Məhkəmə qərarları › İş №2(006)-462/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-462/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-462/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı SŞ ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SŞ ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyul 2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 və X6 ölümünə görə İddiaçı SŞ ASC tərəfindən həyata keçirilən cəmi 10.000 manat sığorta ödənişini və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı SŞ ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı SŞ ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 19 iyul 2016-cı il tarixdə Cavabdeh tərəfindən idarə edilən «Briliant H320» markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobil Nərimanov rayonu Ziya Bünyadov prospekti ilə Azadlıq prospekti istiqamətində hərəkətdə olan zamanı yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə yolu soldan sağa keçmək istəyən piyadalar X5 və X9 xəsarət alaraq vəfat etmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh X8 təqsirli olması Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-594/17 saylı hökmündə öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti ASC baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş hər iki şəxsin ölümünə görə 5.000 manat olmaqla, cəmi 10.000 manat sığorta ödənişini həyata keçirmişdir. Cavabdeh hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. Cavabdeh hadisə yerindən yayınması Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-594/17 saylı hökmündə də öz əksini tapmışdır. «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zananı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh cəza çəkdiyi CÇM-nin rəhbərliyi vasitəsi ilə iddia ərizəsinin surəti və əlavə edilmiş sənədlər göndərilmiş, lakin o, iddia ərizəsinə dair etiraz və mülahizələrini məhkəməyə göndərməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 10.09.2015-ci il tarixdə bağlanmış PAT********** nömrəli sığorta müqaviləsinə əsasən Cavabdeh məxsus olan «Briliant H320» markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi icbari sığorta növü üzrə sığortalanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2017-ci il tarixli 1(101)-594/2017 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi «Briliant H320» markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu Ziya Bünyadov prospekti ilə Azadlıq prospekti istiqamətində hərəkətdə olan zamanı yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə yolu soldan sağa keçmək istəyən piyadalar X5 və X9 aldıqları xəsarətlərdən vəfat etmişlər. Cavabdeh yol-nəqliyyat hadisəsi yerini tərk etmişdir. 06.04.2017-ci il tarixli 037195 saylı sığorta aktına əsasən İddiaçı SŞ ASC tərəfindən 5.000 manat məbləğində sığorta ödənişinin mərhum X1 yaxını X4 ödənilməsi qərara alınmış sığorta ödənişi X3 hesabına köçürülmüşdür. 15.03.2017-ci il tarixli 036590 saylı sığorta aktına əsasən İddiaçı SŞ ASC tərəfindən 5.000 manat məbləğində sığorta ödənişinin mərhum X6 yaxını X10 ödənilməsi qərara alınmış və 16.03.2017-ci il tarixli ödəniş tapşırığına əsasən 5.000 manat məbləğində sığorta ödənişi X3 hesabına köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir, o, hadisə yerini tərk etmişdir və iddiaçının ona qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zananı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, subroqasiya qaydasında köçürülmüş cəmi 10.000 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank) xidməti haqqı Cavabdeh İddiaçı SŞ ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Subroqasiya qaydasında köçürülmüş cəmi 10.000 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank) xidməti haqqı Cavabdeh İddiaçı SŞ ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar