Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4830/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X6 iştirakları ilə İddiaçı Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əşyaların qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əşyaların qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan iddiaçıya məxsus:
1. 150 manat, 150 manat və 500 manat dəyərində 3 ədəd lüstur;
2. hər biri 500 manat dəyərində 2 ədəd divan;
3. 600 manat dəyərində 4 ədəd kreslo;
4. 100 manat dəyərində 2 ədəd kreslo;
5. 500 manat dəyərində 3 ədəd orta stol və 2 ədəd mətbəx stolu;
6. 500 manat dəyərində 2 ədəd servant;
7. 250 manat dəyərində 2 ədəd qarderob;
8. 3000 manat dəyərində 1 ədəd yataq dəsti, yorğan-döşək, 20 ədəd yastıq;
9. 500 manat dəyərində 2 ədəd tozsoran;
10. 200 manat dəyərində 3 servis kofe üçün;
11. 500 manat dəyərində 1 ədəd yemək dəsti;
12. 400 manat dəyərində 4 ədəd xalça;
13. 200 manat dəyərində 1 ədəd soyuducu;
14. 660 manat dəyərində 22 ədəd stul;
15. 1000 manat dəyərində paltarlar;
16. 100 manat dəyərində 4 ədəd kilim;
17. 200 manat dəyərində 1 ədəd televizor;
18. 300 manat dəyərində 1 ədəd video-maqnitofon;
19. 200 manat dəyərində 1 ədəd audio-maqnitofon;
20. 200 manat dəyərində qab-qacaqlar;
21. 100 manat dəyərində qədimi bıçaqlar;
22. 100 manat dəyərində 3 ədəd toy qazanı;
23. 100 manat dəyərində 3 ədəd mürəbbə qazanı;
24. 50 manat dəyərində 7 ədəd podnos;
25. 200 manat dəyərində 4 ədəd içi dolu çamadan cehizlik;
26. 200 manat dəyərində 1 ədəd saz;
27. 200 manat dəyərində 2 ədəd tir;
28. 200 manat dəyərində 10 ədəd xrustal vaz;
29. 300 manat dəyərində 48 predmetdən ibarət servis dəsti;
30. 200 manat dəyərində 2 ədəd samovar;
31. 150 manat dəyərində 4 ədəd çaydan;
32. 150 manat dəyərində 2 ədəd ətçəkən maşın;
33. 50 manat dəyərində 1 ədəd şirəçəkən maşın;
34. 100 manat dəyərində 2 ədəd blender;
35. Sənədlər - 4 ədəd doğum haqqında şəhadətnamə, 4 ədəd əmək kitabçası, 4 ədəd pasport, 4 ədəd portret şəkillər və içi dolu şəkilli 3 ədəd albomun alınaraq İddiaçı qaytarılması; həmin əşyalar olmadıqda onların cəmi dəyəri 11220 (on bir min iki yüz iyirmi) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123,66 (bir yüz iyirmi üç manat altmış altı qəpik) manat dövlət rüsumunun LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzili İddiaçı mülkiyyətində olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-858/2008 nömrəli əlavə qətnaməsi ilə hazırda LPO Cavabdeh1 ASC-nin iddia ərizəsi üzrə cavabdehlər İddiaçı və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 8(008)-045/09 nömrəli qərardadı ilə müəyyən edilmişdir ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli aktdan görünür ki, məhkəmə qərarının icrası zamanı heç bir hadisə baş verməmiş, borcluya məxsus zəruri əşyalardan başqa digər əşyalar evdə qalmış, borclular evi tərk etmişlər. Qapıya açar və təzə qıfıl vurulmuş, açarlar Cavabdeh1 ASC-nin Səbail filialının nümayəndəsi Vüsal Ağakişiyevə təhvil verilmişdir. Beləliklə, Sabunçu rayon məhkəmə icraçıları şöbəsinin xx.xx.2008-ci il tarixli aktı ilə təsdiq edilmişdir ki, borcluya məxsus zəruri əşyalardan başqa digər əşyalar evdə qalmışdır. Həmin vaxt iddiaçının əmlakların yerləşdirilməsi üçün yeri olmadığı üçün o, məhkəmə icraçılarından həmin əmlakların müvəqqəti olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilində qalmasını xahiş etmiş, həmçinin, hazırda LPO Cavabdeh1 ASC tərəfindən iddia ərizəsində də, İddiaçı məxsus əşyaların qeyd edilən mənzildən çıxarılması xahiş edilməmiş, bu iş üzrə qəbul edilmiş qətnamə və əlavə qətnamədə də bu məsələyə toxunulmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilində İddiaçı məxsus əmlaklar aşağıdakılardır: 150 manat dəyərində, 150 manat dəyərində və 500 manat dəyərində 3 ədəd lüstur;
2. hər biri 500 manat dəyərində 2 ədəd divan;
3. 600 manat dəyərində 4 ədəd kreslo;
4. 100 manat dəyərində 2 ədəd kreslo;
5. 500 manat dəyərində 3 ədəd orta stol və 2 ədəd mətbəx stolu;
6. 500 manat dəyərində 2 ədəd servant;
7. 250 manat dəyərində 2 ədəd qarderob;
8. 3000 manat dəyərində 1 ədəd yataq dəsti, yorğan-döşək, 20 ədəd yastıq;
9. 500 manat dəyərində 2 ədəd tozsoran;
10. 200 manat dəyərində 3 servis kofe üçün;
11. 500 manat dəyərində 1 ədəd yemək dəsti;
12. 400 manat dəyərində 4 ədəd xalça;
13. 200 manat dəyərində 1 ədəd soyuducu;
14. 660 manat dəyərində 22 ədəd stul;
15. 1000 manat dəyərində paltarlar;
16. 100 manat dəyərində 4 ədəd kilim;
17. 200 manat dəyərində 1 ədəd televizor;
18. 300 manat dəyərində 1 ədəd video-maqnitofon;
19. 200 manat dəyərində 1 ədəd audio-maqnitofon;
20. 200 manat dəyərində qab-qacaqlar;
21. 100 manat dəyərində qədimi bıçaqlar;
22. 100 manat dəyərində 3 ədəd toy qazanı;
23. 100 manat dəyərində 3 ədəd mürəbbə qazanı;
24. 50 manat dəyərində 7 ədəd podnos;
25. 200 manat dəyərində 4 ədəd içi dolu çamadan cehizlik;
26. 200 manat dəyərində 1 ədəd saz;
27. 200 manat dəyərində 2 ədəd tir;
28. 200 manat dəyərində 10 ədəd xrustal vaz;
29. 300 manat dəyərində 48 predmetdən ibarət servis dəsti;
30. 200 manat dəyərində 2 ədəd samovar;
31. 150 manat dəyərində 4 ədəd çaydan;
32. 150 manat dəyərində 2 ədəd ətçəkən maşın;
33. 50 manat dəyərində 1 ədəd şirəçəkən maşın;
34. 100 manat dəyərində 2 ədəd blender;
35. Sənədlər - 4 ədəd doğum haqqında şəhadətnamə, 4 ədəd əmək kitabçası, 4 ədəd pasport, 4 ədəd portret şəkillər və 3 ədəd albom içi dolu şəkil. Bu əmlakların cəmi dəyəri 11220 (on bir min iki yüz iyirmi) manat təşkil edir. İddiaçı tərəfindən cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məktublar göndərilməsinə baxmayaraq, Fond tərəfindən nə əmlaklar qaytarılmamış, nə də həmin əmlakların dəyəri ödənilməmişdir. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı məxsus olan əmlakları qaytarmaqdan imtina etdiyinə görə, məhkəmə qərarı ilə həmin əşyalar Fonddan alınıb iddiaçıya verilməli, həmin əşyalar olmadıqda onların cəmi dəyəri 11220 (on bir min iki yüz iyirmi) manat pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə qaydasında LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan iddia ərizəsində göstərilən əmlaklar alınıb İddiaçı verilməli, həmin əşyalar olmadıqda onların cəmi dəyəri 11220 (on bir min iki yüz iyirmi) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123,66 (bir yüz iyirmi üç manat altmış altı qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.
3. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə iddia müddəti tətbiq olunaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2007-ci il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqavilənin təminatı kimi X9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilmədiyi üçün bank tərəfindən “borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-858/2008 nömrəli qətnaməsi ilə İddiaçı 44438 (qırx dörd min dörd yüz otuz səkkiz) manat borcun tutulması və ipoteka predmetinə yönəldilməsi, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-858/2008 nömrəli əlavə qətnaməsi ilə İddiaçı və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. xx.xx.2008-ci il tarixində qətnamə icra olunmuş, İddiaçı və X16 qeyd edilən mənzildən çıxarılmışlar. xx.xx.2008-ci il tarixli akta əsasən İddiaçı ona məxsus əşyaların evdə qalmasına könüllü olaraq özü razı olmuş və həmin əşyalara dair gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Göstərilənlərdən də aydın olur ki, İddiaçı tərəfindən ipoteka predmeti olan mənzil xx.xx.2008-ci il tarixində boşaldılmış, həmin tarixdən artıq 16 il keçmişdir. İddiaçı tərəfindən ümumi iddia müddəti belə ötürülmüşdür. İddia, həmçinin, əsassız olduğundan rədd edilməlidir.
5. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, həmçinin, etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsassız hesab edilib rədd edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2007-ci il tarixində kredit müqaviləsi imzalanmışdır, kredit müqaviləsinin təminatı olaraq X16 özünə məxsus Sabunçu rayonu, Bakıxanov qəs., M.Vəkilov küçəsi, 3 saylı evin 7 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə bank tərəfindən “borcun tutulması və ipoteka predmetinə” tutma yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Sabunçu rayon məhkəməsinin 2(008)-858/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə İddiaçı 44.438 (qırx dörd min dörd yüz otuz səkkiz) manat borcun tutulması və ipoteka predmetinə yönəldilməsi, Sabunçu rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli əlavə qətnaməsi ilə İddiaçı və X7 Sabunçu rayonu, Bakıxanov qəs., M.Vəkilov küçəsi, 3 saylı evin 7 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. xx.xx.2008-ci il tarixində qətnamə icra olunaraq İddiaçı və X2 rayonu, Bakıxanov qəs., M.Vəkilov küçəsi, 3 saylı evin 7 saylı mənzilindən çıxarılmışlar. xx.xx.2008-ci il tarixli akta əsasən İddiaçı ona məxsus əşyaların evdə qalmasına könüllü olaraq özü razı olmuşdur və həmin əşyalara dair gələcəkdə heç bir iddia və tələblərinin olmayacağını bildirmişdir. Bundan başqa, evdə qalan əşyalar X17 və onun ailə üzvləri tərəfindən könüllü olaraq təhvil verildiyinə görə evdə qalan əşyaların siyahısı aparılmamışdır. İddiaçı tərəfindən evdə qalan əşyaların 16 il sonra siyahısının və qiymətinin nəyin əsasında hazırlanması mənbəyi məlum deyildir. Sabunçu rayonu, Bakıxanov qəs., M.Vəkilov küçəsi, 3 saylı evin 7 saylı mənzili hərrac vasitəsi ilə satılmışdır və 40.730 (qırx min yeddi yüz otuz) manat məbləğində satışdan əldə olunmuş ödəniş İddiaçı kredit borcundan silinmişdir. Hal-hazırda, İddiaçı qətnamə üzrə banka 3708 (üç min yeddi yüz səkkiz) manat borcu mövcuddur. Ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2016-cı il tarixdə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Cavabdeh1 ASC-nin iflas prosedurunun başlanmasına dair ərizə ilə müraciət edərək, Bankın müflis elan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, İş № 2-1 (81)-1541/2016 saylı qərarı ilə Cavabdeh1 ASC-nin müflis elan edilməklə, iflas prosesinə başlanılması, "xxxx" MMC-nin Banka ləğvedici təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli, İş № 2-1 (81)-154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilmişdir. Hazırki iş üzrə “ipoteka yüklülüyündən azad edilmə” barədə öhdəliklərin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması və onun cavabdeh kimi işə cəlb olunması qanunun tələblərinə uyğun deyildir. Belə ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin lisenziyası alındığı üçün hazırda Bank fəaliyyəti ilə məşğul deyildir, lakin hüquqi şəxs kimi ləğv olunmamışdır, iflas prosesi çərçivəsində fəaliyyətini davam etdirir. Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə cavabdeh ola bilməz və onun üzərinə ləğv prosesində olan Cavabdeh1 ASC-nin hüquq fəaliyyətindən irəli gələn heç bir vəzifə öhdəliyi qoyula bilməz. Göstərilənlərdən də aydın olur ki, iddia ərizəsində göstərilmiş əşyaların 2008-ci ildə həmin mənzildə olmasına dair heç bir sübut yoxdur və ipoteka predmeti olan əmlak hərrac vasitəsilə satıldığına görə əşyalar barədə Bankda heç bir məlumat mövcud deyildir.
7. İddiaçı “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC-nin və Əmanətlərin Sığortalanması Fondunun mülki iş üzrə cavabdehlər qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə prosesi:
8. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X18 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdeh Əmanətlərin Sığortalanması Fondunun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayon İcra şöbəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, cavabdehin etirazını və digər ərizələri iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
12. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-858/2008 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh1 ASC-nin Səbail filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 127 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə İddiaçı 36.667 manat əsas, 1.086 manat faiz, 6.685 manat dəbbə borcu və 19,80 manat dövlət rüsumu, cəmi 44.457,80 manat alınaraq Cavabdeh1 ASC-nin Səbail filialına ödənilməsi, tələbin kreditin qaytarılmasının təminatı kimi banka ipoteka qoyulmuş ünvan 2, 7 saylı mənzilə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə edilən gəlirdən borc məbləğinin bankın balansına köçürülməsi qət edilmiş, qətnamə xx.xx.2008-ci ildə qanuni qüvvəsini almış və həmin tarixdə icra vərəqəsi verilmişdir.
13. xx.xx.2008-ci il tarixli qərardan görünür ki, Sabunçu rayon məhkəmə icraçıları şöbəsinin məhkəmə icraçısı G.Sadıqov Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-858/2008 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmasını qərara almışdır.
14. Sabunçu rayon məhkəmə icraçıları şöbəsinin böyük məhkəmə icraçısı Səbahəddin Əsgərov tərəfindən məhkəmə icraçısı Gündüz Sadıqov, məhkəmə nəzarətçisi Samir Dəmirov, 13-cü Polis Bölməsinin sahə inspektoru X3, borclu İddiaçı, tələbkar Cavabdeh1 ASC-nin Səbail filialının kredit şöbəsinin müdür müavini X8, hal şahidləri Fərid Bəylərov və Rauf Əliyevin iştirakları ilə tərtib edilmiş xx.xx.2008-ci il tarixli aktdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı 44.457 manat alınaraq Cavabdeh1 ASC-nin Səbail filialının nəfinə köçürülməsi və tələbin kreditin qaytarılmasının təminatı kimi banka ipoteka qoyulmuş Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilinə yönəldilməsi, İddiaçı və Camali Bədirovun həmin evdən çıxarılmaları qət edilmişdir. Aktın tərtib edildiyi tarixdə saat 14:00da adıçəkilən şəxslər borclu İddiaçı yaşadığı Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilinə gəlmiş, icra sənədinin mahiyyəti İddiaçı və X4 izah olunmuşdur. Cavabdeh1 ASC-nin Səbail filialının nümayəndəsi X8 ilə İddiaçı arasında razılıq əldə olunmuş, belə ki, borcluya məxsus əşyaların Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzildə qalması və müqavilənin bağlanması şərtilə 1 nəfər mühafizə xidməti əməkdaşının qalmasına dair razılıq əldə olunmuşdur. İcra məmuru tərəfindən İddiaçı özünə məxsus qiymətli kağızların, qızıl-zinyət əşyalarının, pul vəsaitlərinin, sənətkarlıq əsərlərinin evdən çıxarılması təklif olunsa da, borclu evdə heç bir qızıl-zinyət əşyası, pul vəsaiti, qiymətli kağız və sənətkarlıq əsərinin olmadığını bildirmişdir (burada başqa əlyazması ilə “təsdiq edirəm, düzdür” qeydi edilmişdir). Həmin sözləri İddiaçı anası X10 da təsdiq etmişdir. İddiaçı özünün könüllü razılığı ilə icazə vermişdir ki, ona məxsus əşyalar Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilində qalsın və zəruri əşyalarını götürmüşdür. Məhkəmə qərarının icrası zamanı heç bir hadisə baş verməmişdir. Borcluya məxsus əşyalar evdə qalmış, İddiaçı və X10 evi tərk etmişdirlər. Qapıya açar vurulmuş, təzə qıfıl vurulmuş və açarlar Cavabdeh1 ASC-nin Səbail filialının nümayəndəsi Vüsal Ağakişiyevə təhvil verilmişdir.
15. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-858/2008 nömrəli əlavə qətnaməsindən görünür ki, İddiaçı və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir.
16. Cavabdeh1 ASC tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, İddiaçı məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilində siyahıya alınmış əmlakının məhsul saxlanc üçün təhvil ala bilmə səlahiyyəti Səbail filialının kredit şöbəsinin mütəxəssisi X11 həvalə edilmişdir.
17. Cavabdeh1 ASC tərəfindən Sabunçu rayon məhkəmə icraçıları şöbəsinə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilində siyahıya alınmış əmlakının məhsul saxlanc üçün Səbail filialının kredit şöbəsinin mütəxəssisi X11 təhvil verilməsi xahiş edilmişdir.
18. Sabunçu rayon MİŞ-nin məhkəmə icraçısı Gündüz Sadıqov tərəfindən böyük məhkəmə icraçısı Səbahəddin Əsgərov, məhkəmə icraçısı Ağamirzə Talıbov, tələbkar Cavabdeh1 ASC-nin Səbail filialının nümayəndəsi X19, hal şahidləri Tapdıq Heybətov və Vüsal Mikayılzadənin iştirakları ilə tərtib edilmiş xx.xx.2008-ci il tarixli aktdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli, 2(008)-858/2008 nömrəli icra vərəqəsinə əsasən İddiaçı 44.457 manat alınaraq Cavabdeh1 ASC-nin Səbail filialının nəfinə köçürülməsi və tələbin kreditin qaytarılmasının təminatı kimi banka ipoteka qoyulmuş Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. xx.xx.2008-ci il tarixdə saat 15:41-də borclu İddiaçı məxsus olan ***-***-**-** nömrəli telefon nömrəsinə zəng vurularaq ona məxsus olan Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilindəki əşyaları götürmək ona təklif olunmuşdur. Lakin borclu İddiaçı telefonu “selektor”a qoymaqla “icranı bir həftə saxla, sənə istədiyin qədər hörmət edəcəm, pul verəcəm” deyərək məhkəmə icraçısının qanuni tələblərini icra etməkdən və özünə məxsus əşyaları qeyd edilən mənzildən götürməkdən imtina etmişdir. xx.xx.2008-ci il tarixdə saat 15:00-da borclu İddiaçı məxsus olan Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilə baxış keçirilmiş və borcluya məxsus aşağıdakı əmlaklar siyahıya alınaraq məhsul saxlanc üçün Cavabdeh1 ASC-nin Səbail filialının etibarnamə üzrə nümayəndəsi X11 təhvil verilmişdir. Həmin əşyalar aşağıdakılardır:
1. sarı rəngli 1 ədəd divan və 3 ədəd kreslo;
2. qonaq otağı üçün dairəvi stol və 5 ədəd oturacaq stulları;
3. 1 ədəd “Crown” markalı göy rəngli köhnə ventilyator;
4. “Beko” markalı, 54 ekranlı işlənmiş televizor;
5. 1 ədəd video-maqnitofon – DVD Player;
6. 1 ədəd qırmızı ağ rəngli, 3 x 4 xalça;
7. 2 ədəd şabalıdı rəngdə köhnə tumbuçka;
8. 3 ədəd divardan asılmış yumşaq oyuncaq (2 ayı, 1 siçan);
9. 3 ədəd şüşə materialdan güldan;
10. 2 ədəd şüşədən hazırlanmış su qabı;
11. 5 ədəd şüşədən hazırlanmış qənd qabı;
12. 3 ədəd ağ rəngli tül pərdə;
13. 1 ədəd şüşə lüstur (çılçıraq);
14. 2 ədəd külqabı;
15. 1 ədəd şabalıdı rəngdə köhnə servant;
16. Servantın içində 16 ədəd şüşədən hazırlanmış stəkan;
17. 35 ədəd boşqab, 4 ədəd duzqabı, 1 ədəd supqabı, 2 ədəd dərin boşqab, 4 ədəd dərin boşqab bulud, 2 ədəd tomat qabı;
18. 1 ədəd şəkilli qab, 2 ədəd balaca bulud, 12 ədəd yekə nəlbəki, 12 ədəd balaca nəlbəki;
19. 12 ədəd kofe içmək üçün fincan;
20. 1 ədəd yağqabı, 2 ədəd pesok qabı. 2-ci otaq
1. 1 ədəd şifoner (boz rəngdə);
2. 1 ədəd divan və 1 ədəd kreslo;
3. 1 ədəd 1x2 ölçüdə xalça;
4. 1 ədəd dəmirdən stul;
5. 1 ədəd boz rəngdə 5 gözlü köhnə şkaf;
6. 1 ədəd 2x3 ölçüdə kavralet xalça;
7. 1 ədəd şüşədən lüstur;
8. 1 ədəd qızdırıcı elektrik peçi;
9. 1 ədəd çəki ölçmək üçün tərəzi;
10. 15 ədəd yataq üçün mələfə;
11. 1 ədəd qadın paltarı, 1 ədəd idman geyimi, 2 ədəd kişi üçün pencək, 2 ədəd qadın üçün kurtka;
12. 1 ədəd qırmızı rəngli, 1 ədəd ağ rəngli yorğan, 2 ədəd balış;
13. 3 cüt qadın ayaqqabısı;
14. 1 ədəd şüşədən akvarium;
15. 1 ədəd cins materialdan köhnə qadın şalvarı;
16. 1 ədəd “Eurotel” markalı ev teıefonu;
17. 1 ədəd yaşıl rəngdə divar saatı;
18. 1 ədəd yundan toxunma qadın şəkli;
19. 2 ədəd yorğan;
20. 1 ədəd ağ rəngli pərdə;
21. 1 ədəd şüşədən güldan;
22. 1 ədəd yumşaq ayı oyuncağı;
23. 1 ədəd köhnə vibo-masaj aləti;
24. 2 ədəd köhnə qadın çantası. 3-cü otaq
1. 4 ədəd ağ rəngli balış;
2. 6 ədəd yorğan, 3 ədəd döşək;
3. 1 ədəd 37 ekranlı yararsız vəziyyətdə televizor;
4. 6 ədəd şüşədən güldan;
5. 4 ədəd şüşə materialdan qəndqabı;
6. 39 ədəd şüşə stəkan;
7. 3 ədəd bəzəkli şüşədən bulud dəsti;
8. 34 ədəd nəlbəki;
9. 50 ədəd boşqab (balaca), 10 ədəd böyük ölçülü boşqab;
10. 20 ədəd şüşə stəkan, 10 ədəd mürəbbə qabı, 1 ədəd ağ rəngli köhnə çaydan;
11. 5 ədəd kasa;
12. 3 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd balış;
13. 1 ədəd çarpayı;
14. 2 ədəd qırmızı üzlü stol-stul;
15. 1 ədəd şüşə materialdan lüstur;
16. 30 ədəd şüşə banka;
17. 10 ədəd audio-maqnitofon kaseti;
18. 6 ədəd çamadan;
19. içində dəmir qablar olan 3 ədəd çuğun qazan;
20. 1 ədəd sovet istehsalı olan köhnə tozsoran aparatı;
21. 25 ədəd qaşıq, 30 ədəd çəngəl;
22. 1 ədəd qızdırıcı radiator;
23. 5 ədəd plasmas vedrə, bəzək sksesuarları, kosmetika;
24. 8 ədəd dəmir qazan;
25. 5 ədəd müxtəlif xatirə şəkilləri; Mətbəx
1. 3 ədəd köhnə oturacaq stulu, 1 ədəd mətbəx masası;
2. 1 ədəd köhnə qaz peçi/yararsız vəziyyətdə), 1 ədəd dəmir vedrə;
3. 1 ədəd köhnə ətçəkən maşın, 4 ədəd banka, 1 ədəd qəfədan, 5 ədəd çaşka, 4 ədəd tava, 2 ədəd əl-üz dəsmalı, 1 ədəd ağ rəngli köhnə pərdə;
4. 1 ədəd köhnə Çinar-4 markalı soyuducu;
5. 20 ədəd nəlbəki, 30 ədəd dərin boşqab, 6 ədəd bıçaq, 8 ədəd çəngəl;
6. 1 ədəd köhnə ütü, 1 ədəd radio qəbuledici, 1 ədəd qırımızı rəngli termos. Siyahıya alınma zamanı heç bir qızıl-zinət əşyası, pul vəsaiti, incəsənət əsəri akar olunmamışdır. “Məhkəmə qərarlarının icrası haqqında” Qanunun 50-ci maddəsinə əsasən məhsul saxlanc üçün Cavabdeh1 ASC-nin Səbail filialının etibarnamə üzrə nümayəndəsi X11 təhvil verilmiş və AR Cinayət Məcəlləsinin 303-cü maddəsinin məzmunu ona izah edilmişdir.
19. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-858/2008 nömrəli icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsi xx.xx.2008-ci il tarixdə verilmişdir.
20. xx.xx.2008-ci il tarixli qərardan görünür ki, Sabunçu rayon məhkəmə icraçıları şöbəsinin məhkəmə icraçısı G.Sadıqov Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-858/2008 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmasını qərara almışdır.
21. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 8(008)-045/09 nömrəli qərardadından görünür ki, təqdimatın təmin edilməsi, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-858 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır.
22. İxtisaslaşdırılmış "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli, 85/01 nömrəli protokolundan görünür ki, X9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzili 49725,00 manata hərraca çıxarılaraq 01 saylı qalib alıcı X1.
23. Hərrac Təşkilatının hərracın nəticələri haqqında xx.xx.2009-cu il tarixli, 32/01 nömrəli protokolundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-858/2008 nömrəli icra vərəqəsi və Sabunçu rayon məhkəmə icraçıları şöbəsinin xx.xx.2008-ci il tarixli 971/9 nömrəli sifariş məktubunun icrasına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzili 49725,00 manata hərraca çıxarılaraq 01 saylı qalib alıcı X1.
24. Sabunçu rayon məhkəmə icraçıları şöbəsi, Cavabdeh1 ASC-nin Səbail filialı (tələbkar) və X20 (alıcı) arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, X9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzili satıcı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öhdəsinə götürür.
25. Ölüm haqqında AZ-İİ seriyalı 350781 nömrəli şəhadətnamədən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə ölmüşdür.
26. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X13 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən 43050 (qırx üç min əlli) manat məbləğində kredit verilmiş və həmin müqavilənin təminatı kimi X9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Bank qarşısında öhdəliklər vaxtında yerinə yetirilmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-858/2008 saylı məhkəmə qətnaməsi ilə İddiaçı və X5 Cavabdeh1 ASC-nin xeyrinə 44.438 (qırx dörd min dörd yüz otuz səkkiz) manat borcun və 19.80 (on doqquz manat səksən qəpik) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra ipoteka ilə yüklü edilmiş əmlak hərrac vasitəsilə satılaraq 40.730 (qırx min yeddi yüz otuz) manat ödəniş İddiaçı kredit hesabından silinmişdir. xx.xx.2023-cü il tarixə sözügedən qətnamə üzrə LPO Cavabdeh1 ASC qarşısında 3708 (üç min yeddi yüz səkkiz) manat və 19.80 (on doqquz manat səksən qəpik) manat dövlət rüsumu borc öhdəliyi movcuddur. Qeyd olunan borcun ödənilməsi tövsiyə edilmişdir.
27. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 124 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
28. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi və xx.xx.2008-ci il tarixli əlavə qətnaməsi əsasında verilmiş icra vərəqələri üzrə Sabunçu rayon məhkəmə icraçıları şöbəsi tərəfindən aparılmış icra hərəkətləri çərçivəsində İddiaçı xx.xx.2008-ci il tarixdə müvafiq qətnamə ilə tutma yönəldilmiş ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 7 saylı mənzildən çıxarılmışdır.
29. İddiaçı həmin vaxt özünə məxsus zəruri əşyaları evdən götürsə də, qiymətli əşyaların (qızıl-zinyət, incəsənət əsəri, qiymətli kağız və s.) olmadığını bildirərək, digər əşyaların mənzildə qalmasına dair razılıq vermişdir.
30. xx.xx.2008-ci ildə mənzilin boşaldılması zamanı iddiaçı həmin prosesdə iştirak etməmiş, belə ki, icra məmuru tərəfindən müvafiq şəxslərin iştirakı ilə tərtib edilmiş aktda 1 gün əvvəlki telefon danışığı zamanı iddiaçının icra məmuruna icranı gecikdirəcəyi təqdirdə pul verməyi vəd etməsi qeyd edilmişdir. Mənzildə qalmış iddiaçıya məxsus olan digər əşyalar icra məmuru tərəfindən akt tərtib olunaraq, saxlanc üçün həmin iş üzrə tələbkar olan "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə təhvil verilmişdir.
31. Mənzil xx.xx.2009-cu il tarixdə açıq hərrac vasitəsilə başqa bir şəxsə satılmış, mənzilin satışından əldə edilmiş gəlir qətnamə üzrə borcun ödənilməsinə yönəlmiş, yenə də borcun tam ödənilməsi təmin olunmamışdır.
32. Hazırda iddiaçı mənzildə qalan müvafiq əşyaların ona qaytarılmasını, həmin əşyalar olmadıqda isə onların cəmi dəyəri olan 11.220 manat pulun və məhkəmə xərclərinin cavabdehlərdən alınaraq ona ödənilməsini; cavabdeh tərəf isə ümumi iddia müddəti olan 10 il müddətin ötürüldüyünü və iddianın əsassız olduğunu bildirərək, iddia müddətinin tətbiq edilməklə, habelə iddia əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
33. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni və hüquqi əsas mövcud deyildir.
34. Belə ki, iş materiallarından müəyyən edilir ki, borclunun yaşayış sahəsindən çıxarılması haqqında olan müvafiq icra sənədinin icrası zamanı icra məmuru tərəfindən həmin vaxt qüvvədə olan “Məhkəmə qərarlarının icrası haqqında” qanuna müvafiq olaraq akt tərtib olunmuş, borclunun evdə qalmış əmlakı siyahıya alınmaqla saxlanc üçün tələbkar bankın səlahiyyətli nümayəndəsinə təhvil verilmişdir. Nəzərə alınmalıdır ki, borclu icra sənədi üzrə icra hərəkətləri həyata keçirilən zaman tərtib edilmiş digər aktda özünə məxsus əşyaların mənzildə qalmasına razı olduğunu qeyd etmişdir.
35. İstinad edilmiş “Məhkəmə qərarlarının icrası haqqında” qanunun tələbinə müvafiq olaraq zəruri hallarda məhz borclunun öz vəsaiti hesabına onun əmlakının mühafizəsini təmin etmək icra məmurunun səlahiyyəti olduğundan, icra məmuru bu səlahiyyət çərçivəsində hərəkət edərək, əmlakı saxlanc üçün tələbkar banka təhvil vermişdir. Həmin Qanunda qeyd edilmişdir ki, icra məmuru 3 ildən çox olmayan müddətdə sözügedən mühafizəni təmin edir və göstərilən müddət bitdikdən sonra artıq əmlakın sahibsiz əmlak kimi dövlət nəfinə satışını həyata keçirmək hüququna malik olur.
36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən 3 illik müddət kəsici müddətdir və həmin 3 il ərzində iddiaçının müvafiq əşyaları tələb etməməsi hazırkı işin mübahisəsiz halını təşkil edir. Hətta əlavə olaraq qeyd edilməlidir ki, müvafiq aktların 2008-ci ildə tərtib edilməsi, mənzilin satışının 2009-cu ildə həyata keçirilməsi nəzərə alındıqda, həmin vaxtdan ötən 15-16 illik müddət ərzində iddiaçının müvafiq icra məmuruna belə bir tələblə müraciəti qeydə alınmamış, onun cavabdeh banka (ləğvedicisinə) ilk müraciətinin isə 2022-2023-cü illərdə olması müəyyən edilmişdir. İddiaçı 2008-2009-cu ildən keçən 3 il müddətində əşyaların qaytarılması tələbi ilə nə icra məmuruna, nə də banka müraciət etməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, habelə onun izahatına əsasən, ötən 15-16 il ərzində əsasən ölkədə olması, bəzən Gürcüstana gedib-gəlməsi, yəni hər hansı üzrlü səbəbinin olmaması müəyyən edilmişdir. İddiaçı kirayədə qalanda bütün sənədləri itirdiyini bildirmiş, 2022-ci ildən daha əvvəl banka müraciət etməsini heç bir vasitə ilə sübuta yetirməmiş, cavabdeh bank isə iddiaçının 2022-ci ildən əvvəl müraciət etməsi barədə dediklərini qəbul etməmişdir. Beləliklə, iddiaçının bu dəlilinin formal şifahi mülahizədən ibarət olması müəyyən edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının bu qədər müddət keçəndən sonra hazırkı tələblə məhkəməyə müraciət etməsi məhz hüquqdan sui-istifadə xarakteri daşıyır. Halbuki, mülki qanunvericiliyin tələbinə görə, hüquqdan sui-istifadə qadağandır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
37. İddiaçı tələbini mülki qanunvericiliyin özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, delikt və zərər kimi müddəaları ilə əsaslandırsa da, məhkəmə “iura novii curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hesab edir ki, hazırkı tələbə tətbiq edilməli olan hüquq norması yuxarıda qeyd edilən müvafiq Qanunda təsbit edilmiş normadır. Bununla belə iddiaçının iddiası ilə bağlı qeyd olunması zəruridir ki, iddiaçının əmlakının vaxtilə banka verilməsi icra məmurunun qanundan irəli gələn səlahiyyəti çərçivəsində qanuna müvafiq qaydada baş tutmuş, yəni əmlak bankın qanunsuz sahibliyinə deyil, elə məhz iddiaçının öz razılığı ilə saxlanc üçün cavabdeh banka verilmişdir. Həmin əmlakların banka verilməsindən kifayət qədər uzun müddət keçməsi və bankın bu dövrdə ləğv prosesinə daxil olması nəzərə alındıqda, banka verildiyi müəyyən edilən bəzi əmlakların təbii aşınmaya (çürümə, kiflənmə və s.) məruz qalması barədə cavabdeh tərəfin dəlili ağlabatan hesab edilir. Həmçinin, mənzilin həmin vaxt iddiaçının özünün deyil, mərhum qardaşının mülkiyyətində olması, yəni əşyaların onun özünə, yoxsa mərhum qardaşına məxsusluğunun hazırda müəyyən edilməsinin mümkün olmaması, hazırda əmlakların bankda olmasına dair və əmlakların dəyərinin, həqiqətən də, iddia edilən məbləğdə olmasına dair heç bir sübutun təqdim edilməməsi, habelə bankın bu qədər müddət ərzində həmin əmlakları saxlamaq kimi bir öhdəliyinin olmaması nəzərə alınmalıdır.
38. Cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddia əsassız olduğundan, hazırkı iş üzrə iddia müddətinin tətbiqinə zərurət qalmır.
39. Həmçinin, məhkəmə hesab edir ki, LPO Cavabdeh1 ASC hələ tam ləğv olunmadığından, onun ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu hazırkı iş üzrə əls cavabdeh deyildir. Çünki bank hələ ləğv prosesindədir və hüquqi şəxs kimi mövcuddur, məhkəmədə cavabdeh qismində çıxış etmək qabiliyyətinə malikdir. Həmçinin, qeyd olunur ki, iddiaçı ilə vaxtikən hüquq münasibətlərinə daxil olan şəxs bankın özü olmuşdur. Qeyd edilənlərə əsasən, Əmanətlərin Sığortalanması Fondu hazırkı iş üzrə əsl cavabdeh sayılmır.
d) Tətbiq edilən hüquq:
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 301. Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
41. 2008-2009-cu illərdə qüvvədə olan “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu: 72.4-72.7-ci maddə. Məhkəmə icraçısı icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. Çıxarılma məhkəmə icraçısı tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. Məhkəmə icraçısı çıxarılma zamanı, zəruri hallarda, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edə bilər. Məhkəmə icraçısı, zəruri hallarda, borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitdikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır. Borclunun əmlakının satılmasından əldə edilən vəsait dövlət büdcəsinə keçirilir. Borclunun mənzildən (binadan) çıxarılması haqqında məhkəmə icraçısı tərəfindən müvafiq akt tərtib olunur. 41.1. Məhkəmə burada qeyd etməyi zəruri sayır ki, hazırda qüvvədə olan “İcra haqqında” Qanunun bu maddələrinə əsaslı dəyişiklik edilməmişdir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.2-217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
48. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
49. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
50. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əşyaların qaytarılması və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
51. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə:
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əşyaların qaytarılması və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova