Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4568/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci ilin avqust ayında evini təmir etdirmiş, evinin qapı-pəncərəsini hazırlayan Tural adlı ustadan yataq otağına mebel hazırlatmaq üçün məsləhət istəmişdir. O da ona Cavabdeh adlı mebel ustasını, yəni cavabdehi məsləhət görmüşdür. Həmin gün iddiaçı R. Dadaşova zəng vurub danışmış. O, növbəti gün onun evinə gəlmiş və müvafiq ölçüləri götürmüşdür. İddiaçı da Rəşada 50 manat məbləğində pul vermiş, Cavabdeh ona sifariş üçün ümumilikdə 1350 manat məbləğində pul ödəməli olduğumu bildirmişdir. O da ona 06.08.2020-ci il və 13.08.2020-ci il tarixlərdə müvafiq olaraq 300 və 200 manat məbləğində pul ödəmişdir. İddiaçı həmçinin R. Dadaşova öz köhnə mebelini təklif etmiş, cavabdeh həmin mebeli 200 manat məbləğində dəyərləndirmiş və ümumi ödəyəcəyi məbləğdən həmin 200 manatı çıxmışdır. Bundan sonra Rəşad 15-20 gün ərzində mebeli təhvil verəcəyini bildirmişdir. Lakin aradan uzun müddət keçsə də, Rəşad nə mebeli gətirmiş, nə də pulu geri qaytarmışdır. Ümumilikdə Cavabdeh ondan nəğd şəkildə 550 manat və 200 manat məbləğində mebel götürməklə, 750 manat borclu olmuşdur. Məsələ ilə əlaqədar 25.11.2020-ci il tarixində ərizə ilə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş, lakin məsələnin mülki xarakterli olmasına görə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Cəlalov tərəfindən 05.01.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qeyd olunan məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. Göstərilənlərə əsasən, Cavabdeh 750 manat məbləğində pulun, mənəvi zərəri görə 1000 manat məbləğində pulun və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək, Cavabdeh 350 manat maddi ziyanın tutulması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İŞ tərəfindən «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 05.01.2021-ci il tarixli qərarının surətindən görünür ki, material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, sifarişin qiyməti 1350 manat təşkil etmişdir. O, İddiaçı evindəki mebelləri qiymətləndirib 200 manat dəyərində razılığa gəlmişlər, həmin pulu ümumi məbləğdən çıxmağa razılaşmışdır. 550 manat ilkin ödəniş almışdır. Mebel quraşdırıldıqdan sonra qalan 600 manatı verəcəyini demişdir. Həmin məbləğ ödənilmədiyindən mebel İddiaçı yaşadığı mənzildə quraşdırılmamışdır. Beləliklə məhkəmə iclasında işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı mebel hazırlatmaq üçün Cavabdeh müəyyən məbləğdə pul vermiş, lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İŞ-də Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı nəğd şəkildə 550 manat və 200 manat məbləğində mebel götürmüşür. Hazırda iddiaçı cavabdehin həmin borcun 400 manatını geri qaytardığını bildirərək, Cavabdeh 350 manat borcun tutulmasını tələb edir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 756.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırki işdə tərəflərin izahatından və iş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh bir-biri ilə tapşırıq müqaviləsi münasibətində olmuşlar. Mülki Məcəllənin 777.1-ci və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Göründüyü kimi, tapşırıq müqaviləsində vəkalət alan, konkret müddətə bağlı olmadan və nəticə əldə edilməməsi riskini daşımadan vəkalət verənin mənfəətinə və iradəsinə uyğun bir nəticəyə yönələn iş görməyi öhdəsinə götürür. Bu razılaşma ilə vəkalət alanın vəkalət verən qarşısında maddi və ya hüquqi hərkətlərə dair iş görmə borcu yaranır. Bununla belə, vəkalət alanın işi görülən şəxs qarşısında mənfəətinin olması və çəkdiyi xərclərin əvəzini tələb etməsi istisna edilmir (Mülki Məcəllə, maddə 783.1, 783.2.). Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya mebelin hazırlanması üçün cəmi 750 manat pul aldığını və borclu olduğunu Bakı şəhəri Nərimanov Rayon Polis İŞ-də etiraf etmiş, habelə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, həmin pulun 350 manatını iddiaçıya geri qaytarmamışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 350 (üç yüz əlli) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 380 (üç yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 380 (üç yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4568/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-4568/2021
13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver