Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4781/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı "icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra sənədinin aidiyyatı üzrə göndərilməsi" tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı "icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra sənədinin aidiyyatı üzrə göndərilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırda iddiaçının tələbi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin hərəkətlərini qanunsuz hesab etməklə, icra sənədini aidiyyatı üzrə göndərilməsi barədə qərar çıxarılması ilə bağlıdır. Buna baxmayaraq iddiaçı tələbini iddia ərizəsi formasında irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı bununla bağlı yeni bir tələb formasında olan iddia ərizəsi ilə deyil, icra məmurunun qərarından şikayət ərizəsi formasında məhkəməyə müraciət etməlidir. Belə ki, qeyd olunan mübahisə “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əszasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) mülki hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların mülki iddia qaydasında ayrıca iddia verməklə mülki məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı "icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra sənədinin aidiyyatı üzrə göndərilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. İddiaçıya ərizə formasında (borclu qismində) yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsun (8-nömrəli indeks altında) . Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4781/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4781/2023
21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver