Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4609/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “X10” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X10” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X11 Səhmdar Cəmiyyət tərəfindən ona dəyən maddi və mənəvi zərərə görə ödənilmiş dövlət rusumunun əvəz olaraq 81 (səksən bir) manat maddi zərərə görə 3600 (uç min altı yüz) manat və mənəvi zərər əvəzinə 2500 (ıkı min beş yüz) manat ümumilikdə cəm: 6100 (altı min yuz) manat məbləğində konpensasiya ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Unibank" X11 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 iddiaçının xeyrinə 2030.70 manat məbləğində vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 24 dekaor 2021-cı il tarixli 2(033)-676/2022 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. "xxxx" X11 Səhmdar Cəmiyyəti X6 qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 dekabr 2021-ci iİ tarixli 2(033)-676/2021 saylı qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinin Mulkı kollegiyasına apellyasıya şikayəti veilmişdir. Şəki Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının 07 yul 2022-ci iİ tarixli, 2(107)-490/2022 saylı qətnaməsi ilə iddşaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi Zaqatala Rayon Məhkəməsinin 24 dekabr 2021-ci ıl tarixli 2(033)-676/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mulkı Kollegiyasının 07 iyul 2022-ci ıl tarixli. 2(107)-490/2022 saylı qətnaməsi qanuni qüvvəsini amışdır. Göründüyü kimi "xxxx" X11 Səhmdar Cəmiyyəti ona qarşı pul tələbinə dair qanunsuz və əsassız olaraq iddia qaldırmışdır. Birinci və ikinci instansiya məhkəmələrinin qətnamələri ilə iddianın qanunsuz və əsassız olması faktı öz təsdiqini tapmışdır və bu səbəblərdən də məhkəmələr tərəfindən iddia tələbi rədd edilmişdir. O, ünvan 1 ünvanında qeydiyyatda olsa da 2011-ci il tarixindən ünvan 2 Yaşayış kompleksi İstiqlaliyyət küçəsi ev 8 mənzil 5 ünvanında faktiki olaraq ailə üzvlərilə birlikdə yaşayır. İş yeri X7 ünvan 3 ünvanında yerləşir və müddətsiz əmək müqaviləsi əsasında kosmetoloq peşəsi üzrə işləyir. "xxxx" Kommersiya Bankı ASC ona qarşı qaldırılmış qanunsuz və əsassız iddia tələb əsasında Zaqatala Rayon Məhkəməsinin bildirişləri ilə xx.xx.2021-cı, 14 12 2021-cı və 24 12 2021-cı ıl tarixlərində məhkəmə iclaslarında iştirak etmişdir. Ondan sonra Şəki Apeliyasıya Məhkəməsinin bildirişləri əsasında xx.xx.2022-cı, xx.xx.2022-ci və 07.07 2022-cı il tarixlərində məhkəmə iclaslarında iştirak etmişdir. Həmin məhkəmə iclaslarında iştirak etdiyi uçun ona xeyli miqdarda maddi və mənəvi zərər dəymiş və kifayət qədər gəlirlərimdən məhrum edilmişdir. Məhkəmə iclaslarında iştirak etmək üçün işlədiyi gözəllik salonunda xeyli sayda müştərilərə kosmetoloq xidmət göstərə bilməmiş və bunun müqabilində kifayyət qədər gəlirlərindən məhrum edilmişdir. Halbu ki, məhkəmə iclaslarında iştirak etməsəydi həmin müştərilərə kosmetoloq xidməti göstərər və kifayyət qədər gəlirlər əldə edərdi. Eyni zamanda məhkəmə iclaslarında vaxtında iştirak etmək üçün Bakı-Zaqatala-Bakı və Bakı- Şəkı-Bakı marşurut xətti ilə hərəkət edən taksilərlə gəlib-getmiş yol və qida məsrəflərinə kifayyət qədər pullar xərcləmiş, halbu ki, ona qarşı qaldırılmış qanunsuz və əsassız iddia olmasaydı o, bu xərcləri çəkməzdir. Göründüyü kımı ona qarşı kifayyət qədər maddı zərər dəymişdir. Maddi zərərın məbləği təxminən 3600 (uç min altı yüz) manat təşkil edir. Hər dəfəsində gediş-gəliş, yol və qida məsrəfləri uçün 2160 (ıkı min yüz altmış) manat 360x6dəfə=2160 manat və 12 gün məcburi iş buraxdığı üçün müştərilərə kosmetoloq xidməti göstərə bilmədiyinə gorə məhrum olduğu gəlir isə 1440 (bir mm dörd yüz qırx) manat 120x12gun=1440 manat təşkil edir. Ümumilikdə cəmi 3600 (uç min altı yüz) manat ona maddi zərər dəymişdir. Hər dəfə məhkəmə bildirişlərini aldığında o, mənəvi sarsıntı və iztirab keçirmiş, əsəbləri pozulmuş və nəticədə mənfi psixi reaksiyaya səbəb olmuşdur və sağlamlığının pozulması nəticəsində fiziki olaraq əzab çəkmişdir. Həyatında heç vaxt rastlaşmadığı bir hadisə ilə rastlaşmışdır. Hansısa qanunsuz və əsassız iddiaya məruz qalmışdır. Ətrafında olan yaxın insanların qınağına səbəb olmuşdur. Həmin insanlara düz və haqlı olduğunu bildirsə də istər-istəməz onları yetərincə ınandra bilməmiş, Bank ona qarşı niyə qanunsuz və əsassız iddia qaldırsın ki, onlara haqlı olduğunu bildirmək əvəzinə banka olan borcunu getsin ödəsin"- sərt tənqı İlərə məruz qalmışdır. Həmçinin işlədiyi gözəllik salonunda müştərilərin onun kosmetoloq kımı xidmətindən istifadə etmələrinin azalmasını müşahidə etmişdir. Bu da onun həqiqətən də necə aciz vəziyyətə düşməyinə və gərgin stress keçirməyinə səbəb olmuşdur. Çəkdiyi iztirabların və sarsıntıların əvəzi olaraq mənəvi zərərin əvəz minimum 2500 (ıkı min beş yüz) manat məbləğdə qiymətləndirir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarınla olan iddia ərizəsinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-676/2021 saylı mülki işin bildirişlərinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi üzrə məhkəmə iclasları təyin olunmuş və məhkəmə bildirişləri İddiaçı qeydiyyatda olduğu Zaqata şəhəri, İ.Şamil küçəsindəki 14 saylı ev ünvanına göndərilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)- 490/2022 saylı qərarının surətindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 24 dekabr 2021-ci il tarixli, 2(033)-676/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı "Unibank” X11 Səhmdar Cəmiyyətinin ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi, iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətindən 20 (iyirmi) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4 qət olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(033)-676/2021 saylı qətnaməsindən iddiaçının nümayəndəsi X9 tərəfindən apellyasiya şikayəti verilmiş və iddıaç "xxxx" X11 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(033)-676/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ekspertiza tədqiqatının dəyəri olan 20 (iyirmi) manat iddıaçı "xxxx" X11 Səhmdar Cəmiyyətindən tutularaq Dövlət büdcəsinə AZ.MEM.VÖEN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesao AZ 41 NABZ 013601000**********4, SFİFT BİK CTREAZ 22 hesaba ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh “X10” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X5 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi nəticəsində 2500 manat mənəvi zərər dəyməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X10” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 81 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4609/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4609/2023
30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver