Məhkəmə qərarları › İş №2(006)-4687/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4687/2025

08.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4687/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 560 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(071)- 493/2020 saylı qətnaməsinə əsasən ondan istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 953.58 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və icra zamanı səhvə yol verilərək ondan qətnamə ilə qət edilmiş məbləğdən artıq məbləğ, yəni 560 manat tutularaq cavabdehin hesabına yatırılmışdır. Qeyd edilən məbləğin qaytarılması ilə bağlı cavabdehə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında bildirdi ki, müxtəlif banklara borcu olduğundan onun kartından artıq pulun tutulmasının kreditə yönəlməsini zənn etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, qətnamə üzrə borc 2022-ci il tarixdə tamamilə ödənilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları: İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)- 493/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 953.58 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan X3 Təchizatı və Satışı İdarəsi Hacıqabul Elektrik Şəbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Hacıqabul icra şöbəsinə ünvanlanmış məktubda göstərilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-493/2020 saylı qətnaməsinə əsasən İddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 953.58 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Sözü gedən qətnamə İddiaçı tərəfindən icra olunmuş və qətnamə üzrə yaranmış borc məbləği onun tərəfindən tam olaraq ödənilmişdir. İş materiallarında olan Hacıqabul rayon icra və probasiya şöbəsinin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, borclunun pensiyasından xx.xx.2024-cü il tarixdə 181.93 manat, xx.xx.2024-cü il tarixdə 181.93 manat, xx.xx.2025ci il tarixdə 196.66 manat olmqla ümumilikdə cəmi 560.52 manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-493/2020 saylı qətnaməsinə əsasən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 953.58 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə borc onun tərəfindən ödənildikdən sonra əlavə olaraq 560.52 manat kart hesabından çıxılmışdır. Bu barədə cavabdeh quruma müraciət etsə də, artıq tutulmuş vəsait ona geri qaytarılmamışdır. Borcun iddiaçı tərəfindən 2022-ci ilədək ödənilməsi işin mübahisəsiz haldır. Belə ki, 30 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən bu hal etiraf edilmişdir. Həmcinin, iş materiallarına əlavə olunan “Abonentin Hərəkət” cədvəli ilə də fakt öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan müəyyən olunur ki, İddiaçı 416974*******8051 saylı kartından xx.xx.2024-cü il tarixdə 181.93 manat, xx.xx.2025-ci il tarixdə 181.93 manat, xx.xx.2025-ci il tarixdə 196.66 manat pul tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qətnamə üzrə borc ödənilsə də, onun kartından 2024-2025-ci illərdə də pul tutulmaları davam etmişdir. Halbuki, məhkəmə iclasında cavabdehin nümayəndəsi qətnamə üzrə borcun 2022-ci il tarixdə tam ödənildiyini vurğulamışdır. Bununla da sübut olunur ki, cavabdeh əsassız olaraq varlanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASCdən 560 manat və ödənilmiş dövlət rüsumuna görə 30 tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 560 manat və ödənilmiş dövlət rüsumuna görə 30 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar