Məhkəmə qərarları › İş №2(006)-4576/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4576/2020

12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4576/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, X57 qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X12, müstəqil tələb irəli sürməyən üçüncü şəxs: “xxxx” MMMC-nin sədri X9, “xxxx” MMMC-nin nümayəndəsi (vəkili) X23, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 və onun nümayəndəsi (vəkili) X24 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh, X13 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMMC, X14 qarşı «müqavilələrin qanunsuz hesab edilməklə, binadan çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MTK iddia ərizəsi ilə xxxx rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və digər şəxslərin bizə məxsus, Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi 198 ünvanda inşa edilmiş yüksəkmərtəbəli, çoxmənzilli binadan çıxarılması, eyni zamanda dəymiş maddi və mənəvi zərərə görə Cavabdeh "İddiaçı" MTK-nın xeyrinə 100.000 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK-nin sədri R.Qocayev Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh, X9 və digər şəxslərin onlara məxsus, Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi 198 ünvanda inşaa edilmiş yüksəkmərtəbəli, çoxmənzili binadan mənzillərin alınmasına dair “xxxx” MMC-dən əldə etdikləri müqavilələrin qanunsuz hesab edilməklə Cavabdeh, X11 və digər şəxslərin onlara məxsus həmin binadan çıxarılması, həmçinin dəymiş maddi və mənəvi zərərə görə 200.000 manat məbləğində pul vəsaitin bu şəxslərdən müştərək qaydada tutularaq onların xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi X28 izahatında iddia tələbinin müdafiə edərək, bildirdi ki, "İddiaçı" Mənzil Tikinti Kooperativi xx.xx.2004-cü il tarixdə, əvvəlki dövlət qeydiyyatı ilə - 0104-P61-40384 sayla, hazırki dövlət qeydiyyatı-********** (VÖEN) sayla qeydiyyata alınmış, qeydiyyat üzrə də hüquqi ünvanı-AZ1006, ünvan 1 göstərilmişdir. "İddiaçı" Mənzil Tikinti Kooprativi, Nizamnaməsində göstərilən fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamları ilə, yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının layihə smeta sənədlərinin tərtib edilməsinə, həmin sənədlərin aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra tikintinin başlanılmasına icazələr verilmiş və Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə, layihə-smeta sənədlərinə uyğun olaraq həmin binanın inşaası başa çatdırılmaqla, binanın istismarına qəbul aktı ilə yanaşı, binanın ünvanı da, Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva 198 ünvanının verilməsini müvafiq icra hakimiyyətlərindən əldə edilmişdir. Lakin, bizə məlum olmayan səbəblərdən, bu iş üzrə Cavabdeh bizə məxsus binadan mənzillərə görə pul ödədiklərini bildirmişlər. Bunu necə etdiklərini və pul vəsaitlərini kimə ödədikləri barədə isə bizə heç bir sənəd təqdim etməmişlər. Belə ki, nə Cavabdeh ilə, nə də ki, binanı zəbt etmiş digər şəxslərlə bizim heç vaxt heç bir əlaqəmiz olmamış, həmin şəxslər tərəfindən də bizə bir manat da olsun pul vəsaiti ödənilməmişdir. Bununla da, onların bu hərəkətləri ilə bizim fəaliyyətimizə külli miqdarda zərər dəymiş və bu zərərin həcmi artmaqda davam etməkdədir. Bundan başqa, onlara hədə-qorxu gəlməkdən belə çəkinməmişlər. Məhkəmə iclasında iştirak edən “xxxx” MMMC-nin sədri X25 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 izahatında bildirdi ki, İddiaçı Mənzil Tikinti Kooperativinin göstərilən iddia tələbi əsassızdır. Buna görə də göstərilən iddia tələbi rədd edilməlidir. Belə ki, «xxxx» MMC (podratçı) ilə X26 (sifarişçi) arasında xx xxxx 2013-cü il tarixdə «xxxx» MMC-nin Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində, 3 otaqlı, 23 №-li, 140,6 kvm mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 84 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər kvm üçün 1300 manat həcmində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 182.780 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri Ş.Hüseynova tərəfindən tam ödənilmiş və xx xxxx 2013-cü il tarixli kassa mədaxil orderi ilə «xxxx» MMC-nin hesabına ödənilmişdir. Buna dair kassa mədaxil orderi verilmişdir. Tərəflər arasında bağlanmış göstərilən müqavilənin 1.1- ci bəndinə əsasən, podratçı («xxxx» MMC) Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində, 3 otaqlı, 23 №-li, 140,6 kvm mənzilini tikib sifarişçiyə (Ş.Hüseynovaya) təhvil verilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə öhdəliyi sifarişçi tərəfindən yerinə yetirilmiş, lakin müqavilə üzrə podratçı «xxxx» MMC tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmişdir. Buna görə də Ş.Hüseynova göstərilən mənzil üzərində sahiblik və istifadə hüququnun tanınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xxxx rayon Məhkəməsinin 2(006)-9252/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi il^ X10 18 iyün 2013-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində «xxxx» MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kvm olan 3 otaqlı 23 nömrəli mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması və Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində «xxxx» MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kvm olan 3 otaqlı 23 nömrəli mənzilində təmir işlərinə icazə verilməsi öhdəliyinin «xxxx» MMC-nin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh «xxxx» MMC xxxx rayon Məhkəməsinin 2(006)-9252/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman apellyasiya şikayətindən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2583/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərprdadı ilə «xxxx» MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilərək, iddiaçı X10 cavabdeh «xxxx» MMC- nə qarşı sahiblik, istifadə hüququnun bərpası və mənzilin təhvil verilməsi tələbinə dair Bakı şəhəri xxxx rayon Məhkəməsinin 2(006)-9252/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilmişdir. «xxxx» MMC ilə X4 arasında xx xxxxxx 2016-cı il tarixdə yazılı formada «Razılaşma» tərtib edilmişdir. Həmin razılaşmaya əsasən xx xxxx 2013-cü il tarixli 84 saylı podrat müqaviləsinə əsasən «xxxx» MMC tərəfindən inşa edilən Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kvm olan 3 otaqlı 23 nömrəli mənzilin Ş.Hüseynovanın sifarişhi əsasında inşa edilməsi, həmin mənzilin Ş.Hüseynovanın sahibliyində olması göstərilmiş və mənzilin giriş qapısının açarları Ş.Hüseynovaya təhvil verilmişdir. xx xxxxxx 2017-ci il tarixdə mənzilin təhvil-təsliminə dair AKT tərtib edilmiş və həmin təhvil-təslim aktına əsasən «xxxx» MMC ilə X26 arasında olan xx xxxxxx 2016-cı il tarixli müqaviləyə əsasən «xxxx» MMC tərəfindən Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən sahəsi 140,6 kvm olan 3 otaqlı 23 nömrəli mənzil müqavilədə nəzərdə tutulmuş qaydada X14 təhvil verilmişdir. xxxx rayon Məhkəməsinin 2(006)-9252/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi xx xxxxx 2017-ci il tarixdə xxxx rayon İcra və Probasiya şöbəsi tərəfindən icra edilərək, mənzilin giriş qapısının açarları X14 təhvil verilmiş, təmir işlərinə icazə verilməsi öhdəliyi borclunun nümayəndəsinə izah olunmuş və buna dair müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən («xxxx» MMMC-nin adına) Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasının inşaat norma və qaydalarının tələblərinə uyğun olmasına dair rəy verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81 )-1602/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» MMC-nin cavabdeh İddiaçı MTK-nə qarşı «əmlaka hüquqların tanınması, vergi borclarının bölünməsi vəpulun. tutulmasına dair» iddiası qismən təmin edilərək, Bakı şəhəri, xxxx rayonu, 28 may küçəsi 727-ci məhəllədə yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəi 10242 kvm, yaşayış sahəsi 8022 kvm, qeyriyaşayış sahəsi olan binanın tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsinin iddiaçıya aid edilməklə həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin sahiblik, istifadə və sərəncam hüquqlarının tananması; İddiaçı Mənzil Tikinti Kooperativindən tikinti sahəsindəki yaşayış və qeyriyaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3962319,5 manatın və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq «xxxx» MMCnə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)- 107/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81 )-1602/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi «Bakı şəhəri, xxxx rayonu, 28 may küçəsi 727-ci məhəllədə yerləşən qeyri- yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəi 10242 kvm, yaşayış sahəsi 8022 kvm, qeyriyaşayış sahəsi olan binanın tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifə.sinin iddiaçıya aid edilməklə» hissədə dəyişdirilmədən saxlanmışdır. X3 və X29 ilə cavabdeh «xxxx» MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilələrə əsasən, Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 90, 210, 104,6 və 94,2 kvm-dən ibarət 21, 22, 23 və 24 saylı mənzillərin iddiaçı E.Hüseynovaya, həmin yaşayış binasında 90, 210, 140,6, 94,2, 90, 210, 140,6 və 94,2 kvm-dən ibarət 37, 38, 39, 40, 41. 42, 43 və 44 saylı mənzillərin E.Əliyevaya 10 gün ərzində təhvil verilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması, hüquqi yardım almaq üçün ödədikləri 6.000 manat, iddianın verilməsi üçün ödədikləri dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 6.030 manat məbləğində pulun cavabdeh MMC-dən onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri xxxx rayon məhkəməsinin 2(006)-2319/2019 saylı, xx xxxxxxxx 2019 tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1362/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri xxxx rayon məhkəməsinin 2(006)-2319/2019 saylı, xx xxxxxxxx 2019 tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdeh «xxxx» MMC-nin üzərinə Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 90, 210, 104,6 və 94,2 kvm-dən ibarət 21, 22, 23 və 24 saylı mənzillər barədə iddiaçı X27 ilə və həmin yaşayış binasında 90, 210, 140,6, 94,2, 90, 210, 140,6 və 94,2 kvm-dən ibarət 37, 38, 39, 40, 41. 42, 43 və 44 saylı mənzillər bardə X29 ilə bağladığı xx xxxxx 2007-ci il tarixli «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrdə» qeyd edilən texniki göstəricilərinə və hazırkı dəyərlərinə uyğun olaraq başqa mənzillərin X27 və X20 təhvil verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 529 saylı, xx xxxxxx 2019-cu il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bü Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə mğsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat gündərir. Həmin Fərmanın 5.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq: istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının Dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin etsin. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən «xxxx» MMMC-nin adına Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasına dair istismarına sadələşdirilmiş formada icazə verilmiş yaşayış obyekti kimi icazə verilmiş və həmin bina tikintilərin dövlət reyestrinə daxil edilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81 )-3105/2018 saylı, xx xxxx 2018-ci tarixli qərarı ilə «xxxx» MMC tərəfindən Bakı şəhəri, xxxx Rayonu, D.Əliyeva kğzəsində inşa edilmiş zoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kvm olan 3 otaqlı 23 saylı mənzilin X10 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən, İddiaçı Mənzil Tikinti Kooperativinin göstərilən iddia tələbi əsassızdır. Buna görə də göstərilən iddia tələbi rədd edilməlidir. Belə ki, şərh olunduğu kimi, xxxx rayon Məhkəməsinin 2(006)-9252/2016 saylı, 21 noyabr 2Q16-Cİ il tarixli qətnaməsi ilə X10 xx xxxx 2013-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində «xxxx» MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kvm olan 3 otaqlı 23 nömrəli mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması və Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində «xxxx» MMC tərəfindən inşa edilən çoxmənzilli.yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kvm olan 3 otaqlı 23 nömrəli mənzilində təmir işlərinə icazə verilməsi öhdəliyinin «xxxx» MMC-nin üzərinə qoyulması qət edilmişdir. Göründüyü kimi, «xxxx» MMC (podratçı) ilə X26 (sifarişçi) arasında xx xxxx 2013-cü il tarixdə «xxxx» MMC-nin Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində, 3 otaqlı, 23 №-li, 140,6 kvm mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi məılızil tikintisi haqqında 84 saylı müqavilə əsasında həmin mənzil üzərində üçüncü şəxs Ş.Hüseynovanın sahiblik və istifadə hüququ tanınmışdır. Azərbaycan Respublikası MM-nin (tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olmuş redaksiyada) 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj kooperativinin və başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinin .şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Pay yığımına hüququ olan şəxslər mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Göstərilənlərə əsasən, «xxxx» MMC (podratçı) ilə X26 (sifarişçi) arasında xx xxxx 2013cü il tarixdə bağlanmış «xxxx» MMC-nin Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində, 3 otaqlı, 23 №-li, 140,6 kvm mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 84 saylı müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını - mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində üçüncü şəxs Ş.Hüseynovansn sahiblik və istifadə hüququ yaranmışdır. Digər tərəfdən şərh olunduğu kimi, xxxx rayon Məhkəməsinin 2(006)- 9252/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə X10 xx xxxx 2013-cü il tarixli müqaviləyə əsasən! Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində «xxxx» MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kvm olan 3 otaqlı 23 nömrəli mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması və Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində «xxxx» MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kvm olan 3 otaqlı 23 nömrəli mənzilində təmir işlərinə icazə verilməsi öhdəliyinin «xxxx» MMC-nin üzərinə qoyulması qət edilmişdir. Göstərilən xüsusata əsasən, xxxx rayon Məhkəməsinin xx xxxxxxxx 2015- ci il tarixli, 2(006)-5936/2Q15 saylı qətnaməsi ilə xx xxxx 2013-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində «xxxx» MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140,6 kvm olan 3 otaqlı 23 nömrəli mənzil üzərində X2 istifadə hüquqlarının tanınması qət edildiyindən, göstərilən məhkəmə qətnaməsi hazırda qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan, üçüncü şəxs Ş.Hüseynovanın göstərilən mənzil üzərində sahiblik və istifadə hüququna malik olması yenidən mübahisəiəndirilə bilməz və həmin fakt yenidən sübut edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. X7 şikayəti üzrə Azərbaycan Respublikası Konstiutusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndiriiməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfü deyildir ki, MPM-nin 233-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər. Habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cü maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onlrın bütün dövlət orqanları vq vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş bütün dövlət orqanları və vəziəli şəxslər tərəfindən qanunla müəyyən olunmuş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndiriiməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbdə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Belə mövqe insan hüquqları üzrə Avropa məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumınyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixlə qərarda göstərilmişdir ki, hüququn əliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə həll olunan yekun qərar şübhə doğurmamalıdır. Eyni zamanda bir məsələyə ikili yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. M.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamədə əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və ya etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, məcburi qüvvəyə malik olan konstitusiya məhkəməsinin göstərilən qərarlarına əsasən, qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa proses olan hazırkı işdə yenidən mübahisə edilə bilməz. Göstərilənlərə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən, maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirdiyindən və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva etdiyindən, «xxxx» MMC ilə X26 arasında xx xxxx 2013-cü il tarixdə bağlanmış Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində, 3 otaqlı, 23 №-li, 140,6 kvm mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 84 saylı müqavilənin qanunililiyi məhkəmə tərəfindən müəyyən edildiyindən, İddiaçı MTK-nın dəlilləriniq əsassız olması, üçüncü şəxs Ş.Hüseynovanın isə göstərilən mənzil üzərində sahiblik və istifadə hüququna malik olmasına dair göstərilən faktlara və hüquq münasibətlərinə qarşı başqa proses olan hazırkı işdə yenidən mübahisə edilə bilməz. Göründüyü kimi, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh qismində göstərdiyi və çıxarılmasına dair iddia tələbi irəli-sürdüyü Cavabdeh ünvanını ünvan 2 ünvan göstərmişdir. Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllə, 23 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Ş.Hüseynovanın adına qeydə alınaraq xx xxxxxx 2018-ci il tarixdə Ş.Hüseynovanın adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllə, 23 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Ş.Hüseynovanın adına qeydə alınaraq xx xxxxxx 2018-ci il tarixdə Ş.Hüseynovanın adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyindən, göstərilən mənzil üçüncü şəxs Ş.Hüseynovanın qanuni əsaslarla mülkiyyətindədir. Bununla da üçüncü şəxs Ş.Hüseynova göstərilən mənzilə dair dövlət tərəfindən tanınan və qorunan hüquqlara malikdir. Odur ki, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yəni, həmin mənzilə dair tələbləri irəli sürmək hüququ yalnız üçüncü şəxs Ş.Hüseynovaya məxsusdur. Hazırkı iş üzrə İddiaçı MTK cavabdeh qismində göstərdiyi və çıxarılmasına dair iddia tələbi irəli sürdüyü Cavabdeh ünvanını ünvan 2 ünvan göstərsə, nə həmin mənzilə dair və nə də ki, Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllə inşa edilmiş evin hər hansı hissəsinə dair hüquqlara malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən, hazırkı iş üzrə İddiaçı MTK cavabdeh qismində göstərdiyi və çıxarılmasına dair iddia tələbi irəli sürdüyü Cavabdeh ünvanı ünvan 2 ünvan göstərsə də, nə həmin mənzilə dair və nə də ki, Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllə inşa edilmiş evin hər hansı hissəsinə dair hüquqlara malik olmadığından; İddiaçı MTK mövcud iddia tələbi üzrə ixtiyarlı şəxs olub, başqa şəxsərdən nəisə, o cümlədən Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi 198 ünvanda inşa edilmiş yüksəkmərtəbəli, çoxmənzilli binadan çıxarılmanı tələb ötmək hüququna və bununla da subyektiv hüquqa malik deyildir. Odur ki, içldia rədd edilməlidir. Mahmudov, Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı - Cavabdeh və digər şəxslərin Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi 198 ünvanda inşa edilmiş yüksəkmərtəbəli, çoxmənziili binadan çıxarılması, eyni zamanda dəymiş maddi və mənəvi zərərə görə Cavabdeh İddiaçı MTK- nın xeyrinə 100.000 manat məbləğində vəsaitin tutulması barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi (vəkili) X40 onun dediklərini təsdiqləyərək, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı - Cavabdeh və digər şəxslərin Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi 198 ünvanda inşa edilmiş yüksəkmərtəbəli, çoxmənziili binadan çıxarılması, eyni zamanda dəymiş maddi və mənəvi zərərə görə Cavabdeh İddiaçı MTK- nın xeyrinə 100.000 manat məbləğində vəsaitin tutulması barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMMC-nin nümayəndəsi (vəkili) X41 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materillarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 237 saylı “Bakı şəhər XDS İcraiyyə Komitəsinin bir sıra qərarlarının ləğv edilməsi, özünəməxsus ərazidə yaşayış binalarının, ticarət mərkəzinin tikintisinə icazə verilməsi, inzibati binasının, istehsalat sahəsinin və qaz terminalının layihələşdirilməsi üçün torpaq sahəsinin icarəyə verilməsi haqqında özünəməxsus ərazidə yaşayış binasının və iş mərkəzinin layihələşdirilməsinə icazə verilməsi haqqında” sərəncamından görünür ki, xxxx Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 01-04/368 saylı razılıq məktubunu,”İddiaçı” Mənzil Tikinti Kooperativinin xx.xx.2004-cü il tarixli, A/01 saylı müraciətini nəzərə alaraq, xxxx rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyriyaşayış obyektinin yerləşdiyi 0,673 hatorpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTK-yə icazə verilsin.”İddiaçı” Mənzil Tikinti Kooperativinə tapşırılsın ki, tikinti işlərinə başlayana qədər, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,673 ha torpaq sahəsi üçün, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X38 və Özəlləşdirilməsi Departamenti ilə icarə müqaviləsi bağlansın. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 1462 saylı sərəncamı ləğv edilmişdir. İş materillarında olan İddiaçı Mənzil Tikinti Kooperativinə yaşayış binasının, iş mərkəzinin və yeraltı avtodayanacağın layıhələşdirilməsi və tikintisi üçün ayrılan torpaq sahəsi haqqında xx.xx.2007-ci il tarixli, 04-30/32-25 saylı rəyindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinə yaşayış binasının, iş mərkəzinin və yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisi üçün yararlıdır. Layihələşdirmə və tikintini AZ DTN 1.6.-1; 2.6-1; 2.08.01-89 VƏ 2.08.02-89 saylı TN və Q-na uyğun aparmalı. Layihələşdirmə zamanı AZ dtn 2.6-1 saylı “Dövlət Şəhərsalma Norma və Qaydalarının” 4.12; 4.13; 4.15; 8.39; 8.40; 8.41; 8.42; 8.43; 11.18; 11.20; 11.21 və 11.22 saylı bəndlərinə riayət etməli. Layihələşdirmə zamanı ətrafdakı tikili və mühəndis qurğularından normativ sanitariya-mühafizə zolağına riayət etməli. Layihə sənədlərinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmasını təmin etməli. Tikintiyə başlamazdan 01 ay əvvəl xxxx Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verməlidir. İş materillarında olan Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin xx xxxx 2007-ci il tarixli, 36 saylı rəyindən görünür ki, Sifarişçiyə tapşırılsın ki, 03.01.01-85 “X19” TN və Q-nın; “Tikinti- quraşdırılma işləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərini rəhbər tuturaq, tikinti-quraşdırma işlərinə başlamazdan 01 ay qabaq yazılı surətdə Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat verilməsi əmr edilmişdir. İş materillarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMMC-nin hüquqi ünvanı ünvan 4 fəaliyyət ərazisi ünvan 5 ünvanıdır. Qanuni təmsilçisi X15r. İş materillarında olan xxxx rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Murad Xudaverdiyevin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərardadından görünür ki, Bakı şəhəri xxxx Rayon Məhkəməsinin 2(006)-4576/2020-005 nömrəli, xx.xx.2020-ci il tarixli icra səədinə xitam verilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX №1362312 saylı çıxarışından görünür ki, X26 Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllə, mənzil 23 ünvanı onun xüsusi mülkiyyətidir. Daşınmaz Əmlakın dövlət Reyestrində 2917 nömrəli reyestr kitabının 272218 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materillarında olan xx xxxxxx 2017-ci il tarixli mənzilin təhvil-təsliminə dair aktdan görünür ki, “xxxx” MMC ilə X26 arasında olan, xx.xx.2013-cü il tarixli, 84 saylı müqaviləyə əsasən, “xxxx” MMC tərəfindən, Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının Vİİİ mərtəbəsində yerləşən, 23 saylı, 03 otaqlı sahəsi 140,6 m2 olan mənzil, müqavilədə nəzərdə tutulmuş qaydada X14 təhvil verilmişdir. Eyni zamanda qeyd olunan podrat müqaviləsi ilə “sifarişçi” qismində, müqavilə bağlayan tərəf olaraq X26 təsdiq edir ki, Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının Vİİİ mərtəbəsində yerləşən, 23 saylı, 3 otaqlı, sahəsi 140,6 m2 olan mənzil ona təhvil verilmişdir. Yuxarıda göstərilən mənzilin təmirinə başlamamışdan qabaq X26 ərizə ilə müraciət etdikdən sonra “xxxx” MMC ilə təsərrüfat sahəsi üzrə müqavilə bağladıqdan sonra təmirə başlaya bilər. İş materillarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1362/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, X3 və X16 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri xxxx Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar E.Hüseynova və E.Əliyevin cavabdeh “xxxx” MMC-yə qarşı mənzillərin təhvil verilməsi və sair tələbləri barədə” iddiası qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-nin üzərinə Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasında 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 21, 22, 23 və 24 saylı mənzillər barədə iddiaçı X27 ilə və həmin yaşayış binasında 90, 210, 140.6, 94.2, 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 37, 38, 39, 40, 41, 42, 43 və 44 saylı mənzillər barədə iddiaçı X29 ilə bağladığı xx xxxxx 2007-ci il tarixli “çoxmənzili yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrdə” qeyd edilən texniki göstəricilərinə və hazırki dəyərlərinə uyğun olaraq başqa mənzillərin X3 və X20 təhvil verilməsi vəzifəsi qoyulmuşdur. İş materillarında olan Bakı şəhəri xxxx Rayon Məhkəməsinin 2(006)-2319/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, X3 və X16 cavabdeh “xxxx” MMC-nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X34, X26, X35, X42, X36, X30, X31, X37, X8, X32, X6 və X17 cəlb edilməklə “mənzillərin təhvil verilməsi və hüquqi xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbləri təmin edilməmişdir. İş materillarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3105/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, “xxxx” MMC tərəfindən Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.metr olan 3 otaqlı 23 saylı mənzil X10 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. İş materillarında olan Bakı şəhəri xxxx Rayon Məhkəməsinin 2(006)-9252/2016 saylı, 21.11. 2016-cı il tarixli qətnaməsindən görünür ki, X10 xx xxxx 2013-cü il tarixli 84 saylı müqaviləyə əsasən, Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində “xxxx” mmc tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 140.6 kv.metr olan 3 otaqlı, 23 nömrəli mənzil üzərində sahiblik və istifadə hüququ tanınmış, Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində “xxxx” MMC tərəfindən inşa edilən çoxmənzildə təmir işlərinə icazə verilməsi öhdəliyi “xxxx” MMC-nin üzərinə qoyulmuşdur. İş materillarında olan X26 ilə “xxxx” MMC arasında xx xxxxxx 2016-cı il tarixli razılaşmasından görünür ki, xx xxxx 2013-cü il tarixli 84 saylı podrat müqaviləsinə əsasən “xxxx” MMC tərəfindən inşa edilən Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində, 3otaqlı, 140.6 m2 , 23№li mənzil sizin sifarişiniz ilə tikilmişdir. X4 həmin 23 №li mənzilin hər kv.m görə 1300 manat, ümumilikdə isə 182780 manat pulu nəğd şəklində “xxxx” MMC-yə tam ödəmişdir. Həmin 23№li mənzil X1. Bu razılaşma iki tərəfli imzalanandığından sonra “xxxx” MMC tərəfindən X14 məxsus olan 23№li mənzilin giriş qapısının bütün açarları ona təqdim edilir. “xxxx” MMC tərəfindən binada üç ay aparılan təmir tamamlama işləri ilə bağlı sifarişçi ona məxsus olan 23№li mənzilin təmir işlərinə 2016-cı ilin mart ayının sonuna qədər başlamayacaqdır. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli, 85 saylı mədaxil orderindən görünür ki, X26 xx.xx.2013-cü il tarixli 84 saylı müqavilə üzrə 5000 manat məbləğində pul vəsaiti ödəmişdir. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli, 86 saylı mədaxil orderindən görünür ki, X26 xx.xx.2013-cü il tarixli 84 saylı müqavilə üzrə 177780 manat məbləğində pul vəsaiti ödəmişdir. İş materiallarında olan X26 ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, №84 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində, 3otaqlı, 140.6 m2 , 23№li mənzil tikilib X14 təhvil verilməlidir. Tikilən mənzilin ümumi yaşayış sahəsinin 1m2 qiyməti 1300 manat həcmindədir. Mənzilin ümumi sahəsi 140.6m2 . Müqavilənin qiyməti 182780 manat olmaqla dəyişməz olaraq qalır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, X26 “xxxx” MMC-dən xx xxxx 2013-cü il tarixli 84 saylı müqavilə ilə xxxx rayonu, D.Əliyeva küçəsində inşaa edilən çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində yerləşən 140.6 kv metr sahəsi olan 23 saylı mənzilə görə müəssisəyə 182780 manat pul ödəmişdir. X10 xx xxxx 2013-cü il tarixli 84 saylı müqavilə üzrə borcu qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, №27781 saylı rəyindən görünür ki, Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yaşayış evinin tikinti layihəsini bu rəyin ümumi bölməsinin tələbinin yerinə yetirilməsi, qüvvədə olan tikinti norma və qaydaları, o cümlədən CHiP İİ-7-81-in tələblərinə uyğun hesab edib planlaşdırmaq olar. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, “xxxx” ASC tərəfindən “xxxx” 14 MMC-nə, xxxx rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən 17 mərtəbəli, 60 mənzili yaşayış binasının daimi elektrik təchizatının təmini üçün tələb olunan gücü 328 kvt olan xx.xx.2018-ci il tarixli TX-18/0163 saylı texniki şərtlər verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təhlil qrupunun xx xxxx 2019-cu il tarixli 1010 saylı rəyindən görünür ki, “bəzi çoxmənzilli binaların isitsmarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il fərmanına, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2019-cu il, 007 saylı əmrinə uyğun olaraq yoxlanılmış, Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə “xxxx” MMMC (İddiaçı MTK) tərəfindən inşa olunmuş 01 girişli 1 səviyyəli zirzəmili, 17 mansarda mərtəbəli yaşayış binasının dayanaqlığının təmin olunduğunu qəbul etmək olar. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-2(103)- 662/2018 saylı qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” MMC-nin iddiası qismən təmin edilmiş, Bakı şəhəri, xxxx rayonu, 28 May küçəsi 717-ci məhəllədə yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli ümumi sahəsi 10242 m2 , yaşayış sahəsi 8022 m2 , qeyri-yaşayış sahəsi 2220 olan binanın tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə həmin özgəninkiləşdirilməmiş sahələri üzərində “xxxx” MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınmış, İddiaçı MTK- DƏN tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3962319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq “xxxx” MMC-yə ödənilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli təhvil təslim aktından görünür ki, “xxxx” ASC xxxx RETSİ-nin 10/6/0,4 kv İİ rəisi S.D.Ocaqov, baş mühəndis Q.Kərimli və “xxxx- 14” MMC-nın sədri Q.Ə.Abbasov tərtib edirik bu aktı ondan ötəri ki, obyektin elektrik təchizatının təmini üçün “xxxx” ASC tərəfindən xx.xx.2018-ci ildə verilmiş TX-18/0163 saylı texniki şərtin tələbləri tam yerinə yetirilmişdir. İstismara buraxıldıqdan sonra obyekt sahibinin istifadəsinə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2019-cu il tarixli 0426 saylı aktından görünür ki, Təqdim olunmuş sənədlərin araşdırılmasından və keçirilmiş yanğın-texniki müayinədən obyektin qüvvədə olan 2.6-1 “şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.01-89 “yaşayış binaları” Tikinti Norma və Qaydalarının, 2.08.02-89 “ictimai bina və qurğular” tikinti norma və qaydalarının, 2.11-1 "su təchizatı. Xarici xətlər və qurğular” Tikinti Norma və qaydalarının, 2.04.01-85 “binaların daxili su kəmərləri və kanalizasiya” tikinti norma və qaydalarının, 2.04.01-85 “binaların daxili su kəmərləri və kanalizasiya” tikinti norma və qaydalarının, 2.04.05-91 “istilik sistemləri, ventelyasiya və kondensionerləşdirmə” TN VƏ q-nin 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” tikinti Norma və qaydalarının, X5 Qaydaları”nın, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Norma və Qaydalarının tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iş materillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX №1362312 saylı çıxarışından göründüyü kimi X26 Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllə, mənzil 23 ünvanı onun xüsusi mülkiyyətidir. Daşınmaz Əmlakın dövlət Reyestrində 2917 nömrəli reyestr kitabının 272218 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa X26 ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, №84 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləsindən göründüyü kimi Bakı şəhəri, xxxx rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində, 3otaqlı, 140.6 m2 , 23№li mənzil tikilib X14 təhvil verilməlidir. Tikilən mənzilin ümumi yaşayış sahəsinin 1m2 qiyməti 1300 manat həcmindədir. Mənzilin ümumi sahəsi 140.6m2 . Müqavilənin qiyməti 182780 manat olmaqla dəyişməz olaraq qalır. Göründüyü kimi mənzilə dair mülkiyyət hüququnun təsdiq edən çıxarışlar mövcuddur. Belə olan halda həmin mənzillərin mülkiyyətçisi statusunu daşıyan X10 hüquqları qorunmalıdır. Məhkəmə mübahisəli məzillərdə qanuni əsaslarla yaşayan üçüncü şəxslərin hüquqlarının hazırki vəziyyətdə qorunmalı olduğunu hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı MTK cavabdeh qismində göstərdiyi və çıxarılmasına dair iddia tələbi irəli sürdüyü Cavabdeh ünvanı Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 198, mənzil 23 ünvan göstərilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, nə həmin mənzilə dair, nə də ki, Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş evin hər hansı hissəsinə dair hüquqlara malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsinə məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Odur ki, İddiaçı MTK, Bakı şəhəri, xxxx rayonu, Dilarə Əliyeva küçəsi, 198 ünvanda inşa edilmiş yüksəkmərtəbəli, çoxmənzilli binadan şıxarılmanı tələb etmək hüququna və bununla da subyektiv hüquqa malik deyil. Ona görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh, X13, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMMC, X14 qarşı «müqavilələrin qanunsuz hesab edilməklə, binadan çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh, X13, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMMC, X14 qarşı «müqavilələrin qanunsuz hesab edilməklə, binadan çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri xxxx rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar