Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4668/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh8 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı "Nəsimi-11" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyətinin cavabdehlər Əlı̇ yeva Dı̇ lşad Əlı̇ qızı, Cavabdeh14, Rəhı̇ mov Eldar Zərbəli oğlu̇, Şı̇ rı̇ nova Yeganə Fazı̇ l qızı, Mərdəlı̇ yeva Leyla Vı̇ layət qızı, X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, X1, Cavabdeh9, Cavabdeh8, Cavabdeh4, Cavabdeh10 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Nəsimi-11" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyəti cavabdehlər Əlı̇ yeva Dı̇ lşad Əlı̇ qızı, Cavabdeh14, Rəhı̇ mov Eldar Zərbəli oğlu̇, Şı̇ rı̇ nova Yeganə Fazı̇ l qızı, Mərdəlı̇ yeva Leyla Vı̇ layət qızı, X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, X1, Cavabdeh9, Cavabdeh8, Cavabdeh4, Cavabdeh10 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 hazırki məqamda tərəflərindən dövlət rüsumunun ödənilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, dövlət rüsumunun ödənilməsi üçün iddiaçı tərəfə məhkəmə tərəfindən kifayət qədər şərait yaradılmış olsa da, iddiaçı tərəf bundan yayınır. Ona görə də mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh8 mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Digər proses iştirakçıları isə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə hazırlıq iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı "Nəsimi-11" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyətinin cavabdehlər Əlı̇ yeva Dı̇ lşad Əlı̇ qızı, Cavabdeh14, Rəhı̇ mov Eldar Zərbəli oğlu̇, Şı̇ rı̇ nova Yeganə Fazı̇ l qızı, Mərdəlı̇ yeva Leyla Vı̇ layət qızı, X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, X1, Cavabdeh9, Cavabdeh8, Cavabdeh4, Cavabdeh10 qarşı "pul" tələbinə dair iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi iddia ərizəsi verildiyi zaman iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Bununla bağlı bir neçə məhkəmə iclasında iddiaçı tərəfə məhkəmə tərəfindən zəruri şərait yaradılsa da, yenə də iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsinə dair müvafiq sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "Nəsimi-11" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyətinin cavabdehlər Əlı̇ yeva Dı̇ lşad Əlı̇ qızı, Cavabdeh14, Rəhı̇ mov Eldar Zərbəli oğlu̇, Şı̇ rı̇ nova Yeganə Fazı̇ l qızı, Mərdəlı̇ yeva Leyla Vı̇ layət qızı, X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, X1, Cavabdeh9, Cavabdeh8, Cavabdeh4, Cavabdeh10 qarşı "pul" tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4668/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4668/2024
28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver