Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4554/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nexia” markalı ** EL *** dövlət qeydiyyat nişanlı, “Jeep” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı, “Opel” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı və “Hyundai” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə 5000 (beş min manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 5030,40 (beş min otuz manat 40 qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixdə idarə etdiyi “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisində düzgün sürət seçməyərək “Nexia” markalı ** EL *** dövlət qeydiyyat nişanlı, “Jeep” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı, “Opel” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı və “Hyundai” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh2 hadisə yerini tərk etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin YPXA-nin KYP 544544 saylı X13 Protokolunda Öz əksini tapmışdır. xx.xx.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Nexia’’ markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 1750 (bir min yeddi yüz əlli manat 0 qəpik) manat ziyan dəymişdir. xx.xx.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Jeep” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə 4812 (dörd min səkkiz yüz on iki manat 0 qəpik) manat ziyan dəymişdir. xx.xx.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə 5095 (beş min doxsan beş manat 0 qəpik) manat ziyan dəymişdir. xx.xx.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Opel” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 1210 (bir min iki yüz on manat 0 qəpik) manat ziyan dəymişdir. xx.xx.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundai” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 2730 (iki min yeddi yüz otuz manat 0 qəpik) manat ziyan dəymişdir. PAT ********** saylı sığorta Müqaviləsinin 030922, 031073, 030751, 030809 030851 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti proporsiyaya uyğun olaraq 5000 (beş min manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 5000 (beş min manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində zərərçəkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2 maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “Nexia” markalı ** EL *** dövlət qeydiyyat nişanlı, “Jeep” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı, “Opel” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı və “Hyundai” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə 5000 (beş min manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 5030,40 (beş min otuz manat 40 qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 yuxarıda qeyd olunna məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh1 münasibətdə rədd, Cavabdeh2 münasibətdə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalanan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixdə idarə etdiyi “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq, “Nexia” markalı ** EL *** dövlət qeydiyyat nişanlı, “Jeep” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı, “Opel” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı və “Hyundai” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, sığorta aktlarına əsasən sığorta şirkəti tərəfindən avtomobil sahiblərinə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı avtomobillərə görə ödədiyi 5000 manat məbləğində pulu cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsi yerindən yayınmış, yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh2 yüksək təhlükə mənbəyi olan “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə əsasında idarə etmişdir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Belə ki, DİN Baş Dövlət X17 tərəfindən tərtib edilmiş KYP 544544 saylı, xx.xx.2016cı il tarixli X13 protokolun surətindən görünür ki, “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 317.6-cı maddəsi ilə təqsirli bilinmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 030922 saylı sığorta aktından görünür ki, Rais Səlimov “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2016-cı il tarixdə idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində sığortalanmış avtomobil “Neksia” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta hadisəsi nəticəsində dəymiş zərər 1750 manat təşkil edir. Hesablanmış sığorta ödənişinin məbləği isə 561 manat təşkil edir. xx.xx.2016-cı il tarixli 4937 saylı ödəniş tapşırığından və ona əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X7 561 manat sığorta ödənişi verilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 031073 saylı sığorta aktından görünür ki, Rais Səlimov “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2016-cı il tarixdə idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində sığortalanmış avtomobil “Jeep” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta hadisəsi nəticəsində dəymiş zərər 4812 manat təşkil edir. Hesablanmış sığorta ödənişinin məbləği isə 1543 manat təşkil edir. xx.xx.2016-cı il tarixli 5031 saylı ödəniş tapşırığından və ona əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 1543 manat sığorta ödənişi verilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 030751 saylı sığorta aktından görünür ki, Rais Səlimov “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2016-cı il tarixdə idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində sığortalanmış avtomobil “Mercedes Benz” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta hadisəsi nəticəsində dəymiş zərər 5095 manat təşkil edir. Hesablanmış sığorta ödənişinin məbləği isə 1633 manat təşkil edir. xx.xx.2016-cı il tarixli 4807 saylı ödəniş tapşırığından və ona əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X5 1633 manat sığorta ödənişi verilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 030809 saylı sığorta aktından görünür ki, Rais Səlimov “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2016-cı il tarixdə idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində sığortalanmış avtomobil “Opel” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta hadisəsi nəticəsində dəymiş zərər 1210 manat təşkil edir. Hesablanmış sığorta ödənişinin məbləği isə 388 manat təşkil edir. xx.xx.2016-cı il tarixli 4866 saylı ödəniş tapşırığından və ona əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X8 388 manat sığorta ödənişi verilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 030851 saylı sığorta aktından görünür ki, Rais Səlimov “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2016-cı il tarixdə idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində sığortalanmış avtomobil “Hyundai” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta hadisəsi nəticəsində dəymiş zərər 2730 manat təşkil edir. Hesablanmış sığorta ödənişinin məbləği isə 875 manat təşkil edir. xx.xx.2016-cı il tarixli 4896 saylı ödəniş tapşırığından və ona əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 875 manat sığorta ödənişi verilmişdir. AB seriyalı, 639904 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dur. xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 məxsus “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il müddətinədək idarə etmək səlahiyyətinə malik idi. xx.xx.2016-cı il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə Binəqədi rayonu, Azadlıq prospektində toqquşma hadisəsi baş vermişdir. Hadisəni törətmiş “BMW 528” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 (mülkiyyətçi Cavabdeh1) hadisə yerindən yayınmışdır. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 1108.1-ci maddələrinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdeh2 hadisə yerindən yayındığından sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Həmçinin X13 protokoldan aydın olur ki, o, avtomobili etibarnamə əsasında idarə etmişdir. Beləliklə, Cavabdeh2 sığorta hadisəsi törədərkən avtomobili qanuni əsaslarla (etibarnamə ilə) idarə etdiyindən və sığorta hadisəsinin törədilməsində təqsirli olduğundan, digər cavabdeh nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh1 qarşı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları, şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh2 münasibətdə təmin edilsin. 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 5030,40 (beş min otuz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4554/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4554/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver