Məhkəmə qərarları › İş №2(006)-4595/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4595/2023

07.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4595/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçının nümayənsəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "reyestrə əsassız daxil edilmiş məlumatın silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "reyestrə əsassız daxil edilmiş məlumatın silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırda icraatda olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "reyestrə əsassız daxil edilmiş məlumatın silinməsi" tələbinə dair mülki iş məhkəmənin digər icraatında olan e-2(006)-2977/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatına daxil olmuş iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "reyestrə əsassız daxil edilmiş məlumatın silinməsi" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, məhkəmənin yekun aktının tez əlçatanlığını, tərəflərin icraatın birləşdirilməsinə etiraz etmədiklərini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda icraatda olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "reyestrə əsassız daxil edilmiş məlumatın silinməsi" tələbinə dair e-2(006)- 4595/2023 saylı mülki iş iddiaçılar X3 və qeyrilərinin cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı “mərkəzləşdirilmiş kredit reyestrinə əsassız daxil edilmiş məlumatların silinməsi” tələbinə dair e-2(006)-2977/2023 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hazırda icraatda olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "reyestrə əsassız daxil edilmiş məlumatın silinməsi" tələbinə dair e-2(006)-4595/2023 saylı mülki iş iddiaçılar X3 və qeyrilərinin cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı “mərkəzləşdirilmiş kredit reyestrinə əsassız daxil edilmiş məlumatların silinməsi” tələbinə dair e-2(006)-29772023 saylı mülki işlə birləşdirilərək bir icraatda birləşdirilsin. Mülki işlərə birlikdə baxılaraq e-2(006)-2977/2023 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar