olunmuş qızıl zinət əşyalarının və ya onların ümumi dəyərinin 13580 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh onun xalasıdır və qızıllarda anasına məxsus olmiuşdur. Qızılları müvəqqəti cavabdehə vermiş daha sonradan geri istədikdə isə verməmiş və qızılların lombarda qoyulduğunu bildirmişdir. O, həmçinin məhkəmədə bildirmişdir ki, xalasına qarşı olan bu birinci iddia deyil əvvəllərdə başqa şəxslərə münasibətdə cavabdeh eyni hərəkətləri etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o iddiaçının dayısıdır və qızılların verilməsinin şahidi olmuş, lakin qızıllar torbada içərisində olduğundan tam nələrdən ibarət olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o iddiaçının qardaşıdır. Qızıllar anasına məxsus olmuş, qızılların verildiyinin şahidi olmuşdur. Bacısı ona qızılları saxlaması üçün vermiş, daha sonradan geri istədikdə isə qızılların lombardda olmasını bilmişlər. Lombarddan qızılların götürülməsi üçün 1500-2000 manat pul lazım olduğunu onlara demiş, sonradan pulu vermək üçün əlaqə saxlasaqda telefona cavab verilməmişdir. Qızılların qiyməti təqribən 10.000 (on min) manatdan çox olmasını məhkəməyə bildirdi. Qızılların işçərisində qızıl broş və halqa sırğa olduğunun şahidi olub ( Son ifadə- vəkilə sualına əsasən) "xxxx" MMC-nin LP-163/2021 saylı, 27.09.2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1.Kişi qolbağı – 1 ədəd, çəkisi 50 qr., əyarı 585, qiyməti 2850 manat, 2.Saatlı qobaq – 1 ədəd, çəkisi 25 qr., əyarı 585, qiyməti 1425 manat, 3.Yoluçnu qolbaq – 1 ədəd, çəkisi 20 qr., əyarı 585, qiyməti 1140 manat, 4.Yoluçnu boyunbağı – 1 ədəd, çəkisi 25 qr., əyarı 585, qiyməti 1425 manat, 5.Klon (Nefertiti başı) – 1 ədəd, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat, 6.Klon (ay-ulduz, ikiüzlü) – 1 ədəd, çəkisi 4 qr., əyarı 585, qiyməti 228 manat, 7.Xırda aypara düzülüşlü boyunbağı – 10 ədəd, çəkisi 15 qr., əyarı 585, qiyməti 855 manat,
8. Qaşlı kişi üzüyü – 1 ədəd, çəkisi 14 qr., əyarı 585, qiyməti 798 manat,
9. Göy qaşlı safir sırğa – 1 cüt, çəkisi 9 qr., əyarı 585, qiyməti 513 manat,
10. Uşaq qolbağı – 1 ədəd, çəkisi 2 qr., əyarı 585, qiyməti 114 manat,
11. Halqa sırğa – 1 cüt, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat,
12. Broş – 1 ədəd, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat olmaqla, qızıl zinət əşyalarının hazırki bazar dəyəri - 11058 manat etmişdir. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında qohumluq və etibarlı əlaqələr olmuşdur və yaşadığı evi təmirsiz olduğuna görə iddiaçı özünə məxsus qızıl zinət əşyaları cavabdehə müvəqqəti saxlamaq üçün vermişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən cavabdehə müvəqqəti saxlamaq üçün iddia ərizəsində göstərilən 12 adda qızıl-zinət əşyaları verilmiş, lakin cavabdeh həmin əmlakları hal-hazırki vaxtadək nə dəyərini, nə də ki, özlərini iddiaçıya qaytarmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12 adda qızıl-zinət əşyalarının tutulmasını və yaxud 13580 manat dəyərinin ödənilməsini xahiş etmişdir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. (maddə 135.5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. İlk növbədə qeyd edilməlidir ki, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində olan qızıl-zinət əşyalarından fotoşəkillərdə əks olunmuşlarının mövcudluğu və onların iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Bundan əlavə, işin materiallarından və şahidlərin ifadələrindən məlum olmuşdur ki, sözügedən qızıl-zinət əşyaları cavabdehdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. AR Mülki Məcəllənin 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir(maddə 1091.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşylarının ümumi dəyəri 11.058 (on bir min əlli səkkiz) manat təşkil etmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məxsus qızıl-zinət əşyalarının məhz 13580 manat dəyərində olmasını təsdiq edən hər-hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh qızıl-zinət əşyaları - 1.Kişi qolbağı – 1 ədəd, çəkisi 50 qr., əyarı 585, qiyməti 2850 manat, 2.Saatlı qobaq – 1 ədəd, çəkisi 25 qr., əyarı 585, qiyməti 1425 manat, 3.Yoluçnu qolbaq – 1 ədəd, çəkisi 20 qr., əyarı 585, qiyməti 1140 manat, 4.Yoluçnu boyunbağı – 1 ədəd, çəkisi 25 qr., əyarı 585, qiyməti 1425 manat, 5.Klon (Nefertiti başı) – 1 ədəd, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat, 6.Klon (ayulduz, ikiüzlü) – 1 ədəd, çəkisi 4 qr., əyarı 585, qiyməti 228 manat, 7.Xırda aypara düzülüşlü boyunbağı – 10 ədəd, çəkisi 15 qr., əyarı 585, qiyməti 855 manat, 8. Qaşlı kişi üzüyü – 1 ədəd, çəkisi 14 qr., əyarı 585, qiyməti 798 manat, 9. Göy qaşlı safir sırğa – 1 cüt, çəkisi 9 qr., əyarı 585, qiyməti 513 manat, 10. Uşaq qolbağı – 1 ədəd, çəkisi 2 qr., əyarı 585, qiyməti 114 manat, 11. Halqa sırğa – 1 cüt, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat, 12. Broş – 1 ədəd, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat və yaxud onların dəyəri ümumilikdə 11058 (on bir min əlli səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəri cavabdehdən tutulmalıdır. AR MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Eyni zamanda, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh tutularaq VÖEN: **********, Bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: ********** (bankın VÖENİ), H/h AZ30AZRT********************, M/h: AZ02NABZ********************, SWİFT: AZRT AZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh aşağıdakı qızıl-zinət əşyaları : 1.Kişi qolbağı – 1 ədəd, çəkisi 50 qr., əyarı 585, qiyməti 2850 manat, 2.Saatlı qobaq – 1 ədəd, çəkisi 25 qr., əyarı 585, qiyməti 1425 manat, 3.Yoluçnu qolbaq – 1 ədəd, çəkisi 20 qr., əyarı 585, qiyməti 1140 manat, 4.Yoluçnu boyunbağı – 1 ədəd, çəkisi 25 qr., əyarı 585, qiyməti 1425 manat, 5.Klon (Nefertiti başı) – 1 ədəd, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat, 6.Klon (ay-ulduz, ikiüzlü) – 1 ədəd, çəkisi 4 qr., əyarı 585, qiyməti 228 manat, 7.Xırda aypara düzülüşlü boyunbağı – 10 ədəd, çəkisi 15 qr., əyarı 585, qiyməti 855 manat,
8. Qaşlı kişi üzüyü – 1 ədəd, çəkisi 14 qr., əyarı 585, qiyməti 798 manat,
9. Göy qaşlı safir sırğa – 1 cüt, çəkisi 9 qr., əyarı 585, qiyməti 513 manat,
10. Uşaq qolbağı – 1 ədəd, çəkisi 2 qr., əyarı 585, qiyməti 114 manat,
11. Halqa sırğa – 1 cüt, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat,
12. Broş – 1 ədəd, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat və yaxud onlar olmadıqda onların dəyəri ümumilikdə 11.058 (on bir min əlli səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmadıqda Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların yuxarıdakı siyahıya uyğun olaraq müəyyən edilmiş dəyəri tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh tutularaq VÖEN: **********, Bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: ********** (bankın VÖENİ), H/h AZ30AZRT********************, M/h: AZ02NABZ********************, SWİFT: AZRT AZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov