Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4745/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı «cərimənin və dəbbə pulunun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı «cərimənin və dəbbə pulunun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan **-BT-*** nömrəli “MERSEDES BENZ GLC-300" markalı və **-ON-*** nömrəli “PORCHE Cayenne Turbo” markalı avtomobillərə cavabdeh tərəfindən tərtib edilmiş, hər bir protokol üzrə 20 manat cərimə və 12 manat dəbbə pulu təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli, BNA1967354 saylı, xx.xx.2022-ci il tarixli, BNA2022849 saylı, xx.xx.2022-ci il tarixli, BNA2111315 saylı, xx.xx.2022-ci il tarixli, BNA2186684 saylı, xx.xx.2022-ci il tarixli, BNA2216938 saylı, BNA ******* saylı, xx.xx.2020-ci il tarixli, BNA ******* saylı, xx.xx.2020-ci il tarixli, BNA ******* saylı, xx.xx.2020-cı il tarixli, BNA ******* saylı, xx.xx.2020-ci il tarixli, BNA ******* saylı, xx.xx.2021-ci il tarixli, BNA1197264 saylı, xx.xx.2020-ci il tarixli, BNA ******* saylı, xx.xx.2020-ci il tarixli protokoların və onlar əsasında təyin edilmiş cərimələrin və dəbbə pullarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya cərimələr inzibati xəta haqqında iş üzrə qərarlara əsasən tətbiq edilmişdir ki, iddiaçı cərimələrin silinməsi üçün həmin qərarlardan məhkəməyə şikayət verə bilər. Lakin iddiaçı mülki icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələb inzibati xətadan irəli gələn hüquq münasibəti olduğuna və həmin tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati xəta haqqında iş üzrə icraat qaydasında baxılmalı olduğuna görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı «cərimənin və dəbbə pulunun ləğv edilməsi» tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Qərardad, ərizə və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ("Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4745/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4745/2022
06.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver