Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4677/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Nxxxxvan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi Sultanlı Mələk Rövşən qızının iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 3,740,50 (üç min yeddi yüz qırx manat əlli qəpik) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 3,770.90 (üç min yeddi yüz yetmiş manat doxsan qəpik) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Sultanlı Mələk Rövşən qızı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə idarə etdiyi “Dodge Durango” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil Puşkin-Xəqani küçəsində işıqforun icazə siqnalı yanarkən yol ayrıcını girmiş və İddiaçı Sığorta şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobili buraxmayıb onunla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı şəhəri DYPİ-nin CYP 098503 saylı İnzibati Xəta haqqında protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymş ziyanla bağlı “Euro Style” LTD-nin təqdim etdiyi Qüsur aktına uyğun olaraq, həmin avtomobilə 5480 manat ziyan dəymişdir. MİP-1201126- B36 saylı sığorta müqaviləsinə və № 007058 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 250 manat azadolma məbləği çıxılmaqla 5230 manat sığorta ödənişi həyxxxx keçirmişdir. Cavabdehin icbari sığortası “xxxx” Sığorta Şirkəti ASC-nə subroqasiya qaydasında İddiaçı Sığorta Şirkətinə 1489.50 manat məbləğində ödəmişdir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə göndərərək Azərbaycan Respublikası MM-nin 375.1-ci, 375.2-ci və 374.4-cü maddələrinə istinad edərək, İddiaçı Sığorta Şirkəti ASC-nin reqress öhdəliklər üzrə iddia müddətinin buraxılmasını bildirərək, həmin əsasla ona qarşı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını nəzərə alıb, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 007058 saylı sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti azadolma məbləği 250 manat azadolma məbləği çıxılmaqla 5230 manat sığorta ödənişi həyxxxx keçirmişdir. İş materiallarında olan “Euro Style” LTD tərəfindən tərtib edilmiş Qüsur aktından görünür ki, həmin avtomobilə 5480 manat ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət X3 inzibati xəta haqqında CYP 098503 saylı protokolundan görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə idarə etdiyi “Dodge Durango” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil Puşkin-Xəqani küçəsində işıqforun icazə siqnalı yanarkən yol ayrıcını girmiş və İddiaçı Sığorta şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobili buraxmayıb onunla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyxxxx keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət X3 inzibati xəta haqqında CYP 098503 saylı protokolundan göründüyü kimi Cavabdeh1 xx.xx.2014-cü il tarixdə idarə etdiyi “Dodge Durango” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil Puşkin-Xəqani küçəsində işıqforun icazə siqnalı yanarkən yol ayrıcını girmiş və İddiaçı Sığorta şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobili buraxmayıb onunla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. 007058 saylı sığorta aktından göründüyü kimi İddiaçı Sığorta Şirkəti azadolma məbləği 250 manat azadolma məbləği çıxılmaqla 5230 manat sığorta ödənişi həyxxxx keçirmişdir. “Euro Style” LTD tərəfindən tərtib edilmiş Qüsur aktından görünür ki, həmin avtomobilə 5480 manat ziyan dəymişdir. Odur ki, iddia tələbi təmin edilməli, İddia tələbi təmin edilməli, İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 3,740,50 (üç min yeddi yüz qırx manat əlli qəpik) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 3,770.90 (üç min yeddi yüz yetmiş manat doxsan qəpik) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməlidir. Məhkəmə cavabdeh X1 “iddia müddətinin tətbiqi barədə” ərizəyə münasibət bildirərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Azərbaycan Respublikası MM-nin 377.4-cü maddəsinə görə reqress öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. İş materiallarından göründüyü kimi, sığorta hadisəsi xx.xx.2014-cü il tarixdə baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC cavabdehin icbari sığortası “xxxx Sığorta” Şirkəti ASC-nə 1489.50 manat məbləğində ödəniş etmiş və hazırda 3740 manat 50 qəpik dəymiş zərər məbləği reqress qaydada cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda iş üzrə üç illik iddia müddəti deyil, on illik iddia müddəti tətbiq olunmalıdır. Göründüyü kimi iddiaçı on illik iddia müddətini pozmayaraq reqress qaydada zərərin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə iddia müddətinin tətbiqi yolverilməzdir. Ona görə də iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi mümkün deyil. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat 40 qəpik məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 3,740,50 (üç min yeddi yüz qırx manat əlli qəpik) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 3,770.90 (üç min yeddi yüz yetmiş manat doxsan qəpik) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Nxxxxvan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4677/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4677/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver