Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4726/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, zərərçəkmiş Kamolova X2 Nuqzar Georqiyeviç 17 yanvar 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq, o cümlədən Binəqədi RPİ-nin 7-ci PB-nə ərizə ilə müraciət edərək həmin gün Zərifə Əliyeva adına göz institutunda əməliyat olunan anası İddiaçı Pavlova Emil adlı həkim tərəfindən heç bir səbəb olmadan nalayiq söyüşlərlə təhqir olunması, döyülməsi barədə məlumat vermişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Məsud Qarayev təhqiqat zamanı müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən X5 adına Milli Oftamologiya Mərkəzində həkim oftalmoloq işləyən Cavabdeh 17 yanvar 2020-ci il tarixdə saat təxminən 10 radələrində mərkəzdə İddiaçı Pavlovanın göz kataraktası diaqnozu ilə əməliyyat edən zaman sonuncudan əməliyyatın gedişinə mane olmamaq üçün hərəkət etməməyi tələb edib bildirsə də, İddiaçı baş nahiyəsini tərpətməməsi səbəbindən yumruq ilə qəsdən onun sifətinin sağ nahiyəsinə vuraraq ona sağ yanaq nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan bədən xəsarət yetirmişdir. İddiaçı 15 yanvar 2020-ci il tarixdə X5 adına göz klinikasında həkim müayinəsindən keçmiş və həkimlər 17 yanvar 2020-ci il tarixdə onu əməliyyat etməyə qərar vermişlər. Buna görə də o, 17 yanvar 2020-ci il tarixdə saat təxminən 08 radələrində həmin göz klinikasına aparılmışdır. Orada onu əməliyyata hazırlayıb saat təxminən 10 radələrində əməliyyat etmişlər. O, əməliyyat masasında olan zaman onu əməliyyat edən sonradan adını bildiyi Emil həkim gözlənilmədən onu nalayiq söyüşlərlə söyüb təhqir edərək heç bir səbəb olmadan yumuruqla onun sağ sifət nahiyəsindən vurmuşdur. O, əməliyyatdan sonra bu barədə oğlu Nuqzara demişdir. Evə gəldikdən sonra Emil həkim İddiaçı oğlu Nuqzara zəng edərək etdiyi hərəkətə görə üzr istəmiş, əməliyyata görə aldığı pulu geri qaytaracağını və onun digər gözünü pulsuz əməliyyat edəcəyini bildirsədə Nuqzar bununla razılaşmamışdır. Təhqiqat zamanı iş üzrə təyin edilərək keçirilmiş məhkəmə tibb ekspertizasının 18 yanvar 2020-ci il tarixli 120 saylı rəyindən görünür ki, 1945-ci il təvəllüdlü İddiaçı Pavlovanın bədənində aşkar edilmiş xəsarət-sağ yanaq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən bir günə qədər əvvəl əmələ gəlmiş və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İddiaçı Pavlovanın bədənində aşkar olunmuş xəsarət 17 yanvar 2020-ci il tarixdə sillə ilə vurulan zərbənin təsirindən əmələ gələ bilər. Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 7-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Məsud Qarayev tərəfindən əsassız 29 yanvar 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 7-ci PB-nə göndərilmişdir. X9 barəsində inzibati tədbirlər görülmüşdür. Müstəntiq Cavabdeh izahatını əsas götürərək, yəni İddiaçı əməliyyat zamanı yaşı və əməliyyatdan əvvəl keçirtdiyi insultla bağlı qeyri-adekvat hərəkətlər etməsi səbəbindən onu sakitləşdirmək üçün sillə ilə sifət nahiyəsindən qəsdən vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Buna görə də Emil Süleymanovun göstərdikləri özünümüdafiə xarakteri daşımaqla cinayət əməli təkzib olunmuşdur. Ancaq təhqiqat materiallarından görünür ki, X7 Kamolovanı söyüş söyməklə təhqir etmiş və ona qarşı zor tətbiq etmişdir. Emil Süleymanov etdiyi əməllərdə heç bir özünü müdafiə xarakteri yoxdur. Emil Süleymanovun kişi həkimi olduğunu, Yuliya Kamolovdan qat-qat güclü olduğunu nəzərə alsaq, İddiaçı 1945-ci il təvəllüdlü olduğundan ona qarşı heç bir zor və ya müqavimət göstərmək üçün gücü olmamışdır. Onun üçün də Emil Süleymanovun və müstəntiqin göstərdiyi, E.Süleymanovun İddiaçı cərrahi əməliyyat edən zaman sonuncunun qeyri-adekvat hərəkətlərindən özünü müdafiə etmək üçün qarşısını almaq üçün yumruqla onu vurması həqiqətə uyğun deyil. X6 araşdırma zamanı göstərdiklərinin, yəni özünü müdafiə etmək üçün İddiaçı qeyriadekvat hərəkətlərinin qarşısını almaq üçün törətdiyi əməl doğru olsa belə, Emil Süleymanov zəruri müdafiə həddini aşmışdır. Həmçinin, X5 adına Oftalmologiya Mərkəzində həkim oftalmoloq işləyən Cavabdeh vəzifəli şəxs olduğu nəzərə alınmalıdır. Vəzifə səlahiyyətlərini aşma ümumi cəhətdən ondan ibarətdir ki, vəzifəli şəxs qanunla ona verilmiş hüquq və səlahiyyətlərdən kənara çıxan davranışa yol verir. Cavabdeh İddiaçı gözünü əməliyyat edən zaman əməliyyat otağında olan əməliyyatda iştirak edəcək həkim heyətinin üzərində rəhbər olduğunu, həmçinin əməliyyatın onun tərəfindən aparıldığını, həmçinin əməliyyatda iştirak edəcək şəxslərin ona tabe olduğunu və onun göstərişləri ilə hərəkət etdiyini nəzərə alaraq Cavabdeh əməliyyat zamanı vəzifəli şəxs olduğu nəzərə alınmalıdır. Cavabdeh da ona verilmiş hüquq və səlahiyyətlərindən kənara çıxan davranış edərək İddiaçı söyüşlə təhqir edərək onun sağ sifət nahiyəsinə yumruqla vuraraq “sağ yanaq nahiyəsinin qançırı” xəsarətini yetirərək ona mənəvi və fiziki ziyan vurmuşdur. Cavabdeh bu əməli nəticəsində İddiaçı konstitusiyon hüquqları pozulmuş, onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmuşdur. Cavabdeh zor tətbiq edərək yəni, İddiaçı zərbə vuraraq, onun sağlamlığına zərər vurmuş, ona fiziki ağrılar yetirməsi, onun azadlığının məhdudlaşdırılması ilə müşayiət olunan hərəkətlər etməsi başa düşülməlidir. Bundan başqa, İddiaçı aid olan “xəstənin tibb kitabçasına” baxdıqda İddiaçı əməliyyatdan öncə və əməliyyat zamanı qeyri-adekvat hərəkətlər etdiyi qeyd olunmuşdur. Əməliyyat edən həkim həmin halları gördüyü halda nə üçün İddiaçı əməliyyat etmişdir. Həmin kitabçada anestezioloqun qeydində İddiaçı cərrah tərəfindən lokal anasteziya olunduğu qeyd olunmuşdur. İddiaçı lokal anesteziya edildiyi üçün onda hər hansı bir ağrı olmamalı idi. Qeyd olunanlar X9un xəstə İddiaçı hər hansı qeyri-adekvat hərəkətinə qarşı nalayiq söyüşlər söyməsinə və zor tətbiq etməsinə əsas vermir. Emil Süleymanov qanunvericiliyin müvafiq tələblərini və həkimlərin etik davranış qaydaların kobud surətdə pozmuşdur. Bunun nəticəsində İddiaçı sağlamlığına zərər dəymişdir. İddiaçının X5 adına Milli Oftamologiya Mərkəzində həkim oftalmoloq işləyən Cavabdeh tərəfindən göz kataraktası diaqnozu ilə əməliyyat edən zaman İddiaçı fiziki ağrılarla müşayiət olunan xəsarətlər yetirərək həm sağlamlığından, həm də ki pulundan məhrum olmaqla mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İddiaçının insult keçirən adam üçün nalayiq söyüşlərlə təhqir olunma və döyülmə faktı gözündə aparılan əməliyyat zamanı göz nurunun itirilməsi qorxusu, həyəcanı səhhətində pozuntular yaratmış, mənəvi və fiziki əzablar çəkmiş, sarsıntılar keçirmiş, səhhəti ilə əlaqədar ailə üzvlərinin qulluğuna möhtac qalmışdır. X5 adına Milli Oftalmologiya Mərkəzində müayinə, əməliyyat və müalicə ilə əlaqədar, habelə aldığı dərmanlara İddiaçı ümumilikdə 1.200 manat vəsait ödəmişdir. Cavabdehin təqsiri üzündən İddiaçı vurulmuş maddi və mənəvi ziyanın miqdarı, ümumilikdə 51.200 (əlli bir min iki yüz) manat (1.200 maddi+50.000 mənəvi) təşkil edir. Beynəlxalq və yerli qanunvericiliyin tələbinə müvafiq olaraq İddiaçı dəymiş maddi və mənəvi ziyan cavabdeh - ünvan 2 ünvanında yerləşən X5 adına Milli Oftalmologiya Mərkəzində həkim oftalmoloq işləyən Cavabdeh təqsiri nəticəsində yarandığı və bu səbəbdən də İddiaçı qarşısında məsuliyyət daşıdığı üçün pozulmuş hüquqların bərpası, dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq, eləcə də dövlət rüsumu kimi ödənilən 30 manat pulun, ümumilikdə 11.130 (on bir min yüz otuz) manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsi zəruridir. Göstərilənlərə əsasən İddiaçı sağlamlığına dəymiş maddi zərərin əvəzi olaraq 1.200 manat və mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun və eləcə də dövlət rüsumu kimi ödənilən 30 manat pulun, ümumilikdə 51.230 (əlli bir min iki yüz otuz) manat məbləğində pulun cavabdeh X5 adına Milli Oftalmologiya Mərkəzində həkim oftalmoloq işləyən Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Cavabdehin iddiaçını vurması öz təsdiqini tapmamışdır. Hazırki iddia böhtan xarakterlidir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Məsud Qarayev tərəfindən qəbul edilmiş 29 yanvar 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə vətəndaş Cavabdeh barəsində cinayət işi başlanmasının rədd edilməsi, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin 7-ci PB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, təhqiqat zamanı iş üzrə təyin edilərək keçirilmiş məhkəmə tibb ekspertizasının 18 yanvar 2020-ci il tarixli, 120 saylı rəyinə əsasən, 1945-ci il təvəllüdlü İddiaçı bədənində aşkar edilmiş xəsarət-sağ yanaq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən bir günə qədər əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İddiaçı bədənində aşkar olunmuş xəsarət 17 yanvar 2020-ci il tarixdə sillə ilə vurulan zərbə nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Taleh Qarayev tərəfindən qəbul edilmiş 08 sentyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, toplanmış təhqiqat materiallarına əsasən vətəndaş İddiaçı 17.01.2020-ci il tarixdə Binəqədi RPİ 7-ci PB-yə yazdığı ərizədə qeyd etdiyi xüsusatlar, yəni X5 adına Milli Oftalmologiya mərkəzində həkim Cavabdeh tərəfindən əməliyyat olunan zaman döyülməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, alınmış izahatlar və toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, həkim Cavabdeh pasient İddiaçı döyməmiş, sonuncunun dedikləri tamamilə şər və böhtan xarakterlidir. Buna görə də toplanmış materialda heç bir cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməlidir. İş materiallarında olan X1 notarial qaydada təsdiq edilmiş 23.01.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 17 yanvar 2020-ci il tarixində X5 adına Milli Oftalmologiya Mərkəzində həkimoftalmoloq Cavabdeh tərəfindən kataraktanın xaric olunması əməliyyatı keçirmişdir. Onu Zədə şöbəsinin 312 nömrəli palatasına yerləşdirmişlər. Həmin gün eyni palatada yerləşdirilən xəstə İddiaçı Cavabdeh tərəfindən eyni əməliyyat olunmuşdur. Əməliyyatdan sonra saat 11:00 radələrində xəstə İddiaçı evə gedərkən heç bir şikayət təqdim etmirdi, ümumi vəziyyəti yaxşı idi, ağlamırdı, üzündə heç bir zədə əlaməti yox idi. Eyni zamanda, onun da əməliyyatı tam ağrısız keçib, həkim tərəfindən yalnız diqqət və qayğı görmüşdür. İş materiallarında olan X3 notarial qaydada təsdiq edilmiş 23.07.2021-ci il tarixli ərizəsindən görünür ki, O, X5 adına Milli Oftalmologiya Mərkəzində həkim-reanimatoloq vəzifəsində çalışır. 17.01.2020-ci il tarixində X5 adına Milli Oftalmologiya Mərkəzində xəstə İddiaçı həkim-oftalmoloq Cavabdeh tərəfindən əməliyyat olunmuşdur. Həmin əməliyyat zamanı anestezioloq kimi orda olmuşdur. Xəstənin ağır somatik vəziyyətini nəzərə alaraq (keçirilmiş insult, Afaziya) yerli anesteziya məsləhət görülmüşdür. Əməliyyat zamanı xəstə ona deyilən sözlərə əməl etməyərək özünü qeyri-adekvat apararaq başını tərpətdiyi üçün həkim əməliyyatı xəstənin başını əllə tutmağa davam etdirmək məcburiyyətində qalmışdır. Həkim xəstənin sifət nahiyyəsinə ümumiyyətlə toxunmamışdır, zərbə vurmadan isə ümumiyyətlə söhbət gedə bilməz. Əməliyyat uğurla başa çatdırılmışdı, xəstə palataya yerləşdirilmişdir. Orada olduğu müddətdə xəstənin heç hansı narazılığının belə şahidi olmamışdır. Sonradan öyrənmişdir ki, həmin xəstə heç bir səbəb olmadan həkim oftalmoloq Cavabdeh şikayət etmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü- mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona cavabdeh tərəfindən maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4726/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4726/2021
20.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver