Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4613/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı («X1 Agentliyi» PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi ziyanın və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi ziyanın və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.950 manat maddi ziyanın, 3.000 manat mənəvi ziyanın, 71 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, «X1 Agentliyi» PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, müqaviləyə uyğun olaraq ünvan 1 ünvanda yerləşən evinə fasiləsiz və sabit olaraq 220 v gərginlikdə elektrik enerjisi verilməsini təmin etməli olan cavabdehin yerli filialı – «Aran» RETSİ 2023-cü ilin avqust ayının 23-də öhdəliyi yerinə yetirməmiş, istehlakçılara xəbərdarlıq etmədən gərginlik 130 v-a endirilmiş, nəticədə standart olaraq 220 v gərginliklə işləyən elektrik məişət cihazları tamamilə yararsız hala düşmüş, bərpası mümkün olmamışdır. Cavabdehin rəhbərliyinə dərhal etdiyi yazılı müraciətdən sonra cavabdehin rəhbərliyinə dərhal etdiyi yazılı müraciətdən sonra cavabdehin yerli filialı «Aran» RETSİ-nin Zərdab rayon şöbəsinin əməkdaşları məişət cihazlarına baxış keçirmişlər, həmin cihazların sıradan çıxdığının şahidi olmuşlar, lakin tələb etməsinə baxmayaraq dəymiş ziyanın ödənilməsini təmin etməkdən imtina etmişlər. Bununla bağlı əsəb gərginliyi keçirmişdir. Dəymiş ziyanın və dövlət rüsumunun ödənilməsinə dair iddiası əsasında başlanmış 2(036)-2654/2023 saylı mülki iş İmişli rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə qaytarılmış, əsas olaraq cavabdehin yerli filialı «Aran» RETSİ-nin hüquqi şəxs olmadığı, iddia üzrə əsl olan tərəf olmadığı göstərilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmuşdur, bu hüquq məhkəmə aktı ilə bərpa edilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyanı 1.950 manat, mənəvi ziyanı 3.000 manat dəyərləndirir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 izahatında bildirdi ki, «X1 Agentliyi» PHŞ-nin Kürdəmir filialının aparıcı müfəttişidir. Əraziyə baxış keçirən zaman ərazinin enerji təchizatı 35/10 KV Zərdab Yarımstansiyasından çıxan SUMİ21 hava xəttindən qidalanan ******* saylı 400 KV gücünə malik transformatorda standart 10 KV qoruyucu ayırıcının olmasını və transformatorda heç bir qüsurun olmamasını müəyyən etmişlər. Transformator 2018-ci il tarixdə yenidən qurulmuşdur. Transformatordan vətəndaşın evinə kimi olan 380 metrlik kabel xəttinin birbaşa vətəndaşa məxsus olan həyətin giriş qapısında mövcud olan sayğaca daxil olduğunu və qeyd edilən kabeldə də heç bir qüsurun olmamasını müəyyən etmişlər. Sayğacın çıxışında 40 Amperlik qoruyucu açarın mövcud olmasını müəyyən etmişlər. Keçən həftə vətəndaşın iştirakı ilə ona məxsus olan həyətə baxış keçirmişlər və iddiaçıya məxsus olan avtomatik tənzimləyici, soyuducu və digər elektrik əşyalarının yararsız vəziyyətə düşdüyünü müəyyən etmişlər. Elektrikdə heç bir qüsurun olmadığını müəyyən etmişdir. Vətəndaşın iştirakı olmadan elektrikdə ölçmələr həyata keçirmişlər və transformatorda 210 KV gərginlik müəyyən etmişlər ki, bu hal da normal haldır. Bununla bağlı şəkillər mövcuddur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin, eləcə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin izahatlarından, toplanmış və tədqiq olunmuş sübutların məcmusundan görünür ki, iddiaçıya məxsus olan, elektriklə işləyən məişət əşyalarından bir neçəsi 23 avqust 2023-cü il tarixdə yanmış, yararsız hala düşmüşdür. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, müraciətin yerində araşdırılması üçün ərazidə olan elektrik qurğularına baxış keçirilmiş və elektrik axımının parametrlərini ölçən cihazlardan istifadə etməklə müvafiq yoxlamalar aparılmışdır. «X1 Agentliyi» PHŞ-nin Kürdəmir filialının aparıcı müfəttişi X4 qeyd etmişdir ki, ərazinin enerji təchizatı 35/10 KV Zərdab Yarımstansiyasından çıxan SUMİ21 hava xəttindən qidalanan ******* saylı 400 KV gücünə malik transformatorda standart 10 KV qoruyucu ayırıcının olmasını və transformatorda heç bir qüsurun olmamasını müəyyən etmişlər. Transformator 2018-ci il tarixdə yenidən qurulmuşdur. Transformatordan vətəndaşın evinə kimi olan 380 metrlik kabel xəttinin birbaşa vətəndaşa məxsus olan həyətin giriş qapısında mövcud olan sayğaca daxil olduğunu və qeyd edilən kabeldə də heç bir qüsurun olmamasını müəyyən etmişlər. Sayğacın çıxışında 40 Amperlik qoruyucu açarın mövcud olmasını müəyyən etmişlər. Vətəndaşın iştirakı ilə ona məxsus olan həyətə baxış keçirmişlər və iddiaçıya məxsus olan avtomatik tənzimləyici, soyuducu və digər elektrik əşyalarının yararsız vəziyyətə düşdüyünü müəyyən etmişlər. Elektrikdə heç bir qüsurun olmadığını müəyyən etmişdir. Vətəndaşın iştirakı olmadan elektrikdə ölçmələr həyata keçirmişlər və transformatorda 210 KV gərginlik müəyyən etmişlər ki, bu hal da normal haldır. «X1 Agentliyi» PHŞ-nin Kürdəmir filialı məhkəmənin sorğusuna 18 dekabr 2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, vətəndaş İddiaçı məxsus fərdi yaşayış evinin enerji təchizatı 35/10 kV-luq «Zərdab» yarımstansiyasından çıxan 10 kV-luq «SMU-2T» hava xəttindən qidalanan ******* nömrəli 400 kVA gücündə transformator yarımstansiyasından (TYS) çıxan 0,4 kV-luq kabel xətti vasitəsilə təmin olunur. Qeyd etmək lazımdır ki, sözügedən ərazinin 10 və 0.4 kV-luq elektrik şəbəkəsi 2018-ci ildə yenidən qurulmuşdur. Baxış zamanı TYS-nin 10 və 0,4 kV- luq tərəflərində ayıncılann və standart qoruyucuların mövcud olduğu aşkar olunmuşdur. TYS-dən vətəndaşa məxsus fərdi yaşayış evinədək olan məsafə təqribən 390 metr təşkil edir. Yaşayış evinin girişində tipi VİKO-M580, zavod nömrəsi 03429597, alt qapaq möhürü 776128 olan hesablaşma elektrik sayğacı quraşdırılmışdır. Sayğacın çıxışında açma cərəyanı 40 A olan avtomat açar mövcuddur. TYS-nin 0,4 kV-luq çıxışında xx.xx.2023-cü il tarixində saat 1220 radələrində gərginlik həddi ölçülərkən fazalar üzrə 221 V, 223 V, 218 V, vətəndaşa məxsus fərdi yaşayış evinin hesablaşma elektrik sayğacının ekranında isə 214 V olduğu müəyyən olunmuşdur. Qeyd olunmuşdur ki, sözügedən ərazinin enerji təchizatının təmin olunduğu 35/10 kV-luq «Zərdab» yarımstansiyasında və yarımstansiyanın qidalandığı 110/35/10 kVluq «Ucar» yarımstansiyasında fəaliyyətdə olan TYS-lərdə gərginliyin tənzimlənməsi qurğusu mövcuddur. Qeyd edilməlidir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş materiallarını və iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq, hazırki mülki işin hallarına yuxarıda qeyd edilən normaları tətbiq edərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun iddia etdiyi faktların təsdiqini tapması üçün kifayət etmir. Belə olan halda, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim edilməsi üçün 71 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı («X1 Agentliyi» PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi ziyanın və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 71 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində («Elektron məhkəmə» informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4613/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4613/2023
22.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver