Məhkəmə qərarları › İş №2(006)-473/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-473/2021

26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-473/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X11 və Cavabdeh iştirakı ilə, İddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə görə ödənilmiş 7700 manatın, təmirə görə ödənilmiş 768 manatın, hüquqi yardıma görə 500 manatın və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X21 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı özünə avtomobil almaq istərkən Cavabdeh ilə tanış olmuş, 2017-ci ilin yanvar ayında ona məxsus olan Mersedes Benz markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərində yerləşən 6 saylı Dövlət Notariat Kontorunda qardaşı X4 adına etibarnamə əsasında 7700 manat ödəməklə almış və sonradan AR DİN BDYP İdarəsinin Lənkəran 5 saylı RQİB-də həmin avtomobilə dair alqısatqı müqaviləsi bağlamaqla qardaşının mülkiyyətinə keçirmişdir. Avtomobili bir neçə vaxt idarə etdikdən sonra təmir etdirib 2017-ci ilin aprel ayında X12 etibarnamə vermək yolu ilə satmışdır. O da həmin etibarnamə əsasında avtomobili həyat yoldaşı Qəmər Məmmədovanın mülkiyyətinə keçirmişdir. Sonradan məlum olmuşdur ki, mübahisəli avtomobil qanunsuz olaraq satılmışdır. Belə ki, iddiaçılar X23 və X9 həmin avtomobilə görə İddiaçı qarşı avtomobilin geri qaytarılması tələbinə dair mülki iddia qaldırmış, Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsinə əsasən həmin avtomobilin Məmmədli Mizağadan alınaraq iddiaçılara qaytarılması qərara alınmışdır. Həmin qətnamə icraya yönəldilməklə 10 iyun 2019-cu ildə Masallı rayon İcra və probasiya şöbəsinin tərtib etdikləri akt əsasında X7 iddiaçılar İ.Kərimova və D.İlyasovaya təhvil verilmək üçün alınmışdır. Hal-hazırda X26 Mirzağaya qarşı Masallı Rayon Məhkəməsində iddia qaldıraraq mübahisə olunan avtomobilə görə verdiyi pulu tələb etmiş, Masallı Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin olunaraq 8.300 manat pulun Məmmədli Mizağadan tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bu səbəbdən də Məmmədli Mizağa reqres qaydada həmin avtomobili ona satmış Cavabdeh qarşı eyni tələblə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Çünki aralarındakı mübahisəni sülh yolu ilə həll etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və ona hüquqi yardım etmək üçün vəkil tutmuşdur. Vəkillə bağlanan müqaviləyə 500 manat pul ödəmişdir. Həmçinin avtomobili aldıqdan sonra onu təmir etdirərək təmirə görə 768 manat pul xərcləmişdir. Hesab edirik ki, həmin pullar da cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2016-cı ilin axırlarında Abbas Cəlilov adlı şəxs mübahisəli avtomobili tapıb X1 almış, sonra isə təcili pul lazım olduğundan Abbas satmaq qərarına gəlmiş, sözügedən avtomobili maşın bazarına çıxarmışdır ki, avtomobili satsın. Orada Abbas həmin avtomobili satarkən iddiaçı X20 ilə orada tanış olmuş, 7700 manata yox, 5500 manata razılaşmışdır. Sadəcə olaraq Abbas Cəlilovun şəxsiyyət vəsiqəsi olmadığından vaxtilə X1 avtomobili alarkən etibarnamə onun adına yazılmışdır. Abbas Cəlilov etibarnaməni onun adına yazdırdığından Abbas Cəlilov, o və İddiaçı Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna gedərək orada o, iddiaçı X13 öz adından etibarnamə vermişdir. İddiaçı X20 isə 5500 manat pulu Abbas Cəlilova vermiş və orada Abbas Cəlilov pulu saydıqdan sonra 6 saylı Dövlət Notariat Kontorundan çıxıb getmişlər. İddiaçı əvvəla ona pul verməmiş və bu barədə hər hansı bir mötəbər sübutu yoxdur, əgər varsa təqdim etsin. Heç kim ona pul verməmişdir. Beləliklə, iddiaçı X20 ümumiyyətlə iddia tələbini ona qarşı qaldırmaqda səhvliyə yol vermişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında şahid kimi dindirilmiş X31 ifadəsində bildirdi ki, o, iddiaçı ilə eyni kənddəndir. Maşının alınması zamanı bir yerdə olmuşlar. O, maşın alqısatqısı ilə məşğul olur. Maşın alınan gün orda olmuş, lakin alqı-satqının rəsmiləşdirilməsində iştirak etməmişdir. İştirak etdiyi məhkəmə iclasında şahid kimi dindirilmiş X14 ifadəsində bildirdi ki, o, maşın alınan zaman orda olmuş, maşına texniki baxış keçirmişdir. Mirzağanı tanıyır, cavabdehi isə şəxsən tanımır və adını, soyadını bilmir. Lakin iddiaçı maşını cavabdehdən almışdır. Onlar hardasa 7700-8000 manat civarında maşının qiymətində razılaşmışlar. Məhkəmə iclasında şahid kimi dindirilmiş X24 ifadəsində bildirdi ki, o, Ruslanı çoxdan tanıyır. İşlə bağlı münasibətləri olmuşdur. Bir gün Ruslanla birlikdə olarkən Ruslana zəng gəlmiş və Abbas adlı şəxs Ruslana etibarnamə vermək lazım olduğunu bildirmişdir. Gedib etibarnamə vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan X17 (satıcı) ilə X20 (alıcı) arasında bağlanmış 09 yanvar 2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X20 arasında bağlanmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, V.Musayev özünə məxsus "Mercedes Benz" markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət yol Polis İdarəsinin "Mercedes Benz" markalı **-XT-*** (köhnə **-VF-***) dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından görünür ki, Cavabdeh qeyd edilən avtomobili 08 yanvar 2017-ci il tarixdə etibarnamə əsasında X8 vermişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(005)-683/2018 saylı qətnaməsinin surətindən görünür ki, "Mercedes Benz" markalı **-LB-*** (köhnə **-TG-***) dövlət qeydiyyat nişanlı və "Mercedes Benz" markalı **- XT-*** (köhnə **-VF-***) dövlət qeydiyyat nişanlı avtomobillərin alqı-satqısı barəsində bağlanmış 09.05.2017-ci il tarixli, 12.05.2017-ci il tarixli, 11.09.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, iddiaçılar X23 və X5 məsxus avtomobillərin cavabdehlər X6 və İddiaçı alınaraq X23 və X5 geri qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(103)-6610/2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(005)-683/2018 saylı qətnaməsindən cavabdehlər X18 və X15 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(005)-683/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(050)- 1058/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 8300 manat və dövlət rüsumuna ödənilmiş 30 manatın alınaraq X16 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 01.06.2021-ci il tarixli, 557743 №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ona hüquqi xidmətin göstərilməsinə görə vəkil X19 500 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh 08.01.2017-ci il tarixdə etibarnamə əsasında "Mercedes Benz280" markalı, **- XT-*** (köhnə **-VF-***) dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının qardaşı X8 vermiş, 09.01.2017-ci il tarixdə həmin avtomobil İddiaçı adına keçirilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, "Mercedes Benz280" markalı, **-XT-*** (köhnə **- VF-***) dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətində olmuş, avtomobilin satılmasına dair səlahiyyət vermədən, əldə olunmuş qanunsuz etibarnamə əsasında avtomobil bir neçə şəxsə satılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(005)-683/2018 saylı qətnaməsi ilə 09.05.2017-ci il tarixli, 12.05.2017-ci il tarixli, 11.09.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, iddiaçılar X23 və X5 məsxus avtomobillərin cavabdehlər X6 və İddiaçı alınaraq X23 və X5 geri qaytarılması qət edilmişdir. Hazırda İddiaçı "Mercedes Benz280" markalı, **-XT-*** (köhnə **-VF-***) dövlət qeydiyyat nişanlı avtomobili qardaşı X4 adına etibarnamə əsasında 7700 manat ödəməklə Cavabdeh aldığını bildirərək həmin pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, "Mercedes Benz 280" markalı, **-XT-*** (köhnə **-VF-***) dövlət qeydiyyat nişanlı avtomobil ayrı-ayrı şəxslərin qanunsuz sahibliyində olmuş, İddiaçı avtomobilə dair etibarnamənin qanunsuz olduğunu bilmədən Cavabdeh 7000 manat ödəməklə həmin avtomobili 08.01.2017-ci il tarixdə qardaşının adına almış, 09.01.2017-ci il tarixdə isə öz adına keçirmişdir. Hazırda həmin avtomobil əvvəlki mülkiyyətçilərinə təhvil verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı hesabına əsassız olaraq varlanmışdır. Məhkəmə iclasında cavabdeh avtomobilin Abbas Cəlilov adlı şəxs tərəfindən iddiaçıya satıldığını, lakin Abbas Cəlilovun həmin avtomobili alarkən şəxsiyyət vəsiqəsi olmadığından etibarnamənin onun adına yazıldığını, bu səbəbdən də X13 öz adından etibarnamə verməli olduğunu və iddiaçıdan hər hansı pul məbləği almadığını bildirsə də, məhkəmə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim olunmuş çıxarışa əsasən "Mercedes Benz280" markalı, **-XT-*** (köhnə **-VF-***) dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən etibarnamə əsasında X8 verildiyini və bunun əksini təsdiq edən hər hansı mötəbər sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq cavabdehin etirazını əsassız hesab edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il taixli qərarı) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, bağlanmış alqı-satqı müqaviləsinə əsasən avtomobilin 7000 manata satıldığı müəyyən olunduğundan, avtomobilə görə ödənilmiş 7000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin avtomobilin təmirinə görə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, avtomobil iddiaçının istifadəsində olduğu müddətdə onun şəxsi mənafeləri üçün istifadə edildiyindən və bununla bağlı iddiaçının maddi ziyana düşməsində cavabdehin təqsirli hərəkəti olmadığından tələb bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə - 300 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə görə ödənilmiş 7000 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar