Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4739/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçı Khudaverdiev İalchyn-ın, Cavabdeh1 iştirakları ilə, İddiaçı Khudaverdiev İalchyn-ın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Khudaverdiev İalchyn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər arasında xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış öhdəlik müqaviləsi üzrə cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə bağlanmış 4Ə-323 nömrəli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 70 ünvanda yerləşən 17 №-li mənzil üçün Cavabdeh2 ödənilmiş 69000 manat pulun, alqı-satqı və öhdəlik müqaviləsi üzrə ödənilmiş 437 manat dövlət rüsumunun, 100.000 manat təzminatın, kirayə xərci olaraq əldən çıxmış fayda 1200 manat və iddianın verilməsi üçün ödənilmiş 461 manat dövlət rüsumu olmaqla, cəmi 171.098 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2025-ci ilin fevral ayının ortalanrında hazırkı işdə cavabdeh olan şəxslərlə ünvan 1 ünvanında yerləşən və sənəd üzrə ayrı-ayrı olmuş olsa da, faktiki bir yerdə - araları açıq və vahid mənzil şəklində olan 15 və 17 nömrəli mənzillərin alqı-satqısı barədə razılığa gəlib, sənədlərdə 111 kv.m. (80 və 31 kv.m. olmaqla) əhatəsində göstərilmiş olsa da, ilkin baxış zamanı cavabdehlərin iştirakı ilə aparılmış ölçülər əsasında faktiki olaraq 92 kv.m. olduğu sualına “bu mənzillərdən 80 kv.m. olan mənzilin təqribən 33 kv.m. hissəsinin digər bir qadın alıcıya satılmış olduğunu və həmin alıcının almış olduğu sahəni ümumi 80 kv.m.-dən çıxılaraq, qalan sahə üçün 47 kv.m. sahəli mənzil üçün çıxarış alacaqlarına və belə yeni sahə göstərilən çıxarış ilə ona satacaqlarına əmin etməyə başlamış və bunun üçün heç bir narahatçılığa əsas olmadığını dəfələrlə vurğulamışlar. Əlavə olaraq bildirmişlər ki, hazırda müstəqil çıxarışı olan 31 kv.m.-lik mənzil bank girovluğundadır. Bu zaman iddiaçı həm bank girovluğunda olan mənzilin satın alınmasının, həm də bu mənzilə bitişik, ümumilikdə 170.000 manat dəyərləndirdikləri 79 kv.m.-lik mənzilin 48 kv.m.-lik digər hissəsinin hələ də müstəqil çıxarışı olmayan, bir növ paylı mülkiyyət xarakterli mənzil olduğu səbəbindən belə mənzillərin satın alınmasının çox təhlükəli, riskli olması səbəbini, açıq bildirərək bu səbəbdən alqı-satqı etmək fikrindən daşınmaq istədiyini bildirdikdə, onlar bu barədə də heç bir narahatçılığa əsas olmadığını bildirərək, bu mənzili alacağı təqdirdə bu mənzildən əldə edəcəkləri pulun bir hissəsi (təqribən 30.000 manat) ilə əvvəlcə həmin mənzili bank girovluğundan azad edəcəklərini, yerdə qalanının müvafiq hissəsini bu 31 kv.m.-lik ümumi ortaq sahələri olan faktiki bitişik 47 kv.m.-lik mənzilə də çıxarış almağa yönəldərək, həmin çıxarışı alacaqlarına və mütləq şəkildə ona satacaqlarına söz verib, onu əmin etməyə başlamışlar (indi məlum olur ki, etibarından sui-istifadə edərək, onu aldadırlarmış). İddiaçı “bəs bunu necə sənədləşdirəcəyik ki, yuxarıda vurğulanan risklər sığortalansın və siz dediklərinizi edəsiniz?” sualını verdikdə, onlar “ilkin alqı-satqı edərik, orada gööstərərik ki, 2 ay ərzində digər mənzilin də sənədini düzəldilərək, ümumi mənzil üçün 170.000 manatdan çox olmamaq şərtilə sənə satılacaqdır”. Bu sözlərə inanaraq, iddiaçı bu şərtlərlə alqı-satqıya getməyə razılaşdı və növbəti gün – fevral ayının 27-də notariusda görüşərək ilkin alqı-satqı müqaviləsi imzlamaqla yuxarıda vurğulandığı şərtlər daxilində birinci mənzili almağı barədə razılığa gəlmişdirlər. Ancaq növbəti gün 53 nömrəli notariat kontorunda səhər tezdən görüşüb, ilkin alqı-satqı etmək istəmişdirlər. Lakin iddiaçı bir qədər gecikmiş olduğundan, artıq ilkin müqavilənin alınmayacağını o gələnə qədər öyrənmiş hazırkı cavabdehlər və onlarla bərabər gəlmiş daha 3 nəfər (onlardan biri hazırkı iş üzrə cavabdehlərdən biri Cavabdeh1 kiçik oğludur) iddiaçını əhatəyə alaraq, hərəsi bir tərəfdən onu dilə tutaraq, sadəcə bu şəxslərin (boş) vədlərinə inanaraq, o biri mənzilə çıxarış almalarını gözləməyini təklif etmişdirlər. İddiaçı nəyinsə qaydasında olmadığını hiss etmiş və nə baş verdiyini, niyə ilkin alqı-satqı etməməli olduqlarını soruşmuşdur. Bu zaman onların müxtəlif bəhanələrlə və mənasız cavablarla sualdan yayındıqlarını hiss etdi və bu onun şübhələrini artırdı. Bu zaman notariat kontorunun qadın rəisinin kabinetinə daxil olub, məsələnin mahiyyətini öyrənməyə çalışsa da, onunla bərabər sözün həqiqi mənasında kabinetə soxulan cavabdehlər və onlarla gələn 3 nəfər əlavə suallarla və hərəsi bir tərəfdən danışmaqla, ona əsl həqiqətin nə olduğunu öyrənməyinə mane olmağa cəhd etdilər. Amma bütün bunlara baxmayaraq, iddiaçı həmin xanım rəisə bəzi suallarını verib, məsələnin nə yerdə olduğunu öyrənməyə qismən də olsa nail oldu. Öyrəndi ki, bu sənədlərlə heç alqı-satqı da etmək mümkün deyil və bu mənzil hazırda ümumiyyətlə ilkin alqısatqının predmeti ola bilmə, çünki paylı mülkiyyət statuslu bir mənzildir. Bu şəkildə də alqı-satqı predmeti ola bilməz. Bu səbəbdən də həmin mənzili almaq niyyətindən əl çəkdiyini bildirib, notariusdan çıxmışdır. Lakin bu şəxslər ondan əl çəkməyib, notariusun qarşısında onu sözün həqiqi mənasında əhatələyərək, uzun uzadı onunla söhbət apararaq, onu bunun tam əksinə inandırmağa, riskin olmadığını, bu mənzili alarsa, digərinin bölgüsünü də apararaq onu da iddiaçıya satacaqlarını sübut etməyə çalışdılar. Ancaq iddiaçı yenə də bu barədə ilkin alqı-satqı olmadan bu mənzili almayacağını bildirdi. İddiaçının bu məsələdə israrlı olduğunu görərək başqa notariusda ilkin alqı-satqı oluna biləcəyini, bu notariusun başı çıxmadığından, yəni ki, qeyriprofessionallıqdan ilkin alqı-satqının mümkün olmadığını dediyini bildirdilər. Belə olan halda, iddiaçı əgər ilkin alqı-satqı olarsa və bunlar həmin ilkin alqı-satqı müqaviləsində əks olunarsa, ala biləcəyini bildirərək, onların başqa notariusa getmək təkliflərini qəbul etmişdir. Beləliklə, 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən 14 saylı notariusa getmək barədə razılaşmışlar. Amma orada da notarius Elmar Əliyev də eyni fikri təkrar edərək, ilkin alqı-satqının baş tuta bilməyəcəyini bildirdi. Bu zaman cavabdeh olan şəxslər və onun ətrafında gələn şəxslər bundan çıxış yolunu soruşaraq həlli necə etmək lazım olduğunu soruşduqda, notarius “öhdəlik müqaviləsi imzalanıb, burada o şərtlər ətraflı qeyd edilə bilər” dedikdə həmin bu şəxslər bu ideyanı təqdir edərək, bu barədə müzakirələrə başladılar. Bu müzakirələr zamanı iddiaçı əgər təyin edilən müddət ərzində həmin mənzilin bölgüsü mümkün olmayacağı təqdirdə alqı-satqı müqaviləsi ilə alacağı bu mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə, ona görə ödənilmiş məbləği və bütün rüsumları geri qaytarmaq öhdəliyi hazırkı işdəki cavabdehlərin üzərinə öhdəlik kimi qoyulacağını bildirdikdə, hazırkı iş üzrə cavabdehlər bu şərtlə razı olduqlarını bildirdilər. Bu zaman “əgər həmin pullar qaytarılmasa, necə olacaq” sualına “satıcı və mənzil bölgüsü aparmalı olan şəxs onun ilkin tələbi əsasında həmin tələb veriləndən bir ay ərzində həmin pulları geri qaytarmasalar, iddiaçı məhkəməyə onları verməklə həmin məbləğləri və öhdəliklərini yerinə yetirmədiklərinə görə əlavə 100.000 (yüz min) manat cərimə tələb tam hüququ olduğunu və onların da bu cərimə və ödənişləri vermək öhdəliyinin yaranması barədə razılığa gəldilər. Bu şifahi razılaşmaları əks olunan danışıqları qabaqcadan onları da xəbərdar etməklə, sübut kimi gələcəkdə istifadə etmək məqsədilə telefonun diktofonuna yazmışdır. Bu şifahi razılaşma üzrə mənzilin bölgü sənədini düzəldib, iddiaçıya satmağı barədə 2 ay müddət təyin etsələr də, öhdəlik müqaviləsində qeyd ediləndə iddiaçının humanistliyi səbəbindən əlavə bir ay da artırılaraq 3 ay şəklində yazılmışdır. Həmin gün imzalanan bir mənzilin alqı-satqı müqaviləsində həmin mənzilin boşaldılması üçün yenə də onun humanistliyi ilə 3 ay göstərilsə də, hələ də bu öhdəliklərinə də cavabdehlər əməl etməmiş və bu günə qədər bu mənzil boşaldılıb ona təhvil verilməyib ki, bu səbəbdən iddiaçıya aylıq 600 manat maddi zərər vurulmuşdur (o mənzili olduğu halda, özü kirayədə yaşayır. Bu mənzili isə heç olmasa aylıq 600 manata kirayə verib, öz kirayə yükünü azaldardı). Lakin nəinki həmin öhdəlik müqaviləsində göstərilmiş öhdəliklərini orada göstərilmiş 3 ay müddətində (may ayının 28-nə qədər) yerinə yetirmədilər, üstəlik o vaxtdan sonra keçən daha 50 gündən də çox müddətdə də icra etməyiblər. Üstəlik bu azmış kimi, onun “ya mənzil bölgüsünü aparıb, digər mənzili ona satın, ya da o biri aldığı mənzil üçün ödənilmiş pulları və rüsumları ona qaytarın” kimi haqlı xahiş-tələbləri əks olunmuş üçdən çox müraciətləri cavabdehlər tərəfindən saymazyana yanaşılaraq, məsxərəyə qoyulub, hətta kobud ifadələr də işlədilib. Hüquqlarının pozulduğu səbəbindən cavabdehləri də bu barədə qabaqcadan məlumatlandırmaqla, öhdəlik müqaviləsinə uyğun olaraq məhkəməyə müraciət etməli olmuşdur.
3. İddiaçı Khudaverdiev İalchyn məhkəməyə izahat yazaraq qeyd etmişdir ki, cavabdeh guya ki, onu çoxlu-çoxlu yorub, bezdirməsi səbəbindən digər orqanlara bölgü sənədini hazırlamaqla bağlı müraciət etməli olduğunu bildirmişdir. İddiaçı vurğulayır ki, bu vəzifə ümumiyyətlə onu bezdirib-bezdirmədiyi ilə əlaqəli deyil və olmamalıdır. Belə ki, bu vəzifə onun üzərinə onlar arasında imzalanmış xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsinin 1-ci bəndində xüusui olaraq qoyulub və bu vəzifənin yerinə yetirilməsi üçün həmin müqavilə üzrə 3 ay müddət qoyulub. Cavabdehin qeyd etdiyi “iddiaçının onu bezdirməsi” yalnız bu müddətin sona çatmasından təqribən 20 gün keçdikdən sonra - xx.xx.2025-ci il tarixdə səs yazısı atmaqla baş verib. Cavabdehdən sual etmək istərdi ki, onun vəzifələrinin (təkcə öhədəlik müqaviləsi üzrə yox, üstəlik paralel olaraq onunla bağladığı alqı-satqı müqaviləsi üzrə vəzifəsini – həmin mənzili xx.xx.2025-ci il tarixinədək boşaltmaq vəzifəsini də icra etməməsi) icra olunma müddəti bitəndən sonra bunları niyə icra etməməsini soruşmamalı və onların icrasını təxirəsalınmaz şəkildə həyata keçirməsini tələb də etməməli idimi? Yoxsa gözləyirdi ki, onların (hər iki cavabdehin) vəzifələrinin icrasına, öhdəliklərini həyata keçirmələrinə belə bivec münasibətə, laqeydliyə və səhlənkarlığa görə onlara ayrıca bir təşəkkürnamə yazmalı idi? Cavabdeh bildirir: “Respublika Prezidentinin, Nazirlər Kabinetinin qoyduğu qaydalar əsasında bölgü sxemini aparmaq mümkün olmamışdır, mən neyləyəm bilərəm?”. Əvvəla, bu vəzifə onun yox, bu işdə digər Cavabdeh1 vəzifəsidir və onun əvəzinə bu cavabdeh cavab verir, amma bildiyi üzrə o bu cavabdehə etibarnamə əsasında belə bir səlahiyyət verməmiş və məhkəmə zalında idi və bu səbəbdən bu vəzifəsinin niyə icra olunmamasına özü aydınlıq gətirə bilərdi və gətirməli idi, çünki, bu yöndə bütün yazışmaları və hərəkətləri özü etmişdi (əgər etməyibsə). İkincisi, öz öhdəliyinin icrasına etdiyi məsuliyyətsizliyi örtbasdır etmək üçün pərdələnməyə çalışdığı nə Prezident Aparatı, nə də Nazirlər Kabineti onlar arasında bağlanmış öhdəlik müqaviləsində tərəf deyillər və bu öhdəlik müqaviləsi imzalanarkən, onlar mənzil bölgüsünün ediləcəyi barədə təminat kimi çıxış etməyiblər. Yəni bunu cavabdeh(lər) həmin öhdəlik müqaviləsini imzalamamışdan qabaq dəqiqləşdirməli və yalnız bunu dəqiqləşdirdikdən sonra bu öhdəliyi imzalamalı idilər. Onlar isə nəinki bunu öhdəlik Müqaviləsini imzalamamışdan, bu öhdəliyi götürməmişdən qabaq dəqiqləşdirməyiblər, əksinə, ya bunu dəqiqləşdirməyə cəhd etməyiblər, ya da ki, bunu qəsdən gizlədib, sonradan belə bəhanələrlə bu vəzifələrinin icrasından yayınmalarına bəhanə yaradacaqlarına əmin olublar. Amma bu iki variantdan hər hansı birinin olmasından asılı olmayaraq, hər iki variantın bir cavabı var: çünki, bildirirlər ki, bu mənzil bölgüsü aparmaqla çıxarış (yəni müstəqil, ayrıca mənzil bölgüsü aparmaqla, heç kimlə payı olmayan mənzil çıxarışı) alma bilməyəcəyini mənə bildirsələr və bu öhdəliyi götürməsələr, bununla paralel imzalanan, iddia ərizəsində ətraflı bəhs edilən, sənədlər ayrı görünsə də, bu mənzilə faktiki bitişik və onun ayrılmaz parçası olan 31,2 kv.m.-lik mənzili də almayacaqdır, çünki, iddia ərizəsində ətraflı bəhs etdiyi kimi, bu mənzillər bir ayrılmaz vəhdət təşkil edəndən, onları kompleks şəkildə - 170 min manata almaqda israrlı idi və bunu bu cavabdehlərlə və hazırkı işdə cavabdehlərdən birinin oğlu, digərinin isə qardaşı olan X7 (lap əvvəldən danışıqları o başlamışdı və bütün danışıqlarda da fəal iştirak edirdi) ilə, həmçinin onların bu danışıqlarda müşayət edən iki makler – satış vasitəçiləri ilə bütün danışıqlarda da bu şərt alqı-satqının əsas şərtlərindən olub ki, bunu da onlarla olan danışıqlarının bütün səs yazılarını təqdim etməklə sübut edəcəkdir. Bu alqı-satqının da baş tutmamağı isə onlara sərf etmirdi, çünki ən azından mənzili bankdakı kredit girovluğundan qurtarmaq üçün onlara 23.000 manat pul vəsaiti lazım idi ki, görünən odur ki, buna görə iddiaçıdan sözün həqiqi mənasında pul qopartmağı qarşılarına məqsəd qoymuş imişlər. Cavabdeh iddia edir ki, guya ki, “mənə xx.xx.2025-ci il tarixli paylı çıxarış (mənzilin heç bir bölgü sxemini hazırlamamış olan, öhdəlik müqaviləsinə zidd bir çıxarış-qeyd özümündür) bizi tanış edən Süleyman adlı makler vasitəsilə təqribən o çıxarış əldə etdiyi vaxtlar (təqribən mart ayının 20-25-i arası) mənə göndərmiş və məndən alqı-satqıya mənzilin hazır olduğunu bildirmiş, mən də bu təklifə rədd cavabı vermişəm”. Əvvəlcə, öhdəlik müqaviləsində vurğulandığı kimi, birbaşa iddiaçıya müraciət etməli idi və bu müraciət rəsmi müraciət kimi qəbul edilə bilərdi ki, bunu da o etməyib, Süleyman adlı başqa bir vasitəçi belə bir təklifi iddiaçıya göndərməyi çox təəccüblü görünür, ikincisi, o iddiaçıya o zamanlar hətta Süleyman adlı vasitəçi vasitəsilə də belə bir təklifi göndərməyib, göndərə də bilməzdi ki, bu fikrini də bir neçə əsasla əsaslandıra bilər: a) o özü də bunun onların öhdəlik müqaviləsində nəzərdə tutulan – mənzilin bölgü sxemini apararaq hazırlanan çıxarış olmadığını gözəl bilirdi. Bu fikirlərini onunla yazışmalarının skrin olunmuş surətləri ilə də sübut edir. Belə ki, cavabdeh özü bir neçə dəfə (xx.xx.2025-ci ildə atdığı səs yazısında xx.xx.2025ci il saat 12:53-də “sənədi gözləyirəm”, yenə həmin gün, saat 13:06-da “mən sənəd hazır olan kimi sizə xəbər edəcəyəm”, bir dəqiqə sonra 13:07-də “çalışdığım və niyyətim tezliklə sənədi alıb bu söz-söhbətə son qoymaqdır”, xx.xx.2025-ci il tarixdə saat 11:03-də “sənədi gözləyirəm”, bir dəqiqə sonra “Sənəd hazır olan kimi Sizinlə alqı satqı edəcəm”, yenə həmin gün saat 12:52-də “Sənədi gözləyirəm”, yenə həmin gün saat 21:59-da “Sənəd hazır olanda xəbər edəcəm”-yazışmalardan sitatların sonu) bölgü sənədini – mənzilin bölgü sxeminin hazırlanmasına çalışdığını etiraf etməklə, bununla həm də açıq-aşkar etiraf edir ki, hazırda sənəd adı ilə sırımağa çalışdığı paylı çıxarış onların danışıqlarına, öhdəlik müqaviləsinə heç cür uyğun olmayan, natamam, onların alqısatqısına tamamilə yararsız bir çıxarış olduğunu açıq-aşkar etiraf edir. Belə olmasa idi, indi təqdim etməyə çalışdığı kimi bu paylı çıxarış normal, onların alqı-satqısına uyğun olmuş olsaydı, bu yuxarıda qeyd etdiyi kimi çıxarışı və sənədi gözlədiyini yazmazdı, əksinə, hər dəfə o sözlərin əvəzinə çıxarışın hazır olduğunu bildirərək, alqı-satqıya dəvət edərdi iddiaçını. Bir sözlə, cavabdehin bütün bu yalan və böhtanlarının bir açıqlaması var: bu şəxs əvvəlcə bu bölgü sənədini almağa cəhd etmiş (bunu İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən digər cavabdehə verilmiş 01 avqust 2025-ci il tarixli cavab məktubu da sübut edir), lakin onlardan əvvəlcə qeyri-rəsmi, sonradan rəsmi rədd cavabı alandan sonra, öhdəlik müqaviləsi üzrə digər öhdəliyini – mənzil bölgü sxemini hazırlaya bilməyəcəyi təqdirdə o biri mənzil barədə iddiaçı ilə alqı-satqı müqaviləsini ləğv edərək, həmin mənzil üçün ödəmiş olduğu pul vəsaitini geri qaytarmaqdan yayınmaq məqsədilə bu paylı çıxarış məsələsini, bu uydurmanı ortaya atıb. Cavabdeh iddiaçını məzəmmətləyib, özü günahkar ola-ola, onu günahkar çıxarmağa çalışaraq, deyir: “biz satırıq, bu almır”. Bu vəziyyətdə, müstəqil mənzil bölgüsü və buna uyğun hazırlanmış çıxarışı olmayan mənzili almamağı onun tərsliyindən və ya inadkarlığından deyil, öhdəlik müqaviləsindən irəli gəlir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, bu mənzili müstəqil mənzil kimi və vəhdət halında almaq istəmişdir və bu iddiaçının ilk əvvəldən əsas şərtlərindən biri olub. Elə olmasa idi, elə ilk alqı-satqı müqaviləsini imzalanan gün onu bu şəkildə alardı, çünki, onun çıxarış kimi təqdim etdiyi paylı mülkiyyət elə zatən ilk alqı-satqı edildiyi gün- xx.xx.2025-ci il tarixdə mövcud idi, sadəcə bunun çıxarış halında forması mövcud deyildi ki, bunu da etmək elə böyük bir güc, əmək və vaxt tələb etmir. Cəmi 20 gün ərzində - xx.xx.2025-ci il tarixdə bu sənəd hazırlanıb ki, bunun da hazır olması üçün “Asan Xidmət” mərkəzinə müraciət etmək yetərlidir, bundan sonra əvvəl mövcud olmuş 80,2 kv.m.-lik ümumi mənzildən alqı-satqı müqaviləsi əsasında satılmış 37,8 kv.m.-lik pay həmin çıxarışda qeyd olunmaqla ayrılır və həmin 37,8 kv.m.-lik mənzil payı da xüsusi qeyd olunmaqla və “qalan hissə Cavabdeh1 aiddir” deyə paylar məlum olan paylı çıxarış hazırlanır. Bu qədər sadə hazırlanan, ancaq natamam bir çıxarış? İndi sual olunur cavabdehdən: məgər bunun üçünmü onlar öhdəlik müqaviləsi imzalamışdı, məgər bunun hazırlanmasını cavabdeh(lər) məhz bu öhdəlik müqaviləsində öhdəlik kimi öz üzərlərinə götürmüşdülər və məgər bu qədər sadə, tez hazırlanan bir sənəd üçünmü 3 (!) aylıq müddət ayrılmışdı hazırkı cavabdeh olan şəxslərə? Bu sənədi elə iddiaçı da bu mənzili almaqla, alandan sonra “Asan Xidmət” mərkəzinə müraciət etməklə əldə edə biləcəyi halda, nə qədər inandırıcıdır ki, 25 ilin hüquqşünası olan şəxs bunu bilməyə və bunun üçün 3 aylıq vaxt verə hazırkı cavabdehlərə? Cavab çox sadədir: nə indi, nə də danışıqlar aparan vaxt belə paylı mülkiyyətdə olan mənzili almaq istəməmişdir və almaz da. Cavabdeh yenə də iftira dolu tonda davam edərək, qeyd edir ki, guya bu mənzilin paylı olmağının heç bir problemi yoxdur. Sonra da davam edərək, bildirir ki, bu çıxarışda adı hallanan digər payçı Sevda adlı qadın artıq öz mənzilini satıb, ona satmaq barədə rəsmi, notarius vasitəsilə öz razılığını verib, yəni ki satmağa da heç bir problem yaratmır belə (paylı) mülkiyyət. a) Onun atasının paylı mülkiyyətin satılmasına rəsmi, notarius vasitəsilə razılıq verməsi o anlama gəlmir ki, iddiaçı da nə zamansa, bu mənzili satarsa, bu mənzilin digər payının yeni mülkiyyətçisi və ya o da o vaxt başqa birinə (başqalarına) satmış olarsa, növbəti mülkiyyətçi (mülkiyyətçilər) də buna razılıq verəcəklər. Buna heç kim təminat verə bilməz ki, iddiaçı mənzili almış olsa sabah, beş gündən, on gündən sonra həmin mülkiyyətçi (mülkiyyətçilər) hər hansı bir səbəbdən onun satılmasına razılıq verməkdən imtina etməyəcəklər, boyun qaçırmayacaqlar. b) Nə vaxtsa bu bina qəzalılıq və ya digər səbəblərdən sökülmə planına düşərsə və bu zaman tikinti şirkətləri ilə danışıqlar prosesində payçıların maraqları çox vaxt üst-üstə düşmür-buna mənzillərin sahələri, işin hallarının heç bir vaxt eyni olmaması, mənzil sahiblərinin statusu və sosial mövqeləri (məsələn hüquqşünasla çörəkbişirmə zavodunun fəhləsi heç vaxt eyni dərəcədə öz hüquqlarını bilə bilməzlər və məhz bu səbəbdən də hüquqları pozulanda, onun müdafiə mexanizmi və yollarını da eyni dərəcədə bilməzlər) və s. amillər təsir göstərən amillərdəndir. Bu səbəbdən də üst-üstə düşməyən payçılar hərə bir tərəfə çəkir, məsələn biri mənzilinin qarşılığında ədalətsiz təklifə inandırılaraq, razı salınırsa, digəri təklifin ədalətsiz olduğunu bildiyindən haqqının, pozulmasına cəhd edilən hüquqlarının müdafiəsinə qalxıb, bu yolda hüquqi yollarla sonuna qədər mübarizə aparırsa, razılaşmış payçı tərəfindən lənətlərə, tənqidlərə və hətta təhqirlərə də məruz qalır (buna da iddiaçı öz hüquqşünas təcrübəsində və həyatda çox rast gəlmişdir) ki, bunun özü də məhz mülkiyyətin paylı olmasının növbəti bir ehtimal olunan real fəsadlarındandır. Bu iki nümunə birgə, paylı mülkiyyətin çoxsaylı zərərlərindən bir kiçik hissəsidir. Beləliklə, bir hüquqşünas kimi bunları bildiyindən, paylı mülkiyyəti almaqdan qaçdığına görə, bunu şifahi, lakin rəsmi danışıqların lap əvvəlindən əsas şərt kimi qoymuşdu və bu “mənzilin bölgü sxemini hazırlamaq” şəklində öhdəlik müqaviləsində də əks etdirilmişdir və həmin müqavilə əsasında bir öhdəlik kimi hazırkı cavabdehlərin üzərinə qoyulub ki, bunu da onlara verilən 3 ay ərzində həyata keçirmələri bir yana, üstəlik, bunu edə bilməyəcəkləri təqdirdə həmin öhdəlik müqaviləsi üzrə onların üzərinə qoyulmuş digər vəzifəni – mənzil bölgü sxemini hazırlaya bilməyəcəyi təqdirdə o biri mənzil barədə iddiaçı ilə alqı-satqı müqaviləsini ləğv edərək, həmin mənzil üçün ödəmiş olduğu pul vəsaitini geri qaytarmaq öhdəliyindən də bu barədə dəfələrlə, aylarla etdiyi müraciətlərə məhəl qoymadan və Azərbaycan Qanunlarına, Məcəllənin öhdəliklərlə bağlı maddələrinə hörmətsizcəsinə boyun qaçırırlar ki, buna görə də yenə də özlərinin də könüllülük, heç bir məcburiyyət olmadan sonunda öz imzaları ilə təsdiqlədikləri həmin Öhdəlik Müqaviləsində nəzərdə tutulan 100.000 manat təzminat ödəmək məsuliyyəti daşıyırlar. Cavabdeh yenə də haqqı, ədaləti göz yumaraq, iddiaçını günahlandırmağa çalışaraq, ona digər payçının da mənzilini satdığını, bunu da alaraq, bütöv paya sahib ola biləcəyini bildirərək, bu payı da almağı ona təklif etdiyini, lakin bu təklifi də onun qəbul etmədiyini xüsusi vurğulayaraq, özünü problemləri həll etmək üçün hər cür variantlar axtararaq, həll etməyə çalışan bir mələk, iddiaçını isə atı daşlığa çapan bir zalım, əzazil görkəmində təqdim edərək, bununla da hakimin qarşısında onu günahkar çıxarmağa növbəti uğursuz cəhd edir. Hakimin belə yanlış fikirlərlə ədalətdən yayınmaması üçün onun bütün bu fikirlərinə də şərh verməyi özünə borc bilərək, onlara münasibətdə aşağıdakıları bildirmək istəyir: a) Həmin bu mənzilin digər payçısı – X2 öz 37,8 kv.m.-lik payını cavabdehin bildirdiyi kimi 90 min manata yox (burada da yalan danışır cavabdeh), 125 min manata (!) təklif edirdi ki, bu da həm o vaxt (iyun ayından bu yana mənzil qiymətlərində bir qədər yüksəliş müşahidə olunur), həm də hətta indiki vaxt üçün çox kosmik bir qiymət idi ki – bu qiymətlə hər kv.m. orta hesabla 3.306 manata olmuş olur ki, köhnə binada belə qiymət kosmik qiymətdir ki, əlbəttə ki, ağlı başında olan hər kəs bundan imtina etməlidir və iddiaçı da təbii ki, imtina etdi. b) Nə imzaladıqları Öhdəlik Müqaviləsi üzrə, nə şifahi rəsmi danışıqları üzrə, nə də digər səbəblərdən həmin mənzilin digər payçısının payını almaq kimi öhdəliyi yoxdur ki, buna görə onu günahlandırırlar! c) iddiaçı milyoner, ya milyarder deyil, bu səbəbdən də bu qədər maddi imkan da yoxdur ki, hər payçının satdığı payı alsın və bu da təbiidir! Cavabdehin dediyi digər yanlış fikirlər varsa, onları hazırda unutduğundan, bunlar barədə hələ ki, münasibət bildirə bilmir və yadına düşərsə, onlar barədə də açıqlama verəcəkdir. Bu izahatını da digər sübutlarla bərabər ciddiyə alıb, qərar qəbul zamanı bu sübutlara da əsaslanaraq, ədalətli qərar çıxarılmasını xahiş edir. Göstərilənləri nəzərə alaraq bu izahatı, orada göstərilən əsasları qəbul edib, iddianın tamlıqla təmin olunması ilə bağlı qərar qəbul edilməsini xahiş edir.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında Khudaverdiev İalchyn iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh1 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31,70 kv.metr olan mənzil Khudaverdiev İalchyn-ın adına xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır (reyestr nömrəsi: **********95-05101- 093005).
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 70, mənzil 15 (yeni qaydalarla: AZ1014, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 80.20 kv.m. olan mənzil ü/s – 37.8 kv.m. (2 otaq, y/s – 31.2 kv.m., k/s -6.6 kv.m.) X1 adına xx.xx.2025-ci il tarixdə, qalan hissədə isə Cavabdeh1 adına xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır.
10. Cavabdeh2 (satıcı) ilə Khudaverdiev İalchyn (alıcı) arasında bağlanmış daşınmaz əmlakın xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31,70 kv.metr olan mənzili tam mülkiyyət hüququ ilə 69.000 manata Khudaverdiev İalchyn-a satmışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025-ci il tarixli, qeydiyyat nömrəsi **********ED70701 olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 2 ünvanında yerləşən mənzil yüklüdür (3. bənd). Müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərini alıcı, əmlakın təqdim edilməsinə görə verginin ödənilməsi ilə bağlı bank xərclərini isə satıcı çəkir (15. bənd). Müqavilənin notarius tərəfindən təsdiq edilməsi üçün 322 manat haqq tutulmuşdur.
11. xx.xx.2025-ci il tarixli 8989 nömrəli qəbzdən görünür ki, Khudaverdiev tərəfindən 322 manat notariat rüsumu ödənilmişdir.
12. Cavabdeh1 (birinci tərəf), Cavabdeh2 (ikinci tərəf) və Khudaverdiev İalchyn (üçüncü tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsindən görünür ki: - Bənd 1. Tərəflər razılığa gəlirlər ki, 1-ci tərəf bu müqavilə imzalandığı andan 3 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 70, 15 nömrəli mənzilin bölgü sxemini apararaq 45-48 kv.m-lik mənzilinin çıxarışını almağı öhdəsinə götürür. - Bənd 2. Bu müqavilənin 1-ci bəndində göstərilən müddətdə həmin bənddə nəzərdə tutulan öhdəliyin həmin sahə üçün çıxarış verilməsi barədə 1-ci tərəf tərəfindən verilmiş iddia və ya xahişə rədd cavab verilərsə, 2-ci tərəf Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə bağlanmış 4Ə-323 nömrəli alqı-satqı müqaviləsi üzrə satmış olduğu Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 70 ünvanında yerləşən 17 №-li mənzilin alqı-satqı müqaviləsini 3-cü tərəfin 2ci tərəfin bu öhdəlikdə göstərilən ünvanına bildirişli məktubla və ya hazırkı öhdəlikdə göstərilmiş telefon nömrəsinə sms vasitəsilə və ya bu öhdəlikdə göstərilmiş elektron ünvanı vasitəsilə təqdim etdiyi ilkin tələbi əsasında bu tələbin verilməsindən bir ay müddətində ləğv edərək həmin alqı-satqı müqaviləsi əsasında ödəmiş olduğu 69000 manat pul vəsaitini və rüsumları geri qaytarmağı öhdəsinə götürür. Poçt bildirişinin burada göstərilmiş ünvan üzrə yaşayış olmayacağı təqdirdə çatmamasına və ya burada göstərilmiş telefon nömrəsinin və ya elektron ünvanın ləğv edilməsi səbəbindən bu vəsaitlərlə ikinci şəxsin məlumatlandırılmasının mümkün olmayacağına görə məsuliyyəti 2-ci şəxsin üzərinə düşür və bu hallar mövcud olarsa, bunlar ikinci şəxsi bu müqavilənin hazırkı bəndində göstərilmiş öhdəliyi bu bənddə müddətdə icrasından azad etmir. - Bənd 3. Bu müqavilənin ikinci bəndində göstərilmiş öhdəliyi bu bənddə göstərilmiş müddətdə 2-ci tərəf tərəfindən könüllü icra edilməyəcəyi təqdirdə, 2-ci şəxs həmin məbləği və əlavə olaraq 100.000 manat təzminat ödəməyi öhdəsinə götürür və 3-cü şəxsin bu barədə 2-ci şəxs barədə məhkəmə qarşısında iddia qaldırmaq hüququ yaranır. - Bənd 4. 1-ci şəxs bu öhdəlikdə göstərilmiş mənzil bölgüsü apararaq 45-48 kv.m-lik mənzilə çıxarış aldıqdan sonra həmin mənzili 3-cü şəxsə 101000 manata satmağı öhdəsinə götürür. - Bənd 5. Tərəflər razılığa gəldilər ki, 1-ci şəxs bu müqavilənin 4-cü bəndində göstərilmiş öhdəliyi icra etməkdən hər hansı səbəbdən boyun qaçıracağı təqdirdə 2-ci şəxs bu müqavilənin 2ci bəndində göstərilən mənzil barədə alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğləri həmin bənddə göstərilən şərtlər daxilində və müddətdə geri qaytarır, əlavə olaraq 1-ci və 2-ci şəxslər maddi və mənəvi zərər kimi 100.000 manat təzminatı ödəməyi öhdələrinə götürürlər. Bu məbləğlərin ödənilməsi barədə öhdəlik könüllü icra edilməməsi 3-cü şəxsə 1-ci və 2-ci şəxs barədə iddia qaldıraraq həmin mənzil üzrə ödənilmiş məbləğləri və 100.000 manat təzminatı məhkəmə qaydasında iddia qaldırmaqla ödəməyi tələb etmək hüququ yaradır. - Müqavilənin notarius tərəfindən təsdiq edilməsi üçün 115 manat haqq tutulmuşdur.
13. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən 115 manat məbləğində notariat rüsumu ödənilmişdir.
14. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 114847 nömrəli məktubundan görünür ki, xeyrinə ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin yüklülüyünün saxlanılması şərtilə satılmasına həmin əmlakın satılması barədə alqı-satqı müqaviləsi üzrə mülkiyyətçinin alacağı puldan 22350 manat məbləğində vəsaitin banka kredit borcunun ödənilməsi şərtilə etiraz etmir.
15. X9 (borc verən) ilə Khudaverdiev İalchyn (borc alan) arasında bağlanmış xx.xx.2025-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən borc alana 50.000 manat pul verməyi, borc alan isə borcu xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
16. X9 (borc verən) ilə Khudaverdiev İalchyn (borc alan) arasında bağlanmış xx.xx.2025-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2025-ci il tarixli 3M-2528 reyestr nömrəli borc müqaviləsinə əsasən tərəflər borcun etirafı müqaviləsini bağladılar. Khudaverdiev X3 50.000 manat məbləğində borcunun olduğunu etiraf edir. Khudaverdiev İalchyn borc məbləğini X6 xx.xx.2025-ci il tarixdə almışdır və bu borcu xx.xx.2025-ci il tarixinədək tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür.
17. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 461 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 70 ünvanında yerləşən 15 nömrəli mənzilin kommunal şəraitinin (mətbəx) ümumi birgə istifadədə olduğunu nəzərə alaraq, mənzilə dair bölgü sxeminin tərtib edilməsinin mümkün olmadığı qeyd edilmişdir.
19. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin orta aylıq kirayə bazar dəyəri 680 manat təşkil edir.
20. İş materiallarına “whatsapp” yazılarından çıxarışlar, hakimə etiraz, səs yazıları olan disklər və iddiaçının xx.xx.2026-cı il tarixli izahatı və s. sənədlər əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh2 (satıcı) ilə Khudaverdiev İalchyn (alıcı) arasında xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31,70 kv.metr olan mənzili tam mülkiyyət hüququ ilə 69.000 manata Khudaverdiev İalchyn-a satmışdır. Mənzil ipoteka ilə yüklü olduğu üçün ipoteka saxlayanın razılığı alınmışdır. Müqavilənin 15-ci bəndində qeyd edilmişdir ki, müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərini alıcı, əmlakın təqdim edilməsinə görə verginin ödənilməsi ilə bağlı bank xərclərini isə satıcı çəkir. İddiaçı tərəfindən 322 manat notariat rüsumu ödənilmişdir.
22. Həmin tarixdə Cavabdeh1 (birinci tərəf), Cavabdeh2 (ikinci tərəf) və Khudaverdiev İalchyn (üçüncü tərəf) arasında xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsi də bağlanmış və aşağıdakılar razılaşdırılmışdır. - Bənd 1. Tərəflər razılığa gəlirlər ki, 1-ci tərəf bu müqavilə imzalandığı andan 3 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 70, 15 nömrəli mənzilin bölgü sxemini apararaq 45-48 kv.m-lik mənzilinin çıxarışını almağı öhdəsinə götürür. - Bənd 2. Bu müqavilənin 1-ci bəndində göstərilən müddətdə həmin bənddə nəzərdə tutulan öhdəliyin həmin sahə üçün çıxarış verilməsi barədə 1-ci tərəf tərəfindən verilmiş iddia və ya xahişə rədd cavab verilərsə, 2-ci tərəf Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə bağlanmış 4Ə-323 nömrəli alqı-satqı müqaviləsi üzrə satmış olduğu Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 70 ünvanında yerləşən 17 №-li mənzilin alqı-satqı müqaviləsini 3-cü tərəfin 2ci tərəfin bu öhdəlikdə göstərilən ünvanına bildirişli məktubla və ya hazırkı öhdəlikdə göstərilmiş telefon nömrəsinə sms vasitəsilə və ya bu öhdəlikdə göstərilmiş elektron ünvanı vasitəsilə təqdim etdiyi ilkin tələbi əsasında bu tələbin verilməsindən bir ay müddətində ləğv edərək həmin alqı-satqı müqaviləsi əsasında ödəmiş olduğu 69000 manat pul vəsaitini və rüsumları geri qaytarmağı öhdəsinə götürür. Poçt bildirişinin burada göstərilmiş ünvan üzrə yaşayış olmayacağı təqdirdə çatmamasına və ya burada göstərilmiş telefon nömrəsinin və ya elektron ünvanın ləğv edilməsi səbəbindən bu vəsaitlərlə ikinci şəxsin məlumatlandırılmasının mümkün olmayacağına görə məsuliyyəti 2-ci şəxsin üzərinə düşür və bu hallar mövcud olarsa, bunlar ikinci şəxsi bu müqavilənin hazırkı bəndində göstərilmiş öhdəliyi bu müddətdə icrasından azad etmir. - Bənd 3. Bu müqavilənin ikinci bəndində göstərilmiş öhdəliyi bu bənddə göstərilmiş müddətdə 2-ci tərəf tərəfindən könüllü icra edilməyəcəyi təqdirdə, 2-ci şəxs həmin məbləği və əlavə olaraq 100.000 manat təzminat ödəməyi öhdəsinə götürür və 3-cü şəxsin bu barədə 2-ci şəxs barədə məhkəmə qarşısında iddia qaldırmaq hüququ yaranır. - Bənd 4. 1-ci şəxs bu öhdəlikdə göstərilmiş mənzil bölgüsü apararaq 45-48 kv.m-lik mənzilə çıxarış aldıqdan sonra həmin mənzili 3-cü şəxsə 101000 manata satmağı öhdəsinə götürür. - Bənd 5. Tərəflər razılığa gəldilər ki, 1-ci şəxs bu müqavilənin 4-cü bəndində göstərilmiş öhdəliyi icra etməkdən hər hansı səbəbdən boyun qaçıracağı təqdirdə 2-ci şəxs bu müqavilənin 2ci bəndində göstərilən mənzil barədə alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğləri həmin bənddə göstərilən şərtlər daxilində və müddətdə geri qaytarır, əlavə olaraq 1-ci və 2-ci şəxslər maddi və mənəvi zərər kimi 100.000 manat təzminatı ödəməyi öhdələrinə götürürlər. Bu məbləğlərin ödənilməsi barədə öhdəlik könüllü icra edilməməsi 3-cü şəxsə 1-ci və 2-ci şəxs barədə iddia qaldıraraq həmin mənzil üzrə ödənilmiş məbləğləri və 100.000 manat təzminatı məhkəmə qaydasında iddia qaldırmaqla ödəməyi tələb etmək hüququ yaradır.
23. Müqavilənin notarius tərəfindən təsdiq edilməsi üçün Cavabdeh2 tərəfindən 115 manat məbləğində notariat rüsumu ödənilmişdir.
24. Cavabdeh2 (satıcı) ilə Khudaverdiev İalchyn (alıcı) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 69.000 manat satıcıya ödənilmiş və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31,70 kv.metr olan mənzil alıcıya satılmış və Khudaverdiev İalchyn-ın adına xx.xx.2025-ci il tarixdə rəsmi qeydə alınmışdır.
25. Digər mənzil – Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 70, mənzil 15 (yeni qaydalarla: AZ1014, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 80.20 kv.m. olan mənzil ü/s – 37.8 kv.m. (2 otaq, y/s – 31.2 kv.m., k/s -6.6 kv.m.) X1 adına xx.xx.2025-ci il tarixdə, qalan hissədə isə Cavabdeh1 adına xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır.
26. xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsi imzalandığı andan 3 ay müddətində Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 70, 15 nömrəli mənzilin bölgü sxemini apararaq 45-48 kv.m-lik mənzilinin çıxarışını almağı öhdəsinə götürsə də, bu öhdəliyinə əməl etməmişdir.
27. “Whatsapp” mesajları ilə müəyyən edilir ki, iddiaçı cavabdehlərə 2 iyul tarixində müqavilə öhdəliklərinə əməl etmədiklərinə görə müqavilənin ləğv edilməsi, mənzili geri almalarını, alqı-satqı ilə bağlı ödənilmiş bütün rüsum və ödəniş məbləğlərini ödəmələrini tələb etmişdir.
28. Hazırda iddiaçı cavabdehlərin öz öhdəliklərinə əməl etmədiklərinə görə Cavabdeh2 ödənilmiş 69000 manat pulun, alqı-satqı və öhdəlik müqaviləsi üzrə ödənilmiş 437 manat dövlət rüsumunun, 100.000 manat təzminatın, kirayə xərci olaraq əldən çıxmış fayda 1200 manat və iddianın verilməsi üçün ödənilmiş 461 manat dövlət rüsumu olmaqla, cəmi 171.098 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlər isə iddia tələbini qəbul etmədiklərini, öhdəliklərini yerinə yetirdiklərini bildirmiş və rədd edilməsini xahiş etmişdirlər.
c) Məhkəmənin mövqeyi:
29. Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübutlarla və tərəflərin izahatları ilə cavabdehlərin xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikləri təsdiq olunur. Belə ki, müqavilənin birinci bəndində Cavabdeh1 xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsi imzalandığı andan 3 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 70, 15 nömrəli mənzilin bölgü sxemini apararaq 45-48 kv.m-lik mənzilinin çıxarışını almağı öhdəsinə götürsə də, bu öhdəliyinə əməl etməmişdir.
31. Cavabdeh1 onun öhdəliyinin sadəcə çıxarış almaq olduğunu bildirsə də, məhkəmə həmin dəlili əsassız hesab edir. Çünki müqavilənin 1-ci bəndində mənzilin bölgü sxeminin aparılmaqla çıxarışının alınması nəzərdə tutulmuş və elə də qeyd edilmişdir. İddiaçı həqiqətən də əvvəldən mənzilin ayrı çıxarışının olmasını istədiyini cavabdehlərə bildirmiş və cavabdehlər bunun mümkün olmayacağını bildikdən sonra iddiaçıya alternativ təkliflər etmiş, eyni zamanda onların elə (paylı mülkiyyətdə olmayan ayrıca çıxarış almaq) bir öhdəliyinin olmadığını bildirmişlər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tərəfindən xx.xx.2025-ci il tarixli məktub ilə mənzilin kommunal şəraitinin (mətbəx) ümumi birgə istifadədə olduğu nəzərə alınmaqla, mənzilə dair bölgü sxeminin tərtib edilməsinin mümkün olmadığı bildirilmişdir.
32. Öhdəlik müqaviləsinin 2-ci bəndində 1-ci bənd üzrə öhdəliyə əməl edilməməsinin hansı nəticələrə səbəb olacağı qeyd edilmişdir. Belə ki, müqavilənin 1-ci bəndində göstərilən müddətdə həmin bənddə nəzərdə tutulan öhdəliyin həmin sahə üçün çıxarış verilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş iddia və ya xahişə rədd cavab verilərsə, həmin bənddə göstərilən qaydada cavabdehə məlumat təqdim edildikdən 1 ay müddətində alqı-satqı müqaviləsini ləğv etməyi, ödənilmiş pul məbləği və rüsumları geri qaytarmağı Cavabdeh2 öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh2 könüllü müddət (1 ay) ərzində öz öhdəliklərinə əməl etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 əməlləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir.
33. Müqavilənin üçüncü bəndində isə ikinci bəndə əməl edilməməsinə görə 100.000 manat təzminatın ödənilməsi nəzərdə tutulmuşdur.
34. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən öhdəliklərinə əməl edilmədiyinə görə iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi ödənilmiş pul məbləğinin və rüsumların geri qaytarılması barədə cavabdehə məlumat verməsi nəticəsində Cavabdeh2 ilə iddiaçı Khudaverdiev İalchyn arasında bağlanmış xx.xx.2025-ci il tarixli 4Ə-323 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
35. Müqavilə cavabdehlərin öz öhdəliklərinə əməl etməməsi nəticəsində ləğv edildiyinə görə Cavabdeh2 ödənilmiş 69.000 manat məbləğində pul və notariat xərci olan 322 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı Khudaverdiev İalchyn-a verilməlidir. Nəzərə almaq lazımdır ki, öhdəlik müqaviləsi üçtərəfli olsa da, alqı-satqı müqaviləsi Cavabdeh2 ilə bağlandığı və pul ona köçürüldüyü üçün, eyni zamanda həmin rüsum da alqı-satqı müqaviləsinə münasibətdə ödənildiyi üçün iddia tələbinin həmin hissədə digər Cavabdeh1 qarşı təmin edilməsi ədalətsizdir.
36. Məhkəmə hesab edir ki, iddiaçı 437 manat dövlət rüsumunun ödənilməsini tələb etsə də, həmin vəsaitin hamısının onun tərəfindən ödənildiyini sübut edə bilməmişdir. Belə ki, alqı-satqı müqaviləsinə görə 322 manat məbləğində rüsumun iddiaçı tərəfindən ödənildiyi sübut olunsa da, öhdəlik müqaviləsinə görə ödənilmiş 115 manat dövlət rüsumunun iddiaçı tərəfindən ödənildiyi sübut edilməmiş və onun tərəfindən ödənilməmişdir. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
37. Məhkəmə 100.000 manat təzminatın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, qeyd olunan pul məbləği müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində təyin edilmiş cərimə məbləğidir. Lakin müqavilənin mahiyyəti və tərəflərin əmlak mənafeləri və bütün əsaslı mənafeləri baxımından məhkəmə hesab edir ki, həmin cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ olduğu üçün 4000 manat məbləğinə qədər azaldılmalı və cavabdehlərdən müqavilə üzrə öhdəliklərinə əməl etmədiklərinə görə müştərək qaydada tutulmalıdır.
38. Məhkəmə iddia tələbinin 1200 manat maddi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı əldən çıxmış faydanı aylıq 600 manatdan hesablamaqla mənzilin ona 2 ay müddətinə təhvil verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında da cavabdehlər həmin mənzildə yaşadıqlarını və oradan çıxmadıqlarını bildirmişlər. Yəni mübahisəsiz məsələdir ki, cavabdehlər tərəfindən mənzil iddiaçıya təhvil verilməmişdir. Qeyd edilməlidir ki, iddiaçı həmin tələbində haqlıdır. Mübahisəsiz məsələdir ki, cavabdehlərin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Çünki mənzil müqaviləyə uyğun qaydada təhvil verilsəydi və ya qarşılıqlı razılıqla müəyyən edilmiş könüllü müddət ərzində müqavilənin icrası mümkün olmadığı üçün alqı-satqı müqaviləsi ləğv edilsəydi, iddiaçıya zərər dəyməmiş olacaqdı. Halbuki, cavabdehlər öz öhdəliklərini icra etmədiklərinə görə iddiaçının nə alqı-satqı müqaviləsi üzrə ödədiyi pulu geri qaytarılmış, nə də mənzil ona təhvil verilmişdir. Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. Qeyd edilməlidir ki, əldən çıxmış fayda real zərər deyil. Hazırkı iş üzrə əldən çıxmış fayda mənzilin bazar dəyərinə uyğun müəyyən edilməlidir. Bu baxımdan məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, 1.200 manat məbləğində əldən çıxmış faydanın əvəzi cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
41. T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir .
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə iddiaçı Khudaverdiev İalchyn arasında bağlanmış xx.xx.2025-ci il tarixli 4Ə-323 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməli, Cavabdeh2 69.000 (altmış doqquz min) manat məbləğində pul və 322 (üç yüz iyirmi iki) manat məbləğində notariat xərcinin əvəzi olmaqla, cəmi 69.322 (altmış doqquz min üç yüz iyirmi iki) manat məbləğində pul tutularaq iddiaçı Khudaverdiev İalchyn-a verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.000 (dörd min) manat məbləğində cərimə və 1.200 (bir min iki yüz) manat məbləğində əldən çıxmış faydanın əvəzi olmaqla, cəmi 5.200 (beş min iki yüz) manat məbləğində pul alınaraq iddiaçı Khudaverdiev İalchyn-a verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
44. Məhkəmə xərclərinin bölüşdürülməsi prosessual qanunvericiliklə tənzimlədiyindən bu barədə qərar qəbul edən zaman məhkəmə tərəflərin belə tələblərinin olub-olmamasından asılı olmadığını vurğulayır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iş üzrə ödənilmiş dövlət rüsumunun 203 (iki yüz üç) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Khudaverdiev İalchyn-a ödənilməli, Mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pulun 200 (iki yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, qalan 100 (bir yüz) manat hissəsi isə iddiaçı Khudaverdiev İalchyndan tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Nəticə:
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 ilə iddiaçı Khudaverdiev İalchyn arasında bağlanmış xx.xx.2025-ci il tarixli 4Ə- 323 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh2 69.000 (altmış doqquz min) manat məbləğində pul və 322 (üç yüz iyirmi iki) manat məbləğində notariat xərcinin əvəzi olmaqla, cəmi 69.322 (altmış doqquz min üç yüz iyirmi iki) manat məbləğində pul tutularaq iddiaçı Khudaverdiev İalchyn-a verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.000 (dörd min) manat məbləğində cərimə və 1.200 (bir min iki yüz) manat məbləğində əldən çıxmış faydanın əvəzi olmaqla, cəmi 5.200 (beş min iki yüz) manat məbləğində pul alınaraq iddiaçı Khudaverdiev İalchyna verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 203 (iki yüz üç) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Khudaverdiev İalchyn-a ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pulun 200 (iki yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, qalan 100 (bir yüz) manat hissəsi isə iddiaçı Khudaverdiev İalchyn-dan tutularaq "xxxx" MMC-nin hesabına (MBA LTD MMC, VÖEN: **********, İBAN: AZ33İBAZ**********6792716216, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, Kod: 805562, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova