Məhkəmə qərarları › İş №2(006)-4730/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4730/2022

22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4730/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı "kommunal borcların və vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı "kommunal borcların və vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə görə sentyabr 2022-ci il tarixinə "xxxx" MMMC-nin fonduna olan 3360 manat borcu və növbəti aylarda 95 manat kommunal xidmətlər ödənişlərini, ümumi əmlaka vurulmuş 220 manat zərəri və ödənilmiş 55.80 manat dövlət rüsumunu "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixində Bakı şəhəri, Nəzimi rayonu, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Süleyman Rüstəm küçəsi 61 və Qulu Quliyev küçəsi 21 ünvanlarında yerləşən dörd ədəd çoxmənzilli yaşayış binalarının sahə mülkiyyəiçilərinin birgə keçirdiyi Ümumi Yığıncağının nəticəsi olaraq bu kompleksdə “Nəsimi-8" MMMC-si təsis edilmişdir. Bu cəmiyyətin idarə etmə heyəti seçilmiş və AR Mənzil Məcəlləsinin 127.4-cü maddəsinə və Cəmiyyətin Nizamnaməsinin 8.4 maddəsinə əsasən idarə heyyəti oz tərkibindən sədr seçmişdir ki, hal-hazırda cəmiyyətin sədrliyi X5 həvalə edilmişdir. xx.xx.2017-ci il tarixindən bugünə kimi “Nəsimi-8" MMMC-nin idarəetmə tərkibi tam olaraq könüllü fəaliyyət göstərir, əsas məqsəd daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən. Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarət olmuşdur. Yaşayış kompleksində, xx.xx.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binalann ümumi əmlakının saxlanılması, istismarı, təmiri və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı (165 kv m) mənzillər ücün - 65 (altmış bes) manat, 4 otaqlı (205 kv.m) mənzillər üçün - 85 (səksən bes) manat təyin olunmuşdur. Lakin, sözügedən çoxmənzilli yaşayış binalarınn sakini ünvan 1 ünvanında yerləşən mənzilin sahibi Cavabdeh uzun illərdir ki, kommunal xərclərini qəsdən ödəmir və bununla da “Nəsimi-8" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə problemlər yaşadır. Belə ki, Cavabdeh 2017-ci ilin may ayından 4 otaqlı mənzilinə görə hər ay 85 manat, 2021-ci ilin Mart ayından etibarən isə 4 otaqlı mənzilə görə hər ay 95 manat olmaqla "xxxx" MMMC-nin fonduna olan borcu Sentyabr 2022-ci il tarixi üçün 3360 manat (üç min üç yüz altımış manat) təşkil edir. Yaranmış borclarla bağlı cavabdehə dəfələrlə ünvanlandırdıqları bildirişlərə şifahi münasibət bildirsə də, ödəniş etməkdən daimi olaraq yayınıb və bugünə qədər də ödəməyib. Əlavə olaraq bildirir ki, Cavabdeh Yadıılla oğlu və onun həyat yoldaşı Süleyman Rüstəm küşəsi 61 ünvanında yerləşən hər iki liftlərin istifadəsi üçün daxilində quraşdırılmış cihazı qəsdən sındıraraq çoxmənzilli binanın ümumi əmlakına zərər vurmuşlar. Bu hadisə liftlərin daxilində quraşdırılmış videogörüntüdə öz sübutunu tapır. “Nəsimi-8" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti iddia qaldıraraq Cavabdeh Yadıılla oğlunun: • Sentyabr 2022-ci il daxil olmaqla yığılmış 3360 manat (üç min üç yüz altımış manat) olan borcunu və növbəti aylarda 95 manat olmaqla kommunal ödənişlərini ‘‘Nəsimi-8" MMMC- nin fonduna məcburi qaydada ödənilməsi barədə; • Süleyman Rüstəm küçəsi 61 ünvanında yerləşən hər iki liftlərin istifadəsi üçün daxilində quraşdırılmış cihazı qəsdən sındırarkən uNəsimi-8" MMMC-nə vurulmuş 220 manat (iki yüz iyirmi manat) zərərin məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş edirlər. İddianı onunla əsaslandırırlar ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 45.5-ci maddəsində təsbit olunmuşdur ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Bu Məcəllənin 122.3-cü maddəsinə əsasən isə Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqlann əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinin tələblərinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Həmin Məcəllənin 135.2.3-cüvə 135.2.4-cü maddələrinə görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan Həmin Məcəllənin 138.4cü maddəsinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-cimaddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Həmin Məcəllənin 138.5-ci maddəsinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Hazırki işin hallarını xatırladaraq qeyd edirlər ki, cavabdeh ilə "xxxx" MMMC arasında kommunal xidmətlərin ödənilməsi barədə miıqavilə bağlanılın, kommunal xidmətlərin miqdarı ilə bağlı məsələ mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti üzvlərinin ümumi yığıncağının qərarına əsasəıı öz, təsdiqini tapmışdır Yuxanda qeyd olunan maddələrin tələblərini nəzərə alaraq hesab edirlər ki, ümumi yığıncaqda qəbul edilmiş qərarın icrası məcburi olduğundan, onlar, yəni "xxxx" MMMC-si cavabdehdən kommunal xərclərin ödənilməsini tələb etməkdə haqlıdırlar. Belə ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarından görünür ki: -"xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi; -Nəsimi-8”mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsi. -“Nəsimi-8" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; -“ünvan 2 ünvanının müəyyən edilməsi; -“ünvan 3 qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək, Nəsimi-8” mənzil mülkiyyətçilə inin müştərək cəmiyyətinin təsis edilməsi; -"xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsi yekdilliklə qərara alınmışdır. "xxxx"mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır. "Nəsimi-8” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri X1. Kompleksdə, xx.xx.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift- servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaulı mənzillər üciiıı - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər üciiıı - 85 (səks.uı beş) manat təyin olunmuşdur. Sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 28.04,2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Miistərək Cəmiyyətinin nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmiçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan oıun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. Cavabdeh kompleksdə təyin olunmuş aylıq ödənişlərlə May 2017ci il tarixindən məlumatlıdırlar və bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayırlar. Sadəcə məqsədi müxtəlif yalan və bəhanələrlə təyin edilmiş öhdəciklərdən yayınmaq, "xxxx" MMMC-nin istər əvvəlki istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədə-qorxular edərək ödənişlərdən yayınır. Lakin, "xxxx" MMMC-i Qanunun Aliliyinə tam inanaraq, sakinlər arasında heç bir ayrı-seçkilik etmədən bütün sakinləri Qanuna riayət etməyə çağırır. Axı cavabdeh ödəniş etməməklə digər sahə mülkiyyətçilərin hüquqlarına toxunmuş olur, axı digər sahə mülkiyyətçiləri onun əvəzini ödəməli deyirlər. "xxxx" MMMC-nin 156 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 27 ivun 2019cu il tarixli protokolundan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdınlma və müxtəlif təkmilləşdirmə işləri haqqında, yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 11 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. "xxxx" MMMC idarə heyətinin sədri X2. "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin imzalanması və təqdim olunması üzrə səlahiyyətli şəxs X2. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift- servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği 3 otaqlı mənzillər iiçün - 65 (altmış bes) manat; 4 otaqlı mənzillər üciin - 85 (səksən bes) manat təvin olunmuşdur Deməli, iki il keçməsinə baxmayaraq, müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, bir çox təmir materiallarının bahalaşması, AR-da minimum əmək haqqının artması və sair kimi amillərə baxmayaraq, "xxxx" MMMC-i xx.xx.2017-ci il tarixində təyin olunmuş aylıq ödəniş tariflərini qaldırmamış, sakinlərdən yeganə xahişi əl-ələ verərək yaşayış kompleksini daha da abadlaşdırmaq, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini istəyirlər. Azərbaycan Respublikasının Tarif Şurasının 31.01 2021 -ci il tarixli iclasının qərarına əsasən su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri 01 Fevral 2021-ci il tarixdən etibarən əhali üçün 0,5 AZN-dən 1 AZN səviyyəsinə qaldırılmışdır, Kompleksin mənzillərinə mərkəzləşdirilmiş isti və soyuq suyun NƏSİMİ-8 MMMC tərəfinciən verilməsini nəzərə alaraq Cəmiyyətin İdarə Heyətinin qəbul etdiyi qərara əsasən 1 Mart 2021-ci il tarixdən etibarən sahə mülkiyyətçiləri tərəfindən fonda ödəniləcək aylıq haqların məbləği: 3-otaqlı mənzillər üçün - 75 AZN, 4-otaqlı mənzillər üçün 95 AZN hesablanması haqqırda qərar qəbul edilmişdir ki, kompleksin bütün sakinləri bu qərarla tam razı olduqlarını bildirmişlər və ödənişləri vaxtı-vaxtında həhata keçirirlər. Lakin yuxarıda göstəlirən bütün faktiki halların müəyyən edilməsinə baxmayaraq cavabdeh nəinki qanunla müəyyən edilmiş və 156 sahə mülkiyyətçilərinin iradəsi ilə təyin edilmiş aylıq ödənişləri nəinki yerinə yetirmirlər, hətta müxtəlif yollarla "xxxx" MMMC-nin qanuni idarəetməsinə mane olurlar. Bəs əgər ödəniş etmirlərsə onda nə haqla bütün xidmətlərdən istifadə edirlər? onlann əvəzinə məgər digər sakinlər ödənişlər etməlidirlər? "xxxx" MMMC-nin 192 sahə mülkiyyətçisi iştirak etmis ümumi yığıncağının 30 iyııl 2021-ci il tarixli protokolundan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdınlma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 9 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. "xxxx" MMMC idarə heyətinin sədri X7 yenidən seçilmişdir. "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin imzalanması və təqdim olunması üzrə səlahiyyətli şəxs X2. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift- servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı (165 kv.m) mənzillər ücün - 75 (yetmiş beş) manat; 4 otaqlı (205 kv.ııı) mənzillər üçün - 95 (doxsan beş) manat təyin olunmuşdur. Cavabdeh kompleksdə təyin olunmuş aylıq ödənişlərlə Oktvabr 2017-ci il tarixindən məlumatlıdır və bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 192 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayır. Sadəcə məqsədi müxtəlif yalan və bəhanələrlə təyin edilmiş öhdəciklərdən yayınmaq, "xxxx" MMMC-nin istər əvvəlki istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədə-qorxular edərək ödənişlərdən yayınmaqdır. Yaranmış borclarla bağlı cavabdehə dəfələrlə ünvanlandırdıqları Bildirişlərə şifahi münasibət bildirsə də, ödəniş etməkdən daimi olaraq yayınıb və bugünə qədər də ödəməyib. "xxxx" MMMC-nin 192 sahə miilkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolunun 3.9-cu bəndindən görünür ki, Cəmiyyətin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ: • 3 aydan 1 ilə qədər olan yığılmış borclara görə sakinlərdən həmin borcun 10%ni, • 1 ildən 2 ilə qədər olan yığılmış borclara görə sakinlərdən həmin borcun 15%ni, • 2 ildən yuxarı müddət üçün isə yığılmış borclara görə sakinlərdən həmin borcun 20%- ni əlavə olaraq vurulmuş zərərin əvəzi kimi tələb edilməsi məsələsi səs çoxluğu ilə təstiq edilmişdir. "xxxx" MMMC-nin ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolunun 3.9-cu bəndi “Mənzil Məcəlləsinin 122.4-cü naddəsinə əsaslandıraraq xatırladırlar ki, “Mənzil Məcəlləsinin 122.4-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin taın ödənilməsini məhkənıə qaydasında tələb etmək hüququ vardır. Hazırki işdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə görə "xxxx" MMMC-nin fonduna olan bordan 2017-ci ildən başlayaraq yığıldığıdan və yığılmış əsas borcun məbləği sentyabr 2022-ci il daxil olmaqla 2800 manat (iki min səkkiz yüz manat) olduğundan həmin borcun 24 aydan çox müddət üçün olduğundan "xxxx" MMMCnin ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolunun 3.9-cu bəndini tətbiq edərək həmin borcun 20%-ni əlavə olaraq vurulmuş zərərin əvəzi kimi tələbi irəli sürərək qarşılıqlı iddia üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə görə sentyabr 2022-ci il tarixinə "xxxx" MMMC-nin fonduna olan 3360 manat (üç min üç yüz altımış manat) borcu və növbəti aylarda 95 manat (doxsan beş manat) kommunal xidmətlər ödənişlərini "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsini Məhkəmədən xahiş edirlər. Eyni zamanda xatırladırlar ki, AR-nın İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cii maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə - ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Odur ki, göründüyü kimi, "xxxx" MMMC-nin 192 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolunun 3.9-cu bəndi daha az miqdarda, 100- 150% deyil cəmi 20% əlavə olaraq vurulmuş zərərin əvəzi kimi tələb təsdiq edilmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Qeyd edirlər ki, onlar həmin mülki iş üzrə 55.80 (əlli beş manat səksən qəpik) manat dövlət rüsumu ödəmişlər Həmin xərclər də cavabdehdən tutulub onlara verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı borcu vaxtında tələb etmədiyindən iddia müddəti ötürülmüşdür. Məkhəmədən qeyd olunan mülki işlə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia ərizəsinin rədd olunması və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qeyri-kommersiya qurumlarının Dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarından görünür ki, kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün 65 manat, 4 otaqlı mənzillər üçün 85 manat təyin olunmuşdur. xx.xx.2021-ci il tarixli 090/21 bildirişdən görünür ki, Cavabdeh sentyabr 2021-ci il tarixinə olan 1760 manat borcunu ödəməsi barədə xəbərdar edilmişdir. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün 75 manat, 4 otaqlı mənzillər üçün 95 manat təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş qəzblərdən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə olan borcdan 1020 manat məbləğini ödəmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 55,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Mənzil Məcəlləsinin 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 136.2.1, 136.2.2-ci maddələrinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Mənzil Məcəlləsinin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Mənzil Məcəlləsinin 137.8-137.10-cu maddələrinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh müvafiq ödənişləri vaxtaşırı olaraq ödəməli olduğu halda, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı iddia ərizəsində göstərilən 3360 manatdan borcdan daha 1020 manatının ödənilməsinə dair sübutlar (qəbzlər) məhkəməyə təqdim edilmişdir. Belə olan halda "xxxx" MMMC-nin fonduna olan 2340 manat borc qaldığı müəyyən edilmişdir. Ümumi əmlaka vurulmuş 220 manat zərərin ödənilməsi ilə bağlı qeyd olunur ki, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddianın növbəti aylarda 95 manat kommunal xidmətlər ödənişlərin ödənilməsi ilə bağlı hissəsi əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, iş üzrə Cavabdeh məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsini və iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır 380.1-ci madddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən mütəmadi olaraq borcu etiraf etməsini göstərən hərəkətlər (kommunal borcu üzrə ödənişlər) edildiyindən iddia müddətinin tətbiqi barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sentyabr 2022-ci il tarixinə "xxxx" MMMC-nin fonduna olan 2340 manat borc və ödənilmiş 55.80 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMMC-nin fonduna ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sentyabr 2022-ci il tarixinə "xxxx" MMMC-nin fonduna olan 2340 manat borc və ödənilmiş 55.80 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMMC-nin fonduna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar