Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4601/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borc pulun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9.000 manat pul vəsaiti və ödənilmiş 110 manat dövlət rüsumu olmaqla, cəmi 9.110 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tanışı X3 vasitəsilə tanış olduğu Cavabdeh özünü yüksək vəzifəli bəzi şəxslərin, o cümlədən Təhsil Nazirinin 1 müavininin yaxın qohumu kimi təqdim edəndən sonra bildirmişdir ki, istənilən məsələni həll edib yoluna qoya bilmək gücündədir. Sonrakı görüşlərdə hətta cavabdeh ən bahalı avtomobilinin də fotosunu ona göstərərək tezliklə həmin maşınla onun görüşünə gələcəyini, eyni zamanda "xxxx" ASC-dən də 560.000 manat pul alacağını fəxrlə bildirmişdir. Get-gedə cavabdehə inanmağa başlamışdım. Növbəti görüşlərin birində yaxın qohumu olan bir müəlliməyə kömək etməsini cavabdehdən xahiş edəndə, dərhal mobil telefon vasitəsi ilə kimlərəsə zəng vuraraq məsələnin həlli üçün 10.000 manata yaxın məbləğə həll olunacağını dəqiqləşdirdiyini söyləmişdir. Cavabdeh onu da bildirmişdir ki, ona oİan hörmətinə görə bu məbləğ 9.000 manata həll olunacaq və 4.000 manat sənədlərlə birlikdə, 5.000 manat isə lap işin sonunda verilməlidir. O, cavabdehin şirin dilinə inanaraq, cavabdehlə razılaşmışdır. Əvvəlcə Cavabdeh 4.000 manat, sonra da 5.000 manat pul vermişdir. Hər dəfə cavabdeh ondan aldığı pullara dair qəbz və iltizam yazaraq imzalamış, şəxsiyyət vəsiqəsinin, əlillik vəsiqəsinin surətlərini ona təqdim etmişdir. Lakin cavabdehin söz verib öhdəlik götürdüyü vaxt-vədə tamam olmasına baxmayaraq məsələ həll olunmamış və verdiyi 9.000 manat pulunu ala bilməmişdir. Cavabdeh ondan aldığı pula dair yazıb imzaladığı qəbz və iltizamlarda qeyd etdiyi «pulu vaxtında qaytara bilməsəm, barəmdə Polisə və Məhkəməyə müraciət olunarsa, etiraz etməyəcəyəm» fikrini xatırladanda, cavabdeh ertəsi gün yaxın dostu olan X2 ilə birlikdə onunla görüşmüşdür. Bu dəfə isə cavabdehin dostu Şakir Eyvazov iltizam yazaraq, 9.000 manat pulun qaytarılması üçün möhlət istəmiş və o da razılaşmışdır. Və bir neçə gündən sonra cavabdeh və dostu tərəfindən aldanıldığını başa düşüb cavabdehin yaşadığı ünvana getmişdir. Lakin bunun xeyri olmamışdır. Cavabdehlə onu tanış edən Qafar Zalovdan məsələyə müdaxilə edib kömək etməsini xahiş etmiş, bunun da faydası olmamışdır. Həm də məlumat almışdır ki, Cavabdeh və dostu Şakir Eyvazov, o cümlədən onları tanış edən Qafar Zalov vaxtilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndiriliblər, barələrində həbs qətimkan tədbiri seçilib və uzun müddət həbsxana həyatı yaşayıblar. Çox təəssüf ki, islah olunmayıblar. Bütün bunlardan sonra Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi və halal pulunun əldə edilməsi məqsədilə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə də müraciət etmişdir. Bundan sonra cavabdeh onun telefon zənglərinə cavab verməmiş, onunla görüşməkdən yayınmağa başlamışdır. Yəni bütün mümkün variantlardan, sivil vasitələrdən istifadə etməsinə baxmayaraq Cavabdeh halal 9.000 manat pulunu ala bilməmişdir. Yuxarıda qeyd olunanlardan sonra da Cavabdeh ona pul qaytarmamışdır və qaytarmaq fikrində də deyil. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək üçün kifayət qədər hüquqi əsası vardır. Cavabdeh tərəfindən qanunun tələbləri bu gün də kobud surətdə pozulur və cavabdehin qanunsuz hərəkətləri zərərin miqdarını daha da artırır. Cavabdeh tərəfindən Mülki Məcəllənin 739, 740, 742, 742.1, 743, 745-ci maddələrinin də tələbləri kobud surətdə pozulmuşdur. Bu səbəbdən, hazırki iddia əriəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini göstərmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixdə teleqram vurmuş, xx.xx.2022-ci il tarixdə ərizə göndərmiş, iddianı etiraf etdiyini, iddianı qəbul etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, 02 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh ziddiyyətli, təzadlı izahat verərək, iddianı qismən qəbul etdiyini, iddiaçıdan cəmi 4.000 manat borc aldığını, həmin borcdan ödəniş etdiyini və ödəniş barədə çekləri olduğunu bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. 30 noyabr 2022-ci il tarixə keçirilən son məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçıdan 4.000 manat borc almış, həmin borcdan 1.350 manat ödəniş etmiş, ümumilikdə 2.650 manat borcu qalmışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh dostu Qafar Zalov vasitəsilə İddiaçı xx.xx.2022-ci il tarixdə 4.000 manat borc pul aldığını, bu borcu xx.xx.2022-ci il tarixədək qaytaracağını, qaytarmadığı təqdirdə barəsində polisə və məhkəməyə müraciət edilməsinə etiraz etməyəcəyini bildirmiş, iltizamı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, borc verən İddiaçı Cavabdeh 4.000 manat borc pul verdiyini, borc alan Cavabdeh isə İddiaçı 4.000 manat borc pul aldığını qeyd etmiş və qəbzi öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, borc verən İddiaçı Cavabdeh 5.000 manat borc pul verdiyini, borc alan Cavabdeh isə İddiaçı 5.000 manat borc pul aldığını qeyd etmiş və qəbzi öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı aldığı 9.000 manat pulu xx.xx.2022-ci il tarixdə qaytaracağını, hər iki borc məbləğini Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında “Padişah” restoranında aldığını, hər iki məbləği almasına dair qəbz, iltizam yazaraq imzası ilə təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh ikinci dəfə İddiaçı 5.000 manat borc pul aldığını bu iltizamla təsdiq etdiyini, Qafar Zalov vasitəsilə tanış olduğu İddiaçı xx.xx.2022-ci il tarixdə 4.000 manat və xx.xx.2022-ci il tarixdə isə 5.000 manat, cəmi 9.000 manat borc aldığını, bu məbləği İddiaçı xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirmiş və iltizamı öz imzası təsdiq etmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-də izahat verərkən, İddiaçı ilə X3 vasitəsilə tanış olduğunu, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Padişah” restoranında olan zaman ondan ümumilikdə 9.000 manat borc aldığını və danışığa əsasən 1 ay ərzində geri qaytaracağını, bununla bağlı öz xətti ilə iltizam yazaraq pulu geri qaytarmayacağı təqdirdə müvafiq olaraq dövlət qurumlarına müraciət etməsini, həmin vaxtın başa çatmasına baxmayaraq, pulu geri qaytara bilmədiyini, izahatı alınan zaman o, qarşıdakı 15 gün ərzində borc olaraq götürdüyü pulu geri qaytaracağını bildirmişdir. Beləliklə, iş materiallarına əlavə olunmuş sadə yazılı iltizamlardan, fotoşəkillərdən, cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan aşkar şəkildə görünür ki, Cavabdeh İddiaçı 9.000 manat borc almışdır. Həmin borcu qaytaracağına vəd verməsinə baxmayaraq, bu günədək hər hansı ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 9.000 manat borc almış, borcu qaytarmasına dair iddiaçı qarşısında öhdəlik götürsə də, borcu vaxtında və tam şəkildə qaytarmamışdır. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçıdan 4.000 manat borc aldığını, həmin borcun bir hissəsini ödədiyini bildirsə də, cəmi 4.000 manat borc almasına, eləcə də həmin borcun bir hissəsinin qaytarılmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, öncəki məhkəmə iclasında ödəniş çekləri olduğunu bildirmişdir. Cavabdeh ümumiyyətlə hazırki iş üzrə özünü qeyri-səmimi aparmaqla, təzadlı, ziddiyyətli izahatlar vermiş, davranış nümayiş etdirmişdir. Göründüyü kimi, iddia əsaslı olmaqla təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 110 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 9.000 manat pul vəsaiti və ödənilmiş 110 manat dövlət rüsumu olmaqla, cəmi 9.110 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9.000 manat pul vəsaiti və ödənilmiş 110 manat dövlət rüsumu olmaqla, cəmi 9.110 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4601/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4601/2022
30.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver