Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4621/2025 28.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "pul" tələbinə dair iş üzrə (açar sözlər: pul tələbi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 19 mart 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanında yerləşən, mülkiyyətçiyə məxsus 33 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 42 kv.m. mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikilmiş binada 58 kv.m. təmirli yeni mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MTKya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. - "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MTK ünvan 1 ünvanında yerləşən, Mülkiyyətçiyə məxsus 33 saylı mənzinin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirib. Sökülən həmin binada “Mülkiyyətçi”-nin ümumi sahəsi 42 kv.m. olan sökülmüş mənzilin əvəzinə, yeni tikiləcək binada 58 kv.m. yeni mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verir. “Mülkiyyətçi” Cavabdeh əlavə 11730 (on bir min yeddi yüz otuz) manat ödəniş edəcəyini nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m olan 245 saylı mənzilin onun adına sənədləşdirilməsi təmin edilir. Cavabdeh tərəfindən 11730 (on bir min yeddi yüz otuz) manat tam ödənildikdən sonra yeni mənzilə dair sənədlər (protokoldan çıxarış və borcun olmadığına dair maliyyə arayışı) ona təqdim ediləcək. - Cavabdeh əl imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, o, "xxxx" MTK-ya 1500 manat məbləğində ödəniş etmişdir. - "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli, 2743 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M. Qaşqay küçələrinin kəsişməsi ünvanında tikilən yaşayış binası İddiaçı MTK-ya məxsusdur. Qeyd olunan ünvanda 19 mart 2021-ci il tarixli müqaviləyə əsasən mənzilin pay haqqı vətəndaş Cavabdeh (FİN: xxxxxxx) tərəfindən 08 aprel 2024-cü il tarixində 1500 (min beş yüz) manat məbləğində ödənilmişdir. Kooperativə qalıq borcu 10230 (on min iki yüz otuz) manat təşkil edir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə 10230 (on min iki yüz otuz) manat vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2-ci bəndinə əsasən, əlavə olaraq verilmiş 11 kv.m mənzilin 1kv.m-nə 1066 manat olmaqla, ümumilikdə 11730 manat vəsait ödəməli idi. Onlar tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq icra edilmiş və 2023-cü ilin iyul ayında mənzil təmirli olaraq cavabdehə təhvil verilmişdir. Lakin, iki il keçməsinə baxmayaraq cavabdeh bu müddət ərzində yalnız 1500 manat ödəmişdir. Bu günə olan borcu 10230 manat təşkil edir. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. b) məhkəmə icraat iştiakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, habelə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 19 mart 2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə sökülmüş 42 kv.m sahəyə malik mənzilin əvəzinə yeni tikilmiş binada 58 kv.m sahəyə malik mənzil verilməsi nəzərdə tutulmuşdur. Sonradan tərəflər arasında bağlanmış yeni müqavilə ilə cavabdehə 69 kv.m sahəyə malik mənzilin təqdim olunması razılaşdırılmışdır. Beləliklə, ilkin razılaşma ilə müqayisədə əlavə 11 kv.m yaşayış sahəsi cavabdehin mülkiyyətinə verilməli olmuşdur. Məhkəmə qeyd edir ki, göründüyü kimi həmin əlavə sahənin verilməsi ödənişli əsasda razılaşdırılmış, 1 kv.m üçün 1066 manat olmaqla ümumilikdə 11730 manat məbləğin cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə şərtləri tərəflərin qarşılıqlı iradə ifadəsi ilə müəyyən edilmiş və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, cavabdehin imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, o, iddiaçıya 1500 manat məbləğində ödəniş etmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi maliyyə arayışı ilə də həmin məbləğin ödənildiyi və qalıq borcun 10230 manat təşkil etdiyi təsdiq olunur. Cavabdehin qismən ödəniş etməsi onun pul öhdəliyinin mövcudluğunu və məbləğini qəbul etməsini göstərir. Məhkəmə araşdırması zamanı iddiaçının üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi, yeni mənzilin tikilərək təmirli vəziyyətdə cavabdehə təhvil verildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi barədə hər hansı sübut təqdim olunmamışdır. Belə olan halda, cavabdehin müqavilə ilə üzərinə götürdüyü pul öhdəliyini tam həcmdə icra etməməsi əsaslı hesab edilə bilməz. İş materialları ilə təsdiq olunan 10230 (on min iki yüz otuz) manat məbləğində borcun mövcudluğu nəzərə alınaraq, həmin vəsaitin cavabdehdən tutulması barədə iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.230 (on min iki yüz otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 10.230 (on min iki yüz otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4621/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4621/2025
28.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver